Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi. Hovard Zinn. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Hovard Zinn
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
kraliçasını bu uzun səfərin xərcini ödəmək üçün razı salmışdı. Digər Avropa ölkələri kimi İspaniya da qızıl axtarışında idi. Hindistan və Cənub-Şərqi Asiyada qızıl olduğu məlum idi. Həmçinin Hindistanda ipək və ədviyyat kimi qiymətli mallar da vardı. Ancaq Avropadan Asiyaya quru yolla səyahət etmək uzun və təhlükəli idi, buna görə də avropalılar Hindistana dəniz yolu kəşf etmək niyyətində idilər. İspaniya Kolumbun bu riskli səyahəti ilə bir növ qumar oynamış oldu. Gətirəcəyi qızıl və ədviyyat müqabilində Kolumb qənimətin on faizinə sahib olacaqdı. Eyni zamanda kəşf etdiyi hər yeni ada və ya torpaq parçasına qubernator (vali) olaraq təyin ediləcək və okeanların admiralı tituluna da sahib olacaqdı. Bu sazişə uyğun olaraq Kolumb Atlantik Okeanını keçərək Asiyaya çatan ilk avropalı olmaq ümidi ilə tabeliyindəki üç gəmi ilə yola çıxdı.

      Dövrünün digər təhsilliləri kimi Kolumb da dünyanın kürə formasında olduğunu bilirdi. Bu da o demək idi ki, O, Avropadan qərbə doğru üzərək şərqə çatacaqdı. Ancaq Kolumbun xəyal etdiyi dünya daha kiçik idi. Zənn etdiyindən minlərcə kilometr uzaqdakı Asiyaya heç bir zaman çata biməyəcəkdi. Lakin şanslı idi, çünki bu uzun səyahətin yarısını belə qət etmədən Avropa və Asiya arasında naməlum bir torpağa çatacaqdı.

      Avropanın məlum olan dənizlərini keçib getdikdən 33 gün sonra Kolumb və adamları suda üzən ağac budaqları və havada uçan quş sürüləri gördülər. 1492-ci ilin oktyabr ayında Rodriqo adlı matros ay işığının bəyaz bir qumsalda əks olunduğunu görəndə bütün heyətə həyacan içində xəbər verdi. Matrosun gördüyü yer Karib dənizindəki Baham adalarından biri idi. Qurunu görən ilk adam mükafatlandırılmalı idi, lakin Rodriqo mükafat almadı, çünki Kolumb bir gün əvvəl özünün bir işıq gördüyünü iddia etdi və mükafatı da özü aldı.

      Aravakların Qeyri-mümkün Vəzifəsi

      Kolumbu qarşılayan aravaklar kəndlərdə yaşayır və əkinçiliklə məşğul olurdular. Avropalılardan fərqli olaraq atları, ya da başqa heyvanları və istifadə edə biləcəkləri dəmirləri yox idi. Sahib olduqları ən qiymətli şey qulaqlarını bəzəyən kiçik qızıl zinət əşyaları idi.

      O kiçik zinət əşyaları bir növ tarix yazmışdılar. Qızılları gördükdən sonra Kolumb onu qızılın mənbəyinə aparacaqlarını düşünərək aborigenləri əsir almağa başladı. Bu gün Haiti və Dominikan Respublikası arasında bölüşdürülən Hispanyola da daxil olmaqla digər bir çox Karib adasına da getdilər. Kolumbun gəmilərindən biri yararsız hala düşəndə sınıq gəmidən qalan taxtalarla özlərinə Haitidə bir qala tikdilər. Kolumb bu böyük kəşfi xəbər vermək üçün 39 nəfərlik heyəti Haitidə qoyaraq İspaniyaya doğru yola düşdü. Adada qalan heyətə isə qızıl axtarışını davam etdirməyi və tapdıqları qızılı toplamaq əmri verdi.

      Kolumbun İspaniya Kral Məhkəməsinə etdiyi məruzənin yarısı həqiqət, yarısı isə uydurma idi. Məruzədə gəmilərlə Asiyaya çatdıqları bildirilir və aravaklardan “hindular” kimi bəhs edilirdi. Kolumba görə səfər etdiyi adalar Çin sahillərinə yaxın olmalı idi və hamısı təbii sərvətlərlə dolu idi.

      “Hispanyola bir möcüzədir. Dağlar, təpələr, yaylalar və düzənliklər həm bərəkətli, həm də gözəl… Limanlar hədsiz dərəcədə yaxşı vəziyyətdədir, geniş dərələrin çoxunda qızıl mövcuddur… Həmçinin çoxlu ədviyyat, böyük qızıl mədənləri və başqa metallar var…”

      Kolumb kral və kraliçanın köməyi ilə başqa bir səfər də təşkil edə biləcəyini dedi. Bu dəfə İspaniyaya “isdətiyi qədər qızıl… və qul” ilə geri qayıdacaqdı.

      Kolumbun bu vədləri nəticəsində ikinci səyahət üçün ona on yeddi gəmi və 1200 nəfərdən çox heyət tabe edildi. Səfərin məqsədi çox dəqiq idi: qul və qızıl. Karib adalarında bir adadan digərinə gedərək hinduları tutdular. Lakin bu davranışları haqda söhbət yerli xalq arasında yayıldıqca getdikcə daha çox boş kəndlərlə qarşılaşmağa başladılar. Haitiyə çatdıqda isə birinci səyahətdən sonra adada qalan dənizçilərin meyitləri ilə qarşı-laşdılar. Dənizçilər qızıl tapmaq üçün qruplara ayrılaraq adanı viran qoymuş, qadın və uşaqları qul etmək istəmiş, amma sonda hindular tərəfindən öldürülmüşdülər.

      Kolumbun adamlarının Haitidəki qızıl axtarışları nəticəsiz qaldı, digər tərəfdən də İspaniyaya geri qayıdacaq bütün gəmiləri qiymətli əşya ilə doldurmalı idilər. Buna görə də yerli əhalini kölələşdirmək üçün 1495-ci ildə adalara böyük bir hücum təşkil etdilər. Hücum ərəfəsində topladıqları əsirlərdən beş yüzünü İspaniyaya göndərmək üçün seçirdilər, lakin seçilən hinduların iki yüzü səfər zamanı öldü. İspaniyaya sağ gəlib çatanları da yerli kilsə xadimləri satışa çıxarırdı. Dini söhbətləri sevən Kolumb sonralar öz gündəliyinə qeyd edəcəkdi: “Ata, oğul və müqəddəs ruh naminə sata biləcəyimiz bütün qulları göndərməyə davam edək”.

      Fəqət tutduqları əsirlərin çoxu öldü. Kolumb yeni torpaqlar kəşf etdiyi bu səfərini böyük qənimətlərlə bəzəyə bilmədiyi üçün çarəsiz vəziyyətdə qalmışdı. Belə ki, gəmiləri qızılla dol-duracağına dair verdiyi sözün arxasında dayanmalı idi. Haitidə qızılla dolu olduğunu güman etdikləri ərazidə 13 yaşından böyük hər kəsə qızıl axtarmağı əmr etdi. Tapdıqları qızılı ispanlara verməyən hinduların əlləri kəsilirdi.

      Hindulara yerinə yetirilməsi mümkünsüz olan bir tapşırıq verilmişdi. Çünkü ətrafda tapa biləcəkləri qızıl sadəcə dərədəki qızıl tozları idi. Bu səbəbdən də hindular qaçırdılar. İspanlar onları itlərlə təqib edərək öldürürdülər. Tutduqlarını ya asaraq, ya da yandıraraq öldürürdülər. İspan əsgərlərinin silahları və süvariləri ilə bacara bilməyən aravaklar zəhər içərək toplu halda intihar edirdilər. İspanlar qızıl axtarmağa başlayanda Haitidə iki yüz əlli min hindu yaşayırdı. İki il davam edən qətliam və intiharlardan sonra isə onların sayı yarıya endi.

      İspanlar daha çox qızıl tapılmasının mümkün olmadığını başa düşdükdə yerli xalqı öz hökmləri altında olan geniş ərazidə və mülklərdə qul kimi işlətməyə başladılar. Hindular hədsiz dərəcədə çox işlədilirdi və onlarla pis rəftar olunurdu. Minlərlə hindu öldü. 1550-ci ildə isə adada sadəcə beş yüz hindu qalmışdı, yüz il sonra isə Haitidə bir nəfər belə olsun aravak yox idi.

UŞAQ DƏNİZÇİLƏR

      Əksər tarixçilər kimi mən də Kolumb və onun “adamları” haqqında yazıram, lakin 1492-ci ildə Kolumb ilə birgə Ninya, Pinto və Santa-Mariya gəmilərində səyahət edənlərin bir çoxu uşaq idi. Onlardan biri də Santa-Mariya gəmisində Kolumbla bir üzən 12 yaşlı qulluqçu Diyeqo Bermudez olmuşdur. Bu üç gəmidə üzən doxsan nəfərdən təxminən iyirmisi azyaşlı oğlan idi!

      Kolumbla səyahət edən bu uşaqlar gəmilərdə yalın ayaq işləyir, sviterlərinin üzərindən başlarından aşağıya vedrə ilə tökülən su ilə yuyunur və gəminin göyərtəsindən kənarda, dənizin üzərində yerləşən tualetdən istifadə edirdilər və hətta kiçik oğlanlar da yeməklərilə tünd ağ şərab içirdilər.

      Böyük oğlan uşaqları “criados” – gəmi işçilərinin xidmətçisi – və ya şagird, əlaltı adlanırdılar. Əsasən? onların vəzifəsi kəndirlə yuxarı qalxıb yelkəni düzəltmək olurdu. Bu şagirdlər