Əbuəlisina. Kayum Nasıri. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Kayum Nasıri
Издательство: Hədəf nəşrləri
Серия: Uşaq ədəbiyyatı
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
mağaradan çıxıb getdilər. Qapı bərk çırpıldı, qıfıl cingiltisi eşidildi. Ətraf tamam qaranlıqlaşdı. Bura, hətta zəif işıq da düşmürdü. Gənc oğlanlar çaxmaq daşı ilə çırağı yandırıb kitab saxlanan yeraltı mağaranı gözdən keçirmə-yə başladılar.

      Bir neçə iri otaqdan ibarət olan bu mağara böyük çadı-ra bənzəyirdi. Otaqlarda stullar, divar boyunca iri şkaflar, ağzınadək kitabla dolu rəflər var idi. Bax, mağara belə gö-zəl idi…

      Qardaşlar bütün otaqları gəzib qurtardıqdan sonra gəlib kitabların yanında oturdular. Onlar əvvəlcədən söz-ləşmişdilər ki, bir-birindən heç nə soruşmasınlar və nə oxuduqlarını bir-birlərinə deməsinlər. Bir azdan onlar bir neçə şeyi qeyd etməyin zəruri olduğunu hiss etdilər. Lakin qeydə almaq mümkün deyildi, çıxanda əllərindən alardı-lar. Amma qardaşlar hər şeyi əvvəlcədən ölçüb-biçmiş-dilər. Onlar özləri ilə soğan suyu götürmüşdülər. Soğan suyunun kağız üzərində izi qalmadığı üçün onunla yazır-dılar.

      Qardaşlar çırağı heç söndürmürdülər, özləri də növbə ilə yatırdılar; diqqət yetirirdilər ki, işıq sönməsin. İşıq mən-bəyi onlar üçün eyni zamanda təqvimi də əvəz edirdi. Çı-raqda yağın işlənməsi ilə onlar ilin vaxtını təyin edir, ayı, həftəni, günü müəyyənləşdirirdilər. Bir dəfə onlar bununla müəyyən etdilər ki, il artıq qurtarmaq üzrədir. Bu müddət ərzində onlar çox şey öyrənmişdilər. Lakin onlar öz sözlə-rinə sadiq qalaraq kimin nə öyrəndiyini bir-birlərindən soruşmadılar. Tezliklə mağaranın qapıları açılacaq və üç saat ərzində bura adamla dolacaqdır. Bu müddətdə onlar xəlvətcə buradan əkilməli idilər. Qardaşlar bütün var-yoxlarını götürüb, qapının yanına gəlib gizləndilər.

      Nəhayət, səs-küy eşidildi. Camaat qapının ağzına top-laşmışdı. Əbuəlisinanın və Əbuharisin ürəkləri çırpınırdı. Budur, qapılar cırıltı ilə açıldı. Camaat axışaraq kitab saxla-nan yerə doluşdu. Qarmaqarışıqlıqdan istifadə edən qar-daşlar gizlincə mağaradan çıxdılar.

      Elə həmin bu vaxtlar şəhərə iki cadugər gəlib, əhalinin arasına pərxaşlıq salmağa başlamışdılar. Onların yaramaz-lıqları, nəhayət, xalqı təngə gətirdi. Lakin cadugərləri tut-maq səyi boşa çıxdı.

      Əbuəlisina ilə Əbuharis mağarada olduqları bir il ər-zində tanınmaz dərəcədə dəyişmişdilər: onları saqqal bas-mış, dırnaqları uzanmış, bir sözlə onların xarici görünüş-ləri çox dəhşətli idi.

      Qardaşları bu vəziyyətdə görən şəhər əhli onları hə-min cadugərlərə oxşadaraq tutub padşahın yanına gətir-dilər. Padşah sorğu-sual etmədən, qardaşları meydançaya aparıb hər ikisinin boyunlarını vurmağı əmr etdi. Cavanla-rı meydançaya gətirdilər, cəlladlar edama hazırlaşdılar.

      

Bu vaxt Əbuəlisina Əbuharisə baxaraq dedi:

      Biz bir il mağarada əbəs yerə əziyyət çəkib müxtəlif elmlər öyrənməmişik ki. Bu çətin dəqiqədə biliyimiz bizi bəladan qurtarmalıdır.

      Bu sözləri deyib Əbuəlisina cəlladların gözündən itdi. Onun belə qəflətən yoxa çıxması, hamını heyrətə salmışdı. Cəlladlar əllərindəki qılıncları yuxarı qaldırmış halda əv-vəlcə yerlərində donub qaldılar, sonra özlərinə gəlib Əbu-əlisinanı axtarmağa başladılar. Bu qarmaqarışıqlıqda onlar Əbuharisi tamam yaddan çıxartmışdılar.

      Əbuəlisina isə şah sarayının yaxınlığındakı gölə baş vuraraq gözdən itdi. Onu nə qədər axtardılar tapa bilmədi-lər. Bu vaxt cəlladlar meydançaya qayıdıb Əbu-harisi edam etmək qərarına gəldilər. Gəlib gördülər ki, oba kö-çüb, yurdu qalıb. Cəlladlar Əbuəlisinanın dalınca qaçan zaman Əbuharisin əl-qolu bağlanmış kəndir öz-özünə açı-laraq sarayın damına qədər uzanmışdı. Cavan oğlan bu kəndirlə dama çıxmış və orada gizlənmişdi.

      Cəlladlar qorxudan saçlarını yolurdular. Əhalinin ço-xu bərk qorxmuşdu. Onlar şəhərin qara günlərinin başla-nacağından ehtiyat edirdilər. Lakin Əbuəlisina öz biliyin-dən əhalinin zərəri üçün istifadə etməyi xəyalına belə gə-tirmirdi, o heç kəsə yamanlıq etmədi.

      Əbuəlisina Misirdə

      Əbuəlisina şah sarayının yaxınlığındakı gölə baş vu-rub Nil çayının yanında peyda oldu. Sonra o, Misirə yola düşdü. Orada o, saç-saqqalını qırxdırıb, adam arasına çıxa biləcək ləyaqətli bir görkəm aldı.

      O, küçə və bazarları gəzə-gəzə, halva satılan cərgəyə gəlib çıxdı. Oradakı kiçik dükanlarda halvasatanlar öz mallarını tərifləyərək alver edirdilər.

      Əbuəlisina bir dükana girdi, piştaxta dalında bir gözəl oğlan dayanmışdı. Məlum oldu ki, bu cavan oğlan halvanı özü bişirir, bazara çıxarıb satır və qazandığı pulla qoca anasını saxlayır. Oğlan həm də əməksevən, işgüzar və utancaq idi. Əbuəlisina onu görcək heyran qaldı, öz-özünə fikirləşdi ki: “Bu oğlanı kasıbçılıqdan və çətin zəhmətdən qurtarmaq lazımdır…”

      Halvasatan yad adamın ona diqqətlə baxdığını gör-dükdə özünü itirdi və utandı. “Bu yolçu məndən nə istə-yir?” – deyə düşündü və ona bir parça halva verdi. Əbuəli-sina halvanı dişləyib dərhal tüpürdü.

      “Görünür mənim halvam yolçuya xoş gəlmədi, görü-nür onun özü halva ustasıdır. Qoy onu evimə dəvət edib, ondan halva bişirmək məharətini öyrənim”, – deyə cavan oğlan fikirləşdi və Əbuəlisinanı axşam evinə dəvət etdi.

      Hər tərəfi qaranlıq bürüyən zaman, yaxud xalq arasın-da deyildiyi kimi, ovçu öz tələlərini gecə qurduğu vaxt, qo-ca qarı – gecə, üzünə qara örtük saldığı zaman Əbuəlisina halvasatanın evinə yollandı. Cavan oğlan onu mehriban-lıqla qarşıladı. Onlar əyləşib söhbət etdilər, oğlanın isə sa-bah satmaq üçün halvası yox idi, buna görə o, söhbəti iş-dən salıb Əbuəlisinadan soruşdu:

      – Cənab, siz halvanı nədən hazırlayırsınız?

      Əbuəlisina cavab vermədi, guya nə haqda isə fikirlə-şirdi.

      Halvasatanın qəlbini narahatlıq bürüdü.

      –Mənim çox az vaxtım qalmışdır, cənab, satmaq üçün sabaha halva hazırlamamışam. Bilmirəm nə edim? – cavan oğlan özünü itirmiş halda dilləndi. O yolçunun heç bir şey-dən başı çıxmadığını güman edərək, hətta əsəbiləşdi də. Əbuəlisina müsahibinin fikrini duyub dedi:

      –Mən sizi bu ağır zəhmətdən xilas edib, sizə başqa pe-şə öyrətmək istəyirdim. İndi ki, halvaçı olmaq sizə xoş gə-lir, qoy olsun. Mənə bir kisə saman verin, mən sizə ondan necə halva bişirməyi öyrədərəm.

      Bu sözləri eşitcək, cavan oğlan qəzəbləndi, az qaldı ki, qonağını qovsun.

      Heç samandan da halva bişirmək olar!..

      Amma özünü saxladı, gedib saman gətirib Əbuəlisina-nın qabağına tökdü.

      Əbuəlisina nə edirdisə, samanın hamısı dönüb halva olurdu. Cavan oğlan qarşısında içi halva dolu bəzəkli qab-lar gördü. İndiyədək heç kəs bu qədər ləzzətli halva gör-məmiş və yeməmişdi. Əbuəlisina cavan oğlana dedi:

      –Bax, bu da sənə halva. Sabah bazara