Sözlərin tarixi. Айзек Азимов. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Айзек Азимов
Издательство: Altun Kitab
Серия: Elmi-kütləvi ədəbiyyat
Жанр произведения:
Год издания: 0
isbn: 9789952242140 
Скачать книгу
və ictimai qrupların üzvləri kimi, daim bir-biri ilə mübarizə aparırlar.

      Zalım istibdad-monarxiya üsulu ilə idarə olunan Rusiyada marksist qruplar XIX əsrin sonlarında yaranmağa başladı. Dərhal da aralarında sonrakı fəaliyyət haqda mübahisələr düşdü. Ən qabaqcıl marksistlərdən biri sonradan Lenin təxəllüsü götürəcək Vladimir İliç Ulyanov idi. O, ölkənin siyasi həyatında iştirakı və inqilaba hazırlıq üçün istənilən imkandan istifadə edə biləcək bir partiya yaratmaq istəyirdi. Onun opponentləri isə diqqəti iqtisadi problemlərin, məsələn, maaşların artırılması məsələsinin həllinə yönəldərək siyasi fəaliyyətdən uzaq durmağı təklif edirdilər.

      1903-cü ilin avqust ayında Brüsseldə rus kommunistlərinin qurultayı keçirildi5. Gözəl natiq olan Lenin qurultay iştirakçılarının çoxunu öz tərəfinə çəkə bildi və dərhal öz qruplaşmasını bolşeviklər (yəni “çoxlar”) adlandırdı. Demək lazımdır ki, bu olduqca gözəl bir təbliğat kələyi idi.

      Bu ad həqiqəti əks etdirmirdi, belə ki, sonradan bu qrup cüzi səs toplayaraq, demək olar, azlıqda qaldı. Buna baxmayaraq “bolşevik” adı bu qrupa bir damğa kimi yapışaraq xalq arasında nüfuzunu artırırdı. Çar hökumətinin rüşvət içində boğulması və Rusiyanın I Dünya müharibəsində məğlub olması nəticəsində 1917-ci ilin payızında bolşeviklər hakimiyyəti ələ keçirdilər. “Bolşevizm” sözü bir çox dünya dillərinə daxil oldu və “kommunizm”in sinonimi kimi qəbul edilməyə başlandı.

      Boykot

      İrlandiyanın olduqca faciəli tarixi var. IX əsrdə vikinqlərin quldur basqınları vaxtilə çiçəklənən dövləti xaraba qoydu. Sonra ingilislər gələrək Dublin və ətraf əraziləri tutdular. Beş əsr ərzində İrlandiyanın qərb hissəsi İngiltərəyə qarşı mübarizə apararaq azadlıq və müstəqilliyini qorumağa çalışdı. Lakin 1641-ci ildə Oliver Kromvel qəti və haradasa qəddar tədbirlərlə bütün adanı nəzarətə götürə bildi.

      1801-ci ildə İrlandiya müstəqilliyini tamamilə itirdi. Bundan sonra irlandiyalılara İngiltərə parlamentində öz nümayəndələri ilə təmsil olunmağa icazə verilsə də, bu, İrlandiyanın, əsasən, katolik ölkəsi olmasına baxmayaraq, sadəcə, protestantlara şamil edilirdi.

      İrlandiyalı katolik-kəndlilər muzdlu işçi kimi ingilis protestantlarının torpaq ərazilərində işləyirdilər. Həmin torpaq sahibləri İngiltərədə yaşayır, İrlandiyada isə öz müvəkkilləri vasitəsilə fəaliyyət göstərirdilər. Müvəkkillər isə ancaq öz iş yerlərini qorumaq barədə düşünür və buna görə də irlandiyalıları son pennilərinə qədər soyurdular. Beləliklə, torpaq sahibləri kəndlilərin yoxsulluğunu və gündəlik əzab-əziyyətini görmür və vicdan əzabı çəkməkdən qurtulmuş olurdular.

      1845-ci ildə aclıqdan İrlandiyada minlərlə insan həyatını itirdi. İngiltərə isə irlandiyalıların aqibətini azca da olsun yaxşılaşdıra biləcək bir addım belə atmadı. 1879-cu ildə ölkə yenə aclıq təhlükəsi ilə üz-üzə dayanmışdı. Meyo qraflığının torpaq sahiblərindən birinin müvəkkili isə icarə haqqını aşağı salmaqdan boyun qaçırır və vaxtında pulu ödəməyən icarədarları köçürmək istəyirdi.

      İrlandiyanın parlamentdəki baş nümayəndəsi Çarlz Stüart Parnell zorakı üsullara əl atmamaq haqda çağırış etdi. Bu çağırışa hamı qulaq asdı və müvəkkili görməzliyə vurmağa başladılar. Hamı ona arxasını çevirir, heç kim söhbət etmir, sanki həmin insanın mövcudluğunu belə duymurdular. O, insanlarla ünsiyyətdən məhrum olaraq, bir növ, vakuuma düşmüşdü.

      Belə bir münasibətə dözə bilməyən müvəkkil İrlandiyanı tərk etməli oldu. Nəticədə, qəribə olsa da, İngiltərə parlamenti İrlandiyadakı vəziyyətin yaxşılaşdırılması üçün tədbirlər görmək məcburiyyətində qaldı. Həmin müvəkkilin adı isə Çarlz Kanninghem Boykot idi. O vaxtdan da “boykot” sözü bir adam və ya bir qrup insanla danışmamaq mənasında işlənməyə başlandı.

      Centlmen

      Keçmişdə insan özünü böyük vahid bir aləmin – öz ailəsinin bir parçası hesab edirdi. Onun ünsiyyətdə olduğu insanlar, ilk növbədə, ailə üzvləri ilə məhdudlaşırdı. Düzdür, o vaxtın ailələri müasir ailələrdən qat-qat böyük idi. Ailəyə bir ad altında birləşən yaxın və uzaq qohumların böyük qrupu daxil idi. Bu cür “genişləndirilmiş” ailəni klan6 adlandırmaq olardı. Bu söz kelt dilindən götürülüb və əsasən, Şotlandiya ilə əlaqələndirilir.

      Qədim Romada bu cür böyük ailə gens adlanırdı. Yeri gəlmişkən, sözün kökü olan “gen” doğuluş, nəsli davam etdirmək anlayışları ilə bağlıdır. Buna sübut kimi “genitali”, “genetika” sözlərini göstərmək olar.

      Təbii ki, romalılar (bütün başqa insan qrupları kimi) mənsub olduqları və onlarla qohum olan genslərin üzvlərinin dünyanın digər xalqlarından inkişaf səviyyəsinə görə daha yüksəkdə dayandığına əmin idilər. Onlar özlərini və qohum genslərə mənsub olanları “gentle”, yəni anadangəlmə əsilzadə sayırdılar. Beləliklə, centlmen əsilzadə insandır.

      Əsilzadə insan, təbii ki, alicənab və nəzakətli olmalıdır, buna görə də “centlmen” kəlməsi mədəni, alicənab, başqalarına qarşı diqqətli olan adamlara şamil edildi. Hər halda, ABŞ-da bu söz məhz bu mənada işlənir. Ailə münasibətlərinin hələ də möhkəm olduğu Böyük Britaniyada isə insan alçağın biri olmağına baxmayaraq, centlmen, yəni zadəgan əsilli sayıla bilər.

      Çar

      E.ə. 46-cı ildə Yuli Sezar Romanı təkbaşına idarə etməyə başlayır. E.ə. 44-cü ildə o öldürüldükdən sonra Romanı vətəndaş müharibəsi çənginə alır. Daha sonra isə Sezarın bacısı nəvəsi hökmdar olur. Onun adı Qay Oktavi idi, ancaq o, adını dəyişərək Qay Yuli Sezar Oktaviana çevrilir. O, Romanın ilk imperatoru olaraq Avqust adı ilə hökmranlıq edir (bax: “Avqust”; “İmperiya”).

      Sonrakı dörd imperator Avqustun törəmələri idi və bir ad – Sezar adı ilə tanınırdılar. Sezar və Avqustun nüfuzları o qədər böyük idi ki, “sezar” sözü “imperator” sözünün sinoniminə çevrildi. Hətta Sezarlar sülaləsinin son imperatoru Neron e.ə. 68-ci ildə öldükdən sonra başqa nəsildən olan imperatorlar da öz titullarını ifadə etmək üçün “sezar” sözündən istifadə etdilər.

      İmperatorların Romada hakimiyyəti başa çatdıqdan sonra onlar Konstantinopolda hökmranlıqlarını davam etdirdilər. 800-cü ildə Böyük Karl tərəfindən Romada imperator hakimiyyəti bərpa edildikdən sonra “sezar” titulu da onunla birlikdə dirçəldi.

      Latın dilində bu söz ki’zar (ky’zar) kimi tələffüz olunurdu. Germanlar bu tələffüzü qoruyub saxladılar və sözə hərfi şəkil də verərək “kayzer” yazmağa başladılar. Alman dilində kayzer imperator deməkdir. 1870-ci ildə kayzerlər tərəfindən idarə olunan Almaniya imperiyası7 yaradıldı. 1888–1918-ci illərdə hakimiyyətdə olan və imperiyası ilə birlikdə I Dünya müharibəsində məğlubiyyətə uğrayan II Vilhelm üçüncü, eləcə də sonuncu kayzer oldu.

      Rusiya hökmdarları isə titullarını Konstantinopoldan götürmüşdülər. 1453-cü ildə türklər Konstantinopolu fəth etdikdən sonra sezarların


<p>5</p>

Sonradan Belçika polisi qurultayın nümayəndələrini ölkədən çıxartdığı üçün o öz işini Londonda davam etdirdi.

<p>6</p>

Kelt xalqlarında İrlandiya, Şotlandiya və s. qəbilə icmalarının adı

<p>7</p>

Bəzən Kayzer Almaniyası və ya İkinci Reyx də adlanır