Sərdarda oturmuşdu evdə masa arxasında, fikri Aylının yanında idi, atası iki dəfə təkrar yeməyini ye desədə, duymamışdı. Nərgiz Sərdarın yanında əyləşmişdi, əiylə Sərdarın qolundan sirkələdi – Nərgizə: nə isə dedinmi bacım? atası dərindən nəfəs alıb baxdı oğluna. Mən dedim oğlum yeməyini ye, Sərdar anlayırdı hamı özünə görə yeməyini yemirdi normal. Çəngəli götürüb yeməkdən yedi, mmm bacım nə gözəl olmuş yemək, əllərinə sağlıq. Nərgiz – Sərdara: nuş olsun qardaşım. Sərdar çalışdı gizlətsin dərdini. Sərdar – Tahirə: qardaşım sənə mələk çatmış mələk. Tahir baxdı gülümsəyib, – Sərdara: bilirəm qardaşım bacının mələk olduğunu, sənədə mələk kimi Aylın dostum çatmış, heç paxıllıq etmə. Tahir sözü düşünmədən dedi, Sərdar Tahirə baxdı – Sərdara: bağışla qardaşım dilim alışıqdır. Sərdar gülümsədi, – Tahirə: burda nə var bağışlayacaq? o mənim canımdır, birdənəmdir, kimsə məndən onu ala bilməz. Müvəqqəti çətinlikdi, onunçün dözərəm mən hər şeyə, elə deyilmi mənim gözəl bacım? Nərgiz yeməkdən çəngələ götürüb yedizdirdi Sərdarı. Nərgiz – Sərdara: bacım səni əliylə yedirdirdi həmişə bilirəm, bax özündə bilirsən müvəqqəti çətinlikdir hər şey yaxşı olacaq. Məndə səni yedirdim ki, bacım hər şeyi xatırladıqda səni zəyifləmiş görməsin, yenə cəngəllə yemək verdi Sərdara. Tahir Nərgizin Sərdarın qayğısına qalmasına sevinirdi. Tahir – Nərgizə: qulluq et canım qardaşıma, dostum sevmir zəyifləri bilirik biz. Sərdarın başını qatdılar zarafat edərək, atasıda razı baxışlarla baxdı olara.
Aylınla Ramizdə gözəl vaxt keçirdilər restoranda ikisi birlikdə, – Aylına: canım inan bu gecə tamam başqa oldu mənimçün. Bax səninlə tanışdığımdan bu günə kimi, ən sakit və hüzurlu bir yemək yedik. Aylın – Ramizə: indiyə kimi hüzurumuzu pozanlarmı oldu? Ramiz istəmədi Aylına desin xatırlatsın, yox canım söz gəlişi dedim. Aylın baxdı gülümsəyib, – Ramizə: gedəkmi birdənəm? yorğunuq ikimizdə, hələ bu rəyislə yerimizi dəyişdirməyimiz məni dahada yordu. Nə qəribə xasiyyətli oğlu var rəyisin? atası bambaşqa insandır, oğlu kobut özündən razı birisidir. Ramiz afisanta əl etdi ki, şotu gətirsin – Aylına: sən ona fikir vermə canım. Sən onunla çox danışma, tamammı? – Ramizə: onunla nə danışacam ki mən. Ramiz – Aylına: mən həll edəcəm bu günlərdə narahat olma, sən onun yanında çalışmaq zorunda deyilsən, getsin kiminlə istəyir çalışsın. Afisant gəldi, masaya qoydu şot kitabçasını getdi. Ramiz açıb baxıb cibindən pul çıxarıb qoydu kitabcanın arasına, qalxdılar Aylınla masadan. Ramiz qolunu göstərərək – Aylına: canım gedək. Aylın mehribanlıqla Ramizin qoluna – qolunu salaraq, tutub getdilər yanaşı.
Səhər açılmışdı, Nərgiz qalxıb səhər yeməyini çayını hazırladı Sərdara atasına işə gedincə. Sərdar gəldi mətbəxtdə – Nərgizə: sabahın xeyir gözəl bacım, Nərgiz çayları süzərək – Sərdara: sabahın xeyir qardaşım, keçin süfrəyə indi gətirirəm hər şeyi. Sərdar çay dolu sinini götürüb apardı, Nərgizdə yemək dolu sinini gətirib gəldi Sərdarın dalınca. Sərdar çayları payladı masaya, atasıda gəldi – olara: sabahınız xeyir mənim çanlarım. Nərgiz – Sərdar cavab veridlər, sabahın xeyir ata sabahın xeyir dayı. Atası keçib əyləşdiz, masaya baxıb vay mənim gəlinim bax nələr hazırlamış bizə, əllərinə sağlıq qızım. Aylında sənin kimi idi, Sərdarın üzünün ifadəsi dəyişdi. Nərgiz – rəyisə: nuş olsun dayı, Ayilın çox mərifətli qızdır, canım bacımdır o mənim. Rəyis çayını götürüb içməyə başladı. Nərgiz Sərdarın kefinin olmadığını görüb – Sərdara: qardaşım yeməyini ye, səhər yeməyi çox önəmlidir bilirsən. Olarmı mən bu gün iş yerinə gəlim? Aylının tez bir zamanda hər şeyi xatırlamasını istəyirəm, onsuz bizədə çətindir.
Rəyis gülümsəyib, – Nərgizə: əlbətddə qızım ürəyin nə vaxt istəsə gəl, ancaq Tahirlə tək çıxma evdən. Sərdar dərindən nəfəs alıb – Nərgizə: inşallah gözəl bacım, inşallah xatırlayar tez bir zamanda hər şeyi, yoxsa mənimdə axlım gedəcək az vaxtda, kefsiz çayını götürüb içdi. Nərgiz çörək diliminə pasta çəkib uzatdı Sərdara, götürüb təşəkkür edib yedi. Atasıda çox fikirləşirdi son vaxtlar olanlar haqda, çay fincanını masaya qoyub – Nərgizə: bacın hər şeyi xatırlayan günün sabahı bunları mütləq evləndirəcəm. Nərgiz gülümsəyib baxdı Sərdara, inşallah dayı bacımda tez bir zamanda gəlsin bu evə gəlin, bitsin bu həsrətləridə davalarıda. Elə deyilmi yaraşıqlı qardaşım? Sərdar çörək dilimini yeyib ayağa qalxdı. Zarafatla – Nərgizə: davanı deyə bilmərəm bacım, ancaq həsrət bitərdi atam dediyi kimi etsəydi, – olara: mən çıxdım çatacaq yerim var. Nərgizin üzündən öpüb, görüşərik bacım getdi.
Atası Sərdarın ardınca baxıb, bilirəm sənin çatacaq yerini mən, getdi Aylının dalınca bəlkə Ramiz olmadan işə özüylə gələrmi ümidylə. Burnunun dibində qız olduğunda qədrini bilmədi üzdü, indi isə qalıb həsrət sevdiyinə. Nərgiz Ramizində xətrini qardaşı qədər istəyirdi, ancaq Sərdarın tərəfində idi həmişə Aylına görə. Rəyis – Nərgizə: Tahirə de qızım oyandıqda mənə zəng etsin, – rəyisə: baş üstə dayı deyərəm.
Aylın Ramizlə Dilqəmlə birgə şirkətə gəldilər, Dilqəm öz yerinə keçib əyləşdi. Ramiz – Aylına: çalışıb bu gün həll edəcəm canım, sənin onunla bir işləməməyinçün əlimdən gələni edəcəm. Ramiz öz otağına, Aylında Sərdarın otağına getdi.
Gəlib qapını döyüb içəri girdi Sərdar yox idi, Aylın geçib yerində əyləşdi, az vaxtdan Sərdarda gəldi. Aylınla salamlaşıb oturdu öz yerinə, Sərdar hər dəqiqə ümid edirdi Aylın özünü xatırlasın, çox ehtiyacı vardı Aylına. Gözünün önündə ola – ola ona yaxınlaşa bilməməsi canını acıtırdı. Aylın öz qələmini axtardı tapmadı, – Sərdara: səndə artıq qələm yoxmu? Sərdar Aylına baxdı. Aylın masadakı kağızların arasına baxaraq, qələmimi tapmıram hara oldu bu? Sərdar öz qələmlərindən birini gətirib verdi. Aylın təşəkkür etdi, Sərdar dayanıb baxırdı. Həyatda bəzi şeylər nə qəribə deyildimi? sevdiyi insan qarşısında dayandığı sevgilisini xatırlamırdı. Aylın Sərdarın özünə baxdığını görüb – Sərdara: mən öz qələmimi tapan kimi qaytaracam qələmini. Sərdar fikirdən ayıldı – Aylına: gərək yoxdur ca, canım demək istəyirdi sözü ağzında yarımçıq qaldı. Aylın xanım nə lazım olsa deyin çəkinməyin, mən olmasamda masamdan ala bilərsiniz. Aylın – Sərdara: çox sağolun Sərdar bəy, çalışıb itirmərəm qələmimi bir daha. Sərdar keçib yerinə əyləşdi, Aylın ona baxmadıqda gözünü Aylından çəkmirdi. Aylın özünə baxdıqda tez önünə baxıb kağızlara baxaraq özünü işlə məşğul olan kimi göstərirdi.
Günorta olmuşdu, hamı yeməyə çıxırdılar qapı döyüldü içəri Tahir girdi əlində yemək qabıyla. Sərdar görüb zarafat etdi – Tahirə: ay tezə bəy yuxudan oynmış, gəl qardaşım gəl. Tahir Sərdarla görüşdü, Aylın önünə baxıb çalışırdı,