Odərlər. Шамиль Садиг. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Шамиль Садиг
Издательство: Hədəf nəşrləri
Серия: Çağdaş ədəbiyyat
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
üçün Qoroğlu da o gündən Oda çevrildi. Vətəni, milləti qorumaq üçün o, bəzən köz olub düşmənin bağrına yapışacaq, bəzən məşəl olub elin yolunu işıqlandıracaq, bəzən də tonqal olub xalqı birləşdi-rəcəkdi.

* * *

      Qoroğlunun təşkilatın ideologiyası ilə tanışlığı Dədə Əfəndinin söhbətləri ilə başladı. Onun beynini didib-da-ğıdan sualların cavabını, Dədə Əfəndinin ruhu cilovlayıb idarə edən fikirlərində, sehrli cümlələrində tapacaq, OdƏrə bəşəri bir missiya veriləcəkdi. Hansı ki bu fikirlər, bu ideyalar onu fövqəltəbii bir güc ilə qoruyacaq, bəşəriy-yətin sirlərini öyrənmək üçün Şuşadan Çinə, Çindən Vati-kana, Vatikandan Hindistana, Hindistandan da Mayyalı-ların tarixini araşdırmaq üçün Cənubi Amerikaya apara-caqdı…

      2

      Dünya yaranandan insan sözün əsiridir. Söz forması-nı dəyişməsə də, zaman-zaman məna yükünü, təqdimat formasını dəyişib. Sözü təqdim edənlər onun alt şüuruna gizlin sirləri ya bilərəkdən, ya da fərqinə varmadan yer-ləşdirib. Onu oxuyanlar isə öz istədikləri formada yozub, sübut etməyə çalışıb. Söz Tanrının sirri olduğu üçün in-san hələ də onun sehrindən çıxa bilmir, ifadə etdiyi məna-nın çoxluğu arasında başını itirir. Qətran Təbrizi sözün həqiqətə, varlığa münasibətindən danışarkən yazır: “Söz varlığı olmayan, həqiqi aləmdən kənar bir anlayışdır”. Həqiqi aləmdən kənar, bizim dərk edə bilməyəcəyimiz yeganə varlıq isə Tanrıdır. Füzuli fəlsəfəsində deyildiyi kimi, sözün qüdrəti, məğlubedilməz azman ordulardan daha böyükdür. Tanrı haqq və ədalətin bərpası üçün insa-na iki böyük silah vermişdi: Söz və qılınc. Amma insanlar sözün dəstəyindən tutub onu yüksəklərə qaldırıb, şərin başını kəsə bilmədiyi təqdirdə daha asanını – silahı əlinə alıb və qan töküb. Min illərdir ki, Tanrının sirrinin sözdə olduğunu dərk edənlər onun yarandığı mücərrəd ele-mentləri araşdırıb, bunu əldə etmək üçün institutlar, aka-demiyalar yaradıb. Həqiqətin başının zorla kəsilə bilmə-yəcəyini müəyyənləşdirən əsilsizlər qılıncı kənara qoyub, söz oyununa girişmiş, onun sehri ilə bükülməyən dizləri büküb, qırılmayan iradələri qırıb, kəsilməyən başları kə-sib. Artıq dünyanın idarəçiliyinin sözün əlində olduğunu çoxları dərk edir, amma ona qarşı dura bilmirlər. Uçuru-ma aparan sehrli sözlərin ardınca gedirlər. Uçuruma düş-dükləri zaman bunu dərk etsələr də, artıq gec olur.

      Bu gün dilimizdə tez-tez səslənən bir ifadə var: infor-masiya əsridir. Əslində, həmişə informasiya əsri olub. Amma indi informasiya yox, informasiyanın təhlilinin əs-ridir. Bunu dərk edə bilməyən bəşəriyyət artıq aldığı in-formasiya dəryasında boğulur. Halbuki hər damlasında böyük mətləblər gizlənən su kimi, sözün də hər hecasında gizlin mətləblər gah xoruldayır, gah da mışıl-mışıl yatır. Susuzluqdan yandığın zaman sənə yetəcək bir damla su əvəzinə, özünü dəryaya vurub acgözlüklə, birnəfəsə in-formasiyaları içirsən və beləcə boğulursan. Deməli, sözün təhlili və anlamını başa düşmək daha əhəmiyyətlidir.

      Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,

      Edə hər saət səni ol uyqudan bidar söz.

      Bəli, zaman sözün qılıncdan güclü olduğu bir zaman idi. İnsan sözlə silahlanmış sosial şəbəkələrlə kainatı idarə edirdi. İnternet əsri dünyanın işini asanlaşdırdığı qədər də çətinləşdirirdi. Artıq camaat qəzet, televiziya və jur-nallardan daha çox, sosial şəbəkələrdə olan şəxsi səhifə-lərdəki məlumatlarla idarə edilirdi. İnsanlarda belə bir fi-kir formalaşmışdı ki, böyük mətbuat qurumları sifarişlə işləyir, təqdimatlarını sifarişlə qururlar. Sifarişlərin kökü isə həmişə hansısa gizli təşkilatlara, qüvvələrə bağlanır-dı.

      Yay səhərlərinin birində sosial şəbəkələrdə yeni bir xəbər yayıldı. Bu xəbərdə deyilirdi ki, Azərbaycanın Er-mənistanla təmas xəttində yerləşən hərbi hissələrindən bi-rində bir qrup hərbçi silah-sursat və pul oğurlayaraq qaç-mışdır. Müxalifət qəzetlərində də bu xəbər dərc edildi. Amma qəzetlərin hərəsi bir ehtimal irəli sürürdü. Aparıcı qəzetlərdən biri yazırdı: “azərbaycanlı əsgərlər hərbi his-sədən külli miqdarda pul və xeyli silah-sursat götürərək Gürcüstana qaçmış, oradan da Avropaya keçmişdilər.” Xarici qrantlar hesabına yaşayan digər bir qəzet isə yazır-dı ki, həmin hərbçilər hərbi hissənin xəzinədarını öldürə-rək pulları əldə etmiş, Ermənistan tərəfə sığınmışlar. Hər-bi hissədəki özbaşınalıq bütün əsgərləri cana gətirmiş, çı-xış yolunu Ermənistana, ordan da neytral ölkəyə keç-məkdə görüblər.

      Bir qəzet də yazırdı ki, bu əsgərləri erməni kəşfiyyatı əsir götürmüşdür. Ona görə də dövlət bu rəzalətə görə heç bir açıqlama verə bilmir.

      Xeyli versiyalar meydana atıldı… Hər kəs bu mövzu-da danışır, televiziyaların xəbərlərini gözləyir, amma bu barədə dolğun və inandırıcı bir məlumat eşitmədiyindən, başını aşağı salıb güzəranını keçirirdi. Müxalifət televizi-yaların bu hadisəni səssiz qarşılamasından istifadə edib sosial şəbəkə tribunalarından xalqın aldadıldığını söylə-yir, siyasi məqsəd üçün çox yaxşı istifadə edirdi. Elə bil, doğrudan da iqtidar qəzetlərinə və televiziyalarına bu haqda xüsusi tapşırıq verilmişdi. Hər hansı bir metronun girişindəki daşın üstündə “Allah” yazıldığını iddia edən mövhumatçı gəncləri ekranlara çıxaran, hər hansı bir köl-gənin ruh olduğunu söyləyən xəstə təxəyülləri işiqlandı-ran, hansısa bir iti altı barmağı olduğu üçün ekrana gəti-rən, əqidəsi və şəxsiyyəti olmayan bəzi mütrüb tayfasının bir-biri haqqında dediyi iyrənc fikirləri Azərbaycan audi-toriyasına sırıyan müstəqil televiziyalar bu qədər hənga-məyə heç nə olmamış kimi münasibət göstərdi. Hətta bu-nun şayə, yanlış olduğunu da səsləndirmədilər. Bunu, sa-dəcə, sosial şəbəkələrdə fəal olan gənclər azdan-çoxdan təhrif olunmuş formada duyur, rəylər bildirirdilər. Bu xə-bərin altında verilən rəylərdən birində yazılmışdı ki, kim nə bilir, bəlkə, bu gənclər də Mübariz İbrahimov kimi düşməndən qisas almağa gediblər. Yəqin bunun da səsi sonra çıxar.

      Əhalinin böyük əksəriyyəti isə heç nədən xəbər tut-madı. Bu hadisə təzəcə yaddan çıxmağa başlamışdı ki, Amerikanın “Vaşinqton Post” qəzeti böyük bir yazı ya-yımladı. Bu yazıda Azərbaycan ordusunun səfil vəziyyət-də olduğundan bəhs edirdi. Bu hadisəyə üstüörtülü şəkil-də eyham vurularaq deyilirdi ki, demək olar, hər ay Azər-baycan ordusunda əsgərlər ya intihar edir, ya zabitlər tə-rəfindən öldürülür, ya da digər ölkələrə qaçırlar.

      Əslində isə, hadisə tamam başqa cür olmuşdu. Çünki bu gün mətbuatda gördüklərimiz başqa, həqiqət isə tama-milə başqadır. Bəzən bəzi həvəskar mətbuat nümayəndə-ləri bilmədən həqiqətləri yazır. Amma inanılmış digər te-leviziya, qəzet və saytlar həqiqəti yolundan sapdıraraq yanlış informasiyanı xalqa sırıyırlar. Bəzən də hazırlanmış gizli bir planı bilmədən söz azadlığı altında darmadağın edirlər.

      3

      Ermənistanın işğal etdiyi ərazilərlə sərhəddəki Azər-baycan ordusunun hərbi hissələrindən birində kəşfiyyat bölüyünün bir-birinə daha yaxın olan, çətinliklərə düşə-rək bir-birilərini