Mustafa Kamal Atatürk. Edip Semih Yalçın. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Edip Semih Yalçın
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
eyni mənanı verməkdə, Anadoluya gələn köçəri oğuz türklərini ifadə etməkdədir. Bütün mənbələr bu köçərilərin Orta Asiyadan gəldiklərini göstərir… Yörük və türkmənin eyni etnik mənşəyə aid olan iki kəlmə olduğunu rahatlıqla söyləyə bilərik. Arxiv sənədlərində bu iki kəlmə sinonim, bərabər mənalı sözlər kimi istifadə edilir. Hələb türkməni, Hələb yörükanı… və s.”4.

      Osmanlı dövləti quruluş, genişlənmə, böhran və tənəzzül dövrlərində siyasi, iqtisadi və sosial vəziyyətin dəyişməsindən asılı olaraq yerləşdirmə məsələsində fərqli siyasət aparmışdır. Xüsusilə ilk dövrlərdə yeni torpaqların əldə edilməsilə “qonarköçər” tayfalarıno yerlərə yerləşdirilməsi şəklində xaricə istiqamətli bir yerləşdirmə siyasətinin aparıldığı müşahidə edilməkdədir.

      Osmanlının yerləşdirmə siyasəti nəticəsində 1356-cı ildə Geli-bolu yarımadasındakı Çimpe qalasının alınmasından sonra türklər sürətli şəkildə yayılmış, 1912-ci ilə qədər ara vermədən davam edən təxminən 550 illik türk hakimiyyəti dövründə Rumelinin türk-ləşdirilməsi təmin edilmişdir. Anadolununmüsəlman türklərinin Rumelinə gəlmələri əvvəlcə “Kolonizator türk dərvişləri” ilə başla-mış, bununla da “dərvişlər” hərbi fəthlərdən əvvəl yerli xalqın, xü-susilə də IX əsrdə bölgəyə gəlib yerləşən peçenek və kuman türklər-inin könüllərini qazanaraq əsl fəth hərəkatına zəmin yaratmışlar5. Ordunun ardınca və ya onlarla birlikdə hərəkət edən, müəyyən an-lamda “psixoloji hərb” və ya “kəşfiyyat” ünsürü kimi də dəyərlən-dirilə biləcək təriqət mənsubu bir çox dərvişin yol üstündə əhəm-iyyətli mövqelərdə məkan və təkkələr inşa etməsi ilə də ilk təşəb-büslər edilmiş, qurulan bu təkkə və ziyarətgahlar ilk yerləşdirmə nüvələrini təşkil etmişdir. Rumelinə bu şəkildə yerləşdirilən, “Sarı Saltuk” ilə Bursanın fəthində vacibrol oynayan “Geyikli Baba” bu məsələdə əhəmiyyətli nümunə kimi göstərilə bilər6.

      Quruluş dövründə qonarköçər türk əşirətləri yeni alınan bölgə-lərin türkləşdirilməsində istifadə edilən ən vacib ünsürlər idi. Döyüşçü xarakterləri, nümunəvi nizam-intizamları və təşkilatlanmaq məharətləri ilə ön plana çıxan qonarköçərlərin bölgəyə “köçürülüb” yerləşdirilməsinə Rumeli fatihi Süleyman Paşanın zamanında baş-lanılmışdır. Bundan başqa, əşirətlərin bölgənin türkləşdirilməsi məqsədilə I Bəyazid dövründə də daha böyük kütlələr halında Rumelinə köçürüldükləri görülməkdədir. Türk toplumları Rumelinə köçürülmələri ərəfəsində dövlət tərəfindən özlərinə “yurdluq”, “torpaq”,”tumar” kimi imtiyazlar alaraq mühacirətə təşviq edilmişlər. Bu vəziyyət “fəth”i təşviq etmək məqsədi daşıdığı kimi, fəth edilən əra-zilərin türkləşdirilməsi və ölkənin iqtisadi-sosial baxımdan inkişaf etdirilməsi məqsədinə də xidmət edirdi.

      I Bəyazid dövrünə aid olan ilk köçürülmə qeydi 1400-1401-ci il-lərdə Mənəmən ovasında qışlayan və “duz qadağası”nı qəbul etmə-yən “Köçərevlilər”ə aiddir. Bu əşirət Filibe tərəflərə sürgün edilmiş-dir. Oğlu Çələbi Mehmet zamanında isə üsyanları Yörgüç Paşa tərə-findən yatırılan tatarlar Dobruca istiqamətində yerləşdirilmişlər. Əşirətlərin Anadoludan Rumelinə köçürülməsi II Bəyazidin haki-miyyətinin sonuna qədər davam etmişdir7.

      Osmanlı dövlətinin Balkan yarımadasında irəliləməsi və yayıl-ması ilə paralel olaraq yörük qruplarının sayı artmış və daha sonra da ortaya bunları hərbi bir təşkilatla əlaqələndirmək, özlərinə məx-sus nizam və qanunlarını yaratmaq ehtiyacı çıxmışdır.

      Rumelinə ard-arda köçən və müxtəlif məntəqələrdə yerləşdiri-lən yörük qrupları XV əsrin ortalarından etibarən hərbi və strateji vəzifələrdə bəlli rollar almağa başlamış, onların arasından bu işləri görə biləcək insanlar müəyyən edilmiş, qeydiyyatları (sayları, siya-hıya alınmaları) aparılmış, hərbi fəaliyyətə cəlb edilmələri, mü-kəl-ləfiyyətləri və fəaliyyətləri bəlli qaydalarla tənzimlənmişdir. Beləcə, XVI əsrin ortalarında artıq ordu xidmətində, dövlət işlərində yer və vəzifə alan xüsusi əsgər sinfi meydana çıxmışdır8.

      XVII əsrdə Rumelindəki bu yörük təşkilatları dağılmağa başla-mış, yörük yazılanlar azalmış, onların əhəmiyyətli bir hissəsi “qonar-köçərlik”dən çıxaraq oturaq həyat tərzinə keçmişdir. Səfər zamanlarında onlara verilən vəzifələri yerinə yetirmədikləri, nizam-intizamlarının qismən pozulduğu üçün bu qruplar yenidən təşkilat-landırılmışlar. 1691-ci ildə yörük qrupları padşahın “humayun xətti” ilə “Evladi-Fathan” (fəthlər övladı) adı altında və Rumelinin “sağ, sol və orta qolu”nda olmaqla yenidən siyahıya alındılar. Beləcə, təş-kilat həm adını, həm də zamanın tələblərinə görə hərbi və iqtisadi quruluşunu ciddi mənada dəyişdirdi9.

      Mənbələrdə olan məlumatlar dəyərləndirildiyində Rumelinə yerləşən türk qruplarının üç vacib ad altında toplandığı görünür: konyarlar, yörüklər (yürüklər) tatarlar. Atatürkün ana tərəfindən nəsli olan və özləri də bir yörük qrupu olmasına baxmayaraq Anadoludan gəldikləri yerin (Konya-Qaraman) adı ilə tanınan “kon-yarlar” da daxil olmaqla bütün yörüklər müxtəlif tarixi, mədəni və coğrafi səbəblərlə fərqli adlar alıblar.

      Osmanlı dövlətində rəsmi qeydiyyatdan keçən və adlarına “tah-rirler”10 edilərək Rumelinə yerləşdirilən yörüklər bunlardır: Naltökən yörükləri, Tanrı dağı (Qaragöz) yörükləri, Selanik yörükləri, Ofçabolu yö-rükləri, Vize yörükləri və Qocacıq yörükləri.

      Yenə də mənbələrə görə, Rumelində yörüklərin üç şəkildə ad-landırıldıqları məlumdur. İlk olaraq başlarındakı rəhbərlərin və ya “bəy”lərin adı ilə, ikinci – hər hansı fərqli və özünəməxsus xüsusiyyətlərinə görə, nəhayət, üçüncü – ən çox yerləşdikləri bölgənin adına görə adlandırılıblar. Adlandırmada ilk vaxtlar birinci şəkil daha çox yayılmışdı. Lakin sonralar bir mərkəz ətrafında toplanmaları, yerləşmələri nəticəsində bölgə adlarına görə adlandırmalar daha geniş yayılmağa başladı. Məsələn, “Qoca Həmzə yörükləri” birinci şəkildə belə adlandırılırlar. “Qocacıq yörükləri” elə “Qoca Həmzə yörükləri"dir. “Naltökən yörükləri” isə bu qrupun ikinci şəkildə adlandırılmasıdır. Naltökmə sənəti və işində ixtisaslaşan Naltökən yörüklərinə XV əsrdə “Yörükani Nalbənd doğan” da deyilib. Mənbələrdə eyni şəkildə adlandırılan “Yaytökən yörükləri” də var. Bunlar Anadoluda da eyni adla tanınırdılar. “Selanik”, “Ofçabolu”, “Vize” yörükləri isə bir qayda olaraq yaşadıqları coğrafi mərkəzlərin adları ilə çağırılıblar. Bu yörük qrupları içərisində o bölgədə yaşayan konyarlar, qocacıqlar kimi yörük qrupları mövcuddur11.

      II. Mustafa Kamalın ata tərəfindən nəsli:

      Qızıl Oğuz (Qocacıq) yörükləri.

      a. Qızıl Oğuzların (Qocacıqların) Rumelinə yerləşdirilməsi.

      Mustafa