Sərdarın gəldiyinin görüb ayağa qalxıb – Tahirə: mən biraz dincəlim, qardaşınla rastaşdığım gündən çox yoruldur beynim. Tahir tez kağızı götürüb cibinə qoydu, Sərdar Aylının – ardınca: get biraz məşğul ol silahla davranmağı, beyni yorulubmuş bunun. Aylın cavab vermədən getdi otağına. Sərdar keçib əyləşdiyində Tahirin üzünün rənginin qaçdığını görüb – Tahirə: qardaşım ruh görmüşlər kimi rəngin qaçmış sənin. Mən olmayan o arada nə oldu? – Sərdara: heç nə dostum yox birşeyim, sadəcə Aylını qayıtmayacam öləcəm filan dedi ürəyimə toxundu. Sərdar Aylının ardınca, qorxaq dedimmi sənə görə deyil bu iş? indi niyə camaatın hisləriylə oynayırsan? Allahım sən mənə səbir ver. Sərdar xəbərsiz idi az öncə öz canı qarşılığında qorxaq dediyi Aylın, onun həyatda qalmasıçün dostunu secim qarşısında qoymuşdu. Tahir Sərdara şüphəli baxışlarla baxaraq həyəcan keçirirdi içində, çarəsiz qalmışdı ortalıqda. Ayın onu gərcəkdəndə çətin seçim – sınaq qarşısında qoymuşdu, ya Aylının dediyi ilə razılaşaraq qardaşının canını qurtaracaqdı, yada, Tahiri tər basdı oturduğu yerdə.
Günlər kecdikcə Sərdar Aylını tanıyırdı yaxından, anlayırdı ki Aylın tam başqa bir insandır. Həyatda özünü yandıraraq, başqalarıçün öz ölümünə düşünmədən imza atan biri idi. Hər gün Aylını acılayıb kobut davransada, axşam evə atası gəldiyində sanki heç bir şey olmamış kimi davrana bilirdi, zarafatları ilə atasının üzünü güldürə bilirdi. Sərdar bu evdə gülüş səsi eşitməmişdi özünü qandığından, qapının yanında dayanıb baxırdı olara.
Aylın nədən söhbət edirdisə atası gülməkdən yaşarmış gözlərini silirdi əlləri ilə. Aylın kənarda dayanıb özlərinə baxan Sərdarı görsədə, görməməzliyinə salırdı məhəlqoymurdu çalışıb, Aylının bu evdə olması hər şeyi dəyişmişdi. Atası – Sərdara: gəlsənə oğlum orda niyə durmusan? Sərdar gəlib əyləşdi. Sərdar – Aylına: sən atamı güldürə bilirsənsə gərçəkdən aktiyorluğa layiqsən bravo, əl çaldı. Atası dərindən nəfəs alıb – Aylına: Allah səni güldürsün qızım, oğlum mülayim təşəkkür edə bilmir nə edək, onunda adından sənə minnətdarlığımızı bildirirəm. Bu evə sən gələndən sonra güldüm, danışdım, həmdə normal yeməklər yedik ağzımın dadadı dəyişdi. Başqa vaxtdı hər kəs öz otağına gedər yatar, və səhər oyanıb ətrafa atılmış paltarlarımızı geyinib tələsik işimizə gedərdik. Sən bu evə başqa istilik gətirdin qızım, artıq dışarda yemək yeməyə istəmirəm dadsız gəlir hər şey, evdə qadının – qızın olması böyük xöşbəxtlikdir. Allah səni bizə çox görməsin, evimizi özümüzü dəyişdin gəlişin ilə, rəyis ayağa qalxdığında Aylında hörmət əlaməty ilə qalxdı yerindən. Gecəniz xeyirə Allah rahatlıq versin hamımıza, getdi. Aylında Sərdarda – rəyisə: gecən xeyirə dedilər.
Aylında getmək istəyisdi – Aylına: otur biraz söhbət edək. Aylın Sərdara baxdı düşündü yenə acılayacaq özünü, – Sərdara: acılanmaq normam tamamlanmayıb yəqin bu gün. Buyurun Sərdar bəy nə istəyirsiniz? Sərdar ciddi baxaraq – Aylına: səni istəyirəm. Aylın anladı, bilirdi Sərdarın tərbiyəsiz rəftarını, özünü sındırmadı – Sərdara: mənimi? Aylın əyləşdi. Aylın – Sərdara: sözünü de eşidirəm, – Aylına: guya sözüm olduğunda dinlədin elə çox məni, Aylın Sərdara baxıb nə demək istədiyini anlamağa çalışdı. Sərdar – Aylına: mənim sənə son dəfə təklifin olacaq qısaca, sənin dayına olan borc pulunu qoydum yatağının yanına. Səhərə kimi vaxtın var yaxşı – yaxşı düşün, əvəzində səndən heç bir şey istəmirəm, sadəçə atam oyanınca evi tərk etməyini istəyirəm pulu qəbul edərək. Aylın sakit susaraq Sərdara baxdı, Sərdarda Aylına baxırdı və təklifini qəbul edib etməyəcəyini gözlərindən oxumağa çalışırdı. Aylın – Sərdara: atanın qədrini bil, o səni çox istəyir sən onun tək varlığısan, onu heç vaxtı qırma – üzmə, sən onun həyatda yaşamasıçün səbəb olan tək varlığısan. Bu sözləri Sadiqədə demişdim, o da sənin kimi mənə pul təklif etmişdi evini tərk etməyimçün, mən bir şərtlə o evi tərk edəcəyimə söz verdim ona. Sonunda razılaşdı şərtimlə, gerisini özün yaxşı bilirsən deməyə ehtiyac yoxdur, mənə artıq atanın dediyi o pulun bir hissəsidə lazım deyil. Məndən sonra öz evimizi dayımın adına borcum qarşılığı yazmalarını xayiş etdim yaxın tanışlarımızdan. Sərdar birinci dəfə idi ki Aylının qarşısında susaraq baxa qalırdı. Aylın ayağa qalxıb – Sərdara: gərçəkdən yorulmuşam, mənim tək bir istəyim var, tezliklə bu həyatdan valideyinlərimin yanına getmək, başqa heç bir şey. Sərdar qalmışdı baxa, Aylının dediklərini bu günə qədər heç ciddiliyə almamışdı. Aylın – Sərdara: gecən xeyrə getdi otağına, Sərdar baxıb düşünürdü, üzünü ciddi ifadə aldı.
Aylın gəlib yatağına qoyulmuş bükülü pul paçkasına toxunmadan uzanıb yatdı üzü divara tərəf, qapı döyülmədən açıldı Sərdara gəldi otağa. Aylının üzünü çevirib pula heç toxunmadan yatdığını görüb – Aylına: o zaman sən işdən kənarlaşdırıldın Aylın xanım, anladınmı? bu gecəni burda qalmağa izin verirəm sənə, səhər açıldıqda evi tərk edəcəksən. Aylın yatdığı yerdən heç dönüb baxmadı, cavabda qaytarmadı Sərdara, otaqdan çıxıb qapını bərk vurub getdi əsəblə, Aylın öz – özünə: pulun batsın.
Sərdar əsəblə gəlib yerinə əsəbləşib uzandı öz – özünə: gedəcəksən bir daha gözüm görməyəcək səni. Qapı döyülmədən içəri Aylın girərək, gətirib pulu Sərdarın üstə atdı. Ayın – Sərdara: atanın başını aşağı etmə, götür zibilini öz oğlunun satqın olduğunu bilsəmin yazıq kişi. Məni nə sən, nədə başqası pulla satın ala bilməzlər anladınmı? bilmədilərdə bu günə qədər. Qapınıda döymdən niyə girdim deyə elə baxırsansa deyim, məsəl var atı – atın yanına bağlasalar rəngi keçməsədə, pis vərdişləri keçərmiş. Aylın dönüb otaqdan getmək istədikdə, Sərdar cəld qalxıb qapının önünü kəsdi ki Aylın otaqdan çıxmasın. Aylın – Sərdara: çəkil önümdən, Sərdar çəkilmədi – Aylına: nə dedin? bir dah təkrar etsənə, kimdir satqın? Aylının üstünə – üstünə yeriməyə başladı əsəblə. Aylın geri gedə – gedə gəlib yatağa çatınça dayandı, Sərdar elə əsəbləşmişdi ki Aylının özünə dediyi sözdən, gözləri qızarmışdı. Aylın Sərdarın sinəsinə əlini tutub saxladı ki özünə hədsiz yaxınlaşmasın, Sərdar Aylının əlinə baxıb – Aylına: sən kimə satqın deyirsən? bağırdı! – Sərdara: sənə deyirəm satqın. Sərdar əsəbləşib Aylının üzünə şillə vurdu, əlləri ilə üzündən tutudu, qapı açıldı içəri atası girdi. Sərdarın Aylını vurduğunu anladı dodağı qanamışdı, gəlib oğlunu zorla kənara çəkib – Sərdara: sən nə edirsən dəlimi olmusan? bağırdı! oğluna. Sərdar yenə Aylına hücum çəkmək istəyirdi, atası tutub divara qıstayıb -Sərdara: özünə gəl vurdurtma mənə yetər dedim. Sərdar atasına bağırdı! vur niyə dayanmısan? sən mənim şərəfimdən vurdun ata eşidirsən? şərəfimdən – namusumdan vurdun.