Fərəh Pəhləvi: Xatirələr. Фарах Пехлеви. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Фарах Пехлеви
Издательство: JekaPrint
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9952-8450-7-8
Скачать книгу
align="center">

      II

      Bütün dünyada olduğu kimi, İranda da üfüqün aydınlaşdığı, artıq gələcəklə bağlı xəyallar qura biləcəyimiz bir vaxtda ortaya çıxan atamın ani rahatsızlığı bizi dərindən yaraladı. Sağlam və düzgün həyat sürən atamda qəfildən yorğunluq əlamətləri göründü. Dübbədüz eyni vaxtda gözləri və dərisi saralmağa başlayanda, həkimlər sarılığa tutulduğunu güman elədilər. Xəstəliyin ilk həftələrindən xüsusilə, yadımda qalan atamın daim qaşınmasıydı. Qollarının, qıçlarının qaşınması onu əsəbiləşdirir, heç bir şey uzun müddət rahatlanmasına kömək eləmirdi.

      Sarılığa qarşı ən yeni dərmanlarla müalicə aparır, bundan başqa ənənəvi olaraq, evlərdə düzəldilən dərmanların hamısını da içirdi. Ailəmizdə İranda çox geniş istifadə edilən, bitkilərdən düzəldilmiş xüsusi dərmanların köməyinə hamımız inanırdıq, bu gün belə, mən hələ bu ənənəvi dərmanları laboratoriyada düzəldilmiş dərmanlardan üstün tuturam. Atam da qara bitki suyu içir, dadlı su balıqları yeyirdi, amma heç birinin xeyri dəymirdi, nə qaşınmaları keçib-gedir, nə də dərisində düzəlmə olurdu.

      Hamımıza çox ağır təsir göstərən, amma hər şeyə baxmayaraq, nəzarət altına almağa çalışdığımız bu xəstəlik qəfildən bizə başqa hər şeyi unutdurdu, gündəlik həyatımızı alt-üst elədi: atam xəstəxanaya yerləşdirildi. Həkimlərin bundan sonrakı müayinəsi həyəcan təbilinin çalındığını göstərirdi. Neçə həftədən bəri sarılıq müalicəsi apardıqları atamın əslində, mədəaltı vəzilərin xərçənginə tutulduğu və əməliyyatın vacibliyi ortaya çıxmışdı. Bu həqiqəti mənə çox sonra söylədilər, amma onun xəstəxanaya aparıldığı gün sözlə başa salınmaz dərin qayğı duymuşdum. Atama nə olmuşdu? Məni baş çəkməyə aparanda, onu tanıya bilməmişdim: zəifləmişdi, üzünün kül rəngli dərisi qırış-qırışıydı, mənə bir-iki söz deməyə gücü də qalmamışdı. Ən çox da anamın «dren» dediyi, qarnına qoşulmuş və içindən sarı maye axan o boru məni qorxutmuşdu. Niyə bu borunu taxmışdılar? Xəstəliyi nəydi? Evə nə vaxt qayıdacaqdı? Üzüntüləri üzlərindən oxunan anam, dayım, bibim sanki dillərini udmuşdular, suallarımı məcburi təbəssümlə başlarından eləyirdilər: «Narahat olma, canım, yaxşılaşacaq».

      Sonra birdən-birə xəstəxana ziyarətləri bitdi. Səbəbini dərk eləməkdə çətinlik çəkirdim. Atamın müalicə olunmaq üçün Avropaya getdiyini dedilər. Yalanıydı bu! Atam ölmüşdü, amma mən bütün gücümlə həmin yalana sarıldım, axırda bunu məktəbdə öyünmə mövzusu eləməyi də bacardım. O dövrdə hamını heyrətə salan Avropaya müalicə olunmağa getmək ancaq çox varlıların, adlı-sanlı adamların imkanı daxilindəydi. Beləcə, atam da Avropadan hörmət qazanıb qayıdacaqdı.

      Bir gün anamı və Luiza bibimi hıçqıra-hıçqıra ağlayanda yaxaladım. Anamın bir xalasının öldüyünü söylədilər: bu da evdə hamının, xüsusən də, anamın niyə o qədər üzgün olduğunu aydınlaşdırmağa bəs eləyirdi. Onlara inandım. Elə hesab eləyirəm ki, məndən gizlədikləri acı həqiqəti qəbul eləməkdənsə, söylədikləri hər şeyə inanmağa, özümü aldatmağa razıydım.

      Günlər, həftələr keçir, atamdan heç bir xəbər almırdıq.

      «Atam niyə bizə məktub göndərmir?»

      «O xəstədi, Fərəh, xəstələr məktub yaza bilməz».

      «Bu doğru deyil, İffət xala da xəstədi, amma ailəsinə yazır».

      Bu xala doğrudan da, Avropadaydı və ailəsi müntəzəm olaraq, ondan uzun məktublar alırdı.

      Yas tutulduğu bəsbəlli olan bu böyük evdə yavaş-yavaş mən də daxil olmaqla, hamı atamdan söz açmağı tamamilə bir tərəfə qoydu. Qapını döymədən otağa girəndə, adamlar susur, ya da dərhal mövzu dəyişdirilirdi, bibimdən daha solğun, üzüntüdən xarab olmuş anamsa, elə hey ağlayırdı.

      Aylar keçdikcə, atamı bir daha görməyəcəyim barədə fikir beynimə necə yerləşdi, heç bilmirəm. Şüuraltı duyğuyla, sözə çevrilmədən oldu bu. Madam ki, mənə onun öldüyünü deməmişdilər, madam ki, məzarının üstünə getməmişdim, deməli, rəsmi olaraq, atam ölmüş sayıla bilməzdi. Tehranın güneyində İmamzadə Abdulla məzarlığında yatan atamın qəbrinin üstünə ilk dəfə gedəndə, on yeddi yaşındaydım. Bəli, rəsmən ölü deyildi, amma mən onu sözün tam mənasında, itirmişdim. Həyatımda böyük boşluq varıydı, gözləyirdim… Sonra hər şey hüzn pərdəsinə büründü. Mən bir damcı göz yaşı tökmədən, heç dözə bilməyəcəyim şey olmuşdu. Bu gün bəzi adamların atamın qəbrini gizlicə ziyarət elədiklərini, çiçək qoyduqlarını bilirəm. Hətta atamın xatirəsinə hörmətsizlik edilməməsi üçün qəbrinin üstündəki adını silmək niyyətində olduqlarını da bilirəm.

      Aradan qırx il keçəndən sonra bir həkimin müayinəxanasından qayıdanda, eyni bərk ağrı məni də yaxaladı. Ərimi itirməyimdən bir neçə il keçmişdi. Yaşadığımız bu qədər hadisədən sonra uşaqlara və mənə çox kədər verən yasdan, keçmişdən və ailə yaşantımızdan söhbət eləyirdik. Atamı «itirməyimi» danışma tərzimdə bəzi şeylər qəribə gəlmişdi ki, doktor qəfildən olub-keçəni niyə açıq bildirmədiyimi soruşdu:

      «Atanız ölüb, yox? Niyə belə demirsiniz?»

      Bunu bacarmayacağımı güman eləyirdim, amma axırda mənə çox ağır gələn həmin iki kəlməni birləşdirib «atam öldü» dedim və hıçqırıqlar məni boğdu.

      Bir neçə ay sonra uşaqlığımı keçirdiyim bu böyük evdən ayrılmaq məcburiyyətində qaldıq, anam və dayım artıq atamın sağlığında yaşadığımız həyatı davam etdirmək imkanında deyildilər. Bir binanın damı altındakı mənzilimizə daşındıq. İri xiyabanından paytaxtın böyük hissəsinin, xüsusilə, Tehran Universitetinin tikililərinin göründüyü mənzilimizə dərhal isinişdim. 50-ci illərin başlanğıcıydı. Universitetin sayı sürətlə artan yeni nəsil üçün təzə binalara ehtiyacı vardı. Kranların işləmələrini, yük maşınlarının manevrlərini izləyə-izləyə keçən yüzillikdən qalan şəhərin, orda-burda göydələnlərin ucaldığı, avtomobillərin sel kimi axdığı geniş məhəllələrə bölünmüş müasir paytaxta çevrilməsinə göz qoya-qoya, neçə-neçə saatlar keçirdim bu xiyabanda!.. Elə güman eləyirdim ki, bir neçə il sonra seçdiyim memarlıq peşəsinə olan bağlılığım bu dövrdə başladı. Bizimlə eyni evdə yaşayan dayım da memarıydı, axşamlar onun layihələrinin üzərinə əyilib işlədiyinə tamaşa eləmək xoşuma gəlirdi.

      Yayda istidən canımızı qurtarmaq üçün yorğan-döşəyimizi xiyabana çıxarır, hamımız birlikdə açıq havada yatırdıq. Yuxuya getməzdən qabaq təsəvvürün tam olması üçün bir gözümü yumub, qolumu uzadır, bir ulduzu və ya ayı barmaqlarımdan birinə keçirir, qiymətli daşdan üzüyüm olduğunu xəyalıma gətirirdim, bu oyundan zövq alırdım. Başqa gecələr Rzayla Tehranın açıq havadakı kinoteatrı olan «Diana»nın iri pərdəsində göyüzünə oxşayan mənzərələri heyranlıqla izləyərdik.

      Şəmirandakı uzun yay tətillərinə də əlvida demişdik, anamın artıq orda villa kirayələyəcək qədər pulu yoxuydu. Şəmirana ara-sıra, ancaq bir neçə günlüyünə, orda evləri olan üç dayımdan birinin yanına gedirdim. Belə dəyişiklikdən çox