Sur üfürülənə qədər Sarı Saltuk Baba. Çinar Ata. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Çinar Ata
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
da xanasına süfrə açmışdı. Seyid Həsənin mahdumu olması sarışın, qumral, güclü və ulu babaları Həzrəti Həsən və Həzrəti Hüseyn kimi gözəl olması hər kəsin diqqətini çəkmişdi. Gedərkən davamlı göylərə baxardı.11 Bunu görən, izləyən əhali ona “Göygöz” dedilər. Uşaq yaşlarından ağıllı, hər hərəkətinin yerini biləndi. Çox az danışardı. Saatlarla eyni otaqda yanlarında dayandığı insanlardan heç nə istəməz, “acmısan?” deyə soruşulmadıqca “yemək verin” deməzdi.

      O gün pis nəsə olmuşdu. Anasının “bu gün-sabah gələcək” dediyi atası hələ gəlməmişdi. Atı bağçanın qarşısına bağlanmışdı, amma özü yoxdu. Balaca Xıdır ətrafda qaçışanların təlaşından, anasının ona yaxınlaşmamasından pis nəsə olduğunu hiss etmişdi. Qumral oğlancığını qucağından endirməyən, həmişə yanında saxlayan anası hıçqırıqla ondan qaçır, uzaqlaşırdı. Evin içində, bağçada, küçədə, anasıyla hər qarşılaşmasında eyni şey olurdu. Bu qarşılaşmalarda Xıdırı qucaqlayıb anasından uzaqlaşdırırdılar. Nə olduğunu bilmədən səhər oyandığından bəri belə gün keçirmişdi. Qaranlıq bir hüzn gəlib obalarına, evlərinə, bağçalarına çökmüşdü.

      İri daşlardan hörülən divarın ortasındakı kiçik pəncərə, önünə yağan qarla örtülmüşdü. Yığılan qar altından sızan işıq otağı işıqlandırmağa kifayət etmirdi. Yerdəki kilimlər həmişə çox təmiz olardı. Anası o qədər işin arasında mütləq hər yeri silər süpürər, səliqəsizliyi heç sevməzdi. Bu gün tanımadığı çox insan gəlmiş; çəkmələrindən, çarıqlarından, məstlərindən qopan qar hər yeri islatmış, palçıq etmişdi.

      Başqa vaxt olsa, otağının ucundakı ocaq mütləq yandırılardı. Üstündə, şübhəsiz, yemək olar, yemək yoxsa, mütləq bir su qazanı ocağın üzərində pıqqıldayardı. Gün içindəki yuxu fasilələrində qara ocaq ona saatlarla laylay çalardı. Gecə yatdıqları zaman xaric yanan ocaqları sönmüşdü. Təəssüf ki, kimsə bunun fərqində deyildi. Bu ocaq işi anasının vəzifəsi idi. Gənc anası Rəbi12 bir az əvvəl ağlamaqdan huşunu itirmişdi.

      Künclərdə və otaqlarda ayrı-ayrı toplaşanlar gəlib ona baxır, daha yüksək səslə ağlayaraq uzaqlaşırdılar. Qaş qaralanda soyuq dözülməyəcək hal almışdı. Kiçik əlləri soyuqdan göyərmişdi. Oyanandan bir şey yeməmişdi. Ac və donmuş halda nə edəcəyini düşünərkən axıra qədər açıq qapıdan çölə çıxdı. Qar üzərində ayaqyalın qaçaraq yaxınlıqdakı axırın qapısına söykəndi. Elə böyük qapı deyildi; ağac budaqlarından düzəlmiş, üzəri keçə ilə örtülmüşdü, qapı cırıldayaraq aralandı. Qapının açılmasıyla içəridəki sərt, isti hava özünü bürüdü. Axırdakı bir neçə keçi, qoyun, toyuq və yaşlı döyüş atı içərini isindirmişdi. Kiçik axırın pəncərəsi olmadığı üçün üzərlərinə bağlanan qapıyla birlikdə içərisi zindan kimi qaranlıqdı. Əlhavasına heyvanların arasından keçdi, samanın üzərində yatan bir keçiyə sarılıb yuxuya getdi.

      Qara bəxtlərinə yanmaqdan Şərifi unudanlar birdən onun yoxluğunu fərq etdilər. Gecənin irəliləyən saatlarında ortalarda görə bilmədikləri kiçik Şərifi axtarışa çıxıdılar. Qoca Seravil Lələ yavaşca taxta qapını itələdi. Əlindəki yağ lampası üzünün yarısını işıqlandırırdı, üzünün digər yarısı görünmürdü. Yad adam olsa, gördüyünə salavat gətirərdi. Yaşlılığın verdiyi yorğunluqla çox xəstə görkəmdəydi, beli bükülmüşdü. Kürəyindəki donqarı başından yüksəkdə dayanırdı. Qəddini dikəldəcək halı yoxdu. Gözləri də o qədər yaxşı görmürdü. Tez-tez xırıltılı nəfəs alıb-verdiyi eşidilirdi. Şamın işığına bütün heyvanlar oyanıb hərəkət etməyə, səs çıxarmağa başladı. Səssizliyin pozulub ətrafın işıqlanmasıyla Şərifin qucaqladığı keçi yerindən qalxanda uşaq da oyandı. Qapıdan baxan yaşlı adam görməsə də, kiçik Xıdır gələnin kim olduğunu seçə bilmişdi.

      – Lələ, sənsən?

      – Xızır-r-r, ordasan, bala?

      – Seravil Lələ, sənsən?

      – Mənəm, quzum, gəl bura. Niyə bura girmisən? Saatlardır səni axtarırıq. Nəsə olub, yaralanmısan? Niyə orada yatırsan? Yanında kimsə var? Yanıma gələ biləcəksən?

      – Acam, donuram.

      – Vay, vay, vay! Ay Allah, sən bizə kömək ol!

      Çöldəki izdiham daha da artmış, addım basacaq yer qalmamışdı. İndi səhərdən toplanan kəndlilərdən daha çox atlı və piyada əsgər gəlmişdi. Qruplaşmalar azalmış, kiçik kəndə dərin səssizlik çökmüşdü. Evin önünə gətirilən taxtın üzərində övrət yerləri örtülmüş nəhəng bir adam lüm-lüt yatırdı. Keçələrlə ətrafı çevrilmiş, yanında hazırlanan böyük qazanlarla su isidilirdi.

      Seravilin qucağındakı Xıdırı görənlər rahatlayıb Allaha şükür edirdilər. Qaçırıldığını, oğurlandığını düşündükləri Sərdarın balasını qarşılarında görüb rahatlaşmışdılar. Qarışıqlıq keçəndən sonra aralarında ciddi müzakirə başladı. Bəziləri “son dəfə göstərək”, bəziləri də “uşağı üzməyin, atasını ən son gördüyü şəkildə xatırlasın, etməyin, göstərməyin”, – deyirdi. Qaranlıqda kütlənin içindən çıxıb gələn Rəbi kimsədən soruşmadan, kimsəyə izah etmədən Seravilin qucağındakı Xıdırı götürüb evin qarşısındakı atasının yanına apardı.

      Böyük qazi ölməmiş, bir az əvvəl yuxuya getmiş kimi gülümsər vəziyyətdə uzanmışdı. Qaranlıqda seçə, məşəllərin işığında görə bilsin deyə Rəbi Xıdırın üzünü atasının yüzünə yaxınlaşdırdı. Kiçik uşaq atasının üzünə yağan qarı kiçik əlləriylə təmizləyir, üzünü öpür, gözlərini açmağa çalışır, saqqalını çəkişdirirdi. Bunu oyun zənn etmişdi. Atasına sarılmaq üçün əyiləndə anası təkrar huşunu itirib yerə yıxıldı.

      Yerə diyirlənən Rəbinin saçları açıldı, başındakı yaylığı palçığa bulandı. Ətrafda o qədər çox yad adam vardı ki, bir tanış, qohum olmadığı üçün bu yad adamlar uzanıb qadını yerdən qaldırmağa cəsarət edə bilmədi. Əli-üzü palçığa bulanmış Xıdır ayağa qalxdı. Kürəyi üstə yıxılan anasının palçıqlı örtüyünü götürüb üzünün, saçlarının üzərinə atdı. Kiçik uşaq ağlamırdı, amma çox qorxmuşdu. Ətrafında gəzən silahlı adamları tanımadığı üçün kimsəni yanlarına yaxınlaşmağına imkan vermirdi. Hərdənbir hıçqırır, ağlamsınır, sonra təkrar ətrafına hücum edirdi. Anasına kürəyini vermiş, ona yaxınlaşmaq istəyənlərə təpik və yumruq atırdı. Zorla qucağına götürməyi bacaranların üzünü cırmaqlayır, var gücüylə havalanmış kimi qışqırırdı. Yerdən tapdığı böyük çubuqla yaxınlaşanları vurur, mənasız səslər çıxarır, qışqırırdı. Ətrafı açılınca arxasına dönüb anasının üzünü silir, onu öpür, saçlarını tumarlayırdı. Bu əzizləmə çox qısa sürür, dərhal arxasını dönüb əlindəki çubuqla onu və anasını yerdən qaldırmaq istəyənlərə təkrar hücum edirdi.

      İlk andan bəri yaşananları kənardan seyr edən Sivaslı qazilərdən ulu Sərdar Əbdüləziz işin hara çatacağını, uşağın nələr edə biləcəyini görmək üçün həm özü müdaxilə etmir, həm də ailə yaxınlarının müdaxilə etməsinə