Sərdar Aylının otağına gəldi ardınca, Aylın Sərdara fikir vermədən əynini dəyişməküçün paltarlarını götürüb yatağına qoydu. Sərdar – Aylına: indi səni Tahir aparacaq və bir daha bura dönərsənsə məndən incimə, duydunmu? Aylın cavab qaytarmadan əynindəki koftasını çıxarıb, yatağına qoymuş başqa koftasını geyindi. Sərdar Aylının özündən çəkinmədən qarşısında koftasını çıxarıb dəyişməsinə təcüblə baxırdı. Aylın şalvarınıda çıxarmaq çün kəmərini açırdı, qapını döyüb içəri Tahir girdi. Aylının şalvarını çıxaracağını görüb tez üzünü çevirib – Sərdara: dostum gəl atan çağırır. Sərdar qollarını bir – birinə keçirib nifrətlə gülümsəyərək, Aylına baxdı. Baxışları ilə anlatırdı ki, nə edəcəksən? qarşınmda şalvarınıda çıxaracaqsanmı? Aylın Sərdarın fikrini anladı, ona acığa gərçəkdəndə şalvarını çıxardı. Sərdar pərt olsada bildirmədi baxmağa davam etdi. Tahir Sərdarı otaqdan çıxarmaqçün döndüyündə, Aylını şalvarsız görüb üzünü qolu ilə tutdu. Zorla Sərdarın qolundan tutub dartaraq – Sərdara: dostum gəl qız əynini dəyişsin rahat. Aylın o biri şalvarını geyindi, Tahirin qolundan dartmağına baxmayaraq, Sərdar Aylına baxa – baxa zorla otaqdan gedirdi. Aylın şalvarının kəmərini bağlayıb pencəyinidə geyindi, Tahir zorla Sərdarı otaqdan çıxarıb qapını örtüb – Sərdara: ikinizdə başqa – başqa manyaklarsınız vallahidə. Çox çətinliklə zorla dartaraq – Sərdara: bir – birinizə acığa nələr edirsiniz siz? gəl atan görsə yaxşı olmayacaq ayıbdır. Sərdar acığından güldü, əlini qılçına vuraraq dayanıb gülməyə başladı. Tahir başını narazılıqla sirkələyərək – Sərdara: vallahi sonunda axlını oynatdın səndə, Sərdarın qolundan buraxmadan dartıb apardı.
Beləcə günorta olurdu, Tahir maşını saxlamışdı gözdən qıraq yerdə Aylınla söhbət edirdilər, – Aylına: sənin dediyini təşkil edəcəm, ancaq bir şərtim var. Aylın – Tahirə: səni dinləyirəm de şərtini, Tahir dərindən nəfəs alıb – Aylına: səndə mənə söz verəcəksən, bilərəkdən özünə qəst etməyəcəksən danışdıqmı? ananın ruhuna and et, mənə vicdan əzabı çəkdirməyəcəksən. Sənə bir şey olmasını istəmirəm bilirsən, -Tahirə: and edirəm anamın ruhuna dediyini edəcəm, Tahir rahat nəfəs alıb – Aylına: o zaman gedək dayını gör uzaqdanda olsa. Aylın – Tahirə: yox gedək evə darıxdım qardaşınçün, Tahir təcüblə – Aylına: oları görmək istəmirsənmi? Aylın yalandan gülümsəyərək, – Tahirə: dostuma soz verdim. Anamın ruhuna and etdim, əlini Tahirə uzatdı dost olmaqçün. Tahir Aylının əlini sıxaraq zarafatla – Aylına: ən azından artıq toletə rahat gedə bilərəm, dost olduq çox şadam gülümsədi. Aylın – Tahirə: artıq gərək qalmadı dayımı görməyimə, sübut əldə edib dönəcəm hər kəsə, Tahir Aylına inandı. Maşını işə salıb – Aylına: verdiyin sözə inandım dostum, ancaq biraz qabaq Sərdarçün darıxdığını deməyinə əsla inanmadım, gülümsəyərək maşının qazına basaraq uzaqlaşdılar.
Gəlib evə çatdılar, Tahir Aylınla evə gəldi ki, Sərdar Aylına dönmə demişdi birdən yenə davalaşardılar. Sərdar zalda məşq edirdi çəkinirdi əynində tək mayka ilə. Tahir zala gəlib – Sərdara: dostum darıxmadın ki Aylınsız? Sərdar dayanmadan çəkinərək – Tahirə: qardaşım onun gəlmədiyini desən, indi sənin alnından öpəcəm. Tahir – Sərdara: alınmayacaq dostum məni alnımdan öpməyin, Sərdar çəkindiyi yerdən dayanıb Tahirə baxdı tərs – tərs, – Sərdara: sakit ol atan evdədir bilirsən. Sərdar dərindən nəfəs alıb oturdu yerdə, Aylın gəldi zala. Sərdar Aylını görüb əsəbləşdi – Aylına: demək qayıtdın hə? Aylın – Tahirə: dostum telefonunu məndə unutmusan, gətirib Tahirin telefonunu verib getdi. Sərdar – Tahirə: dostummu dedi o? – Sərdara: qardaşım sənə düşməndir mənə deyil, mənim onunla nə işim var? Sərdar ayağa qalxıb – Tahirə: o elə şeytandı bax. Bir neçə saata özüylə apararaq sənidə şaşdırdı, qardaşım anlayıram səndən incimirəm, səblə getdi zaldan. Tahirdə tez ardınca getdi ki yenə Aylınla davalaşacağından ehtiyat edirdi.
Aylının otağına gəldi qapını döymədən, Aylın telefonla kimə isə mesaj yazırdı. Sərdarı gördüyündə tez telefonu cibinə qoydu, Sərdarın gözündən qaçmadı bu – Aylına: hazırlaş təlimə başlayırıq birazdan, otaqdan çıxdı. Tahir qapının yanında dayanmışdı, Sərdarın davasız çıxdığını görüb pərt qaldı baxa, tez ardınca getdi.
Gecə olmuşdu, rəyis – Aylına: gecən xeyirə qızım Allah rahatlıq versin, Aylında – rəyisə: sizədə yoldaş rəyis, getdi. Aylında otağına gəlib yerinə uzanıb yatdı, çox yorğun idi.
Aylın yatdıqdan sonra Sərdar çox ehtiyatla qapını açıb otağına girdi, barmaqlarının ucunda gəlib Aylının telefonunu axtardı. Sərdar Aylının kimə mesaj yazdığını öyrənmək istəyirdi, istəyi Aylında bir səhv tutub işdən kənarlaşdırmağa bəhanə əldə etməyə çalışırdı. Nəyəsə əli toxundu səs etdi, tez çarpayının yanında döşəməyə uzandı ki Aylın oyansa görməsin. Aylın səsə yerindən çevrilib yanındaki işığı yandırıb baxdı. Sərdar dodağını dişlədi ki, Aylın bircə ayağa qalxmasın tapdalanacaqdı, Aylın işığı söndürüb geri yatdı. Sərdar biraz gözləyib eytiyatla qalxdı baxdı, telefonu Aylının əlinin yanında yatağında idı. Çarpayının o tərəfinə keçib telefonu götürməyə əlini uzatmışdı, Aylın çevrilib qolunun üstündə yatdı. Sərdar qolunu darta blmədi Aylının altından oyanar deyə, əli qalmışdı Aylının altlnda. Başını qolunun üstünə qoyub pıçıltıyla, off 5 saniyə dönməsən dünya dağılardı, tərs keçi.
Gecədən xeylik keçmişdi, Aylın Sərdarın qolunun üstə necə yatmışdısa çevrilməmişdi, elədə qalmışdı Sərdarın əli altında, qolunu hiss etmirdi. Çarəsiz dizləri üstə