Ramiz Diqləmə baxdı narahat baxışlarla, – Ramizə: Aylın çoxdan çıxıb deyir özlərindən. Dilqəm telefonu söndürüb baxdı şüphəli baxışlarala. Dilqəm – Ramizə: hara getmiş olar bu? Ramiz narahat oldu, bəlkə Vəfaya getmişdir? mən indi zəng edib soruşaram Vəfadan. Dilqəm Vəfaya zəng etdi, alo Vəfa xanım axşamın xeyir, bağışla geç zəng etdiyimçün. Aylın səninlə deyil ki? biraz qulaq asıb, gəlmədimi? anladım gevən xeyirə. Yox – yox narahat olma, olan bir şey yoxdur sağol, telefonu söndürüb başını yoxdur deyə sirkələdi. Ramiz narahat oldu – Dilqəmə: bu tip həmişə evə gətirirdi Aylını. Sən inandınmı onun yoxdur deməsinə? Dilqəm çiyinlərini çəkib baxdı. Ramiz əsəbləşdi – Dilqəmə: gedək olara, Aylın ordadırsa mən o tipin ağzını – burnuna qatmasam adam deyiləm. Diqləmlə çıxdılar evdən Sərdar gilə getməyə.
Sərdarda narahat idi, hara getdi bu? atası – Sərdara: qızın xətrinə dəydin acıladın, tək qalmaq istəmiş yazıq. Tahirlə Nərgizdə üzüldülər Aylının evə getmədiyinə. Tahir – Sərdara: qardaşım sən söz vermişdin onu bir daha qırmayacaqsan. Nə olar dilini şirin etsən? – Tahirə: qardaşım mənim danışığım belədir, nə edim? anlasın məni artıq. Uşaq kimi dəqiqə başı küsmələr yaraşırmı sevdiyinə? Nərgizin gözləri yaşardı. Sərdarın gözü qorxub Tahirə qısılıb oturan Nərgizə sataşdı, – Nərgizə: ayy canım mənim qorxma, qardaşın arada əsəblərimə tabe ola bilmirəm, üzülmə sən. Q alxıb Nərgizin yanında oturub, qucaqlayıb alnından öpdü. Sərdar – Nərgizə: sən qorxma, danışdıqmı? Aylınla ara – sıra olur atışmalarımız bilirsən. Ançaq biz bir – birimizi çox sevirik küsülü qala bilmərik, birazdan özü zəng edəcək bilirəm. Nərgiz gözünün yaşını silib, Sərdara qısıldı uşaq kimi.
Atası – Sərdara: uşaqlar yol gəlmişlər yorğunlar, otaqlarını göstər dincəlsinlər. Bu vaxtdı qapının zəngi basıldı. Tahir ayağa qalxıb, mən baxaram getdi, rəyis Tahirə deməyə istəyirdi getmə qapıya sən, gec oldu.
Tahir gəlib qapını açdı, Ramizlə üzləşdi qapıda, Ramiz Tahiri görüb pərt oldu. Ramiz – Tahirə: sən? sən burdasanmı? Tahir söz deməyə imkan tapmadı. Ramiz düşündü ki, Aylında burdadır aldadıblar özünü, əsəbindən Tahirə necə yumuruq vurdusa ağzından, Tahir ağzını tutdu. Səsə tez Sərdarla atası gəldilər. Ramiz Tahirə hücüm çəkdib – Tahirə: alçaq səni bura gəl, qız qaçırmağın bədəlini necə ödəyirlər sənə öyrədim. Rəyis Ramizin qarşısına keçdi, – Ramizə: bəsdir, Ramiz sakit ol. Ramiz – rəyisə: şərəfsizsinizmi siz hamınız? sizin şərəfiniz – mərəfətiniz yoxdurmu heç?
Sərdar irəli keçib Ramizi vurdu bir neçə dəfə, Tahirlə atası tutusalarda alınmadı. Sərdar əllərindən çıxıb Ramizi vurmağa başladı, Sərdar – Ramizə: mən sənə indi şərəfli olmağı öyrədərəm, bura gəl. Ramizi pis – pis vururdu bütün gücü ilə. Nərgiz gəlib bağırdı! ağladı – Sərdara: vurma Ramiz qardaşımı, vurma nə olar. Sərdar Nərgizin bağırıb ağlayan səsinə dönüb baxdı, Nərgiz ikki əlləriylə qulaqlarını tutub hönkürüb ağladı. Tahir tez Nərgizi tutdu qucaqlayıb, qorxma ömrüm qorxma, vurmayacaq qorxma sakit ol.
Ramiz qapının yanında yıxılmışdı yerə, ayağa qalxmağa çalışdı bacarmadı, qarnını tutub dayandı. Nərgiz Tahirdən qaçıb Ramizi qucaqladı ağladı, – Ramizə: bağışıla qardaşım məni nə olar. Ramiz Nərgizə baxdı, Nərgiz Ramizin qanamış ağzını – burnunu sildi əli ilə, elə qorxmuşdu ki Nərgiz, ürəyi az qalırdı həyacandan partlasın. Bunu Ramizdə hiss etdi, ağlayaraq – Ramizə: mən Tahirlə özüm gəldim bura, onun günahı yoxdur qardaşım nə olar bağışla məni. Ramiz zorla qalxıb dizi üstə dayandı. İkki əliylə Nərgizin üzündən tutub baxdı, bi ixtiyar özünündə gözləri yaşardı. Ramiz – Nərgizə: sən nə etdin bacım, bilirsən Kamil sizi yaşatmaz, sən ki bunu bilirsən canım bacım. Səni görməyimə çox şadam, gözlərindən yaş süzüldü Ramizin üzünə – Nərgizə: bacardığım qədər səni qoruyacam Kamildən, söz verirəm. Anxaq nə qədər vaxtı qoruya biləcəm bunu heç axlım kəsmir, Nərgizi qucaqlayıb özünə sıxdı. Nərgiz ağladı hönkürüb başını sinəsinə qoyub. Ramiz – Nərgizə: sənə bir şey olsa ölərəm, bilirsən səni necə çox istəyirəm bacım. Nərgiz – Ramizə: məndə səni çox istəyirəm qardaşım, Ramiz Nərgizi qucaqlayıb ayağa qalxmağa çalışdı. Nərgiz kömək etdi ayağa qalxmağına, gəl qardaşım qanın axır. Ramiz – Nərgizə: Aylın hanı? mənə o lazımdır, – Ramizə: Aylın çoxdan çıxdı taxsi çağırdı getdi, dedi ki sənə olanları anlatacaq. Ramiz narahat idi – Nərgizə: gəlmədi evə o. Vəfadanda soruşduq onada getməmiş, mən bilməyən bir şeymi oldu burda? nədən gəlmədi Aylın evə? Nərgiz Tahirə baxdı. Ancaq heç kim demədi Sərdarla dalaşdığını. Ramiz tez cibindən telefonu çıxarıb zəng etdi taxsi sifariş edən operatora, alo bu ünvana sizdən taxsı çağırılıbmı tez baxın, əlaqə saxlayın hara aparılıb burdan götürülən adam ünvanına çatmayıb. Ramiz əsəbləşdi – operatora: bura baxın adam ünvanına çatmayıb deyirəm necə saat keçib, sizin kantorunuzu başınıza yıxmadan deyin mənə.
Biraz gözlədi ağzının qanını silib Sərdara tərs – tərs baxdı. Nərgizi özünə sıxıb tutmuşdu qucaqlayıb. Tahirədə baxdı kinli baxışlarla, öperatorun cavab verəyəcəyini gözləyirdi qulağında telefonla. Eşidirəm sizi, biraz qulaq asıb, nəə? siz nə danışırsınız? kim, kim, qaçırmış? Ramizin dili dolaşdı danışa bilmədi. Anlamadım, necə – nəə? – necə yəni hüçum olub qaçırılıb, hamı bir – birinə baxdılar. Ramizin halı qurtardı yıxılacaqdı ki, Nərgiz tutudu ağladı.
Tez Tahirlə rəyis tutub gətirdilər içəri, divan uzandırdılar Ramizi. Rəyis Ramizin üzünü şillələyərək – Ramizə: oğlum nə olub anlat? Ramiz yavaş səslə – rəyisə: Aylını qaçırıblar silahlı adamlar. Sərdar analdı kimin işi olduğunu, öz – özünə: mən səni yer üzündən silmərəmmi? tez qaçıb getdi evdən çıxıb. Tahir – Nərgizə: sən burda qal çıxma heç yerə, getdi Sərdarın ardınca qaçaraq. Nərgiz tez Ramizə su gətirdi iç qardaşım, nə olar özünə gəl, sudan Ramizin sinəsinə vurdu. Rəyis qalmışdı baxa, necə yəni qaçırıblar? kim qaçırıb? Nərgiz ağlayırdı. Rəyis – Nərgizə: qızım ağlama qorxma, biraz vaxtda tapacağıq Aylını. Sən Ramizin yanında qal, qapını kimsəyə açma, getdi tez evdən çıxıb.
Nərgiz Ramizin yanında əyləşdi – Ramizə: nə olar qorxuzma məni, Ramizin ağzının – burnun qanını sildi yavaş – yavaş dəsmalla. Ramiz gözlərini açıb baxdı Nərgizə, ayağa qalxmağa istədi qoymadı. Nərgiz – Ramizə: Murad dayı dedi indi tapacaqlar Aylını, Ramiz zorla oturdu yerində – Nərgizə: mən tapmalıyım Aylını. Ayağa qalxmağa istəsədə bacarmadı başı döndü, başını tutub oturdu geri yerinə. Nərgiz