Günahsız günahkar. Roman. Hissə – 4. Fatma Axmed kızı Nabieva. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Fatma Axmed kızı Nabieva
Издательство: Издательские решения
Серия:
Жанр произведения: Современные любовные романы
Год издания: 0
isbn: 9785005517357
Скачать книгу
lakən rayonunun Püştətala sovetliyində anadan olmuşam. Qamış tala kəndində böyümüşəm. Atam göndolov Əhməd, Balakən rayonunda dağ kəşviyyatı idarəsində, uzun müddət can həkimi olaraq çalışıb. Anam Alqayeva Şahizər, oxuduğum Qaravəli orta kənd məktəbində, iftidayi sinif Müəlliməsi olaraq, 30 ildən çox çalışıb. Ailəmiz 5 bacı, 2 qardaşdan ibarətdir, mən evimizin ən kiçik evladıyam. Balakən rayonunun Katex kəndində, ailə qurmuşam. Bir evladım var, uzun illərdir Russiyanın Tomsk şəhərində yaşayıram. Harda yaşadığımdan asılı olmayaraq, yaşadığım yerə və İnsanlarına sayğı duyuram. Hər zaman sadəliyə və düzgünlüyə üstünlük verməyi xoşlayıram. Fəvvarit sözüm, İNSAN OL.

      Fatma Nabieva

      Nicat maşını idarə edirdi, dodağı – üzü əllərinin üstü qanamışdı. Aylın Nicatın Ramizi döyməyindən razı qalmışdı, Nicatın mərdliyi və tərbiyəsi Aylına qürur verirdi. Nicatdan soruşmadı yol boyunca canın acıyırmı deyə, maşının yan şüşəsindən dışarı baxdığında, Nicatın əksini görürdü. Nicat sakit görünürdü, Ramizin kimi kinli bir hali yoxdu. Nicat Aylına qarşı, Ramizdən dəfələrlə mərəfətli olduğunu sübut etmişdi. Uşaqda sakit oturmuşdu Aylının qucağında. Nicat tez – tez güzgüdən uşağa – Aylına baxırdı, Aylının dışarı baxmasından anlamışdı, Ramizə həddini bildirməsindən çox razı idi. Nicata Aylının bu haq davranışı qürur verirdi, belə qürur hissini heç doğma atasından hiss etməmişdi. Özünü qandığından birinci xöşbəxt hissi idi Aylından alırdı, maşının sürəətini artırıb yoluna davam etidi.

      Dilqəm Ramizi evə gətirmişdi, həkim yoxlayıb çıxdı otaqdan. Əlindəki yazılı kağızı uzadıb – Dilqəmə: burda yazdıqlarımı edin əzikləri tez sağalsın. Dilqəm kağızı alıb təşəkkür etdi, həkim getdi. Dilqəm həkimi ötürməkçün getdi ardınca.

      Ramizin başı üstündə Bahar xalası oturmuşdu ah çəkə – çəkə, Dilqəmdə qayıtdı tezliklə otağa. Ramizə sakitləşdirici iynə vurmuşdu, təsirindən gözlərini yumub yuxuya gedirdi. Bahar anası əliylə ağzını tutub səssiz – səssiz ağladı Ramizin başı üstə. Dilqəmin ürəyi parçalanırdı anasının ağladığını gördükdə, gəlib Ramizin yanında oturub baxdı, Ramizin üz – gözündə sağ yer qalmamışdı, anası ayağa durub çıxdı otaqdan gözləri yaşlı. Dilqəm öz – özünə: Allah mənim cəzamı versin, lənət olsun, Ramizə yardım etmədiyinə çox üzülürdü. Ancaq yardım etsəydi, Aylınla birlikdə sevgilisi Nazlınıda itirə bilərdi. Nicat Nazlıya qardaş sayılırdı, işdən getdiyindən göz yaşları qurumurdu Nicatın ardınca. Dilqəm Ramizin alnını sığalllayıb baxdı yaşarmış gözləriylə, qardaşı dediyinin bu günə düşməsinə yanırdı, qalmışdı ortalıqda çarəsiz.

      Nicat duş alıb əynini dəyişib gəldi otağına, qapı döyüldü, Aylın əlində ilac qutusuyla içəri girdi. Nicat – Aylına: gərək yoxdur canım, Aylın gəlib Nicatın yatağında əyləşib, əliylə vuraraq gəl əyləş deyə işarə etdi. Nicat gəlib əyləşdi yanında, Aylın əlindəki pambıqla Nicatın dodağındakı – üzündəki yaralanmış yerləri yavaş – yavaş sildi. Nicat yarasına toxunduqca səssiz dayanırdı, canı acısada ofuldamırdı. Aylın pambıqı ilacla nəmlədib yaralarını silirdi, İkisidə susurdular danışmırdılar, çox oxşardılar Aylınla Nicat xasiyyətlərindən, soz demədən anlayırdılar biri – birilərini.

      Aylın – Nicata: köynəyini çıxart, Nicat köynəyini çıxardı, bədənində qaralmış – göyərmiş yerlər vardı, Aylın gətirdiyi ilacı açıb, əzilmiş yerlərinə sürtdü yavaş – yavaş, Nicat unutmuşdu canının acısını. Aylının ona qayğı göstərməsindən çox xöşbət idi, Niatın tərbiyəsi tamam başqa idi, Aylının üzünə baxa bilmirdi əynində köynəksizdir deyə. Aylın ayağa qalxdı – Nicata: axşam yatanda birdə sürtərik, bir şeyin qalmaz yaxın 10 günə. Aylının zarafat etdiyini anladı, Nicat gülümsədi, Aylın ilacları götürüb otaqdan çıxdı. Nicat əyninə köynəyini geyinib, yerinə uzanıb düşündü, gülümsədi.

      Aylın ilac qutusunu yerinə qoyub, gəlib qapıdan Nicatın atasına baxdı, kişi yatmışdı. Aylın geri mətbəxtdə gəlib Nicata limonlu çay hazırladı, götürüb gəldi qapını döyüb, içəri girdi.

      Nicat yerində oturdu Aylın gəldiyində, gəlib yanında əyləşib çayı Nicata verdi, iç bunu yaxşı gələr biraz. Nicat çayı götürüb bir udum içdi, dodağı acısada hiss etdirmədi. Aylında anlayırdı Nicatın canı acıyırdı bildirmirdi, – Niçata: sən çayını bitir, mən yemək hazırlayım. Ayağa qalxmaq istəyirdi, – Aylına: üzür istəyirəm, Aylın Nicata baxdı anlamadı. Nicat – Aylına: bilirəm dayın oğlunun xətrini çox istəyirsən, onu vurmamı əsla istəməzdin. Aylın biraz dayanıb baxıb gülümsədi, – Nicata: bilirsənmi, qırmızı xətt çizgisi var hər şeyin. Yəni hövsələnində, hörmətində, insanlığında, sevginində, bir həddi və qırmızı çizgizsi var, o ki qırmızı çizgini keçdin, ya söyülməlisən, yada vurulmalısan ki həddini ötdüyünü anlayasan. Dayım oğluda keçmişdi dediyim o xətti çoxdan, üzür istəmə sən lazım olanı etdin. Payınıda aldı əllərinə sağlıq deyərdim, ancaq sənində əllərində sağ yer qalmamış, 10 gündən deyərəm. Aylın ayağa qalxıb otaqdan çıxıb getdi, Nicat Aylının dalınca baxıb düşünürdü. B ilirdi bu son deyildi, Ramiz mütləq hardansa əvəz çıxmağa çalışacaqdı. Nicat özünə görə narahat deyildi, qorxurdu Aylına bir şey edərdi yanında olmadığında.

      Beləcə bir həftə keçdi, Nicat evə gəlib Aylını səslədi, Aylın xanım, Sərdar bəy hardasınız? Aylın qucağında uşaqla gəldi. Aylın – Nicata: burdayıq əmisi, Nicat gəlib uşağı götürüb öpüb keçib əyləşdi, aslanım gözəl xəbərim var anana. Nicat Aylına baxdı, Aylında gəlib əyləşdi – Aylına: yeni işimizçün uyğun bir yer tapdım canım. Aylın – Nicata: xeyirli uğurlu olsun əmisi, çox gözəl. Nicat – Aylına: mən bəyəndim baxdım, ancaq sənində baxman lazımdır, xoşuna gəlməsə başqa yerə baxarıq. Aylın – Nicata: gərək yox dostum, sən bəyənmişsən yetər, içinə lazım olan hər şeyi sifariş et sabahdan. Aylının özünə olan etibarına Nicat çox sevinirdi, – Aylına: mən sabahdan hər şeyi təşkil edəcəm, sənin istədiyin kimi olacaq şirkətimizin və hər şeyi. Səni bilirəm artıq, çalışdıq birlikdə xasiyyətinə bələdəm. Aylın ayağa qalxıb – Nicata: o zaman hadi yeməyə, Nicat – uşağa: gedək aslanım işimiz çoxdur, yeməyimizi yeyək və başlayaq. Ayağa qalxıb Aylının ardınca mətbəxtdə getdi qucağında uşaqla.

      Nazlı işdən tez çıxmaqçün Dilqəmdən izin almağa otağa gəldi. Dilqəm anlamışdı Nazlının üzündən nə isə kefi yox idi, – Nazlıya: canım bir şeymi oldu? – Dilqəmə: mən bilmirəm necə deyim sənə. Dilqəm narahat oldu – Nazlıya: desənə canım üzməsənə ürəyimi. Nazlı dərindən nəfəsini alıb – Dilqəmə: mən bu gün evə tez getsəm olarmı? – Nazlıya: bir şeymi oldu canım? anan yaxşıdırmı? narahat olub ayağa qalxdı. Nazlı – Dilqəmə: yox – yox olmadı heçnə, yaxşıdı anam çox şükür. Sadəcə mən biraz özümü yaxşı hiss etmirəm halsızam, Dilqəm narahat oldu. Nazlıya yaxınlaşıb baxdı üzünə, canım sənin rəngində uçmuş, əlini alnına qoyub baxdı – Nazlıya: canım sənin atəşində var, niyə bu halda işə gəlmisən? gəl birinci həkimə, sonra evə. Nazlı – Dilqəmə: yox həkimə gərək keçər, yəqin soyuqlamışam narahat olma. Dilqəm Nazlını çox istəyirdi, yarpaq kimi əsirdi üstündə, – Nazlıya: narazılıq istəmirəm canım, nə deyirəm o da olacaq tamammı? masadan telefonunu açarlarını götürüb, Nazlının qolundan tutub apardı, gəl canım gedək. Nazlı istəmirdi həkimə egtsin, Dilqəm qolundan tutub apardığında, məcbur getməli oldu.

      Ramiz Dilqəmlə rastlaşdı, Nazlının qolundan tutub apardığını görüb – olara: nə oldu? xeyir ola? Dilqəm – Ramizə: Nazlının atəşi var. Ramiz Dilqəmin ağzından söz çıxan kimi narahat oldu, nə? atəşinmi var? niyə deməmisən bizə? Ramiz yaxınlaşıb Nazlının alnına əlini qoyub baxdı. Sən yanırsan bacım, niyə belə halda gəmisən işə? həkimə gedirik bu dəqiqə. Ramiz Nazlını bacısı kimi çox istəyirdi, Aylında ondan gedəni həmişə yanında dayaq Nazlı vardı.

      Dilqəm – Ramizə: qardaşım bir imkan vermədin sözümü bitirim, məndə onu həkimə götürürəm, sən qal şirkətdə mən aparıram. Ramiz razı olmadı, Nazlının qolundan tutub, – Dilqəmə: sən qal qardaşın aparacaq onu həkimə. Mən sənə xəbər edərəm narahat olma qardaşım, danışdıqmı? Nazlı ortada qalmışdı baxa, ikisinədə yox deyə bilməyəcəyi insanlardılar. Ramizin xətrinə dəymədi Dilqəm, tamam o zaman