Alın yazısı. Elnur Soltanoğlu. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Elnur Soltanoğlu
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
ir çoxumuz əsərdə baş verən hadisələrin real həyatda iştirakçısına çevrilmiş, ya da şahidi olmuşuq. Əsərdə hər hansı peşə sahəsini sadalamaqda məqsəd, qətiyyən, bu sahəni və ya bu sahədə çalışan insanları təhqir etmək, onlara qarşı nifrət bəsləmək deyil. Buna mənəvi haqqımız belə çatmaz. Hədəf – vicdanını nəfsinə qurban vermiş, sadəcə insanlığa deyil, cəmiyyətə və öz peşəsinə ləkə olan “insanlardır.” Bir insan öz işində vicdanlı deyilsə, onun bütün əməlləri cəmiyyət üçün təhlükədir. Məsələn: “Mən savadsız olduğumu bilə-bilə müəllim, həkim, dini xadim hüquq işçisi, və s. kimi fəaliyyət göstərirəmsə, mənim yetişdirdiyim cəmiyyətdə sağlam düşüncədən, sağlam candan, sağlam əqidədən, sağlam ədalətdən və s. söhbət gedə bilməz. Hətta kimsə min bir əziyyət ilə alim kimi yetişsə belə, bu “cəmiyyət” onu məhv edəcəkdir.

      Bu gün görməzdən gəldiyimiz bu tip məsələlər, ən xırda məsələ olsa belə, bir gün cəmiyyətin ən dərin yarasına çevriləcək, bizim və ya bizdən sonrakı nəslin faciəsinə dönüşəcəkdir. (necə ki, günümüzdə baş verənlər keçmişdə atılan yanlış addımların təzahürüdür.) Yalnız bu günü düşünən insanın gələcəyi amanda ola bilməz. Yalnız özünü düşünən insanın övladı əmniyyətdə qala bilməz. Çünki hər bir fərd cəmiyyətdə özünəməxsus bir iz, bir “xəstəlik” yaradır. Bu gün bu “xəstəliyin” çevrəsi hər nə qədər geniş olsa da, sabah o çevrə daralacaq, biz də çürüyən cəmiyyətin bir parçasına çevirəcəkdir. Cəmiyyət də orqanizm kimidir – hər zaman qorunmağa, müalicəyə ehtiyacı vardır. Cəmiyyətin həkimləri isə insanlardır.

      Unutmayaq ki, bizə bəxş olunmuş bu dünya, bu həyat, yaşadığımız yer üzü hər bir insana məxsus olan və hər bir insanın bərabər şəkildə istifadə edəcəyi bir sərvətdir. Bu sərvəti qorumaq, ondan layiqli faydalanmaq isə ən əsas mənəvi borcumuzdur. Çünki bu sərvət sadəcə bizim deyil, bizdən sonrakı nəsil üçün də labüd bir mirasdır.

      Əvvəlcədən təşəkkürlər.

      (Təklif və iradlarınızı məmnuniyyətlə qəbul etmək üçün: [email protected] )

Hörmətlə, Elnur Soltanoğlu Qubadov

      Ön söz

      Nə isə yaratmaq üçün istedad lazımdır. Eləcə də əsər yaratmaq üçün. Mən Elnuru uzun müddətdir tanıyıram. Onun istedadlı biri olduğunu tanıyanlar hamısı bilir. Çox gözəl lirik şeirlər, satiralar yazdığından xəbərdaram. Əgər onun yaradıcılığı ilə tanış olsanız, satiraları ilə Sabiri, Pünhanı xatırlatdığının da şahidi olarsınız.

      Belə irihəcmli əsər yazdığını isə, düzü, bilmirdim. Elə ilk əvvəl mənə rəy yazmağı deyəndə də şeirlər olduğunu düşünmüşdüm. Amma nəsr əsəri olduğunu söylədi.

      Mənə göndəriləndə artıq axşam idi. Şam yeməyini yeyib: “Yarısını bu gün, yarısını da sabah oxuyaram”, − deyə düşündüm və başladım oxumağa. Amma planlaşdırdığım kimi olmadı. Gecə yarısına qədər telefon əlimdə (karantinlə bağlı olaraq rayonda idim və noutbukum şəhərdə qalmışdı.) “Alın yazısı”nı oxudum, ta ki bitirənəcən. Çünki əsərin süjeti, mövzusu o qədər müasir, cəlbedici, maraqlı oldu ki, ayrıla bilmədim. Düşünürəm ki, hər kəs mənim kimi sevə-sevə oxuyacaq.

      Əsərə gəldikdə, müasir dövrümüzdə, nəinki Azərbaycanı, hətta bütün dünyanı əhatə edən bir çox məsələlərə toxunulmuşdur. Burada Qurandan çəkilən nümunələrin düzgün izahı, alın yazısının fəlsəfi şərhi, əsl ədalətin qanunlarda deyil, insanın vicdanında və ilahi ədalətdə olduğunu, sevgi, dostluq, övlad-valideyn münasibətləri, şəxsiyyət azadlığı, səhiyyəmizdəki çatışmazlıq, qızların təhsildən yayındırılması problemi, Azərbaycan qadınının çətinlikləri, qız-oğlan övladları arasındakı ayrı-seçkilik, din adından öz məqsədləri üçün istifadə edən fırıldaqçıların ifşası, cəmiyyətdəki gerilik və onların səbəbləri, narkotikin gətirdiyi bəlalar, xüsusilə də, gənclərin həyatını məhv etməsi, hətta onların namusunu belə ləkələyəcək qədər alçaltması, insanlıqdan çıxarması, polis işçilərinin həyatı və s. bu kimi çoxlu məsələlər öz əksini tapmışdır.

      “Alın yazısı” bizə qeybət etməkdənsə, inkişaf etməyin daha yaxşı olduğunu öyrədir. Bunun üçün paxıllıq etməməli, başqalarının uğurlarını təqlid, təkrar etmək yerinə özümüzə yeni yol, hədəf seçməli olduğumuzu bizə təfəkkür etdirir.

      Əsər bizi elmin dindən, dinin elmdən ayrı olmadığınına, alimin elmi ilə dinin humanistliyi, birlik, bərabərlik ideyaları birləşincə daha gözəl bir dünya yarana biləcəyinə inandırır. Dini yalançı, insanları geriliyə, təhsilsizliyə, ayrı-seçkiliyə yönləndirən “dindar” mollalardan deyil, alimlərin, eləcə də müqəddəs kitabların özündən öyrənməli olduğumuzu dərk edirik.

      “Alın yazısı”nı oxuyarkən mütləq karandaşınız əlinizdə olsun, çünki gözəl ifadələr, aforizmlərlə tez-tez rastlaşacaqsınız: “Düşünə bilməzsən, çünki düşüncələrin də həbs olunub sevgində sənin”, “Anlar heç zaman unudulmur, hətta zaman unudulsa belə”, “İndi bəzi həkimlər xəstəlikdən daha təhlükəlidir”, … hamısını deməyim ki, oxuyarkən özünüz o gözəllikləri kəşf edəsiniz.

      Əsərin qəhrəmanı Həsən dostu Nuran kimi bu dövrdə gerçək sevginin olmadığına, hər şeyin həvəs, maraq və vərdiş əsasında qurulduğuna inanır. Şərqşünaslıq fakültəsini bitirən Həsən işi ilə bağlı İrana (Cənubi Azərbaycana) getməli olur. Burada o təsadüfən özü kimi Şimaldan anasının müalicəsi üçün gələn Səma adlı gözəl bir qızla tanış olur. İlk dəfə özü kimi düşünən bir xanımla rastlaşan qəhrəmanımız bütün qəlbi ilə ona bağlanır. Heç vaxt inanmadığı, daim uzaq qaçdığı sevgi hissi damarlarında dolaşaraq onu əsir alır. Di gəl ki Həsən və Səma bu da keçər düşüncəsi ilə (hərçənd ki, keçəcəyinə heç biri inanmırdı) bir-birindən telefon nömrəsi almırlar, yalnız qız yaşadığı kəndin adını deyir. Vətənə qayıtdıqdan sonra bir müddət qızdan xəbərsiz qalan Həsən artıq dözə bilmir, hətta depressiyaya düşür. Və sevgisi üçün uzaq bir kəndə − Bəcrəvana yollanır. Orada Həsənin başına gələn hadisələr, qarşılaşdığı şəxslər və baş verən faciələr barədə əsəri oxuyandan sonra biləcəksiniz.

      Əziz oxucular, qeyd etdiyimiz kimi, sizi çox maralı süjeti, mövzusu olan bir əsər gözləyir, sevəcəyinizdən əminəm. Xüsusilə, gənclərimizin tərbiyəsi üçün gözəl bir əsər olduğunu düşünürəm. Əvvəlcədən hər birinizə təşəkkür və uğurlar.

Hörmətlə, Filoloq Seyran Cəfərli

      Yay fəsli idi. Bu yay son 50 ilin ən isti yayı hesab olunurdu. İyul ayında isə temperatur ən yüksək həddə çatmışdı. Gecədən bir qədər keçməsinə baxmayaraq, hələ də bürkülü hava nəfəs almağa imkan vermirdi. Bürkünün təsirindən təbiət susmuş, ətrafda cansıxıcı sükut peyda olmuşdu.

      Nuran narazı halda ayağa qalxıb pəncərəyə yaxınlaşdı. Belə hava onun üçün darıxdırıcı idi. O, geri dönərkən dostuna nəzər saldı. Həsənin üzündə gah mənalı təbəssüm, gah da sonsuz kədər nəzərə çarpırdı. Bayırda olduğu kimi, otaqda da sükut hökm sürür, təkcə saat öz ahəngdar çıqqıltısı ilə bu sükutu pozmağa çalışırdı. Nuran narazı halda dilləndi:

      − Nə olub? Yenə də beynində səhnələr canlandırırsan?

      Həsən yerində tərpəndi. Onun bu suala cavabı dərin “ah”dan başqa bir şey olmadı.

      Nuran bilirdi ki, Həsənin belə vəziyyətdə söhbət etməyə həvəsi olmur. Lakin yenə də çalışırdı ki, dostunu az da olsa, düşüncələrdən uzaqlaşdırsın. Son günlərdəki vəziyyəti onu narahat edirdi.

      Nuran Həsən ilə üç il öncə universitetdə qarşılaşmışdı. Hər ikisi BDU-nun Şərqşünaslıq fakültəsində təhsil alırdı. Onlar qarşılaşarkən Həsən ikinci, Nuran isə birinci kurs tələbəsi idi. Nuran da Həsən kimi ciddi, ağır təbiətə və fəlsəfi düşüncəyə malik bir insan idi. Bu xüsusiyyət onları digər tələbələrdən fərqləndirirdi. Həyatı olduğu kimi dərk edən, eyni hissə malik olan, eyni düşüncəni paylaşan bu iki insanın, hətta zövqləri də eyniyyət təşkil edirdi. Bütün bunlar Nuran ilə Həsənin tez bir zamanda dost olmasına səbəb oldu. Günün, demək olar ki, yarıdan çoxunu bir yerdə keçirən bu iki dost bir müddət