Bir gün cavan oğlan başında tabaq şah sarayının ya-nından keçərkən şahzadə qız onu görür. Qız o qədər gözəl idi ki, günəşin işığı onun yanında şam işığı kimi zəif görü-nürdü.
Əhvalat belə olmuşdu. Cavan oğlan başında tabaq kü-çə ilə sarayın yanından keçib gedərkən şahzadə qız pəncə-rənin qabağında oturub fikrə getmişdi. Birdən onun nəzər-ləri halvasatana sataşdı. Qız cavan oğlanın gözəlliyinə hey-ran qaldı. “Yəqin ki, şah oğulları arasında belə gözəl tap-maq çox çətindir”, – deyə qız fikirləşdi. O, kənizini göndə-rib cavan oğlanı saraya dəvət etdi.
Halvasatan şahzadə qızın otağına gəldi. Qız misli gö-rünməmiş gözəl sifətindən örtüyü qaldırıb gəncə yaxınla-şaraq onunla danışmağa başladı. Özü isə ona tamaşa edə-rək, gözlərini ondan ayıra bilmirdi.
Halvasatan özünü nəzakətli göstərmək üçün başını aşağı əyib, qıza baxmağa cürət etmirdi. Lakin şahzadə qız hər şeyi ondan ətraflı soruşmağa başladıqda, o, başını bir qədər qaldırıb, gözünün ucu ilə qıza baxdı. Oğlanı həm qızdırma basdı, həm də üşütmə tutdu, alnını iri tər dam-laları bürüdü. “Əgər dünyada belə gözəl varsa, onda gecə-lər bədirlənmiş ay, gündüzlər isə parlaq günəş nəyə gərək-dir,” – deyə oğlan düşündü.
Bəli, gözəllik bəhrəsi yetişmiş, gəncliyin bağında gözəl qönçələr açılmışdı. Halvasatan nə edəcəyini bilmirdi. Onun dodaqları əsdi, əlləri titrəməyə başladı. O, halvasını satıb evinə qayıdarkən məhəbbətdən od tutub yanırdı.
Əbuəlisina dostunun həyəcanlı olduğunu duyaraq onun dərdinə şərik olmaq istəyib soruşdu:
–De görüm nə olmuşdur? Məndən heç nəyi gizlətmə.
Halvaçı onun ayaqlarına düşərək hər şeyi açıb söylədi. –Şahzadə qıza vurulduğunu da ondan gizlətmədi.
Əbuəlisina cavan oğlana bir ata məhəbbəti ilə dedi:
–Şahlarla nə işin var, özünü əziyyətə salıb, böyük bəlalar çəkərsən, heç vaxt məqsədinə nail ola bilməzsən, sən gəl şahzadə qız haqqındakı fikirləri başından çıxart…”
Lakin oğlan sakit olmurdu, gözəl qızı bir an da olsun unuda bilmirdi.
Qız da oğlana vurulmuşdu. Halvaçı saraydan çıxan ki-mi qız öz kənizlərini oğlanı axtarmağa göndərdi, onlar nə qədər axtardılarsa da, onu heç yerdə tapa bilmədilər. “Bəl-kə, halvasatan əcinnə imiş”, – deyə qız özlüyündə düşün-dü.
Əbuəlisina halvasatanla bacarmadı. O, yalvar-yaxar edib ondan kömək istəyirdi. Əbuəlisina xeyli düşünüb nə isə elədi. Birdən göy guruldadı, yer titrədi, otaqda sərin meh əsdi. Qəflətən qapılar açıldı və gözəllər gözəli şahzadə qız qapıda göründü. Əbuəlisina onu bura özünün hər şeyə qadir olan biliyinin qüvvəsi ilə gətirmişdi.
Otağa girərkən qız bir an huşunu itirdi. Ayılıb gözləri-ni açdığı zaman halvasatanı yanında gördü.
–Ey, məhəbbət eşqilə gənc ürəkləri yandıran gözəllər gözəli! Mənim sarayımdakı halva satan siz deyildinizmi? – deyə o, təsadüfi görüşə mat qalaraq soruşdu.
–Bəli, – deyə halvaçı cavab verdi. – Mən həmin ada-mam. Nə əmriniz var? Qulunuz olmağa hazıram.
Əbuəlisina gənc könüllərə mane olmamaq üçün qonşu otağa keçdi.
Qız oğlana baxıb soruşdu:
–Bunlar nə deməkdir? Siz pərisiniz, yoxsa cin, bəlkə, elmin ağlasığmaz qüvvəsi ilə əhatə olunmuş müdrik adamsınız? Mən bura necə gəlib çixmışam?
–Siz, ey qəlbimin şəfa şərbəti, mənim incə bülbülüm, – deyə oğlan dilləndi. – Siz mənim ürəyimi parçalayan yara-sınız! Şübhələrinizdən əl çəkin, mən də sizin kimi adicə adamam. Mən sizə bədxahlıq etmək fikrində deyiləm, mi-silsiz gözəlliyinizi görüb sizə vurulmuşam. Heç olmazsa, bircə dəfə sizə baxmaq, incə səsinizi eşitməklə ürəyimi sakit etmək istəyirəm. Sizə zəhmət verdiyim üçün məni ba-ğışlayın, amma yalvarıram, bura necə gəldiyinizi soruşma-yın…
Qızın dili tutuldu. Onun özü də halvasatanı görəndən sonra yuxu və dincliyin nə olduğunu bilmirdi. Sübh açılan-da da, günəş doğub şəfəq saçanda da, günəş çəhrayı rəngə boyanıb batanda da halva ilə saraya gələn oğlanın surəti onun gözləri qarşısında dururdu. Gözlərini yuman kimi onu görürdü, elə bil lap aşkarda görür…
Gözlənilməz görüş onu sevindirdi. O, qəlbində şölə çəkib yanan məhəbbət alovunu oğlandan gizlətməkdə aciz qalaraq oxudu:
Ovladı qəlbimi bir igid oğlan,
Getdi sakitliyim mənim o vaxtdan.
Pəncərə önündə otururam tək,
Şəfəq söküləndən, gün batanadək.
Hakimdir könlümə saf məhəbbəti,
Gözümdən çəkilmir bir an surəti.
Bir dəfə görünüb, sonra yox oldu,
Qəlbimi sönməyən odlara saldı.
Ancaq bircə dəfə görəydin barı,
Gözümdən tökülən qanlı yaşları!..
Yox! Hələ duymazsan, mənim sinəmi,
Göynədib yandıran bu dərdi, qəmi!..3
Bu sözlər oğlanı sarsıtdı. O, təsəvvür belə etmirdi ki, şahzadə qız sadə bir halvaçını sevə bilər. Oğlan gözlərini qızdan çəkməyərək oxudu:
Əzizim, bu qədər köks ötürmə sən,
Duyar bir-birini ürəklə sevən.
Keşikçi dayanır qapında yenə,
Onunçun yanına gələmmədim mən.
Sevgililər gözlərini bir-birlərindən çəkmədən bir anlı-ğa dinmədilər. Sonra yenə oğlan öz qəmli mahnısını da-vam etdirdi:
Qızıl bir zolaq çəkib, al geyinir dan yeri,
Günəşin şəfəqləri salamlayır bəşəri.
Dərd əlindən bilmirəm gün çıxır, batır necə,
Qara örpək bürünüb, görürəm düşür gecə.
Birdir gecəm-gündüzüm,
Qəm kəsib qərarımı.
Gecə-gündüz həsrətlə,
Çağırıram yarımı.
Hicran əzabı ağır –
Deyəndə dilim yanır.
Yuxum yoxdur gecələr,
Ahım ərşə dayanır.
Bütün gecəni onlar söhbət etdilər, bir-birlərinə mahnı oxuyaraq həyatın kəşməkeşlərini unutmaqla, büllur kimi saf məhəbbətdən, daimi dostluqdan danışdılar. Onlar gecənin necə keçdiyini belə hiss etmədilər!..
Sübh açıldı. Göyün üzündəki qara pərdə yavaş-yavaş qalxır, hava işıqlaşırdı. Əbuəlisina gəlib onlara xəbər verdi ki, ayrılmaq vaxtı çatmışdır.
Şahzadə