– Siz kimsiniz? Mən hara xoş gəldim?
– Oğul, sən Ata ocağına gəlmisən, narahat olma! İşti-rakçısı olduğun bu ocağın tarixi çox qədimdir. Türk dün-yasının və bəşəriyyətin qurtuluşu üçün çalışır, zaman-za-man böyük zərbələrə məruz qalaraq itirilmiş tarixlərin üzə çıxarılması üçün mübarizə aparır. Min illərdir ki, Ya-radanın və Yaradılışın sirləri şər qüvvələrin əlinə keçmək təhlükəsindədir. Seçilmişlərdən ibarət olan bu təşkilatın işi onlarla mübarizə aparmaq, Tanrının yaratdığı milləti saflaşdırmaqdır.
Səsdə bir sakitlik gətirəcək hava vardı. Bir də amira-nəlik hökm sürürdü.
Səs nalyığana tanış gəldi, adının başqa adla səslən-məsi onu daha da narahat etdi.
– Mən necə inana bilərəm ki, sizin məqsədiniz ali-dir? Və niyə məhz məni öz sıranızda görmək istəyirsiniz?
Üzübağlı adamlardan biri üzünü açdı, bu MTN-in ge-neralı Atilla Babayev idi. General dedi: – Qoroğlu, sən o nalı mənə göstərməmişdən öncə mən o evdə öldürülən Həsənin qatilini tanıyırdım. Hətta onun ölüm fərmanını da elə biz vermişdik. O, İranın Qum şəhərində təhsil al-mışdı. Onun orda yaşadıqları kişi üçün dəhşətli bir faciə olduğu üçün mollaların əsirinə çevrilmişdi. Bunun üçün də ona verilən tapşırıqları yerinə yetirirdi. Din missioner-liyi altında gəncləri ətrafına toplayır, özünün düşdüyü bataqlığa sürükləyirdi. Bundan da başqa, Azərbaycana gizli yolla silah, narkotik vasitələr gətirməklə məşğul olurdu. Hətta son zamanlar təşkilatlanmağa da başlamış-dılar. Elə bununla bağlı bizim təşkilatın OdƏrlərinə onu öldürmək tapşırığı verildi. Əməliyyatı həyata keçirən gün atlarından birinin nalı təsadüfən ora düşmüşdü. Çoxdan planlaşdırırdım ki, sən də burda – bizim aramızda ola-san. Buna qərar vermək üçün səni xeyli müddətdir nəza-rətdə saxlayırdım və səninlə bağlı xüsusi planlarım vardı, hətta gizlincə dəfələrlə səni sınaqdan da çıxarmışdım. O nal isə bir təsadüf oldu. O nalın sahibini axtarmağı sənə tapşırmağım sənin üçün bir sınaq idi. Bu sınağımdan da keçdin.
Bu vaxt məşəlli insanlardan digər biri də üzünü açdı. Bu da həmin Dəmirçioğlu idi.
O dedi: – Qoroğlu, general sənin haqqında zəmanət verəndə biz sənin belə mərd olduğuna inanmırdıq. Səni tanımaq üçün mənim yanıma göndərdi. Buna da bəhanə həmin nal oldu. Səninlə söhbətdə mən də səni bəyəndim. Atı sənə təklif etməyim səni sınamaq idi. İşinin ardınca gedib getməyəcəyini bilmək üçün sənə ən çətin yolu təklif etdim. Sənsə iradəli adam olduğun üçün bundan vaz keç-mədin. Bir də ki, at səni Ata kişiyə tanıtmaq üçün bir şifrə idi. Necə ki, nal səni mənə tanıtmışdı. Gələcəyini də bildi-yimiz üçün bu gün bura yığışmışdıq.
Sonra üçüncü kişi üzünü açdı, bu da Ata kişi idi. Ata kişi heç bir vaxt üzdə görünməsə də, dövlətin maraqlarını qoruyur, onun güclənməsi üçün xalq arasında fəaliyyət göstərən Xüsusi şöbənin polkovniki idi. O dedi: – Əlində-ki nalı bizə göstərəndə səni tanıdıq, amma şifrədən tam əmin olmaq üçün sənin atına da baxmaq lazım idi. Əgər sən seçilmişdinsə, mindiyin atın da nalları sənin əlindəki nalla eyni olmalı idi. Onun üçün də səni içəri dəvət etdik və həmin müddətdə atının nalına baxdıq. Dəmirçioğlu-nun atı olduğunu təsdiqləyəndən sonra səni bu saata qə-dər sağ saxladıq və məclisə çıxardıq.
Nalyığan heç nə anlamırdı. Bir qədər əvvəl tanıdığı insanların burada olacağını heç gözləmirdi. Buna inan-maq isə mümkün deyildi. Hər şey bir tərəfə, o anda onu düşündürən yeganə müəmmalı məqam digər iki nəfərin kimliyi idi. Səbirsizliklə onların kim olacağını gözləyirdi. Elə bu dəm onlardan biri də üzünü açdı. Bu da hərbi xid-mətdə olanda onun briqada komandiri olmuş polkovnik-leytenant Kamandar Heydərov… Əslində, Nalyığan hər şeyi indi anlayırdı. Onu indiki işinə düzəldən də, Atilla Babayevlə tanış edən də briqada komandiri olmuşdu. Dördüncü kişi üzünü açandan sonra dedi: – Qoroğlu, sən yəqin ki, hər şeyi başa düşdün. Səni kəşfiyyata göndərdi-yim ilk vaxtdan seçmişdim. Həmin kəşfiyyat sənin seçil-miş olacağına qığılcımdı. Sonrakı kəşfiyyatlar isə bu qığıl-cımı daha da alovlandırdı. Və beləcə, sən bura gəlib çıx-dın. İndi sən beşincinin kim olduğunu səbirsizliklə gözlə-yirsən, buna hamımız əminik. Amma bu, hələ sənə sirr olaraq qalacaq. Bir neçə etapdan sonra bunu da biləcək-sən. Əgər sınaqlardan çıxa bilsən, Ulu Şaman məclisinə də təqdim ediləcəksən. Bundan sonra da “Qoroğlu” sənin təşkilatdakı kod adın olacaq.
– Sizi yaxşı tanıyıram. Sizə özüm qədər inanmışam, heç vaxt da bir dediyinizi iki etməmişəm. Əgər mənim də burda olmağımı istəyirsinizsə, mənimçün böyük şərəfdir. Amma mən həmişə vətən və millət üçün çalışmışam. Bun-dan sonra da belə olacaq, sizinlə bir yerdə də olsam, tək də. Lakin mən sizin qayənizlə daha dərindən tanış olmaq istəyirəm, kimliyinizi dəqiq bilməliyəm. Apardığınız mü-barizənin konkret olaraq nədən ibarət olduğunu dərk edib, ona inanmalıyam. Bunu necə sübut edə bilərsiniz?
– Bizim təşkilat müstəqil fəaliyyət göstərsə də, hər zaman dövlətin yanındadır. Bütün kəşfiyyat materialları, verilmiş bütün qərarlarımız yalnız birinciyə çatdırılır. Təşkilatın bütün türk cümhuriyyətlərində qolları var. Bü-tün türk ölkələrində olduğu kimi, Azərbaycanda da beş mərhələdən ibarətdir bu ocaqlar. Hər beş nəfər şəxs onun üstündəki beş nəfərlik digər qrupa daxildir. Bizim hazırkı təşkilat dördüncü mərhələdir. Beşinci ocaqda fəaliyyət göstərən şəxsləri yalnız beşinci ünsür tanıyır. Bizim üçün Ulu Şaman məclisinin bütün qərarlarını beşinci ünsür təq-dim edir. Ümumilikdə Türk dünyasının, o cümlədən Azərbaycanın xarici kəşfiyyatını qururuq. Xaricdən Azər-baycana qarşı olan bütün təzyiqləri biz zərərsizləşdirir, idarə edirik. Ulu Şaman məclisinin beşinci ünsürü isə türk xalqlarının beşinci ünsürləri ilə hər il bir qurultay keçirər-lər. Sonra da alınan qərarları yerlərə, yəni hər ölkənin be-şinci məclisinə çatdırırlar. Amma sən ideologiyamızı daha dərindən öyrənmək üçün Dədə Əfəndinin söhbətlərinə qulaq asmalı olacaqsan. Əgər elminlə deyilənləri qəbul et-məsən və bizi haqsız hesab etsən, məclisə girməmiş uzaq-laşa bilərsən. Yox, əgər elmi dərk etmədən, gücün çatma-yıb yarımçıq qoysan və məclisdən uzaqlaşmaq istəsən, onda yanan bir ocaq kimi üstünə su töküləcək və birdəfə-lik söndürüləcəksən. İndi de görüm, elmimiz və qayə-mizlə tanış olmağa, onu öyrənib daşımağa gücün, iradən çatarmı? – deyən Dəmirçioğlu gözlərini düz Arslana zil-lədi.
– Mən elminizi daha yaxından öyrənmək istəyirəm. Onu öyrənib haqlı olduğunuzu görsəm, daşıyacağıma da əminəm.
Arslan hələ də beşinci şəxsin üzünün açılmasını göz-ləyirdi. Ona görə hələ də sözlərini beşinciyə ünvanlayırdı.
Polkovnik-leytenant Kamandar Heydərovun yarım-qaranlıq çöhrəsində bir təbəssüm yarandı. O, bununla sanki öz yetirməsi – OdƏrilə fəxr etdiyini göstərirdi. Onun daxili aləminə yaxından bələd olan polkovnik-ley-tenant Kamandar