Mart xoruzu. Отар Чиладзе. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Отар Чиладзе
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9953-8066-2-7
Скачать книгу
xoş olmasını fikirləşməliyəm. Qadın ozünü ərinin və uşaqlarının rəiyyəti hiss edəndə xoşbəxtdir. Çünki könüllü təbəəlik də elə həmin sevgidir. Bəzilərinin dediyi kimi, qadının payına bu düşdüyünə görə etmirsən, sevdiklərinə xidmət edirsən. Mən onları dinləmirəm və onların danışığı məni maraqlandırmır. Bax, Yevgeniya Duqladze – dərs hissəsi müdiri, papiros da çəkir, şərab da içir, heç nədə kişilərdən geri qalmır, amma, hər halda, əgər həqiqət deyilərsə, o, bədbəxtdir və allah bilir, acımaya layiqdir. Əgər qadın güzgüyə baxaraq, orda qadınlıq xəyalı görmürsə, əlbəttə, bəxtsizdir və əlbəttə, ona acımaq gərəkdir. Bir dəfə… Bunu danışmamalıyam, ancaq başımda hər şey qarışıb, yəqin, allah məni bağışlayar, deyirlər, bir dəfə o içərək, güzgüyə baxıb, qışqırmışdır: “Bu kimdir? Sən hardan çıxdın, niyə gözünü hirslə bərəldirsən?” Əgər qadın uşaqlarının olmasını istəmirsə, niyə başqalarını tərbiyə etsin, həm də onları necə tərbiyə edə bilər? Roland, qadın bəd və həsədli olur. Əgər öz uşaqları yoxdursa, başqalarının da olmamasına hər cür çalışacaq, yaxud özgə uşaqlarına doğma analarının üz döndərəcəyi dərəcədə təsir göstərəcək: “Sənin əvəzinə küçük doğsaydım, daha yaxşı olardı” – ya da üzüklü əli ilə sifətinə, düz dodaqlarına vuracaq…Lakin indi bunun vaxtı deyil. Atam həmişə rahat yatsın, tamam axmaqlamışam – səni, hər necəsə, burdan çıxarmaq, evə aparmaq, sakitləşdirmək, isitmək, yedirmək, şənləndirmək əvəzinə, Yevgeniya Duqladze barəsində qeybətə başlamışam. Boynu sınsın! Onunla nə işim var, qoy lap qalife geysin, sifətinə də bığ və saqqal çəksin! Biz isə yolumuzdan çıxmayaq və bizi hara aparsa, orda da qalaq. Bugün-sabah uşağımız, körpəmiz, çəpişimiz, dovşanımız, pişiyimiz olacaq. Sən oğlan istəyirsən, yoxsa qız? Yox, cavab vermə! Cavab vermə! Məni bağışla. Əlbəttə, fərqi yoxdur. Allah bizə nə göndərsə, ona görə minnətdar olacağıq. Amma o, yəni körpə artıq var, mövcuddur, artıq səni tanıyır və hətta sevir. Biz tək olanda yalnız səndən danışıram. O hər şeyi başa düşür – mənim olduğuna görə bu cür danışmıram, həqiqətən, hər şeyi anlayır. Mən həyəcanlananda o da həyəcanlanır. Mən qorxanda onun üçün də qorxuludur. Əgər məndə yuxusuzluq varsa, onun da yuxusu gəlmir.Roland, əzizim, məni evə apar. Bizi apar. Halım yaxşı deyil, Roland, başım hərlənir. Bu gün tənhalıqdan, qorxulardan, gözləməkdən yana halım iki dəfə pis olub… Özüm barədə qüssələnmirəm – ona ziyan olmasın”, – Lamara leytenantın boynundan asılır, elə bil, halı, həqiqətən, pisdir. Ərinin xeyri üçün onu aldadır, qorxudur – bəlkə, necəsə, onu apara, uçurub, bu donmuş zirzəmidən allahın işığına çıxa bildi. Aparacaq, uçuracaq – axı o, leytenantın Faskunci (Simurğ-tərc.) quşudur. Yalnız hələ arzular heç kəsi cəhənnəmdən çıxarmayıb.Lakin əgər səni cəhənnəmdən çıxarmasını, nə vaxtsa allah işığına çıxmaq, günəşin altında gəzmək, asayişlə ətrafa baxmaq, əbədi zülmət və nəmişlikdən, əzab verən fikirlərdən qurtarmaq istəyirsənsə, Faskuncini öz ətinlə bir qədər yemləmək, öz budundan öz əlinlə bir parça kəsmək və öz əlinlə də doymayan quşun ağzına qoymaq lazımdır.Lakin allahın işığına çıxan kimi, dərhal ətrafında yaşayan bütün adamlar kimi olursan. Soruşacaqsan, nə olsun, nəyi pisdir – haqlı da olacaqsan: yalnızca pis deyil, əksinə, yaxşıdır. Ətrafındakı hamı: baba da, nənə də, xala da, Sandro əmi də, Marqarita da, İoseba da, ağıldan kəm Kola da, Yevgeni-ya Duqladze də, Vano müəllim də, Qogiya da… adi adamlardır. Bir sözlə, hamı. İnsan, ümumiyyətlə, adidir və belə, adi, yəni, bir qədər cəsur və bir qədər qorxaq, bir az səxavətli, bir az da xəsis, bir balaca xoş, bir balaca da bəd, bir qədər ağıllı, bir qədər də axmaq, bir az xoşbəxt, bir az da bədbəxt olmalıdır – məhz “bir balaca”ya görə də insan duruş gətirə, dözə bilər; çox olan ziyanlıdır, insan, hətta çox istəsə də, hər nə olsa belə, “çox”a güc gələ bilmir: çox məhəbbət, yaxud çox nifrət, böyük var-dövlət, ya da böyük kasıblıq; buna görə də, əgər adi insan olsan, əgər açıq sinəli qaraçı qadının öncədən deməsini doğrultmasan və başqalarıtək yalnız qarnının qayğısına qalsan, həqiqətən, qorxulu deyil.Lamara həqiqəti deyir: belə olub və həmişə belə olacaq, amma axı kimin kimi öıdürdüyü, kimin kimi soyduğu və kimin kimin şəriki olduğu sənin günahın deyil və ümumiyyətlə, hətta, sənin işin deyil. Dünyada həmişə, heç olmasa, bir Hitler, bir Uriya Gip, bircə donuz – adamyeyən olmalıdır və onlar həmişə olacaqlar. Nağıllarda yazılanlar həyatdan götürülüb, yalnız, insan həqiqətdən qorxur və onu hər cür evirib-cevirir – öz bicliyini tülkünün, acgözlüyünü canavarın ayağına yazır, sanki bu yolla təmizlənir, sağalır və heyvantək qüsursuz, heyvansa onun kimi qüsurlu olur. Səndəki yaxşı mənə, məndəki pis sənə olsun.Lakin öz çatışmazlıq və qüsurlarını gizlətməyi və başqaları üzərinə yükləməyi tərgitməyincə, o nə Hitlerdən, nə Uriya Gipdən, nə də adamyeyən donuzdan yaxa qurtara bilməyəcək. Axı donuz Manya xalanı, həqiqətən, az qala, yemişdi! Dişlək-dişlək etmişdi, buna görə də yazığı xəstəxanaya yerləşdirmək lazım gəlmişdi. Onun oğlu Tbilisidədir – böyük adamdır, paytaxt həkimi ilə gəlmişdi. Buranın həkimlərinə etibar etməmişdi. Bəs oğlanları böyük adam olmayanlar neyləsin? Buranın həkimlərinə etibar etmək lazım gəlir – başqa yolu yoxdur. O, yəni böyük adam isə hətta qatarı da gözləmədi, düz də etdi: Kaxetiya qatarının nə olduğunu hər kəs bilir: fısıldayaraq, yoxuşa qalxmağa başlayanda sərnişinlər düşür və eşşək qoşulmuş araba kimi, onun yanı ilə gedirlər.Üstəlik, itələyir, əllərini dayaq edirlər. Boşuna xərcdir, vəssalam. Ancaq nə etməli? Hamı qatarla gedir, axı hami kimi etməmək olmaz, axı kimsə belə deyər: nə xəsisdir! Amma istehzadan qorxulmasa, Tbilisinin özündən şpalların üstü ilə gedər və Snoriyə, ola bilsin, qatardan əvvəl çatardılar. O, böyük adam isə əvvəlcə təyyarə ilə Telaviyə uçmuş, orda, Telavidə isə maşın – sadəcə, maşın deyil, bütöv avtobus – kirələmişdir (yolda canavar basmışdılar). Bir sözlə, heç bir şey qarşısında geri çəkilməyəcək dərəcədə tələsmiş, vaxtında çatmaq, anasına kömək etmək istəmişdi. Anası təhlükədən kənarda olanda isə dağ kimi nəzir-niyaz toplamış, qarmonçu və təbilçi ilə tbilisisayağı kef etmişdi – musiqiçilər əzik onluqları toplamağa macal tapmamış, bir əllərilə pulu yığmış, o biri ilə təbili döyəcləmiş, qarmonu dartışdırmışdılar.Lakin, belə danışırlar, Manya xala oğlunun qayğı və ehtiramını qiymətləndirməmiş və demişdi: ”Əgər indi musiqiçilərə tükətdiyin pulla donuza jmıx və yemi vaxtında alsaydın, bəlkə, məni yeməyə çalışmazdı”.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала,