Sur üfürülənə qədər Sarı Saltuk Baba. Çinar Ata. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Çinar Ata
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
gəzir, obadan ayrılmırdılar. Şərif Xıdırın varlığından xəbərdar olan başqaları da vardı, amma onlar açıqda gəzmirdi. Yıxılmamış, yandırılmamış çadırların altından gizləndikləri yerlərdən Şərifi müşahidə edənlər vardı. Necə olmuşdusa, monqol quldurlarının tapa bilmədiyi uşaqlar günlərdir bu viranə içində gizlənib yaşamağa cəhd göstərirdilər.

      İlk fərq etdiyi uşağın qorxuyla çadırın altına qaçması Şərifi çox narahat etdi. O anda qəhrindən ürəyinin partlayacağını düşündü. Onları daha çox incitməmək üçün yanlarına getmədi. Özü kimi yetim olan uşaqları sakitləşdirmək üçün heç olmasa, özün Türk olduğunu, yad olmadığını bilmələri lazım idi. Uşaqkən anası Rəbinin söylədiyi laylalardan qışqıra-qışqıra söyləyərək yıxılmış obanın çadırları arasında gəzməyə başladı. Bir uşaq yaddan çıxmasın, unudulmasın deyə, bütün çadırların ətrafında dəfələrlə təvaf edir, layla deyirdi. Gizləndikləri yerdən çıxan körpələr yerdə yumalanır, ağlaşaraq ona yetişməyə çalışırdılar. Analarının, nənələrinin söylədiyi bu ilahi sözlər və mahnılar onları tək-tək gizləndikləri yerlərdən çəkib çıxarmışdı. Ona yaxşıca alışsınlar, qorxuları sakitləşsin deyə uzun müddət körpələrlə düzənlikdə gəzişdilər.

      Biri digərini görüb ondan cəsarət alır, hamısı bu karvana daxil olurdu. Obanın ortasındakı meydana çatanda onları gözləyən birinin də olduğunu gördü. Deyəsən, saçları çiyinlərindən aşağıya tökülən ağsaqqal da gizlənib canını qurtaranlardandı.

      – Salam-əleyküm, baba, başımız sağ olsun, Allah səbir versin.

      – Amin, Məhəmməd Bahadır. Cümlə müsəlmanlara səbri-cəlil lütfkarlıq etsin Həzrəti Allah…

      – Bismillah, Sübhənallah.

      – Qorxma övladım. Bəli, mən Yəsəvi Həzrətlərinin bəhs etdiyi dənizin kənarındakı qocayam.

      – Lap yaxşı.

      – Bu günahsızlar günlərdir acdırlar, donublar; hamısı xəstə və könülləri qırıqdır. İşimizi tez tamam edək ki, sən də bu balalara xidmət edəsən.

      – Əmr edin, əfəndim, nə etməyim lazımdırsa, yalnız əmr edin!

      – Yaxınlaş görüm, gəl önümdə diz çök! Ağızını aç!

      – …

      – Bu sənə hədiyyə etdiyimiz ağız yardımı ilə inşaallah irşadın tamam olacaq. Bu andan etibarən insanların, cinlərin və məlaikənin danışdığı bütün dilləri danışıb yaza biləcəksən. Allah icazə versə, çətinə düşdüyün vaxtlarda yanında olacağıq. Növbəti görüşümüzə qədər Rəhman köməkçin olsun. Piri Türküstanın sənə əmanət etdiyi ilk toxum bu xaraba olmuş obada canlanacaq. Haydı görək, işin asan olsun.

      Arxasına toplaşan uşaqlara baxmaq üçün dönmüşdü ki, Xıdır bir anda yox oldu. Şərif Xıdır Əleyhissalamın bağışladığı ağız yardımından sonra təkrar piriyə səcdə edib ürəyinə yağan himmətləri təkrar etdi:

      Eşqim daşdı, ruhum qaçdı haradan tapım

      Arxasından eşq atını minib qaçım

      Kimi görsəm Xıdır bilib əlin tutum

      Xıdır və İlyas kömək edib tutsam mən.21

      Yaralı uşaqların yaralarını bir-bir təmizləyib ətrafdan tapa bildiyi təmiz geyimlərlə üstlərini geyindirib yaralarını sarıdı. Tutduğu qoyunlardan iri bir qazanda hamıya çatacaq qədər şorba bişirdi. Ətrafda ağlaşan onlarla uşaq susmaq bilmir, amma yanından uzaqlaşmaq da istəmirdilər. Heç cür bişmək bilməyən yeməyin qoxusu yayıldıqca “qonaqlar” artırdı. Uzaqlarda künc-bucaqda gizlənən, Şərifin gəlişini eşitməyən, heç bir şeydən xəbərdar olmayan yetimlər yeməyin qoxusuna doğru qaçmağa başlamış, yüzə yaxın yetim-yesir ətrafını bürümüşdü. Qazanın başında ətləri qarışdırarkən dayanmadan bu düzənlikdə cücərəcək toxumu düşünürdü.

      Obanın bəyinin olduğunu düşündüyü yıxılmış nəhəng çadırı neçə saat əlləşəndən sonra dikəltdi. Günlərdir yemək yeməyən uşaqların ilk dəfə qarınları doymuş, çadırın ortasında qurulan ocağın ətrafında bir-birlərinə sarılıb yatmışdılar. Səhər namazından bəri bir dəqiqədə də oturmayan Şərif Xıdır, çadırın qapısını bağlayıb qapının iç qismində yerə sərdiyi keçə üzərində yuxuya getdi. Ağlaşan o qədər uşağa baxmayaraq, yorğunluq üstün gəldi. Heç yaşamadığı hallar zühur etməyə başlamışdı. Yuxarıda kənd məscidində başına gələn yuxu ilə oyanıqlıq arasındakı o hal yenə canlandı. Uşaqların ətrafında yatdığı ocağın kənarında dayanan nəhəng Alp qucağına yığdığı odunlarla ocağı qalayırdı. Şərifin onu gördüyünü hiss edib salam verdi. Özünü nişan verdi. Gələn Seyidin böyük babalarından Seyid Battal Qazi Həzrətləri idi.

      – Soyu təmiz, qanı qanımdan, xasiyyəti xasiyyətimdən mənim pak övladım. Əziz türk oğlu, igid dərvişim, haydı qalx, məni dinlə. Söyləyəcəklərimə qulaq as, haydı bismillah, bu gün çox yorulmusan.

      – Çox sağ ol!

      – Ciyərimin içi! Qalx, səfərə çıx. Qarşında heç kəs dayana bilməz. Yuxarıdakı dağ yolunda, cığırın sonunda mağara var. Atım Aşkarı orada tapacaqsan. Yaraq-əsləhən, paltarların da oradadı. “Tıği Dahhakı” belinə tax. Keyyusun süngüsünü və digər silahları da götür. Güştape qalxanı və Həzrəti Həmzənin bütün silahları oradadır. Haydı qalx, oyan.22

      “Səhərdən bəri Pir Həzrətlərinin verdiyi ilk toxum nədir düşünürsən, mən söyləyim, bərəkət olsun sənə, övladım. Hədisi-şərifdə Əfəndimiz buyurur ki: “Sevdirin, nifrət etdirməyin; asanlaşdırın, çətinləşdirməyin”. Bax, bu küffar torpaqlarını vətən edə bilmək üçün ilk əkəcəyimiz toxum yumşaqxasiyyətlilikdir. Mərhəmət və şəfqətimizlə bu haramı yurdunu cənnət vətən edəcəyik, haydı qalx, bu övladları onları götürməyə gələnlərə təslim et. Bu balalarımızı şəfqətlə qorusunlar. Sonra da mağaraya gedib əmanətlərini götür, savaşa başlaya bilərsən. Bundan sonra sən də fərqinə varmadan bütün toxumlar bir-bir ətrafında cücərəcək” – deyib yox oldu.

      Səhər açılırdı. Gün doğmağa başlamışdı. Oyanan uşaqlar yenə ara vermədən ağlayır, çarəsizcə gəzişirdilər. Kiçik olanlar ətrafı və özlərini batırmışdılar. Hər ağlayan, qışqıran körpə digər uşağı ağladırdı. “Yalnız mərhəmətlə bu dərdin, yaranın içindən çıxa bilərəm”, – dedi. Tələsik qalxıb namazını qıldı. Heç birinə kömək edə bilmədi. Qucağına aldığı uşağın yanındakı balaca ayaqlarına sarılır, qucağına çıxmağa çalışırdı. Gecə yatmazdan qabaq möhkəmcə bağladığı çadır qapısındakı kəndiri açdı, özünü çölə atdı.

      Cəsəd qoxusu daha da artmışdı. Uşaqlar, yemək, çadır başını o qədər qatmışdı ki, cəsədləri unutmuşdu. Hər yer, obanın hər qarışı meyitlə dolu idi. Böyüklərinin, qohumlarının, tanışlarının cəsədlərini görən uşaqlar çarəsizcə ağlayırdılar.

      Arxasına düşən uşaqlarla ətrafa nəzər salarkən “bu işin içindən çıxa bilməyəcəm”, – düşündü.