Cəbhədən cəbhəyə . Гасан Мехти оглы Сеидбейли. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Гасан Мехти оглы Сеидбейли
Издательство: Hadaf Neshrleri
Серия: Milli ədəbiyyat
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
baş verdi.

      Dalanın ortasında kimsə qaranlıqdan çıxıb onların yolunu kəsdi. Teymur buna əhəmiyyət vermədən yoluna davam etdi. Lakin qaranlıqdan daha bir neçə adam çıxdı. Teymur xoşagəlməz bir hadisənin baş verəcəyini hiss edib geri döndü.

      Qız yox idi. Onun əvəzində arxada bir neçə adam dayanmışdı. Kimsə yoğun, xırıltılı bir səslə əmr etdi:

      – Çamadanını qoy yerə, özün də soyun.

      Teymur heyrətlə ətrafına göz gəzdirdi və görmədiyi adamdan soruşdu:

      – Nə üçün?

      Həmin səs yenə eşidildi:

      – Uzatma, vaxtımız yoxdur.

      – Çəkilin yoldan, – deyə Teymur qəzəblə dilləndi.

      Nə isə onun kürəyinə sancıldı. Kimsə tın-tın səslə dedi:

      – Canına hayfın gəlirsə, tez tərpən.

      Teymur ildırım sürəti ilə geri dönüb bıçağı onun kürəyinə dirəmiş oğlanın qarnının altına elə təpik vurdu ki, o adam ağrıdan dəhşətlə çığırıb, arxası üstə yerə sərildi. Elə bu vaxt Teymur boynunda küt bir ağrı hiss etdi. Başı gi-cəlləndi, müvazinətini itirib ağır-ağır yerə çökdü… Sonra hər şey elə bil yuxuda oldu. Kiminsə tərli pəncəsi çama-danı onun əlindən qopardı. Kimsə tövşüyə-tövşüyə onun pencəyini çıxarmağa başladı. Yoğun, xırıltılı səs astadan pıçıldadı:

      – Tələsin! Badamdar tərəfə!

      Bu vaxt lap yaxından həmin qızın səsi eşidildi. O, kə-sik-kəsik danışırdı:

      – Dayan: bii-dən sağ qala…

      Qızın soyuq əli tələsik Teymurun alnında və gicgahlarında gəzdi. O, yenə də kəsik-kəsik pıçıldadı:

      – Sağdı. Bi-də vu-un… Peysə-indi!

      – Çəkil, Turac!

      – Vu-un deyi-əm, yoxsa başımıza bəla ola… – deyə qız təkid etdi və Teymur peysərində bayaqkından daha küt bir ağrı hiss edib elə bil dərin bir quyuya aşdı..

      Teymur şişmiş peysərini ovuşduraraq qəzəblə gözləri-ni yumdu. “Deməli, məni uşaq kimi oynadıb tora salıb-lar, özü də harda? Doğma şəhərimdə…”

      Kimin ağlına gələrdi ki, hər gün, hər dəqiqə cəbhədə vətən deyə öz canından keçməyə hazır olasan, min bir təhlükədən çıxasan, axırda öz əziz şəhərində başına elə bir oyun gətirsinlər? Hava işıqlaşırdı.. Qoca bir arvad əlində su dolu vedrə Teymurun yanından keçəndə ayaq saxladı.

      – Ay bala, burda niyə oturmusan? Yer qəhətdir sənə? – deyə təəccüblə soruşdu.

      Teymur başını qaldırıb arvadı süzdü və onun əlindəki su ilə dolu vedrəni görüb qurumuş dodaqlarını dili ilə su-latdı.

      Arvad dinməz vedrəni ona yaxınlaşdırdı.

      Teymur cəbhədə tez-tez elədiyi kimi, vedrəni əli ilə özünə tərəf əydi və acgözlüklə içməyə başladı. Arvad Teymurun pencək sallanmış gipsli qoluna baxıb soruşdu:

      – Ay oğul, yoxsa davadan gəlirsən?

      Teymur cəld dönüb qoluna baxdı, pencəyini apara bilməmişdilər. Çünki gipsli qoluna ilişib qalmışdı.

      – Hə! – deyə cavab verdi.

      – Başını orda bu hala salıblar?

      Teymurun danışmağa taqəti yox idi. Sol əlini vedrənin kənarına söykədi və ağırlığını onun üstünə salıb güclə ayağa qalxdı.

      – Tifil, gedək bir az bizdə dincəl. Budur ey, bizim qapımız. Dur, bala… – deyə arvad ondan əl çəkmədi. Teymur arvadı ancaq indi tanıdı.

      – Nabat xala?

      – Məni hardan tanıyırsan?

      – Nabat xala, Kamaldan nə xəbər var?

      Arvadın sifəti birdən-birə dəyişdi, çətinliklə qamətini düzəldib, köksünü yanıqlı-yanıqlı ötürdü:

      – Uşağın qara xəbəri gəlib, ay bala.

      – Hayıf… – deyə Teymur ağır-ağır əyilib papağını yer-dən götürdü və dönüb uzaqlaşdı. O uzun zaman sol əlini pəncəyinin qoluna sala bilmədi. Elə beləcə də tini burul-du.

      Gözləri yaşdan torlanmış Nabat xala fikirli-fikirli onun arxasınca baxdı. Nə qədər çalışdısa, bu adamın kim oldu-ğunu xatırlaya bilmədi.

      İkinci dalanın tinini burulanda kimsə Teymurun qabağına çıxdı. Bu adam onu hələ uzaqdan görüb ayaq saxla-mışdı. Teymur kiminsə yolunu kəsdiyini görüb dayandı və başını güclə qaldırdı. Bir müddət küt nəzərlərlə qar-şısındakı adama baxa-baxa qaldı. Ona elə gəldi ki, bu adam istehza ilə gülümsünür.

      – Xoş gördük… Yoxsa məni tanımadın?

      Teymur sanki yuxudan ayıldı. Bu yekəpər oğlanı diqqətlə süzməyə başladı… Oğlanın seyrək qara saçları enli alnına tökülmüşdü. Tüklü sifətinin dərisi şirmayı kimi ha-mar uzanan və oğlanın tüklü üzündə hər şeydən tez nəzə-rə çarpan dərin çapıq idi. Onun baxışları da sabun kimi sürüşkən idi.

      Yox, Teymur bu adamı heç vaxt unutmayacaqdı. Çün-ki onunla əlaqədar olan əhvalatlar bir neçə il bundan əv-vəl baş vermişdi…

      … O zaman Teymurun on üç yaşı var idi. Yaz günləri idi. Məktəb tətillərinə az qalmışdı. Çöl çiçəklərinin Şubanı dağları tərəfdən gələn ətri adamı məst edirdi. Dərsdən sonra güləş dərnəyində məşğələ keçmiş Teymur evə tək qayıdırdı. Gün batmışdısa da, hava hələ qaralmamışdı. Teymur uca hasarlı bir həyətin, yanından keçirdi. Bağ-bağçalı bu həyətin hasarları üstünə tikanlı məftil çəkilmiş-di. Məftillərin üstündə budaqları görünən ağ tut, əncir, alça, gilas, gavalı ağaclarının, uca meynə talvarlarının xə-fif kölgəliyi, hasarın arxasından eşidilən quzu mələşməsi həmişə məhəllə uşaqlarının ürəyində bu həyətə qarşı maraq oyadırdı. Burda Hacı Seyid Kazımla onun əmisi Seyid Tağı yaşayırdı. Yaşlı adamların dediyinə görə, bir vaxtlar camaat bu iki seyidin evini pirə döndərmişdi. Nəzir-niyaz gətirənlərin əlindən tərpənmək olmurdu. Sonralar nəzir-lərindən heç bir xeyir görməyən adamlar arasında söz ya-yıldı ki, bu iki seyid “nəcib seyidlərdən” deyillər. Nəzir-niyazın ardı yavaş-yavaş kəsildi. Sonra bu həyətin seyid-ləri bir müddət də fitrə-zəkatla dolandılar, fitrə-zəkat da kəsiləndən sonra seyidlər özlərinə təzə peşə axtarmağa başladılar. Hacı Seyid Kazım məhəllədəki hamamı ələ ke-çirdi. Seyid Tağıya isə həyətin keşiyini çəkməyi tapşırdı. Beləliklə, Seyid Tağı bağban, Hacı Seyid Kazım isə ha-mamçı oldu. Çatlanmış rütubətli divarlarının arasını və kələ-kötür qırla örtülmüş damını ot basan hamamın sa-rımtıl rəngli alçaq qapısı üzərində yaşıl bayraq asılanda hamı bilirdi ki, “bu gün hamam arvadlara verilir”, ağ bayraq asılanda isə “hamam kişilərə verilir ”. Hacı Seyid Kazım o vaxtlar işini elə qurmuşdu ki, bilmək olmurdu hamam onun özünündür, yoxsa dövlətin. Amma hamamın “Hacı Seyid Kazım hamamı” adı alması dövlətdən daha çox Hacı Seyid Kazıma mənfəət verdiyinə dəlalət edirdi. Bir neçə ildən sonra bu məhəllədən