Və nəhayət, ölümündən bir il sonra Nazim Hikmətlə bağlı önəmli bir film də hazırlamış olan Lui Araqonun şairlə bağlı önəmli fikirlərindən bir neçə sətir. Böyük fransız ozan və yazarı Araqon Nazimin 75 illiyi olan 1977-ci ildə səksən yaşındadır. Bu zaman kəsimində 77 önəmli əsər yazmışdır, gözləri yaxşı görmür və evinin nərdivanlarından xüsusi bir elektrikli kürsü ilə qalxmaqdadır, amma Nazim Hikmətlə bağlı “Cümhuruyyət” qəzetinin müxbirinin xahişinə o dəqiqə “bəli” demişdir:
“Nə yazıq ki, Nazim 75 illiyinin qeyd olunduğunu görmədi. İstanbulda bu məsələylə bağlı təşkil olunacaq toplantıya gələ bilməyəcəyimə görə, sizə hələ heç bir yerdə yayımlanmayan bir mətnin surətini verəcəyəm. Bu, Araqonun şeir yaradıcılığı adını daşıyacaq kitabımın altıncı cildinin mövzusu, yəni Nazim Hikmət bölümüdür…
Mən Nazimi Parisə gəldiyi günlərdən çox qabaqlar tanıdım. Mənim üçün hər zaman böyük dostdu. Yalnız tanımaqla qalmadım. Onun üçün mitinqə də çıxdım. Daha kimsələr tanımazkən, 1930-cu illərdə ondan xəbər tutmuşdum. Yazısını, şeirlərini görmüşdüm o zaman. Bu da mənə bəs edirdi…”
Bir də xatirəsini danışır gülərək:
“Alman işğalından sonrakı günlər idi. 1945 və ya 46-cı illər idi. Yelisey sarayının yaxınlarında “La Pensee” adda bir dərnəyimiz vardı. Fransız uşaqlar orda toplanırdıq. Yenə bir gün Nazim Hikmətin azadlığına həsr edilmiş bir kampaniya üçün toplaşmışdıq. Yanımda da – nədənsə – Türkiyə səfirliyindən bir diplomat oturmuşdu. Mənə “Kimdir bu? Türkiyədə belə adı bilinməyən. Tanınmayan bir şair. Nə üçün onula bu qədər məşqul olursunuz?” soruşunca dayana bilmədim və “Necə tanınsın ki? Hökümətiniz tanınmasın, duyulmasın deyə adamı həbsxanaya basmış…” dedim.”
Bizim “Kommune” dərgisinin 1936-cı il sayında “Taranta-babuya məktublar” mənim təsirimlə yayımlanan zaman Nazimi buralarda tanıyan bir neçə adamdan biri də mən idim. Bundan hardasa otuz il sonra Parisdə görülmüş inanılmaz, anma tədbirlərinin birində çatlayana qədər dolu olan Pleyel salonunda eyni Nazim yad edilir və onun azadlığı üçün müəyyən işlər gördüyüm üçün özümlə qürur duyurdum… Nazim həyatımda heç olmazsa bir dəfə gələcəyi görmək duyğusunu mənə vermişdi…
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.