. . Читать онлайн. Newlib. NEWLIB.NET

Автор:
Издательство:
Серия:
Жанр произведения:
Год издания:
isbn:
Скачать книгу
Qarabağlı Əbülfəz Elçibəyi çoxdan və çox yaxşı tanıyırdı.

      Bulvardakı, Malakan bağındakı, Azneft meydanının yanındakı çayxanaların hər birində o Bəylə bəlkə yüz dəfə çay içmişdi və cibində lap az miqdarda pul olanda da çayın pulunu çox vaxt özü verməyə çalışmışdı.

      Bu gün günortaya yaxın evdən çıxan kimi artist birbaşa Xalq Cəbhəsinin qərargahına yollandı. Bəy yerində yox idi. Qərargahın qabağında artist azı bir saat dayanıb, Bəyin gəlməyini gözlədi. Sonra gedib “Araz” kinoteatrının yanındakı kafedə nahar elədi: 150 qram araq içib iki pors sosiska yedi. Və elə o kafedəncə çıxıb, təzədən Xalq Cəbhəsinin qərargaına getdiyi yerdə fantanlı hovuzun yanındakı o dəhşətli hadisənin üstünə çıxdı.

      İndi xəstəxananın alaqaranlıq dəhlizində doktor Fərzaninin kabineti qarşısındakı skamyada əyləşib cərrahiyyə əməliyyatının qurtarmasını gözləyən Nüvariş Qarabağlı bu gün Bəylə baş tutmayan o görüşdən xəyalında bir görüş səhnəsi yaratmışdı ki, gəl görəsən: “-Buyur, bəy! Xoş gəlib səfa gətirmisən! – Böyük Bəy (artistn xəyalında) köhnə çayxana dostunu hədsiz sevinclə qarşıladı. – Kefin-zadın? Tiyatırda nə var, nə yox? Kimin əsərin qoyursuz? Elə dünən səni uşaqlardan soruşurdum. Deyirdim, bəy görsənmir. Bir maraqlanın, görün hardadır sənətkar? Bəlkə, bir dərdi-səri var, bilmirik.

      – Dərd-sər deyəndə ki… – Artist elə bunuca deyib, tapança məsələsinin həllini mümkün qədər tezləşdirmək məqsədilə Şahqacar Ərməğanovun alçaq əməlləri barədə Xalq Cəbhəsinin liderinə və keçmiş çayxana arkadaşına, məzmunlu və təsirli, qısa məlumat verdi. Və qonşuluğundakı fahişəxananın qızğın fəaliyyəti barədə də Böyük Bəyə bir-iki kəlmə söz demək istəyirdi ki, köhnə dostunu Xalq Cəbhəsinin qərargahına gətirən məsələnin nə məsələ olduğunu, dahilərə məxsus həssaslıqla öncədən hiss eləyn Bəy öz keçmiş çayxana həmkarının sözünü kəsib, onu əziyyətdən qurtardı:

      – Xırda məsələdi, bəy! – Böyük Bəy saqqalına yüngülcə sığal çəkib ucadan və ilhamla dilləndi. – Xalqa lazım olan insanları qorumaq bizim borcumuzdur. – Telefonun dəstəyini götürüb, kiməsə göstəriş verdi: – O piştovdan birini gətir sənətkara. Dostumdu. Ünlü sənətkarımızdı. Xalqa lazımlı adamdı. Bəli, çətin vaxtdı, xatalı zəmanədi. Biz öz sənətkarlarımızı imkan daxilində qorumalıyıq. – Böyük Bəy (artistin xəyalında) məhz bu sözləri dedi və bu sözləri deyəndən sonra, mehribanca gülümsəyərək, telefonda astadan əlavə elədi: – Patronun bir az artıq elə”.

      O tapançanı hökmən, özü də məhz Bəyin vasitəsilə lap yaxın günlərdə əldə edəcəyinə inanandan sonra Nüvariş Qarabağlı fikirləşdi ki, gərək insan ötən günün qədrini bilsin. Cəmi bir il-ilyarım əvvəl elə o çayxanalardaca Bəylə keçirdiyi günləri həsrətlə yadına saldı. 1979-cu ilin may ayını xatırladı: Heydər Əliyevin teatra gəlişini və özünün (heç gözləmədiyi halda) bircə sutkanınn içində şəhərin mərkəzində ev almağını… Hələ 1960-cı illərin əvvəllərində (23–24 yaşlarında) bir dəfə möhkəm vurub, gecə vaxtı lül-atəş avtobus dayanacağına tərəf gedəndə – Zevin küçəsinin tinində, Heydər Əliyevlə rastlaşmağı xatirinə gəldi. O zaman Nüvariş Qarabağlı ata evində olurdu və teatrda hələ təzə-təzə epizodik rollarda oynamağa başlamışdı. Və burası heyrətamiz dərəcədə qəribəydi ki, Nüvarişin o dərəcədə əhəmiyyətsiz, epizodik rollarını Heydər Əliyev görmüşdü. Həm də nəinki görmüşdü, hətta yadında da saxlamışdı.

      O gecə Heydər Əliyev özü də, görünür, hardansa yeyib-içməkdən gəlirdi. Əhvalı çox yaxşıydı. (Yanında özü yaşda bir kişi də vardı.)

      –Ə, artist qardaş, dayan görüm, – dedi. – Amma bərk vurmusan ha! Harda vurmusan? – Yanındakı kişini göstərdi. – Biz də vurmuşuq da. Bə niyə düz yolda valaylamırıq?

      O vaxt Nüvariş, məlum məsələdir ki, Heydər Əliyevi tanımırdı. Əgər Heydər Əliyevin özü əlini ona uzadıb “Gəl, tanış olaq” deməsəydi, o gecə Zevin küçəsinin tinində kiminlə rastlaşmağı sonralarheç bir zaman artistin yadına, əlbəttə, düşməyəcəkdi.

      – Gəl, tanış olaq: Heydər Əliyev! – Dostu ilə hardansa kefdən gələn 30–35 yaşlı ucaboy, uzunsifət, arıq kişi özünü artistə belə nişan verdi. – Sən də artistsən, bilirəm. Teatrda yaxşı rollar oynayırsan. Bəs indi gecənin bu vaxtı hara gedirsən?

      Nüvariş dili dolaşa-dolaşa:

      – Xı-xı… Xırdalana, – dedi. – Gedirəm, avtobusa minim.

      Uzunsifət kişi bu dəfə artisti başından ayağınacan süzdü:

      – Di yeri, get, – dedi. – Gecdi. Bundan sonra bir də belə içmə.

      “Sən yenə Xırdalanda yaşayırsan?”

      Zevin küçəsinin tinindəki o təsadüfi görüşdən az qala 25 il keçəndən sonra Heydər Əliyevin teatrda dediyi bu sözlər indi artistin qulağında o qədər güclü və canlı səsləndi ki, elə bil xəstəxana koridorunun ölü divarları da bu səsi açıq-aşkar eşitdi.

      “-Yox, indi Montində yaşayıram – yerdən bir mərtəbə aşağıda”.

      “-Sabahdan şəhərin mərkəzində yaşayacaqsan – yerdən 10 mərtəbə yuxarıda”.

      O axşam Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərinin tamaşasından sonra bütün yaradıcı kollektiv teatrın direktoru Mopassan Mirələmovun kabinetinə yığışmışdı. O tamaşada Nüvariş Qarabağlı Dərviş Məstəli şah rolunu oynayırdı və onun oynadığı rol, deyəsən, Mərkəzi Komitənin Birinci katibinin xoşuna gəlmişdi. – “Ölülər”də Şeyx Əhmədi də əla oynayırsan, – dedi. – Televizorda iki dəfə baxmışam. Sən belə rolları çox oyna”.

      O gün teatrdan 4–5 adama ev verməyi H.Əliyev, görünür, əvvəldən planlaşdırıb gəlmişdi və bu plana görə, yəqin ki, Qreta Minasovanın adı o 4–5 adamın içində hökmən olmalıydı. “Burda bir köhnə işçi vardı: Minasova. O yenə burda işləyir?” – Kimin harda işlədiyni hamıdan yaxşı bilən H.Əliyev teatrın direktorundan soruşdu. Və bu gözlənilməz dəvətdən özünü itirib direktorun kabinetinə ağappaq, meyid sifətində girən Qreta Sarkisovna sonra o kabinetdən ağlaya-ağlaya çıxdı: “Спасибо, Гейдар Алиевич! Огромное Вам спасибо!”[1]

      Qreta Sarkisovnanın o axşamkı sifəti ind də artistn gözünün qabağındaydı.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить


<p>1</p>

Sağ olun, Heydər Əliyeviç, çox sağ olun