Qırmızı kitab. Məhəmməd Qutlu. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Məhəmməd Qutlu
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
bu fikir. Mahmut Dilaver olduqca şübhəli davranır. Bütün gücümüzlə bu məchulu həll etməyə çalışı-rıq. Dilaverin bütün ipləri əlimizdədir. Bizə qarşı səhv bir addım atacağını təxmin etmirik. Ancaq yenə də bütün diq-qətimizi bu məsələyə ayıracağıq – qarşılığını verdi.

      Komitə Katibi Mayk Eduard söhbətə qarışaraq:

      – Deyəsən, çox da gecikməmişik. Bu adamın Ameri-ka və yəhudi düşməni olduğunu mən də bilirəm. Biz Dila-veri bura çağırıb yaxşıca danışaq. Fürsət düşən kimi bu ada-mı partiyadan atmasını, hansısa formada ondan qurtulma-sını deyək. Hər halda bizə qulaq asacaq. Nə də olsa, cib xərcliyini biz veririk, doğrudurmu? – deyə dilləndi.

      Eduardın fikri bütün üzvlərin xoşuna gəlmişdi. Ən yaxşısı Mahmut Dilaveri çağırıb, komitənin hüzurunda ca-vabını alaq. Beləcə, Mehmet Demirin sürpriz transferinin gerçək hekayəsini birinci ağızdan dinləyə bilərik.

      Komitə, Dilaverin ABŞ-a çağırılmasına qərar verdi. Dilaveri gətirmək işini də Ser Toni Forlova verdilər. Dilaver, ABŞ-a gəlmək istəməz, ya da əhəmiyyət verməzsə, işin için-də başqa bir iş olduğu rahatlıqla görünəcək. Əgər belə bir şey olsa yeni planlar dövrəyə girəcək.

      Nə olur olsun, Mehmet Demirin TİP-də, dolayısı ilə gələn il keçiriləcək seçkilər sonrasında hökumətdə yüksək bir vəzifəyə gəlməsinin qarşısı alınacaqdı. Başda MKİ Tür-kiyə heyəti və ingilsilərin Mərkəzi Kəşfiyyat 5 idarəsi olmaq üzrə bütün xəbər qaynaqları və agentlər gücləndirilmiş reji-mə keçiriləcək, hər növ məlumat və sənədi komitəyə yön-ləndirmək üçün bütün qüvvələr səfərbər olunacaqdı.

      ***

      Mehmet Demir Mahmut Dilaverin sıxıntılı bir səs to-nuyla etdiyi zəngi bir neçə gündür gözləyirdi. Telefonun di-gər tərəfindəki adam, bitib tükənən bir kəsin qısıq səsi ilə güc-bəla ilə cümlə qururdu:

      – Əhəmiyyətli yeniliklər var, görüşməliyik, – deyə bildi.

      – Sizi başa düşürəm, buyurun birlikdə vəziyyəti də-yərləndirək. Yemək də yeyərik. Sizin sevdiyiniz yeməkləri hazırlatdırıram – deyərək telefonu yerinə qoydu.

      Görünən o idi ki, TİP-ə transfer olması okeanın o biri tərəfinə bomba kimi düşmüşdü. Mahmut Dilaverin səsi, okeanın o biri tərəfindən gələn əks-sədanın nə qədər dəh-şətli olduğunu rahatlıqla göstərirdi.

      İkisi Demirin xüsusi otaqda görüşəndə, Mahmut Di-laver çox pis görünürdü. Vaxt itirmədən sözə girişdi:

      – Mehmet bəy, belə olacağını bilirdim. Partiyaya transfer olmağınız Amerikadakı əlaqələrim tərəfindən xoş qarşılanmadı. Sorğu-sual etmək üçün məni çağırırlar. İndi nə edək?

      – Təbii ki, gedəcəksiniz, Mahmut bəy. Onsuz da tez-tez getmirsinizmi? Sizdən mənə aktiv bir iş verməmənizi, hətta fürsət düşən kimi partiyadan ixrac etməyinizi istəyə-cəklər. Siz də narahat olacaq bir şey olmadığını, məni parti-ya sıralarına dəvət edərkən uzun-uzun söhbət edərək, qlo-bal həssaslıqlarınızı başa saldığınızı deyəcəksiniz. Lazım ol-sa, məni də dəvət edib danışa biləcəklərini söyləyə bilərsi-niz.

      – Necə yəni, çağırsalar gedəcəksiz?

      – Niyə də olmasın. Səhv başa düşməklərini istəmə-rik, düzdürmü? Qarşılarına çıxar, sizinlə birgə dünya niza-mını qorunması üçün əlimizdən gələn səyi göstərəcəyimizi başa salaram. Beləcə bir ay sonrakı konqresə qədər vaxt qa-zanmış olarıq. Zənnimcə deməyimə belə gərək yoxdur ki, komitə qarşısında olanda diqqət etməlisiniz ağzınızdan bir şey qaçırmayasınız.

      ***

      Siyasi cəbhədə bunlar baş verərkən, Mardin, Diyar-bakır və Bingöldə qiyamlar baş göstərirdi. Bölücü təşkilat, bu üç ildə başlatdığı qiyamlarla Şimali Kürdüstanın müstə-qilliyə qovuşduğu haqqında bir məlumat yaydı.

      Baş nazir Ali Hami Sertel, yaşlandığı üçün oturduğu yerdən düşəcək kimi görünürdü. Bu cür böhranları sinə gə-ləcək enerjidən məhrum idi. Bu səbəblə bölgədəki böhran masasının başqanlığına Daxili İşlər Naziri Orhan Aktaş tə-yin edildi. Baş nazir, səhhətində problemlər yaşadığı üçün, axşama qədər işinin başında belə ola bilmirdi.

      Hadisələrlə bağlı mətbuata məlumat belə vermədiyi üçün, Baş nazirlikdən hazırlanan sərt bir açıqlamayla böl-gədə davam edən terror hadisələrinin yatırılacağı və terro-ristlərin bütünlüklə məhv ediləcəyi bildirildi.

      Milli Təhlükəsizlik Təşkilatı təcili yığıncağa çağırıldı. Prezident Sakıp Ketenci, Baş nazir Ali Hami Sertel, Baş Qə-rərgah başqanı Davut Harun Acaman və hərbi komandirlər 6 saat davam edən yığıncağın ardınca bölgəyə hərbi müda-xilə edilməsinə qərar verdilər.

      Baş Qərərgahın hazırladığı hərəkət planına görə böl-gənin çöllük hissəsi əvvəlcə havadan bombalanacaq, para-şütçü qüvvələr vertolyotlardan bölgəyə düşəcəkdilər. Qu-rudan bölgəyə hərəkət etmək özlüyündə böyük risklər da-şıyırdı.

      2017-ci ilin sentyabrında təyyarələr bombardmana başladı. İlk gün düz 17 təyyarə vuruldu. Məlum oldu ki, ter-roristlərin əlində, Cənubi Kürdüstandan gələn Amerika is-tehsalı çiyindən atılan Stingerlərin yeni versiyası var.

      İkinci gün 8 Türk təyyarəsi vuruldu. Təyyarələrdən tullana bilən pilotları axtarmaq üçün göndərilən vertolyot-ların ikisi də raket atəşi ilə eyni aqibəti yaşadı. Terror təşki-latı paraşütlə aşağıya enmək istəyən 6 pilotu ələ keçirdiyini bütün dünyaya eşitdirdi.

      Türkiyənin qurudan hərəkata keçməkdən başqa ça-rəsi yox idi. 2-ci orduya bağlı 4 tank briqadası və 2 piyada diviziyası bölgəyə göndərildi. Şimaldan Diyarbakıra gir-məyə çalışan diviziyaya aid tanklardan 22-si minaya düşdü.

      Diyarbakırın şimalında və qərbindəki ərazi qurulu-şundan faydalanan terrorçular dörd tank diviziyasını təsir-siz hala gətirdilər. Hərəkətli düşmən ünsürləri, inkişaf etmiş minomyotlarını istifadə edərək üç gün ərzində 60-dan çox tankı məhv etdilər.

      Baş Qərargahdan verilən əmrə görə tanklar tərpən-mədən topçu dəstəyi təmin edilməli, hərəkata piyada qüv-vələrinin davam etməsi lazım idi. Beləcə Diyarbakır və Bin-göldə hardasa meydan müharibəsi deyə biləciyimiz şiddətli atışmalar gedirdi. Qəhrəmanca vuruşan türk qüvvələri asta-asta irəliləyirdi. Ancaq, itkilər çox ağır idi. İki günlük piya-da hərəkatında 2 min 600-dən çox şəhid düşdü.

      Əmr edildi ki, qüvvələr şəhərlərə girmədən mühasi-rə hərəkatı ilə ətraflarını tutub gözləsinlər. Silah-sursatları tükənmiş, tədarük edilməmişdi. Şəhərlərin ətrafını mühasi-rəyə alıb gözləyən qüvvələr bir neçə həftə içində tədarük edə biləcəklərinə ümid edirdilər. Kürd üsyançıların isə ay-larca bəs edəcək sursatı, ərzağı olduğu təxmin edilirdi.

      Ancaq buna baxmayaraq Cənubi Kürdüstandan gə-lən Amerika nəqliyyat vertolyotları, göz görə-görə bülücü-lərə silah-sursat və ərzaq endirirdi. Bununla yanaşı, sərhədə yaxın bölgələrə də Cənubi Kürdüstandan quru yoluyla si-lah-sursat