Təbii fəlakətlər. Şahin Əhmədov. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Şahin Əhmədov
Издательство: Altun Kitab
Серия: Elmi-kütləvi ədəbiyyat
Жанр произведения:
Год издания: 0
isbn: 9789952242751 
Скачать книгу
bu istiliyi necə hasil etmək, maqmatik kameraya necə çatmaq olar? Alimlər bunun çox sadə olduğunu düşünürlər. Bunun üçün sönmüş vulkanın yamaclarında bir neçə quyu qazmaq və onları güclü nasoslar vasitəsilə iti axan Avaçin dağ çayının soyuq suları ilə doldurmaq lazımdır.

      Bir müddət keçdikdən sonra birincidən kənarda qazılmış digər quyulardan qızmış buxar fəvvarə vuracaq. Bu buxarı yalnız buxar turbinlərinin pərlərinə çatdırmaq və ucuz elektrik enerjisi əldə etmək qalır.

      Aydındır ki, təcrübədə bu, kağızda olduğu kimi heç də sadə olmayacaq; məsələn, 1958-ci ildə Kaliforniya universitetinin alimləri soyumuş lavanı qazmaq qərarına gəlmişdilər. Ancaq tezliklə bunun çox çətin bir iş olduğunu anladılar. Artıq 4 metrə yaxın dərinlikdə soyumuş lavanın temperaturunun müsbət 850 dərəcəyə çatdığı və getdikcə artdığı aşkarlandı. Burğu aləti qıpqırmızı olmuşdu və onu fasiləsiz soyuq axar su ilə soyutmaq lazım gəlirdi. 7 metr dərinlikdə isə qazma baltası qəflətən öz məxsusi çəkisinin təsiri altında yavaş-yavaş batmağa başladı. Bu zaman temperatur 1100 dərəcəyə kimi artmışdı və işi dayandırmaq məcburiyyəti yarandı. Çünki quyunu közərmiş yarımmaye süxur dartıb çəkirdi.

      Buna baxmayaraq tədqiqatçılar təcrübəni uğurlu hesab etdilər. Vulkan enerjisindən işdə istifadə etmək olar, amma hələlik nəzəri olaraq.

      Vulkan – yaradıcı qüvvə kimi

      İnsan hələ çoxdan vulkan dağ süxurlarından istifadə edir. Bunlardan pemza, tuf, perlit, obsidian və digərləri tikinti işlərində geniş istifadə olunur və indi onlarsız keçinmək mümkün deyil.

      Pemza Kamçatkanın çox yerində tapılmışdır. Monolit şüşəyəbənzər süxurlardan yaranır.

      Pemza bir çox dəyərli keyfiyyətlərə malikdir: bərkdir, bircinslidir və yüngüldür. Buna görə ondan tikinti işlərində istilik, səs və elektrik izolyasiya materialı kimi istifadə olunur.

      Vulkan tuflarını da diqqətdən kənarda qoymaq olmaz. Bu süxurlar qumdan, küldən və vulkan püskürmələri zamanı atılan digər maddələrdən ibarətdir. Vaxt keçdikcə onlar bərkiyir və bərk süxurlar və ya tuf alınır. Tufa çox dəyərli keyfiyyətlər xasdır: məsaməlidir, istiliyi yaxşı saxlayır və səs keçirmir, yumşaqdır. Bunun nəticəsində tuf çox asanlıqla mexaniki emala məruz qalır.

      Obsidian və perlit kimi dağ süxurları da çox məşhurdur. Onlar kristal əmələ gətirmir, ancaq şüşə şəklində donur. Obsidianların və perlitlərin tətbiqi çox genişdir. Onlardan üzlük plitələr, optik şüşə, laboratoriya və məişət qabları, şüşə lif, süni pemza hazırlayırlar. Bundan əlavə, obsidian qum bir çox xəstəlikləri, ələlxüsus da dəri xəstəliklərini müalicə edir. Buna görə də Kanar adalarının boz çimərliklərinə kurort mövsümlərində Avropanın yarısı axışır.

      Bir çox yerlərdə vulkan püskürmələrinin digər süxurları da istifadə olunur. Hər şeydən əvvəl bu, bazaltlara, həmçinin andezitlərə, danitlərə və lipatlara aiddir. Bazalt çox gözəl tikinti materialıdır.

      Həmçinin yada salaq ki, faydalı qazıntıların bir çox növləri də vulkanın fəaliyyəti ilə bağlıdır. Bu daha çox kükürdə aiddir. Tərkibində sink, qurğuşun, civə, mis və həmçinin dəmir, manqan və s. olan bir çox filizlərin yaranması da vulkanla əlaqədardır. Əslində, bu, vulkanların insanlara onların çoxdan işlətdikləri hədiyyəsidir.

      Aktiv fəaliyyət göstərən vulkan zolaqlarında hidrogen-sulfidli, karbonatlı və azotlu mənbələr müşahidə olunur.

      Bu mənbələrin mineral tərkibi, əsasən, hansı dağ süxurunda onların dövran etməsindən asılıdır. İsti su çatlarla səthə qalxaraq dağ süxurlarını güclü şəkildə dəyişir və onun tərkibinə keçir. Bununla yanaşı, süxurlarda olan mineralların bir hissəsini həll edərək onların xüsusiyyətlərini mənimsəyir. Bu yolla minerallaşmış mənbələr və ya mineral sular yaranır.

      Vulkan püskürməsi

      Termal mənbələr səthə müxtəlif cür çıxır. Bəzi hallarda bu, sakit axan mənbələr, digər hallarda isə fasiləsiz qaynayıb fəvvarə vuran mənbələrdir. Elə də olur ki, qaynayan su və buxar tullantılarının üzə çıxması müəyyən vaxt fasilələri ilə baş verir. Bu, çox təsadüfi hallarda rast gəlinən qeyzerlərdir (“fəvvarə” anlayışını verir). Bu sahədə Kamçatkanın bəxti gətirmişdir. Burada nəinki ayrı-ayrı qeyzerlərə rast gəlmək olar, hətta əsrarəngiz qeyzerlər vadisi də vardır.

      Alov və buz ölkəsində

      Atlantikanın şimalında, Qrenlandiya və Skandinaviya kimi buz nəhənglərinin arasında geniş su sahəsində İslandiya adası yerləşir. Əgər bu yerə yüksəklikdən baxılsa, vulkan konuslarını görmək olar. Onlar da günəş şüaları altında parlayan buz “papaqları” və daimi qarla örtülmüşdür.

      Termal mənbə

      İslandiyanı, əslində, “Vulkanlar ölkəsi” adlandırmaq lazımdır. Çünki bu ada vulkanların fəaliyyət məhsuludur. İri bazalt parçası, lava plitəsi dəniz səviyyəsindən orta hesabla 500–700 metr qalxmışdır.

      Adada iki yüzə yaxın vulkan vardır. Yer kürəsində vulkanların bu miqdarda və bu cür sıxlıqla yerləşdiyi ərazilər tapmaq çətindir. Onların əksəriyyəti çoxdan fəaliyyət göstərmir. IX əsrin sonunda adada ilk avropalıların görünməsindən keçən vaxt ərzində otuza yaxın fəaliyyətdə olan vulkan aşkar edilmişdir. Onlar müxtəlif vaxtlarda oyanmış, lava, qaz və kül püskürmüş və sonra yenidən uzun müddətə yuxuya getmişdir. Lakin onların arasında durmadan fəaliyyətdə olanlar, buxar və qazla nəfəs alanlar və tək-tək hallarda daxilindəkini xaricə püskürən vulkanlar da vardır. Bu səbəbdən də əbəs yerə İslandiyanı həmçinin “Alovlu və buzlu ölkə” adlandırmırlar.

      İslandiya qeyzerləri arasında ən məşhuru bütün dünyada tanınan Böyük qeyzerdir. Böyük qeyzer qeyzerlər vadisi Haukadalurda, İslandiyanın paytaxtı Reykyavikin 55 kilometrliyində yerləşir.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

/