Günahsız günahkar. Roman. Hissə – 1. Fatma Axmed kızı Nabieva. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Fatma Axmed kızı Nabieva
Издательство: Издательские решения
Серия:
Жанр произведения: Современные любовные романы
Год издания: 0
isbn: 9785005517289
Скачать книгу
alib kişiyə baxıb gülümsədi, – Aylıa: qızım xanım sənə acıqlanacaq gəldiyində, sən Allah basma onun quyruğunu xayiş edirəm. Aylın əlindəki su bakalına baxıb – Məliyə: o bizi elə – belədə sancacaq Məlik dayı. Onun quyruğunu basmağa gərək yox ki? sən get bax onun oğluna, məndə otağıma gedim. Buralar sıxır məni, sanki ev deyil açıq zindandır. Məlik dərindən nəfəs alıb üzgün baxışlarla baxaraq – Aylına: məndə su aparım Ramizə, səndə dincəl qızım.

      Kamil Ramizə zəng edirdi telefona çavab vermirdi, öz – ozünə: sənə dedim axı vaxdında qalx masadan eşitmədin məni. Telofonunu masanın üstünə qoyub düşündü, fikri Aylında qalmışdı. Ramizdə içkili olduğuna görə bəhanə edib gedədə bilmirdi ki, birdən atası bilərdi içdiyini və davalaşardı oğluyla özü səbəb olub, qapı döyüldü. Kamil gəl deyə səslədi, içəri bacısı girdi əlində dəftər – kitab vardı. Kamil anladı baçısına kömək lazımdır imtahanlara hazırlaşmağa, – bacısına: gəl baxım nədir anlamadığın yardım edim. Bacısı gəlib qardaşının yanında oturdu, dəftər – kitabı açıb barmağıyla işarə edərək göstərməyə başladı. Bax bunu anlamıram, sonra bunu anlamıram, bir – bir göstərdi. Kamil başını qaşıyaraq baxdı, – bacısına: anladığın burda bir şey varmı? bacısı küskün baxışlarla baxdı qardaşına. Kamil gülümsəyib, – bacısına: indi həll edərik bilikdə, çox mehribandı bacısına qarşı, bacısıda o an sevindi uşaq kimi.

      Aylın otağında çarpayısında uzandı gəlib, qulağına yan otaqda yatmış Ramizin ziyaranan səsi gəlirdi ara – sıra. Arvad tapşırmışdı girmə narahat etmə filan deyə baxmırdı, çantasından ata – anasının rəsimlərini çıxarıb baxdı. Mən nə edəcəm sizsiz? Məlik dayı sənin xətrini çox istəyirmiş bilirsənmi ana? bu gün səndən danışdıq, sənin kimi dedi oda mənə. Həyatda güclü olmaq gərəkirmiş, səndə həmişə belə deyərdin yadındadırmı? rəsimlərini öpüb sinəsi üstə qoyub öz – özünə: mən sizsiz necə güclü olaram ki? sözlə demək rahatdır əlbətdə. Gözlərini yumdu biraz vaxlıq, gözlərini açıb dərindən nəfəs aldı. Məlik dayı dedi ki mən sizin yarımçıq qalmış işinizi davam etməliyəm, sizin həyatınıza vaxtsız nöqtəni qoymağa səbəb oldu şərəfsiz. Allah ən pisindən versin ona həyatı boyunca. Görəsən sizin bitirə bilmədiyiniz yarımçıq qalmış nə işnizdir ki? mənim nöqtəsini qoymağım gərəkirmiş. Bəs niyə bundan mən xəbərsizəm? hiss etdim ki təkcə Məlik dayı bilir bu haqda, dərindən nəfəs alıb düşündü. Yenədə yan otaqdan Ramizin ziyaranan səsi gəldi, nə dediyi aydın eşidilmirdi, ancaq hiss olunurdu ona yaxşı deyildi. Aylln biraz qulaq asıb öz – özünə: Məlik dayı yanında demi bunun? ayağa qalxıb otaqdan çıxıb gəlib qapının önündə dayanıb qulaq asdı.

      Su, su, deyə ziyaranırdı Ramiz içəridə, əliylə qapıdan tutub açıb baxmaq istədikdə arvadın sözlərini xatırladı, oglumu narahat etmirsən səs etmirsən. Əlini qapıdan çəkdi, getmək istəyirdi yenə ziyarandı su deyə. Aylın Məliyin sözlırini xatırladı. Ramiz yaxşıdır mənim xətrimi çox istəyir xanıma bənzəmir xasiyyətindən, dözmədi qapını açıb içəri baxdı Məlik yox idi. Ramiz su, su, deyib ziyaranırdı yatağında. Aylın baxdı masada su vardı dolu bakalda, gəlib bakalı götürüb uzatdıb, Ramiz bəy açın gözlərinizi için suyunuzu. Ramiz gözlərini zorla açıb baxdı Aylına hlsız – halzsız. Aylını tanımadı, heç yadınada gəlmədi ki bu gün bibisi qızı gələcəkdi özlərinə, sən kimsən? Aylının əli uzanılı qalmışdı su bakalıyla Ramizə tərəf. Heç vaxtdı qarşılaşmadıqlarından biri – birilərini tanımırdılar. Aylın zarafatla – Ramzə: mən mələyəm, duydum su istəyirsənmiş sənə su gətirmişəm al iç. Ramiz yerində oturdu gözlərini ovub baxdı, yuxumu görürdü? bir anlıq şaşırdı. Nə mələk mən ölmüşəmmi, yoxsa yuxudayammı? başını tutub bagırdı qorxub! Məlik dayııı. Səsə kişi gəldi qaçıb, nə oldu oğlum pis yuxumu gördün? sakit ol oğlum yanındayam qorxama burdayam. Aylın su bakalını masaya qoyub otaqdan çıxdı. Ramiz bərk – bərk kişinin boynunu quçaqlayıb – kişiyə: burda kimsə vardı gördüm, mənimlə danışırdı. Məlik anladı Aylından qorxmuşdu Ramiz, birdən anası duyar deyə ehtiyat edirdi yazıq kişi qalmışdı ortalıqda susaraq. Yaxşı bilirdi ki, anası bilsə ağzından qurtarmazdılar acıqlanardı Aylına. Ramizi sakitləşdirib yerını uzandırdı, yat oğlum mən yanındayam qorxama. Ramizi sakitləşdirib yanında oturub, söz dinləmədən bu qədər çox içməsinə narazı – üzgün baxışlarla baxdı.

      Aylın otağına gəlib yerinə uzandı, öz – özünə: adamı ruh görə biləçəyin qədər içməsən olmazmı? Allahım sən kömək ol, belələrinə axıl ver. Yastığını quçaqlayıb anası gilin rəsimlərinə baxaraq – anasına: qardaşının oğlu zarafatımdan qorxdu anacan, gülümsədi.

      Gecəc saat 10 olurdu, Ramız yuxudan oyanıb gelib divanda əyləşdi, başı yaman ağrıyırdı. Məlik əlində su bakalıyla gəldı, əlındəki ilacı suya salıb – Ramizə: al iç oğlum başının ağrısı azalsın. Ramiz ilaclı suyu götürüb içdi, bakalı qaytarıb sağol Məlik dayı sən olmasan işim çətin olardı. Məlik – Ramizə: oğlum sənə yemək hazırlayım ye biraz. Ramiz başını tutub, yox heçnə istəmirəm başım çox ağrıyır ofuldayıb ziyarandı, anam hanı? – Ramizə: atanla ad gününə gediblər. Ramizi elə bil tok vurdu bir anlıq baş ağrısını unutdu, atamlamı? offf – offf bu gün gəlirdilər axı, qarşılamağada unutdum. Kişi – Ramizə: sən unutmamısan oğlum, dostun Kamildən xayiş etmisən oları qarşılaşın, oda sağolsun qarşılayıb evə kimi gətirdi narahat olma. Ancaq atan çox əsəbləşdi sən qarşılamadığına görə, içdiyinidə bilmədi səni həmişəki kimi gizlətdik ondan. Atam təkmi gəlib? gəlmədimi bibim qızı bizə? kişi külümsədi, Ramizin sözünə. Oğlum sən hələ ayılmamısanmı? sənə su verən kimiydi otağına gəlib? Aylın idi bibin qızı, səndə qızdan qorxub bagırdın. Ramiz pərt oldu duyduğunda, burdadı indi? kişi başını narazılıqla sirkələyib güldü, burdadı oğlum harda olacaq artıq? yuxarıda otağındadır. Ramiz tez ayağa qalxdı, mən gedib görüşüm yaxşı olmadı heç, başını qaşıyıb baxdı. Tələsərək gedib piləkənlərlə yuxarı qalxırdı Məlik zarafatla, – Ramizə: qorxsan məni çağır oğlum burdayam. Ramiz arxaya baxaraq – kişiyə: sən gül Məlik dayı eybi yox.

      Qapı döyüldü yavaşdan, Aylın yastığını qucaqlayıb yatmışdı anası gilin rəsiminə baxan yerində. Qapının döyülən səsinə oyandı, tez ayağa qalxıb gəlib qapını acdı. Ramizi görüb əlini üzünə çəkib gözlərini ovub baxdı. Zarafala – Ramizə: oyandınmı Ramiz bəy? bağışla səni qorxuzduğuma görə üzür istəyirəm. Bilmədim mələklər filan gözünüzə görsənirmiş içdiyinizdə, istəmədən qorxutdum səni. Ramiz başını qaşıyaraq Aylına baxdı, heç belə qorxmamışdım ömrümdə, yaxşı olmadı belə tanışmamız utandım düzü sizdən məndə. Düzü mən gəlməliydim sizi qarşılamağa, alınmadı. Atamdan öncə məni qorxuzaraq yaxşıca cəzalandırdın gülümsədi, qarşınıza gəlsəydim tanıyardım belə olmazdı əlbətddə. Necə demişlər? yerində və haq oldu mənə, bagışlayın dost – tanışla başım qarışıb, dostum Kamildən xayiş etmişəmmiş sizi qarşılamağı. Aylına əlini uzatdı gülümsəyərək, xoş gəldin səni görməyimə şadam bibimin qızı. Aylında Ramizin əlini sıxıb, məndə şadam səni görməyimə Ramiz bəy, dayım oğlunu görməyə bu günə qismətmiş.