İkisidə aşağı gəldilər, arvadın qarşısına çatıb dayanıb gözlədilər nə deyəcəyini. Arvad əlindəki məktubla özünü yelləyərək, kobutca – Məliyə: bunu evdə görüləcək işlərlə tanış et. Həyətdə sənə kömək etsin nə iş görsən yanında olsun, indidən işə başını qatsın ki, sonra ipini çəkməyə rahat olsun. Aylın baxıb düşünürdü, “ bu qadın insan üzündə dünyaya gəlmiş şeytan idi sanki, özündən başqasını adam yerinə qoymurdu, mərhəmət yoxdu ürəyində». Bura istirahətə gəlmədiyini anlasın vaxtında, Məlik başını aşağı salaraq yavaş səslə – arvada: xanım bunu Həsən bəy görsə – duysa mənə acıqlanar. Arvad kişinin üstunə yüksək səslə bağırdı, sənə dediyimi et cəhənnəmə acıqlansın, anladınmı? sənə nə deyirəm qabağıma söz qaytarmadan yerinə yetir. Anlamıram yoxsa səndə məni öyrətməyəmi çalışırsan? kişi yavaş səslə – arvada: yox xanım əstəfrüllah. Arvad bağırdı kişinin üstünə, o zaman dediklərimi et cavab qaytarmadan. Aylın gördü ki arvad özünə görə yazıq kişini acılayır, böyük – kiçik qanmır mədəniyyət yoxdur, özünü zor tutdu arvada cavab qaytarmamaqçün. Aylın – kişiyə: Məlik dayi sən məni görüləcək işlərlə tanış et, mən sevirəm iş görməyi. Narahat olma dayım heç bir söz deməz sənə, birdə sənin kimi gözəl ürəkli insanın yanında çalışmağımla qürur duyaram. İnana vaxtımızda gözəl keçər, gedək tanış et işlərlə məni. Yazıq kişinin kövrəldiyini görüb mehribanlıqla qolundan tutdu, gedək Məlik dayı baxcanı göstər mənə. Kişi könülsüz halda – Aylına: buyur qızım. Aylın gedərkən arvada tərs – tərs baxaraq Məliklə getdi həyətə, oturduğu yerdən ardlarınca deyindi öz -özünə: yüksək səslə bağıraraq. Bunun dayısı istəməzmiş, acılayarmış, mən dayısınıda o gətirdiyinidə peşman etməssəm, adım Sənubər olmasın. Masanın üstə məktubu atıb əsəblə ayağa qalxıb bağırdı! – xadiməyə: hansı cəhənnəmdəsən otağıma qəhvə gətir, üzünü turşudub getdi ilan vurmuş kimi otağına.
Kamil atasınada danışmışdı olanlar haqda. Anası çayları gətirib masaya qoydu, – arvadına: çox sağol Solmaz xanım əllərinə sağlıq. Arvadı ərinin zarafatçıl və özünə qarşı çox hörmətçil olduğunu bilirdi, – ərinə zarafatla: nuş olsun Nadir bəy, qızı anasına çayları paylamağa kömək etdi. Anası – qızına: çox sağol qızım əyləş, Nərgiz yaxında olacaq imtahanlarına hazırlaşırdı, qardaşından özünə kömək etməsini xayiş etdi. Bacısı – Kamilə: qardaşım mənə kömək edərsənmi? – Nərgizə: edəcəm ancaq sonra indi yox, biraz işim var həll edim yardım edəcəm söz. Nərgiz uşaq kimi şıltaq idi, – qardaşına: sən demişdin imtahanlarımı yüksək balla qazansam məni istədiyim yerə aparacaqsan, elə deyilmi? Kamil fikirli idi – bacısına: hə aparacam, sən hələ qazan yüksək balını. Nərgiz gülümsəyərək, ana bax sizdə eşitdiniz qardaşım aparacam dedi, – qızına: ay mənim hələdə böyüməyən kiçik qalmış gözəl qızım, yaxşı bilirsən ki qardaşın sənə verdiyi sözünü tutandır. Səndə dərslərinin üstüdə ciddi duraraq çalış ki yüksək bal qazana bilərsən, sonrada qardaşın səni gəzməyə aparsın dediyin yerlərə. Nərgiz – anasına: görəcəksiniz mən sözümü tutacam və, ən yüksək bal toplayacam. Atası qızının şıltaqlığına baxaraq gülümsədi, – inanıram mən qızıma inşallah toplayacaqsan yüksək bal, çaylarını götürüb içdilər. Kamilin axlı qalmışdı Aylının yanında, bunu ata – anası artıq anlamışdılar, biri – birilərinə baxdılar. Əri arvadına işarə etdi ki hər şey yaxşı olacaq, anası istəmirdi oğlu üzülsün dərt çəksin, dərindən nəfəs alıb oğluna baxaraq çayını içdi.
Aylın Məliklə həyətə gəlmişdilər. Məlik əli ilə həyətı göstərib – Aylına: buraların işinə mən baxıram qızım, sən xanımın dediyinə baxma hər işin öfdəsindən gəlirəm mən. Aylın – kişiyə: Məlik dayı məndə sizə kömək edəcəm narazılıq istəmirəm. Dayım mənə görə üzülməsin xalamın dır – dırını eşidib, xanımın gözü önündə olmaqdansa, sənin yanında olmaq xoş olar mənə. Kişi Aylının sözünə gülümsədi, qızım sənin ananda çox mərəfətli qadındı idi, hər gəldiyində mənimlə söhbət edərdi hal – əhvalımı soruşardı. İnan oda eyni sənin kimi deyərdi, çoxu vaxdını bizimlə keçirdərdi. Arvadımla söhbət edərdi, bizimlə bir masada çörək yeyərdi, çox saf ürəkli biriydi rəhmətlik, səndə anana çox bənzəyirsən qızım xasyyətindən, bəxtin oxşamasın. Dayın səslədiyində getmək istəməzdi, sevməzdi xanımın yanında qalmağı, bilirdi söz – söhbət edərək gününə acılıq qatacaqdı qardaşının. Mənə deyərdi, səninlə