Son yeniçəri. Reha Çamuroğlu. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Reha Çamuroğlu
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
DƏHŞƏTİM

      Bir ay olardı ki, yollarda idik. Yorulmamışdıq. Yorul-duğumuz anlarda mütləq qarşımıza ya bir karvansara, ya bir qəsəbə, ya da kənd çıxırdı. Osmanlı ordusunun bizim torpaqlara necə gəlib çıxdığını indi daha yaxşı başa dü-şürdüm. Əvvəllər isə bu orduların başqa dünyadan, baş-qa aləmdən gəldiklərini düşünürdüm. Güman edirdim ki, onlar hardasa qaranlıq bir yerdə gözləyir, sonra qəfildən hücuma keçirlər. Məhəllələrinin, ailələrinin, evlərinin, qə-səbələrinin, mağazalarının, hətta şəhərlərinin olacağını belə heç düşünməmişdim. Onlar eləcə gözləyirdilər. Qa-ranlıq bir guşədə. Lazım olanda silahlarını götürüb, atla-rına minir, yandırmaq və məhv etmək üçün hazır vəziy-yətdə gözləyirdilər. Qaranlıqdan bir səs qəfildən, “hü-cum”, – deyə qışqırır, onlar da hücuma keçirdilər.

      Elə buna görə də bizim nəcib bəylərimizə heyran olurdum. Belə bir ordu ilə necə mübarizə aparmaq olardı axı? Amma mübarizə aparırdılar. Bəzən qalib gəlir, onları geri çəkilməyə məcbur edirdilər. Balaca olanda bunu gör-düyüm qarabasmaları anamın qovmasına bənzədirdim. Mən qova bilmirdim onları, ancaq yerimin içində çırpınır, səsimi çıxarmağa çalışırdım. Alınmırdı, əlacsızca yerimdə qıvrılırdım. Ancaq anam qovurdu. Gəlib məni öpür, ba-şımı sığallayır, adımı çağırır, “keçdi, Pyotr, keçdi, mənim balam”, – deyirdi. Beləcə, qarabasmadan xilas olardım. Bəylərimizin türklərə qarşı apardığı mübarizəni digər müharibələrdən fərqləndirirdim. Bizim müharibələrdə tə-rəflər bilinirdi. Gəldikləri şəhərlər, qalaları, geyimləri… Onlar hər şeyləri ilə tanış idilər bizə. Amma türklər fərqli idilər, onlarla müharibəni ancaq müqəddəslər apara bi-lərdi, ancaq müqəddəslər! Onlara qalib gələ biləcək yega-nə qüvvə müqəddəslər idi. Çünki qaranlığın sahiblərinə ancaq aydınlığın mələkləri qalib gələ bilərdi. Türklərə qa-lib gəlmək eyni zamanda aydınlıqda olmağımızın sübutu idi.

      Ancaq indi bu qaranlığın paytaxtının qarşısında idim. Ucsuz-bucaqsız qala divarları, dumana bürünən qüllələri, hər biri mizraq kimi göyə yüksələn minarələri ilə bu möh-təşəm şəhər indidən qarşımızda dayanmışdı. Yaxınlaş-dıqca daha da böyüyür, yediyi sonuncu yeməyi həzm et-məyə çalışan divi xatırladırdı. Bu şəhərdən çıxan hər uğultu, hər səs, görünən hər mənzərə elə bil başqa bir aləmdən gəlir, məni mühasirəyə alır, işğal edirdi.

      Karvandan qabaqda gedən süvarilər gedəcəyimiz ye-ri tanıyırdılar. Mən öz-özümə düşünürdüm ki, görəsən, qarşıdakı qala qapılarının hansından içəri girəcəyik? On-lar isə bunu düşünmürdülər. Yusif yenə təbəssümlə üzü-mə baxıb:

      − Ədirnə qapısından keçib bir az vaxt öldürəcəyik, – dedi, – sonra da Arif ağa ilə bir yerdə evinə gedəcəksən.

      − Evimə? – deyə soruşdum heyrətlə.

      − Hə də, evinə, − dedi Yusif, – ora artıq sənin də evin-dir.

      Susdum. Qəribə gəlmişdi mənə. Ağamın evindən bəhs edəndə, “evin,” – demişdilər. Mənim bu şəhərdə evimmi olacaq? Elə şey ola bilər yəni? Bir kölə kimi sahi-bimin evində necə yaşaya bilərdim? Və o ev necə mənim də evim sayıla bilərdi? Bəlkə ələ salırdı məni? Heç nə bil-mədiyim üçün lağ edirdi mənə? Amma yox! Bir ay bo-yunca heç bu cür hərəkət eləməmişdi. Mən nəyisə düz et-məyəndə bunu açıq şəkildə demişdi. Əgər gülməli hərə-kət eləmişdimsə, bir yerdə gülmüşdük. Amma heç vaxt mənə lağ etməmişdi.

      Ədirnə qapısı yüksək qüllələrin arasında yerləşən bö-yük qapı idi. Onu keçən kimi hər yerdə olduğu təkburda da yeniçərilər bir-biriləri ilə qucaqlaşdılar. Gələnlərdən hardan gəldiyini soruşdular. Bir-birilərini tanıyanlar dərdləşdilər. Çoxu da bir-birini tanıyırdı və mənə qəribə gəlirdi ki, bir-birilərini hardan tanıyırlar? Bu qədər çox-dular və buna baxmayaraq, tanıyırlar.

      Qısa fasilədən sonra şəhərə doğru addımlamağa baş-ladıq. Artıq bir az əvvəl eşitdiyim uğultunun mənbəyində idim. Yolun hər iki tərəfində dükanlar var idi. İnsanlar heç nə olmayıbmış kimi öz işləri ilə məşğul olur, yanla-rından keçəndə dayanıb bizi salamlayırdılar. Bəzən ya-xınlıqlarından ötəndə sürətlə dükandan bayıra çıxır, iki-qat olur, öndə gedən üç zabiti salamlayırdılar. Öndə ge-dən üç zabit isə başlarını dik tutur, salamı alırdılar.

      Birdən yerimdə donub qaldım. Yerə qədər əyilib za-bitləri salamlayan iki keşiş gördüm. Yox, səhv görmür-düm. Eyni ilə bizim keşişlərimiz kimi geyinmişdilər. Qa-ranlığın mərkəzində iki keşiş?! İrəli getdikcə daha çox ke-şişə rast gəlirdim. Deməli, bu şəhərdə təkcə iki keşiş yox idi. Marağım get-gedə artır, beynim sualların məngənə-sində əzilirdi.

      Karvan gəlib yüksək hasarları olan, böyük taxta və daş tikilinin damlarının az olsa da göründüyü yerə çatdı və dayandı. Onun yanında isə Ədirnədə gördüyüm məs-cidə oxşayan və elə onun kimi böyük, möhtəşəm bir məs-cid var idi. Yusif!.... Hə, Yusif! Nə yaxşı ki, o, yanımda idi. Bilmədiklərimi dərhal ondan soruşurdum.

      − Bura haradır?

      − Ağa qapısı, – deyə cavab verdi.

      Heç nə anlamadım.

      − Yəni?

      − Yəni ki, bizim başçımızın yaşadığı yer…

      Böyük qapının ağzına, yalan olmasın, bir ordunun əs-gəri yığışmışdı. Bunlar növbətçilər və gözətçilər idi. Qa-pının iki tərəfində toplanıb öz aralarında danışırdılar. Karvanımız qapının sağ tərəfindəki geniş ərazidə dayan-dı, zabitlərimiz atdan endilər. Bir az öz aralarında məş-vərət etdilər. Sonra qaş-göz işarələri başladı. Əsgərlər ara-balara tərəf qaçdılar. Hər zabitin arxasında iki əsgər gö-ründü. Bu əsgərlərə qulplu böyük sandıqlar verildi. Belə-liklə, üç zabit, altı əsgər və üç sandıq qapıya doğru yönəl-di. Qapının ağzında olan mühafizəçilərlə qısa söhbətdən sonra içəri girib gözdən itdilər.

      Ağalarımızın qənimət hədiyyələrini apardılar, – dedi Yusif.

      Bir xeyli “Ağa qapısı”nın divarlarının dibində gözlə-dik. Yeniçərilər artıq səbirsizliklə gəzişməyə başlamışdı-lar. Yavaş-yavaş addımlayır, qəfil geri qayıdır, sonra yenə gəldikləri yola təkrar dönürdülər. Həsrətində olduqları hər şey bu şəhərdə idi və zabitləri çölə çıxan kimi həsrə-tində olduqları hər şeyə qovuşacaqdılar. Yusif sıxıntılı bir səslə:

      − Hələ burdan çıxıb Ərmeydanına, Yeni Odalara get-məliyik, – dedi.

      Gördü ki, heç nə başa düşmədim:

      − Çorbacılara salam verməliyik. Burda üç ortadan ca-maat var, bu üç ortadan neçə nəfərin qayıtdığı, neçə nəfə-rin isə şəhid olduğu rəsmən orda bildiriləcək. Ondan son-ra hər kəs istədiyi yerə gedə bilər, – deyə açıqladı.

      Nəhayət, üç zabit altı nəfərlə birlikdə çölə çıxdı. Üz-lərində məmnunluq ifadəsi var idi və içəri girəndə hiss olunan narahatlıqdan əsər-əlamət qalmamışdı.