Günahsız günahkar. Roman. Hissə – 3. Fatma Axmed kızı Nabieva. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Fatma Axmed kızı Nabieva
Издательство: Издательские решения
Серия:
Жанр произведения: Современные любовные романы
Год издания: 0
isbn: 9785005517340
Скачать книгу
boş – boş şeylərlə vaxtımızı keçirməyək, elə deyilmi? Aylın başıyla hə deyə işarə etdi. Ramiz Aylını çox istəyirdi, Aylının başından öpüb, oxx qoxuna qurban olum mən, bax burdadır bütün işlə əlaqəli dokumentlərimiz. Kampyuterdə göstərib, izah etməyə başladı Aylına. Qapı döyüldü içəri Vəfa girdi əlində ikki fincan qəhvəylə. Ramiz – Aylına: bax mədəni insan belə olarlar, gördün qapını döyərək girdi içəri. Vəfa qəhvələri qoydu masaya, anlamışdı Sərdarın oların yaxın durduqlarını görüb əsəblə çıxdığını. Sizə nuş olsun canlarım mənim, Ramizlə Aylın təşəkkür edilər. Vəfa – olara: mən çıxım Sərdar bəyin əsəbinə tuş gəlməyim, tez otaqdan çıxdı.

      Sərdar oturub gözlərini bir nöqtəyə zilləyib yumuruğunuda sıxıb tutmuşdu, atası oğlunun düşdüyü bu halına çox yanırdı, dözmədi qalxıb otaqdan çıxıb getdi. Sərdar heç gözlərini belə qırpmadı qapınnın vurulan səsinə.

      Rəyis gəldi Aylınla Ramizin çalışdığı otağa, qapını döyüb içəri girdi, Ramiz Aylına hər şeyi izah edib anlatmışdı iş haqda. Aylın kampyuterdə çalışırdı, Ramizdə öz yerində əyləşmişdi. Rəyisin girdiyini gördükdə Aylın ayağa qalxdı, – rəyisə: biz sizinlə bir çalışırıqmış, rəyis üzgün olsada gülümsəməyə çalışdı. Rəyis – Aylına: hə qızım yaxında xatırlayacaqsan hər şeyi. Ramizdə sənə yardımcı olaçaq, elə deyilmi oğlum? Ramiz – rəyisə: mən əimdən gələni edirəm. Artıq kampyuterdə sərbəst çalışmağa başladı, xatırladı tez bəzi şeyləri çox şükür, iş ortağı olan oğlunuzdan başqa. Söz verirəm oğlunuzdan başqa hər şeyi xatırlamasına əlimdən gələni edəcəm, siz narahat olmayın. Rəyis bilirdi Ramiz yardım etməyəcəkdi heç vaxdı Aylın Sərdarı xatırlasın. Rəyis – Aylına: qızım əyləş ayaqda qalma, Aylın əyləşdi, rəyis yaxınlaşıb üzgün baxışlarla baxaraq – Aylına: qızım sən məni qırmassan bilirəm, mən artıq oğlumla işləyə bilmirəm bir otaqda. Yerlərimizin dəyişdirilməsində səndən xayiş etsəm, qırmassan məni elə deyilmi? Ramiz anlamadı nə demək istədiyni rəyisin. Aylın – rəyisə: əlbətdə yoldaş rəyis buyurun, nə etməyimi istəyirsiniz? – Aylına: sən Sərdarla bir otaqda çalışacaqsan, mən isə Ramizlə burda birlikdə.

      Ramiz ayağa qalxdı əsəblə – rəyisə: nə münasibətlə sizin oğlunuzla bir otaqda çalışacaqmış Aylın? rəyis – Ramizə: sən bilirsən nə münasibətlə. Rəyis – Aylına: nə deyirsən qızım, razısanmı? Aylın çiyinlərini çəkib – rəyisə: mənə fərqi yoxdur yoldaş rəyis. Bilirsiniz unutduğum çox şeylər var, Ramiz mənə yardım edir burda. Məncə oğlunuzda yardım edər xatırlamadığım şeylərdə, necədə olsa iş ortağıyıq. Ramiz Aylına baxıb başıyla yox getmə deyə işarə etdi. Aylın kreslosunu arxaya çəkib kampyuterni götürdü, – rəyisə: qalanlarıda gəlib aparaçam, otaqdan çıxıb getdi.

      Ramiz – rəyisə: yenə göndərdiniz qızı o qəddar oğlunuzun yanına, indi nə edəcək sənin manyak oğlun ona? rəyis Ramizə əsəbləşdi, bəsdir yetər. Hər gün oğlumun halına baxıb üzülürəm, çarəsizəm imanın olsun biraz. Ramiz bağırdı! – rəyisə: sizin imanınız vardımı qızı bu hallara salanda? imandan danışır mənə, əsəblə qapını açıb çıxdı getdi. Rəyis yorulmuşdu bütün olanlardan, keçib əyləşdi Aylının kreslosunda öz – özünə: Allahım sən mənə səbir ver.

      Aylın qapını döyüb içəri girdi, Sərdqar hələdə bir nöqtəyə baxıb oturmuşdu. Aylın Sərdarın fikirli olduğunu görüb, qapını birdə döydü içəridən, Sərdar baxdı Aylına. Aylını quxağında kampyuterlə görüb tez ayağa qalxdı, – Aylına: canım nə oldu? – Sərdara: rəyis burda çalışmamı xayiş etdi. Sərdar anlamadı, Aylın keçib kampyuteri masaya qoyub – Sərdara: yəni səndən bezib yerlərimizi al dəyiş etməyimizi xayiş etdi. Sərdar indi anladı atasının nə üçün etdiyini, Aylının yanında çalışmağa razı olmasına sevindi – Aylına: mən artıq səni üzməyəcəm canım. Aylın masadan rəyisin əşyalarını kənara edib – Sərdara: yardım etsənə buları toplayaq. Sərdar tez yaxınlaşıb, əşyaları toplamağa kömək etdi. Aylına baxırdı masadan əşyaları toplayarkən, ancaq Aylın heç Sərdara baxmırdı. Sərdar Aylına baxıb gülümsədi, çox darıxmışdı Aylınçün, onu öpmək bağrına basmaq istəyirdi. Ancaq istəmirdi Aylını qorxuzsun, bu qədər yaxın olma şansı olmuşdu təkrar Aylınla. Sərdar Aylına baxıb pıçıltılı səslə – Aylına: bir gün hər şeyi xatırlayacaqsan canım. Aylın – Sərdara: bax bir daha mənə canım demə əsəb oluram, mən sənin canın filan deyiləm. Sərdar – Aylına: tamam ca,,,, Aylın xanım səhvimizi düzəltməyə çalışarıq. Aylın rəyisin kampyuterini Sərdarın qucağına qoyub – Sərdara: apar atana ver buları, ordan gələrkən mənim əşyalarımıda gətir, işimiz çoxdur. Nə baxırsan? Sərdar gülümsəyib, baş üstə Aylın xanım əmir edərsiniz. Sərdar otaqdan çıxıb getdiyində Aylın az qala nələrisə xatırlayacaqdı, biraz düşündü, yenənə fikirləri qarışdı xatırlamadı. Aylın öz kampyuterini masaya qoyub baxdı ətrafa, öz – özünə: öz otağım yaxşı idi, ancaq nə edək rəyisin sözünü yerə salmaq olmazdı. İnşallah mənidə bezdirməz bunun oğlu, nə atasına oxşamayan oğlanmış.

      Axşam olurdu, Nərgiz mətbəxtdə yemək hazırlayırdı. Tahir gəlib Nərgizi qucaqladı arxadan – Nərgizə: canım çox yoruldun sən, biraz dincəlsənə. Nərgiz qazanın qapağını götürüb baxdı yeməyə, – Tahirə: az qaldı hər şey hazırdı canım. Qardaşım gil gələnə yemək hazırdı, sən danışdınmı Sərdarla? nə deyir, Aylın xatırlayıbmı onu? Tahir dərindən nəfəs alaraq masaya söykənib baxdı. Tahir – Nərgizə: yox xatırlamayıb, ancaq bir otaqda çalışmağa başlayıblar. Nərgiz sevindi – Tahirə: inşallah xatırlayar canım bacım mənim, bax sən ya mənidə xatırlamadı yazıq, nə edək incimək olmaz ondan. Biz ona hər şeyi xatırladacağıq, elə deyilmi canım? Tahir gülümsəyib, Nərgizi qucaqlayıb bağrına basıb alnından öpərək, əlbətddə ömrüm yardım edəcəyik dostuma.

      İş saatı bitmək üzrə idi, Sərdar saatına baxdı, Aylın kampyuteri söndürüb telefonunu götürüb ayağa qalxdı. Sərdar – Aylına: Aylın xanım mən səni evə çatdırım icazə versən, qapı açıldı Ramiz girdi içəri – Aylına: canım hazırsansa çıxaq. Sərdar əsəblə – Ramizə: sənə içəri girdiyində qapını döyməyə öyrətməyiblərmi? Ramiz heç Sərdarı saymadı. Ramiz – Aylına: canım aç olmuşam, ikimizçün restoranda masa hazırlatmışam gedək, işində yorğunluğu çıxsın canımızdan. Sərdara acıq edirdi Ramiz, Aylın gülümsəyərək, – Ramizə: oh birdənəm elə bil ürəyimi oxumuşsan, çox gözəl etmişsən məndə acdım yoruldum. Ramiz qolunu göstəri, b qoluna girməsini işarə etdi – Aylına: Aylın xanım buyurun. Aylın gülümsəyərək, gedib Ramizin qoluna girib çıxdılar otaqdan. Sərdar baxa qaldı ardlarınca, Aylına vaxt ayıra bilmədiyiçün çox peşman idi indi. Keçən günlərinin qədrini bilmədiyinə görə çox üzüldü.

      Ramizlə Aylın şirkətdən çıxıb Dilqəmin maşınına əyləşib getdilər, atasıyla Sərdar şirkətdən çıxarkən gördülər oların necə zarafatlaşıb deyə gülə getdiklərini. Atası – Sərdara: gedək oğlum, maşınlarına tərəf gedib əyləşdilər. Sərdar çox əsəbi idi, burnunun ucundan sevdiyini aparırdı başqası, baxa qalırdı. Maşını işə salıb əsəblə qaza basdı getdi, ardıncada atası getdi öz