Günahsız günahkar. Roman. Hissə – 2. Fatma Axmed kızı Nabieva. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Fatma Axmed kızı Nabieva
Издательство: Издательские решения
Серия:
Жанр произведения: Современные любовные романы
Год издания: 0
isbn: 9785005517326
Скачать книгу
edirsiniz siz? yaxşıdı bir – birinizi silahla vurmamısınız indiyə kimi. Sərdar – Aylına: mən dedimsə bitmədi, bitmədi demək, bağırdı! Aylın qolunu Tahirin boynundan götürüb zorla ayaq üstə dayanıb – Sərdara: bitmədi nə gözləyirsən? qarşındayam vur bitsin. Tahir ortaya girdi, bəsdirin nə olub sizə? Sərdar – Tahirə: sən qarışma qardaşım çəkil önümdən, bunun cəzasını verəcəm mən indi. Tahir Sərdara imkan vermirdi Aylına yaxınlaşsın. Aylın masaya tərəf baxdıb nə fikirləşdisə, özünü zorla masaya çatdırıb tapancanı götürdü, çaxmağı çəkdi. Silahın çaqqıltısına Tahir dönüb baxdı Aylına.

      Sərdar əsəblə – Aylına: əlinə silahı aldınsa atəş açacaqsan, eşidirsən? Sərdar düşünürdü ki, Aylına etdiklərinə görə silahı özünə tərəf doğrulldacaq. Tahirdə həyəcanlanmışdı, Aylının Sərdara atəş açacağından çox qorxurdu! ançaq ikisinində düşündükləri kimi olmadı. Aylın slahı öz başına dayayıb əsəblə – Sərdara: səninlə keçdiyim məşqim bura qədərdir, son dediyini edirəm, silahı əlimə aldımsa atəş açacam. Bir anlıq Tahirlə Sərdar baxa qaldılar Aylına, Sərdar hünər edib Aylının özünə silah sıxa biləcəyinə inanmadı, gözlərini qıyıb baxdı. Aylın əsəblə bir daha təkrarlayaraq – Sərdara: bitdi məşqimiz, barmağını tətiyə basdı. Tahir səksəndi Aylının tətiyi basamasından qorxdu! özünü vurdu düşündü, ancaq tapancada kurşun olmadığından atəş açılmadı. Aylın əsəbindən təkrar – təkrar basdı tətiyi, Sərdarın özünə baxığını görüb, tapancanı masaya atıb zaldan çox çətinliklə cçıxdı getdi. Tahir Sərdarın qolundan tutumuşdu ki, Aylının ardınca gedərək incitməsin. Tahir – Sərdara: gördünmü nəyə məcbur etdin qızı? yetər dostum etmə günahdır. Sərdar dərindən – dərindən nəfəs almağa başladı, sanki nəfəs almağı unutmuşdu.

      Sadiq qucağında küçüklə anasının yanına gəlidi, ana sabah gedəkmi Aylının yanına? – Sadiqə: Aylının ad günü olacaq bu yaxınlarda, o günü gedərik oğlum. Sadiq – anasına: nə vaxdı onun ad günü? bir həfədəndir oğlum az qaldı. Sadiq – küçüyə: bir həftə səbir edərsənmi dostum? Sadiqin küçüyün adından danışmasını anası çox yaxşı başa düşürdü. Anası yaxınlaşıb küçüyün başını tumarlayıb – Sadiqə: dostunuda apararıq Aylına, doğum günündə ən böyük hədiyyə olar bunu görməsi. Az qaldı oğlum səbir edin gedəcəyik inşallah, mətbəxtdə getdi. Sadiq – kücüyə: 100 – ə dözən, 101 – ə də dözər dostum, bir həftə nədir ki? küçüyü sığallaya – sığallaya divana əyləşdi.

      Aylın oatağına çatıb qapını açıb içəri keçdi, yaralandığı yeri çox incidirdi gözləri qaralırdı, özünü toparlayıb yatağına çatmaqçün bir addım atmışdı yetişə bilmədi, qapının önündə yıxıldı qald.

      Tahir Sərdarı çox çətinliklədə olsa sakitləşdirə bilmişdi, – Sərdara: qızın biraz qabağa yaralandığını bilmirsənmi? götürüb yerə çaxmaqda nə deməkdir? Allahım sən mənə səbir ver, nələr olur qardaşım. Sərdar – Tahirə: ona buda azdı qardaşım sən onu tanımıran hələ, Tahir Sərdara deyə bilmirdi Aylın əslində düşündüyün kimi pis biri deyildi, sənin həyatının qarşılığında canından keçmyə hazır idi. Tahir – Sərdara: mən bir baxım halı yaxşı görsənmirdi, getdi. Sərdar masaya yaxınlaşıb, Aylının özünü vurmaq istədiyi tapancanı əlinə götürüb əsəblə baxdı.

      Tahir Aylının otağına tərəf gəlirdi, qapının yarımçıq açıq olduğun görüb Aylını səslədi çatınça, Aylın gələ bilərəmmi? qapıya çatdığıında Aylının yıxılıb qaldığını görüb tez yanına çökərək üzünü şillələyib səslədi, Aylın məni eşidirsənmi?

      Aylına evə həkimini çağırmışdılar, həkim yoxlayıb – Aylına: əzmişsiniz sağalmamış yaranızı, yaranın içəridən qanama ehtimalı var xəstəxanaya aparılmalısan mütləq. Aylın – həkimə: yox bir şeyim yaxşıyam mən, həkim – Sərdara: siz deyin bəlkə sizə qulaq asar. Ən azından xəstəxanada bir neçə saatlıq kantrolumuz altında qalması gərəkdir. Aylın – həkimiə: o kimdir ki məni ona şikayət edirsiz? Tahir dərindən nəfəs alıb xayiş edici baxışlarla baxdı ki, yenə davalaşmasınlar. Sərdar həkimin qulağına nə isə pıçıldayaraq dedi, Aylın duymadı, həkim başıyla razılığını bildirib – Aylına: tamam Aylın xanım öz qərarınızdır mən borcumu yerinə yetirdim. Çantasından iynə götürüb hazırlamağa başladı. Aylın – həkimə: o iynə kimədir? həkim – Aylına: sizədir Aylın xanım, bu iynə mütləq vurulmalıdır içəridən qanamanız filan vardırsa. Aylın artıq bir söz demədi, həkim Aylının qoluna iynəni vurdu baxıb gülümsədi, – Aylına: düzü indiyə kimi bunu etmək axlıma gəlməmişdi. Aylın vurulan iynənin təsirindən hiss etdi ki keyləşir, ətrafdakıları yaxşı görmürdü, qollarını bir – birinə dolayıb özünə baxan Sərdara baxdığında anladı, həkimə nə dediyini. Aylın – Sərdara: ax səni s, satqın sözünü tam deyə bilmədi, iynənin təsirindən gözlərini yumdu, Sərdar – Aylına: yox sənin nazınla oynayacaqdım. Tahirdə anladı həkimin Aylına vurduğu iynəni, başını narazılıqla sirkləyib – olara: ikinizədə oyandığında gözünə görünməməyi məsləhət görürəm. Həkim – Sərdara: gətirin ardımca xəstəxanaya, bir neçə saat vaxtımız var yoxlamaqçün, tez getdi çantasını götürüb. Sərdarın Aylınla qırğında olduqlarına görə, Tahir – Sərdara: mən götürərəm dostum. Sərdar əliylə işarə etdi ki özü götürəcək toxunmasın, Tahir anladı yaxınlaşmadı Aylına. Sərdar yaxınlaşıb Aylını yatağından qucağına aldıb, – Aylına: başımın pis bəlası, dərindən nəfəs alıb otaqdan çıxdı qucağında Aylınla, ardınca Tahirdə çıxdı.

      Aylını xəstəxanaya gizlincə gətirib yoxlayıb müayinə etmişdilər, həkim – Sərdara: çox şükür içəridən qanamısı yoxdur, ancaq bilirsiniz özünü qorumasa təkrar xəstəxanada yatmalı olacaq. Bunuda Aylın xanıma anltamağın qeyri mümkün olduğunu sizdə anlayırsınız. Sərdar – həkimə: indi onu evə apara bilərəmmi? həkim – Sərdara: bilərsiz, ancaq yazdığım ilacları mütləq işlətməlidir. Tahir – Sərdara: necə içirdəçəksən ilaclarını, iynə vuraraqmı? həkimlə Sərdar Tahirə baxdılar. Tahir – Sərdara: dostum çıxış yolu axtarıram mənə heç elə baxma. Sərdar – həkimə: mən onu burdan aparım oyanınca, gerisini düşünərik evdə,

      Həkimlə Sərdar və Tahir gəldilər Aylını yoxlayan otağın qarşısına. Həkim – olara: gətirdiyimiz arxa qapıdanda aparın görən olmasın. Sərdar qapını açıb içəri girdiyində Aylını yataqda görməyib dönüb – həkimə: otağı səhvmi saldıq? həkim təcüblə otağa girib baxdı Aylın yox idi. Dönüb – Sərdara: yox səhv salmadıqda, Sərdara baxdı şüphəli baxışlarla. Sərdar anladı nə olduğunu -Tahirə: tapmaq lazımdır onu görən olunca cəld ol, tez qaçdılar Aylını axtarmağa.

      Sərdarla, Tahir xəstəxanadan çıxıb ətrafa baxdılar Aylını görmədilər, Tahir – Sərdara: dostum onun ayaqqabıları yox idi hara gedər ayaqlağın? Sərdar dərindən nəfəs alıb diqqətə ətrafa göz gəzdirdi. Sərdara – Tahirə: kimin haqqında danışırsan qardaşım? ondan nə desən gözlənilir. Manyak hara getdi görəsən? – Sərdara: atana nə deyəcəyik indi? off Aylın başımıza oyun açma nə olar.

      Axşam