Təbii fəlakətlər. Şahin Əhmədov. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Şahin Əhmədov
Издательство: Altun Kitab
Серия: Elmi-kütləvi ədəbiyyat
Жанр произведения:
Год издания: 0
isbn: 9789952242751 
Скачать книгу
göstərir.

      Venerada vulkan

      1979-cu il martın 4-də ABŞ-ın “Voyacer-1” kosmik gəmisi Yupiterin İo peykində hündürlüyü 150 kilometr olan və işıqsaçan nəhəng qaz məşəli şəklində vulkan püskürməsi qeydə almışdır. Sonrakı müşahidələr tullantıları 280 kilometrə qalxan və fəaliyyət göstərən 6 vulkan müəyyən etdi. Bundan başqa, onlarca “yatmış” vulkan kraterləri aşkarlandı. Onlar quruyub bərkimiş lava axınları ilə əhatə olunmuşdu. Belə kraterlərdən birinin diametri 300 kilometrə çatırdı.

      Rus alimi N.Kozırev isə teleskopun köməyi ilə Ayın Alfons və Aristarx kraterlərində Kamçatka vulkanlarının qaz-ları ilə müqayisə edilən qazların ayrıldığını aşkar etdi. Bu ona Aydakı qədim vulkan fəaliyyətinin indiyə qədər davam etdiyini təsdiqləməyə imkan verdi.

      Müxtəlif məlumatlara əsaslanan planetoloqlar belə nəticəyə gəlirlər ki, bulud örtüyü ilə bağlı olan Venerada da vulkanlar, geniş lava sahələri var və müasir vulkan püskürmələri baş verir.

      Vulkan püskürməsini qabaqcadan xəbər vermək olarmı?

      Hələ qədim zamanlarda Kamçatkada qeyri-adi gücə malik faciəli püskürmələr baş vermişdi. Ksudar, Avaça, Uzon və digər vulkanların püskürməsi zamanı vulkan maddələri bir neçə kilometr hündürlüyə qalxmış və iri ərazilərə səpələnmişdi. On və yüz min illər bundan əvvəl baş verən faciələrin şahidləri yatmış vulkanlar və bir də püskürmə maddələri, lava və küldür.

      Mauna-Loa vulkanı

      İnsan həmişə belə fəlakətlərdən qorunmaq üçün yol axtarıb. Bizə artıq məlumdur ki, hələ üç yüz il bundan əvvəl Siciliyada Etna vulkanının püskürməsi zamanı Katani şəhərinin sakinləri lava axınının qarşısına müxtəlif maneələr qoymaqla onun səmtini dəyişməyə cəhd etmişlər. Lakin bütün bu tədbirlər hamısı son anda, özü də tələm-tələsik görülürdü. Aydın məsələdir ki, bu heç vaxt elə də xeyir gətirə bilməzdi.

      Bizim dövrdə daha etibarlı mühafizə tədbirləri mövcuddur. Nisbətən yaxınlarda İslandiyanın Heymaey adasında vulkan püskürməsi vaxtı şəhərə doğru yaxınlaşan güclü lava axınını belə dayandırmışlar: onu fasiləsiz olaraq soyuq dəniz suyu ilə sulayır, bəzən isə hətta aviasiyanın köməyinə də müraciət edirdilər. Bombardman vasitəsilə lava axınlarının mənbəyini və onların tunellərini dağıdırdılar. Mühafizə tədbirləri nəticəsində bütöv bir lava axınının istiqamətini dəyişmək mümkün oldu. Keçən əsrin 30-cu illərində Havay adasında Mauna-Loa vulkanının püskürməsi zamanı da məhz bu şəkildə hərəkət edilmişdir.

      Aydındır ki, püskürmənin qarşısını almaq hazırda mümkün deyil. Lakin insanlar hələ çoxdan qorxulu təhlükələr haqqında əvvəlcədən necə xəbər tutmağı fikirləşməyə başlamışlar. Vulkanın püskürməsini əvvəlcədən xəbər vermək mümkündürmü?

      Əvvəlcədən xəbər verilmiş zəlzələ

      Püskürmənin proqnozlaşdırılması ilə müxtəlif ölkələrin alimləri məşğul olurlar. Bu istiqamətdə Klyuçi vulkan stansiyasının, sonra isə Rusiya Elmlər Akademiyası Vulkanologiya İnstitutunun vulkanoloqları çox iş görmüşlər.

      Ümumiyyətlə, uzunmüddətli və qısamüddətli proqnozlar mövcuddur.

      Onlardan birincisi fəaliyyət göstərən vulkanların rayonlaşdırılması nəticəsində əldə olunur. Kamçatka və Kuril adaları üçün belə rayonlaşdırma hələ 1960–62-ci illərdə aparılmışdır.

      Onun əsas işi vulkan püskürmələri ilə bağlı təhlükəli zonaları müəyyənləşdirməkdir. Bu məsələ zamanı çoxlu müxtəlif amillər nəzərə alınır: vulkanların quruluşu, onların keçmişdəki fəaliyyət xarakteri, vulkan maddələrinin və ərazi relyefinin öyrənilməsi, sınıqların və çatların analizi.

      Püskürmənin qısamüddətli proqnozu isə hər şeydən əvvəl vulkan zəlzələlərinə əsaslanır. Bu, püskürmənin əsas müjdəçisidir.

      Zəlzələnin səbəbi Yer təkində sınıq, çat və üfüqi yerdəyişmə pozuntularıdır. Bu pozuntulardan təkanlar yaranır, sonra isə dağ süxurlarında eninə və uzununa elastik dalğalar əmələ gəlir. Bunlar isə bütün istiqamətlərə yayılır. Elə bu dalğalar da zəlzələ yaradır. Onları seysmoqraf adlanan xücusi cihazlar tutur və qeydə alır.

      Müəyyən zəlzələlər insan üçün olduqca hiss olunandır, digərlərini isə ancaq cihazlar qeydə ala bilir. Zəlzələlər bəzən püskürmədən bir neçə həftə əvvəl başlayır. Adətən, püskürmə yaxın olduqca zəlzələlərin sayı artır. Alimlərə yaxşı məlum olan digər müjdəçilər də var.

      Bütün bu məlumatların əsasında püskürmənin proqnozunu verirlər, onun yerini, vaxtını, miqyasını, enerjisini və təhlükə zonasını təyin edirlər; məsələn, 1964-cü ildə Şiveluç vulkanının fəlakətli püskürməsi əvvəlcədən xəbər verilmişdi. Püskürmədən bir neçə ay əvvəl artıq məlum idi ki, vulkan özünü sakit aparmır, onun yerləşdiyi rayonda isə zəlzələlər baş verirdi. Püskürmədən təqribən bir həftə qabaq 400-ə yaxın təkan oldu. Şiveluç vulkanının püskürməsindən bir gün qabaq zəlzələlər, demək olar ki, fasiləsiz baş verirdi.

      İnsanların püskürməni müşahidə etmək və təhlükəsizlik tədbirlərini həyata keçirmək üçün kifayət qədər vaxtları var idi. Lakin o vaxt hələlik bu metodun işlənib hazırlanması gedirdi və çox adam püskürmənin proqnozlaşdırılmasının mümkünlüyünə inanmırdı. Ancaq hadisələr proqnozun doğruluğunu sübut etdi.

      Vulkanı ram etmək olarmı?

      1956-cı ildə Kamçatkada sönmüş Adsız vulkanında (onu sönmüş hesab edirdilər) püskürmə baş verdi. Mütəxəssislərin hesablamalarına görə, təkcə püskürmənin baş verdiyi 1 gün ərzində, yəni martın 30-da keçmiş SSRİnin bütün istilik stansiyalarının 40 il müddətində ayırdığı istiliklə müqayisə olunacaq miqdarda istilik ayrılmışdır.

      Aydındır ki, təbiətin bu cür israfçılığının və vulkanların vurduğu ziyanın qabağını almaq mütəxəssislərin çoxdankı arzusudur. Ancaq vulkanı necə ram edəsən? Bu, az qüvvə ilə öhdəsindən gəlinə biləcək tonqal və ya soba deyildir. Məsələnin miqyasını təsəvvür etmək üçün belə bir vulkan mənzərəsinə baxaq.

      Vulkan krateri

      Yer səthində dağ süxurlarının konusu yüksəlir. Onun kəsiyi, adətən, təbəqəli quruluşa malikdir. Bu təbəqələr bərkimiş lava süxurlarından, kül çöküntülərindən, vulkan maddələri və şlaklardan, yəni keçmiş püskürmələrin qalıqlarından ibarətdir. Vulkan konusunun zirvəsində krater yerləşir. Ərimiş lava məhz bu gözdən püskürur. Püskürmələrarası müddətdə isə buxar və qaz şırnaqları ayrılır.

      Vulkan krateri ağız vasitəsilə (çoxsaylı kanallar şəbəkəsi), adətən, bir neçə kilometr dərinlikdə yerləşən aralıq maqmatik kamera ilə birləşmişdir. Bu kamerada