Cins və xarakter. Отто Вейнингер. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Отто Вейнингер
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
bağlı orqanoterapevtik müalicə üsullarını da yada salmaq lazımdır. Əgər mümkün qədər zədələnmə-miş bütöv rüşeym vəzilərinin digər cinsdən olan fərdlərə köçürülməsi heç bir nəticə vermirsə, onda yuxarıda söylə-nənlərdən, məsələn, yumurtalıqdan götürülərək erkəyin qanına daxil edilən hissəciklərin nə üçün ona yalnız ziyan vura biləcəyi aydın olur. Lakin digər tərəfdən orqanote-rapiya prinsipinə qarşı edilən çoxsaylı etirazlar məhz müx-təlif növ orqanik preparatlar tam təsirsiz olduğu üçün qüv-vədən düşür. İdioplazma haqqında təlim kimi çox vacib bir bioloji prinsipə qarşı diqqətsizlik ucbatından həkimlər, orqanoterapiya nümayəndələri, bəlkə də, öz laqeydliklə-rindən çoxlu düzgün müalicə hallarını əldən qaçırmışlar.

      Bölünmə imkanını itirmiş toxuma və hüceyrələrə də spesifik növ xarakteri aid edən idioplazma haqqında təlim hələ hər yerdə qəbul olunmamışdır.

      Hər halda hər kəs bu fikirlə razılaşmalıdır ki, rüşeym vəzilərində növ əlamətləri cəmləşmişdir və rüşeym vəzi-lərindən alınmış preparatlar üçün mümkün qədər az cin-siyyət fərqi zəruridir, lakin metodun özü sadəcə tonik ef-fektdən daha qiymətli bir şey verməyə can atır. Rüşeym vəzilərinin köçürülməsi və onların ekstraktının başqa fərd-lərə vurulması ilə paralel təcrübələr aşağıdakı halda, yəqin ki, çox faydalı olardı: məsələn, xoruzun elə özündən ya da digər qohum fərddən çıxarılmış və onun ayaqlarının arası-na qoyulmuş – köçürülmüş kişi xayasının təsirini xayadan hazırlanmış ekstraktın digər axtalanmış xoruza introven inyeksiyasının təsiri ilə müqayisə edərkən (həm də eks-traktlar qohum fərdlərdən götürülmək şərti ilə), bəlkə də, belə təcrübələr orqanik preparatların hazırlanması və miq-darı, eləcə də inyeksiyaların sayı ilə əlaqədar zəngin elmi açıqlamalar vermiş olardı. Rüşeym vəzilərinin daxili ifra-zatlarının hüceyrə maddəsi ilə kimyəvi cəhətdən birləşib-birləşmədiyini yaxud onların təsirinin kütlədən asılı olma-dan yalnız dağıdıcı olduğunu nəzəri cəhətdən müəyyən etmək də həmçinin arzu olunandır. Sonuncu müddəa bu vaxta qədər aparılmış tədqiqatlar əsasında hələ ki, müəy-yən oluna biməz. Daxili ifrazatın son cinsi xarakterin for-malaşmasına təsiri üzərində aparılan araşdırmanın hədləri ona görə gətirilib ki, bizim qəbul etdiyimiz anadangəlmə, ümumiyyətlə, hər bir hüceyrə üçün fərqli, lakin əvvəlcə-dən müəyyən edilmiş cinsi xarakteristika haqqında müd-dəanı etirazlardan qoruyaq. Əgər çox böyük hallarda eyni bir orqanizmin müxtəlif hüceyrə və toxumaları üçün bu xarakteristikaların dərəcəsini fərqləndirmək olmasa da, hər halda böyük amplitudların mümkünlüyünü göstərən istisnalar mövcuddur. Eynilə bunun kimi ayrı-ayrı yumur-ta hüceyrələr və spermatazoidlər nəinki müxtəlif orqa-nizmlərdə, eləcə də eyni bir fərdin follikullarında və toxu-munda eyni bir vaxtda, daha çox da müxtəlif vaxtlarda fərqli kişilik, yaxud qadınlıq nümayiş etdirirlər. Məsələn, onların toxum telləri müxtəlif quruluşda və müxtəlif hərə-kətlilikdə olur. Əlbəttə, bu vaxta qədər biz bu fərqliliklər barədə çox az bilirdik, çünki heç kəs bu hadisələri həmin nöqteyi-nəzərdən araşdırmamışdır.

      Fövqəladə dərəcədə maraqlıdır ki, amfibiyaların nü-vələrində spermatogenezin normal inkişaf pillələri ilə ya-naşı tamamilə düzgün və yaxşı inkişaf etmiş yumurtalara da rast gəlinmişdir. Bu fakt da müxtəlif alimlər tərəfindən dəfələrlə tədqiq olunmuşdur. Fərz edək ki, bu tapıntının şərhi mübahisə doğurur: yumurtaların olması daha son-ralar şərtsiz müəyyən olunsa da, toxum kanalcıqlarında yalnız normadan çox böyük hüceyrələrin mövcudluğu-nun möhkəm müəyyən olunduğu etiraf edilir. Hər bir hal-da göstərilən amfibiyaların arasında çox tez-tez hermafro-ditlərə rast gəlinir. Bu fakt isə bir orqanizmdə arrenoplaz-ma və teliplazmanın bircinsliyini qəbul edərkən ehtiyatlı olmağın zəruriliyini sübut edir. O fakt da belə tələskənlik kateqoriyasına aiddir ki, insan fərdi doğularkən onda kişi cinsiyyət orqanının olması sayəsində (qısa, epispadik, hi-pospadik, hətta ikitərəfli kriptorx olsa da) oğlan sayılır və ona heç düşünmədən belə baxılır, baxmayaraq ki, bədənin digər hissələrində, məsələn beyin cəhətdən götürüldükdə o arrenoplazmadan daha çox teliplazmaya yaxın olur. Bu-rada isə hələ doğuş zamanı cinsiyyətin incə dərəcələrini fərqləndirməyi də öyrənməli idik.

      Bir bədənin bütün hüceyrələri üçün eyniliyi təcrübi yolla təsəvvürü imkansız ilkin cinsi xarakteristikaların mövcudluğuna dair məşhur əminliyi də bir az uzun in-duksiya və deduksiyaların nəticəsi saymaq olar. Hər bir hüceyrə, hər bir hüceyrə kompleksi, hər bir orqan arren-oplazma ilə teliplazma arasında onun yerini təyin edən müəyyən bir göstəriciyə sahibdir. Xülasə, əksər hallarda əgər çox böyük dəqiqlik tələb olunmursa, bütün bədən üçün bir əlamət yetərlidir. Lakin əgər ayrıca götürülmüş hər bir halda belə səthi təsvirlə kifayətlənmək fikri ciddi-dirsə, onda bu yalnız nəzəriyyədə faciəli səhvlərə, prakti-kada isə ağır xətalara gətirib çıxara bilər.

      Elə ilkin cinsi xarakteristikanın müxtəlif pillələri də-yişkən (ayrı-ayrı fərdlərdə həm kəmiyyətcə, həm də key-fiyyətcə) daxili ifrazatla birlikdə aralıq cinsi formaların mövcudluğunu şərtləndirir.

      Arrenoplazma və teliplazma saysız-hesabsız keçidləri ilə “daxili ifrazatla” birlikdə bundan əvvəlki fəsildə müs-təsna olaraq məşğul olduğumuz mikroskopik fərqləri ya-radan mikroskopik amillərdir.

      Alınmış nəticələrin doğruluğunu qəbul etsək, bütün tək-tək orqanların quruluş və funksiyalarında K və Q tip-ləri arasındakı müxtəlif toxuma və orqanlarda arrenop-lazma və teliplazmanı bir-birindən fərqləndirən formada fərqləri öyrənmək üçün bütöv bir anatomik, fizioloji və histoloji tədqiqatların zəruriliyini də qəbul etməliyik. Bu vaxta qədər əldə etdiyimiz orta rəqəmlər müasir statistiki çətin ki qane etsin. Onların elmi dəyəri həddən ziyadə az-dır. Məsələn, əgər beyindəki cinsi fərqlərə dair aparılmış bütün tədqiqlər belə əhəmiyyətsiz nəticələr əldə edibsə, bu onunla izah olunur ki, heç vaxt tipik təzahürləri axtar-mamış, metrik şəhadətnamə yaxud meyidə səthi baxışla bu və ya digər cinsə aid olması haqda göstərişlərlə kifa-yətlənmiş, hər bir İvan və ya Mariyanı kişilik yaxud qa-dınlığın tam dəyərli nümayəndəsi hesab etmişlər. Əgər psixoloji məlumatlarla kifayətlənməmişiksə, onda ən azın-dan bədənin qalan hissəsinin quruluşuna dair kişiliyin və qadınlığın müəyyən edilməsi üçün əhəmiyyət daşıyan faktları (məsələn, böyük təpələrin məsafəsini) müəyyən etməli idik, çünki müxtəlif hissələrin cinsi xarakteristika-larının harmoniyası ayrı-ayrı orqanlar arasındakı böyük sıçrayışlardan daha tez-tez rast gəlinəndir.

      Elə həmin səhvlərin mənbəyi – tipik fərdlər yerinə aralıq cinsi formaların düşünülməmiş qoyuluşu bununla belə digər tədqiqatlarda da aradan qaldırılmamışdır. Bu laqeydlik əhəmiyyətli və isbatedici nəticələrin əldə edil-məsini uzun müddətə ləngidə bilər. Məsələn, hətta çox sayda oğlan doğulmasının səbəblərini müşahidə edən hər kəs bu müddəaları nəzərdən qaçırmamalıdır. Etinasızlıq cinsiyyətin təyin olunması probleminin tədqiqi ilə məşğul olanlara özünü xüsusilə hiss etdirəcək. Nə qədər ki o özünün tədqiq obyekti olan hər bir varlığın K və Q arasın-dakı vəziyyətini (yerini) müəyyən etməyib onun fərziy-yələrinə, hətta metodlarına