Azadlıq Haqqında. Джон Стюарт Милль. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Джон Стюарт Милль
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9953-8066-2-7
Скачать книгу
olmuş qadının, yüksək haqq və həqiqət duyğusu mənim üçün ən güclü təşviq ünsürü, təqdiri də ən böyük mükafat olan dostumun, həyat yoldaşımın ürəyimi yaxıb-yandıran əziz xatirəsinə ithaf edirəm. Bu illər ərzində yazmış olduğum hər şey kimi bu əsər də mənim olduğu qədər həm də onundur. Lakin hazırkı halı ilə bu kitabım onun baxışlarından keçmək kimi yüksək bir dəyərə təəssüf ki, çata bilməmişdir. Çünki o, əsərin ən əhəmiyyətli hissələrindən bəzilərini daha diqqətli bir şəkildə yenidən araşdırmaq işini gələcəyə saxlamışdı; ancaq ömrü vəfa etmədiyi üçün buna imkan olmadı. Onun özüylə birlikdə məzara apardığı böyük düşüncələrinin və nəcib hisslərinin yarısını dünyaya çatdıra bilsəm, sevimli həyat yoldaşımın bənzərsiz müdrikliyinin təşviq və köməyindən məhrum şəkildə yaza biləcəyim hər hansı bir şeyin təmin edəcəyi faydadan daha böyük bir şeyə imza atmış olacağam.

Con Stüart Mill

      Giriş

      Bu essenin mövzusu «iradə azadlığı» deyil, mülki və ya ictimai azadlıqdır. Başqa cür desək, bu tədqiqat cəmiyyət tərəfindən fərd üzərində qanuni bir şəkildə istifadə edilə bilən hakimiyyətin «təbiəti və sərhədləri»ndən bəhs edir. Bu, haqqında az danışılan, hətta az qala heç müzakirə edilməyən bir mövzudur. Ancaq unudulmamalıdır ki, bu mövzu potensial varlığıyla dövrün əməli çəkişmələrinə dərindən təsir edən və çox keçmədən də özünü gələcəyin həyati problemi olaraq qəbul etdirməsi gözlənilən bir məsələdir. Əslində bu mövzu insanları ən qədim dövrlərdən bəri ixtilafa salacaq qədər köhnə və dərindir. Ancaq bəşəriyyətin yaşadığı mədəni mərhələnin inkişafına paralel olaraq özünü yeni şəraitlərdə göstərir; buna görə də daha fərqli və daha köklü bir araşdırma tələb edir.

      Azadlıq ilə hakimiyyət arasındakı mübarizə başda Qədim Yunanıstan, Roma və İngiltərə olmaqla, tarixin bizə məlum olan ən qədim dövrlərinin diqqəti cəlb edən xüsusiyyəti olaraq qarşımıza çıxır. Qədim dövrlərdə bu mübarizə xalq və ya xalqın bəzi sinifləri ilə hökumət arasında olardı. Bu baxımdan azadlıq başdakı idarəedicilərin despotik hakimiyyətinə qarşı qorunmağı ifadə edirdi. Qədim Yunanıstandakı bəzi xalq hökumətləri istisna olmaqla, digər hakimiyyətlərdə idarəedicilər xalqa qarşı düşmən olaraq qəbul edilərdilər. Bunlar səlahiyyətlərini miras və ya fəthlər yoluyla alan və idarə etdikləri adamların razılığına əsaslanmayan bir nəfərin, qəbilə və ya silkin rəhbərliyi şəklində olurdu. Səlahiyyətin təzyiq yoluyla istifadə edilməsinə qarşı hansı növ tədbir alınmış olursa olsun, idarə olunanlar idarə edənlərin üstünlüyünə nə etiraz etmə cəsarətini, nə də etiraz etmə istəyini göstərirdilər. Onların gücü düşmənə qarşı olduğu kimi, öz xalqına qarşı da işlədilə biləcək zəruri, lakin eyni zamanda son dərəcə təhlükəli bir silah olaraq qəbul edilirdi. Cəmiyyətin gücsüz üzvlərini saysız qırğılara yem olmaqdan qurtarmaq üçün bu qırğılardan daha güclü və onların yüksəlməsini önləməklə vəzifələndirilmiş ovçuya ehtiyac vardı. Ancaq sürünün üzərinə hücuma keçməkdə kiçik çalağanların hər hansı birindən daha az istəkli olmayacağını nəzərə alıb bu ovçunun dimdiyindən və pəncələrindən də mütləq müdafiə olunmaq lazım idi. Bu səbəblə vətənpərvərlərin hədəfi idarəedicinin kütlə üzərində istifadə etməsinə yol veriləcək iqtidarına məhdudiyyət qoymaq idi. Onların azadlıq deyəndə ağıllarına gələn şey bax bu məhdudiyyət idi.

      Bu iki yolla həyata keçirilirdi. Birincisi, siyasi hüquqlar və azadlıqlar deyilən bəzi toxunulmazlıqları qəbul etdirmək idi. İdarəedicinin bu haqlara müdaxiləsi vəzifəsindən sui-istifadə etməsi kimi şərh olunur, bu da idarə olunanların etirazını və qiyamını qanuni hala gətirirdi. İkincisi isə konstitusiya tədbirlərinin görülməsi idi. Bunun sayəsində cəmiyyətin və ya onu təmsil edən qurumların razılığını almaq iqtidarın fəaliyyəti üçün zəruri hala gəlmişdi. Avropa ölkələrinin çoxunda iqtidar bu məhdudlaşdırma formalarından birincisinə az və ya çox boyun əyməyə məcbur edilmişdi. Amma ikincisi haqqında bunu demək olmazdı. Buna çatmaq və ya qismən olduğu yerlərdə tam mənasıyla əldə etmək azadlıqsevərlərin əsas məqsədinə çevrilmişdi. İnsanlar bir düşməni başqa bir düşmənlə vuruşdurmaqdan və zorakılığına qarşı bəzi təminatlara sahib olduqları ağa tərəfindən idarə olunmaqdan razı qaldıqları müddət ərzində istəklərində bundan uzağa gedə bilmədilər.

      Lakin insani fəaliyyətlərin irəliləyişinə paralel olaraq insanlar zaman keçdikcə rəhbərlərinin onlardan ayrı və mənfəətlərinin onların mənfəətlərinə zidd bir qüvvə olmasını təbiətin zəruriyyəti olaraq qəbul etməməyə başladılar. Beləcə, dövlətin idarəçiliyini əlində saxlayanları istədikləri vaxt vəzifədən çıxara biləcəkləri muzdlu işçi və ya vəkil halına gətirmək onlara daha məqbul göründü. İnsanlar hökumət səlahiyyətlərinin onların əleyhinə istifadə edilməyəcəyindən ancaq bu yolla əmin ola bilərləri. Seçkiyə əsaslanan və müvəqqəti idarəedicilərlə bağlı bu yeni tələb xalqın fikrinə əsaslanan partiyaların olduğu hər yerdə partiya fəaliyyətlərinin əsas məqsədinə çevrildi. Beləcə rəhbərlərin səlahiyyətlərini məhdudlaşdırma məsələsində mövcud olan əvvəlki səylərin yerini tutdu. Rəhbərliyin dövri seçkilər əsasında təyin olunması uğrunda mübarizə artdıqca, bəziləri iqtidarın məhdudlaşdırılmasına xeyli əhəmiyyət verildiyini düşünməyə başladılar. İqtidarı məhdudlaşdırma mənfəətləri xalqın mənfəətiylə ziddiyyət təşkil edən idarəedicilərə qarşı bir tədbir kimi görülməkdə idi. Amma artıq ən çox istənilən rəhbərlərin xalqla bərabərləşdirilməsi, mənfəət və iradələrinin xalqın mənfəət və iradəsiylə eyni olması idi. Xalqın öz iradəsinə qarşı qorunmasına ehtiyacı yox idi. Onun öz-özünə zorakılıq etməsi düşünülə bilməzdi. İdarə edənlər xalq qarşısında məsuliyyətli olduğu və onun tərəfindən dərhal dəyişdirilə bildiyi təqdirdə problem qalmayacaqdı. Xalq bu halda necə istifadə edilməsi lazım olduğunu özünün diktə edəcəyi iqtidarı risk edib onlara əmanət edə bilərdi. İdarə edənlərin iqtidarı xalqın öz əlində cəmləşmiş və özünün münasib bildiyi şəkildə istifadə edə bildiyi öz iqtidarı olacaqdı. Qitə Avropasında hələ də yayğın şəkildə rast gəlinən bu düşünmə və ya hissetmə tərzi Avropa liberalizminin son nəsli arasında xeyli məşhur idi. Bu gün hökumətlərin edə biləcəkləri şeylərə bir sərhəd qoymağı qəbul edənlər qitə Avropasının siyasi mütəfəkkirləri arasında artıq istisnalı bir parlaq nümunə olaraq dayanmaqdadırlar. Bu istiqamətdə təşviqedici şərait davam etmiş olsaydı, bu gün buna bənzər bir düşüncə forması öz ölkəmizdə də hökm sürə bilərdi.

      Psixoloji nəzəriyyələrdə olduğu kimi, siyasi və fəlsəfi nəzəriyyələrdə də uğur uğursuzluğun göz yumduğu səhvləri və gerilikləri göz önünə sərir. Xalqın öz səlahiyyətini özünə qarşı məhdudlaşdırmasına gərək olmadığı fikri xalq hökumətinin hələ də bir xəyaldan ibarət olduğu və ya uzaq keçmişdə mövcud olmuş bir şey kimi kitablarda oxunduğu vaxtlarda ancaq bir aksiom kimi qəbul edilə bilərdi. Bu fikri xalq təşkilatlarının müntəzəm fəaliyyətinə deyil, monarxiya və aristokratiya zorakılığına qarşı ani və reaksiyalı üsyan tərzində partlayan və eyni zamanda rəhbərliyi ələ keçirən azlığın əsəri olan fransız inqilabı kimi sapmalar da silə bilmədi. Bununla birlikdə,