– İnşallah, – dedi.
Səmimiyyətlə öpüşdük və ayrıldıq. O gəldiyi yoldan geriyə dö-nərkən mən həvəssiz addımlarla çökəkdəki evimizin həyətindən içə-ri girdim. Təzəklər, samanlar, təndirdən çıxmış küllər, qırılmış, bü-külmüş söyüd budaqları, dəstə-dəstə qamışlar, axıra doğru yayılmış ot topaları çuxuru doldurmuşdu.
Mən bu çuxurda böyümüşdüm. Əsmər, yanıq, quru, qalın bəlkə də çuxurun külünə, torpağına bənzəyirdi. Mən buradandım, bura aidəm. Uzaq düşəndə bura üçün darıxırdım. Mənim üçün bu kiçik çuxurun məhrəm yerləri, gizli küncləri vardı. Torpağında gözyaşla-rım gizlənirdi. Torpağının məsamələrində itib getmiş isti-soyuq duyğularımın yerini bir mən bilirdim, bir də bu çuxur.
Bizimkilərin hamısı ayaq üstə idi. Atam heyvanları yemləyirdi. Axırdan səsləri eşidilirdi. Anam yataqları yığır, uşaqlar qazan dolu-su qatığın başına toplanmış çörəyini qatığa batırıb yeyirdilər. Səssiz-cə içəri sivişdim. Məni ilk görən kiçik qardaşım oldu. Dərhal qucağı-ma atladı.
– Ana, abim gəldi, – deyə qışqırdı.
Anam əlində yorğan donub qaldı. Yalnız “Can!“ deyə bildi. Hə-lə üç ay əvvəl onlarla vidalaşmışdım və ən tez iyunda dönəcəkdim. Amma heç gözləmədikləri bir anda, səhərin qaranlığında pərişan bir halda qarşılarında dayanırdım. O biri qardaşım qaçıb atamı çağır-mışdı.
Divarın dibinə çökdüm və uşaq kimi hönkürə-hönkürə ağlama-ğa başladım. Anam da mənə sarılıb ağlayırdı. Uşaqlar olduqları yerdə donub qalmışdılar. Axırdan qaçıb gələn atam isə döşəkçənin üzərinə qəribə şəkildə oturmuş nə olduğunu öyrənməyə çalışırdı.
– Danış görüm, nə olub?
Gözyaşlarımı silərək üzünə baxdım. Üzü Qırmızıdərili üzü kimi donuq və sərt idi. İncə, bənövşəyi dodaqlarını sıxmış, qorxu və nigarançılığı bir yerdə yaşayaraq mənə baxırdı. Qırmızı və quru yanaqları, sərt və çıxıntılı üz sümüklərinin üzərində enib-qalxır, həyəcanını əks etdirirdi.
Qara qaşları titrəyir, incə və qısa kirpikləri gözlərinin üzərində titrəşmələrlə kölgələnib dayanırdı. Almacıq sümükləri üzündə fərqli əzəmət yaradırdı.
Onun üzünə bu günə qədər dik baxa bilməmişdim. On doqquz yaşımda olsam da ondan çəkinirdim. Bu utancaqlıq qorxu deyildi. Kiçik boyu, cılız bədəni, sümüklü üzü, quru qurğuşun gözləri insan-da acıma duyğusu oyandırırdı. Məsafəli duruşu, duyğularını gizlət-məsi, bəzən anama sərt davranışı məni arada-sırada hirsləndirsə də, ona sevgi bağlarıyla bağlıydım. Uzaq qalanda darıxırdım. Bəzən ev-də birlikdə oturarkən, içimdən həmişə qalxıb yanına getməyi, heç səbəbsiz boyuna sarılmağı arzulayırdım. Onun dimdik, işıltılı, dai-ma uzaqlara tuşlanan soyuq baxışlarını görəndə bu arzumdan imti-na edərdim. Onun gözünə girmək, ona kürəyimi söykəmək üçün edə bilməyəcəyim şey yox idi. Həm ağlayır, həm də kəsik-kəsik izah edirdim.
– Yusif vuruldu, – deyə inildədim.
Anam iki əliylə dizlərinə vurdu.
– Offf! Necə qıydılar uşağa, – deyə qışqırdı.
Atam verdiyim pis xəbərə çaşmasına baxmayaraq qalxıb yanı-ma gəldi və ilk dəfə saçlarımı oxşadı. O günə qədər məni bir dəfə belə qucaqlayıb öpməmiş, saçlarımı oxşamamışdı. Məni çox sevdiyi-ni, bütün ümidlərini mənə bağladığını bilirdim, amma yenə də indi-yə qədər sevgisini heç bir şəkildə bildirməmişdi mənə.
– Can, oğlum, böyük kişi olmusan, dedi. Sənə ağlamaq yaraşar-mı?
Səsi yumşaq və şəfqət dolu idi. Quru və döyənəkli əllərinin saç-larımda gəzərkən yaydığı enerji bütün bədənimdə rahatlıq və güvən duyğusu yaradırdı. Saçlarımın oxşanılmasını və doyunca ağlamaq istəyirdim. Bəlkə də illərdən bəri bu anı gözləmişdim. Bəlkə də dai-ma başımı onun dizlərinə qoymağı, saçlarımı oxşamasını, o şəfqət dolu səsiylə ruhuma təskinlik verməsini istəmişdim. Məni nə üçün bir dəfə də qucağına almamışdı, nə üçün bir dəfə kürəyimi, saçları-mı oxşamamışdı? Nə üçün bir dəfə olsun “Oğlum, səni sevirəm” de-məmişdi? Bu o qədər çətin bir şeydirmi? Heç cür sakitləşməyən üs-yankar ruhum, məni yeyib bitirən içimdəki şiddətin alovu bəlkə də bu duyğuların yarımçıqlığından qaynaqlanırdı. Onun təskinlik və təsəlli verməsi hıçqırıqlarımı azaltdı və təngnəfəs də olsa, müəyyən şeyləri izah edəcək vəziyyətə gəldim. Məktəbdəki hadisələri danış-mağa başladım:
– Məktəbdə yüzlərlə şagird bir-birinə girdi. Məktəbin qapıları, pəncərələri darmadağın oldu. Açılan güllələrdən vurulanlar oldu. Sonradan öyrəndim ki Yusifə də güllə dəyib, xəstəxanaya aparıblar. Hərəmiz bir tərəfə dağıldıq. Polislər izimizdədir! Tapsalar bizi döyə-döyə öldürəcəklər!
Yusifi vurduğumu və oradan qaçdığımı gizlədim. Gerçəyi söy-ləsəm, mənə kömək etməyəcəklərini, mənə nifrət edəcəklərini dü-şündüm. Gözlərindəki, könüllərindəki dəyərim sıfıra enər deyə qorxdum və o anda uydurduğum yalanları üyüdüb tökdüm. Onlar da izah etdiklərimə inandılar. Nə üçün polislərin bizi axtardığını, nə üçün döyüşdüyümüzü soruşmadılar. Məmləkəti başdan-başa qu-caqlamış cəhənnəmin bir az da olsa fərqində idilər. Həyəcandan əl-ləri ayaqlarına dolaşdı və bir an əvvəl məni harda gizlətməyin yol-larını axtarmağa başladılar. Anam atamı qucaqlayıb üzünü, yaşlı gözlərini onun əllərinə, ətəyinə sürdü.
– Balamızı xilas elə, – deyə qışqırdı.
Yaralı bir ceyran kimi idi. Ağ çadrası açılmış, vaxtından əvvəl ağarmış saçları darmadağın olmuşdu. Üzü, çənəsi, mavi paltarının yaxası islanmışdı. Dayanmadan qoyun kimi mələyir, ağlayır, atamı silkələyirdi.
– Xilas elə oğlumu! Götür burdan apar, – deyirdi.
Atam ağ əhənglə suvanmış divarın dibində heykəl kimi daya-nıb, bir ağlayan anama, bir də mənə baxırdı. Onun da içindən ağla-dığını bilirdim. Arada hıçqırırmış kimi çiyinləri silkələnir, dayandığı yerdə dala-qabağa yellənirdi. Allahım bu yoxsul, bu çarəsiz, bu dün-yadan xəbərsiz adamın başına nə işlər açmışdım! Qərarsızlıq içində gözlərini qırpıb göyərmiş incə dodaqlarını dişləyərək soruşurdu:
– Hara?
Sonra qutunu çıxararaq siqaret yandırmağa cürət etdi. Sonra ağ-lına gələn bir düşüncənin sevinciylə qutunu yastığın üzərinə saldı. Qutunun içindəki sapsarı Muş tütünü yumru, qırmızı çiçəkli yastı-ğın üzərinə dağıldı..
– Dağa, ananın dayılarının yanına aparım səni! – dedi.
Anam ağlamağını kəsib dik-dik atamın üzünə baxdı.
– Ora