Digər romançımızın mənə xitabən yazılıb-yazılmayan açıqlamasını Oktay Akal dörd gün sonra eyni qəzetdəki köşəsində “Çeir yandırılarmı?” sorğusuyla cavab verəcəkdi. Akbala görə, Nazimin itkin sətirləri mövzusu olduqca yayılmış bir məsələdir və heç bir böyük sənətçinin əsəri ortadan qaldırılmamalıydı. Bu bir cinayətdir və əsil günahkar da insanları bu işə sövq edən dövranlardır…”
Nazimə görə, 46 000…Hörmətli Peridə Calala görə isə 10-15 makina səhifəsi!.. Hər səhifədə 30-35 sətir hesabıyla 300-500- sətir!.. Azmıdır? Bir də “ətrafındakı bütün dostlar” var. On, on beş onlara əmanət etdisə Nazim, itən səhifələrin sayı minlərə şıxmırmı? Hamısımı yandırıldı bunların? Haradasa saxlanıla bilər azından bir bölümü? Ədəbiyyat tariximiz baxımından isə həbsxana şəraitində on minlərcə səhifə yaratdığı məlumdur və
Sarışın bir qurda bənzəyirdi
Və mavi gözləri çaxmaq-çaxmaqdı
Yürüdü uçrumun kənarına qədər
Əyilib durdu
Buraxsalar
İncə, uzun ayaqları üstdə yellənərək
Və qaranlıqda axan bir ulduz kimi axaraq
Kocatəpədən Afyon düzünə adalayacaqdı…
– deyərək nəhəng Atatürkümüzü, bir neçə səhifədə yüzlərcə şairin minlərcə səhifəsindən daha coşqulu, həqiqi və əbədi bir biçimdə yaradan böyük ustanın itkin səhifələrinin arxasınca bir kimsənin düşməmiş çox qəribədir. İngilislər Şekspirin, almanlar Götenin, Avstriyalılar Motsartın haradasa itkin əsərlərinin ola biləcəyi fərziyyəsi irəli sürülsə, əcəba beləmi davranardılar?
Nazimin, şahidiyəm ki, üçüncü qayğılandığı şey dəfn olunacağı yerlə bağlı idi. Şeirində “Anadoluda bir kənd qəbiristanında dəfn edin məni” deyərək, sağlığında qovuşmadığı vətən torpağına heç olmazsa öləndə qovuşmağı vəsiyyət etmişdi! Daha nə desin? Bir də Moskvada bizlərə söylədiyi “Öldüyümə yanmaram da… Necə olsa gec-tez öləcəyik… Buralarda basırarlar, ona yanaram…” sözləri var.
Yürdsevərliyinə, Türkiyə, türk xalqı və türk dili sevdasına, şairliyinə və şeirinə bir toz elə qondurmarıq, amma iş son arzusunun yerinə yetirilməsinə gəlincə, inanılmaz bir səssizlik…Utanc verici qara yumor kimi bəhanələr…Həm də rəsmi ağızlardan: əfəndim, sümüklərinin Türkiyəyə gətirilməsi üçün öncə vətəndaşlığının bərpa edilməsi bunun üçün də şəxsən (ölmüş adamın!) müraciət etməsi lazımmış!..
Sarıqamış günahkarı, məhv olunmuş on minlərcə vətən övladının sorumlusu, türklüyü uçrumun kənarına sürükləyən Ənvər Paşanın sümüklərini gətirib İstanbulun “Hürrüyyəti-əbədiyyə təpəsi”ndəki görkəmli yerdəki məzarında torpağa verənlər kimsənin tükünə yoxunmamış, türk dilinin böyük ustasına bir kənd məzarlığında iki metr vətən torpağını çox görürlər və bizlər də bu ayıba şahidlik edirik.
Milyonluq Moskvanın sabit, fəqət soyuq atmosferində sayqı və ilgiylə əhatə olunmuş bir qaynar ölkə timsalını andırırdı. Torpaqdan qoparılmış və saxsı qablarda əkilmiş kaktus kimi hiss edirdi özünü. Yenidən torpağına dönəcəyi günü, sanıram ki, bezib usanmadan gözləyəcəkdi.
Ayrılarkən gözləri dolmuşdu:
“Məni də alıb aparmayacağına görə, qucaq-qucaq salamlarımı apar bəri, dosta, hər kəsə. Soruşan olarsa, “Moskvada bir türk şairi Nazim var” deyərsən. Başı dimdik türklüyüylə…”
Orxan Qaravəli
İstanbul, 3 dekabr 2007
BİRİNCİ BÖLÜM
Nazim Hikmət 75 yaşında
Nazim Hikmət üçün anma törəni təşkil etmək cinayətdir
Prof. Rıfkı Danışman TC Mədəniyyət naziri, 1977
Nazim Hikmət milli və universal mədəniyyətə olan təsiri ilə dəyərləndirilməlidir
İstemihan Tala TC Mədəniyyət naziri, 2002
Anadan olmasının 100-cü ili Türkiyənin də rəsmi cəhdi ilə və həssas adam və qurumların coşqun dəstəyi ilə dünya miqyasında “Nazim Hikmət ili” olaraq qeyd edilərkən, keçən zaman içində körpülərdən nə qədər çox suyun axıb keçdiyi gözdən qaçırılmamalıdır; bəzi mənfi qeyri-ahəngdar səslərin bu gün də çıxması çox deyil, amma iyirmi beş il öncəni düşünərək qiymətləndirməliyik.
1977-ci il. Nazim 75 yaşında! Türkiyə Yazarlar Sendikatı məhdud və mütəvazi bir tədbir kimi planlaşdırdığı “anma həftəsi” təşkil etmişdir.
O tədbirlərə Bülent Ecevit-Nəcməddin Ərbakan ikilisinin CXP və MSP koalisyası getmiş, Ədalət Partiyası sədri Süleyman Dəmirəlin Ərbakan,Türkeş, Feyzioğlu “Birinci Milliyyətçi Cəbhə Höküməti” iqtidarı da iştirak etmişdir.
O günlərdə və Nazim Hikmətin 75-ci ildönümündə səssiz-sədasız deyilə biləcək bir tərzdə anılarkən Mədəniyyət Nazirliyi məsləhətçisi professor Emin Bilgic bu son yeniliyə bu dəhşətli bəyanatı vermişdir:
“Yurd düşmanları əl-ələ və iş birliyi içində Yavuz zirehlisini yad məmləkətlərə qaçırmağa (?) qalxan Nazim Hikməti adam yerinə qoyub da anırlar… (20 yanvar 1977)
O zamanın mədəniyyət naziri prof.Rıfkı Danışman isə eyni qəzetin 31 yanvar 1977-ci il tarixli sayında belə fikir səsləndirir:
“Nazim Hikmət üçün anım tədbiri təşkil etmək günahdır! Onu vətənpətvər, millətçi, məmləkətin birlik, bərabərlik və ucalığı üçün ömrünü vermiş insanlar arasına qatmaq kimsənin ağlına gəlməməliu və bu cür təşəbbüslərə kimsə səy etməməlidir. Nazimin məzarının Türkiyəyə gətirilməsi isə mümkün deyildir. Öncə türk milləti istəməyəcəyi üçün, sonra da qanunun imkan verməyəcəyinə görə.”
Eyni qəzetdə cüssəli görüntüsü ilə “Qoca rəis” deyə xatırlanan Sadəddin Bilgiç “partlama” çıxardır. O Sadəddin Bilgiç ki, Ədalət partiyasının qurucusu və başqanı istefada olan general 27 maydan sonra qısa müddətə Baş Qərərgah rəisi vəzifəsində olan Raqıp Gümüşpalanın (1897-1964) ani ölümü ilə əlaqəli başqanlığa namizədliyi qətiləşərkən, Adnan Menderesin bir zamanlar “bizim bu müdiri” dediyi “Morrisson” ləqəbli gənc Süleyman Dəmirəl hər şeyi bir anda dəyişdirincə, partiyanı əldən vermişdi. Məlumatlı adamların Dəmirəl haqqında ustalıqla yaydıqları “masondur” fikri çox təsirli görünərkən, “qoca rəis” qarşısında artıq heç şansının qalmadığı deyilən Dəmirəl, bu fikirləri söyləməklə çoxluğu öz yanına çəkə bilmişdi:
“Mən mason deyiləm. Bizim evdə hər səhər yeməyi zamanı Quran oxunur.”
Türkiyənin qırx ilinə damğasını vurduğu bəs deyilmiş, imkan tapsa ölkənin qədərini