Kainatin mələkləri. Эйнар Гудмундссон. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Эйнар Гудмундссон
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
özümü yaxşı hiss edirəm. Altı yaşımdan bəri özümü bu qədər yaxşı hiss etdiyimi xatırlamıram.” Daha sonralar tarixçi olmaq üçün xaricdə təhsil almağa gedən qardaşıma məktub yazacaqdım.

      Müalicə kursu bitdikdən sonra məni psixiatriya xəstəxanasından evə yazdılar. Rəssam Bergsteinin oğlu Qulli məni öz arabasında çimərliyə doğru kələ-kötür yollarla aparırkən içimdə giziltili bir hiss keçirdim.

      Orada köhnə anqar və yüksək qum təpəcikləri vardı. Aralıqdakı gölməçələrdə isə donanma şəklində köhnəlmiş taxta gəmi və qayıqlar üzürdü.

      Qulli on yaşlarında qarasaçlı, iri mənalı gözləri, uzun əl və ayaqları olan bir oğlan idi. Qaçışı elə sürətli idi ki, qarşısındakı arabanı yamacboyu itələyərkən sanki üfüqə doğru uçur, elə hey uçurdu. Mən əlimdəki ipi tutub sükanı idarə etməyə çalışırdım.

      – Paul, əylən, əylən, – deyə Qulli var gücü ilə qışqırırdı.

      Onun hamar saçları qulaqlarına çatırdı. Qulli dayanmaq istərkən arabanın sürəti onu kənara süpürlədi. O, güclə nəfəs alır, alnından tər axırdı. Məni sanki qıdıqlayırmışlar kimi bərkdən gülərək arabadan aşağı yuvarlandım.

      – Ey, bura bax, – təngnəfəsliyi keçən Qulli barmağı ilə təpəyə işarə edərək dilləndi. Təpənin ucunda Qullinin atası Bergstein əynində ağ xalat, başında beret, molbert üzərində quraşdırılmış böyük kətan üzərindəki rəsmin qarşısında dayanmışdı.

      Yay fəsli idi. Kəpənəklər uçuşurdu. Bergstein yay tətilinə gəlmişdi. Bergstein başında bereti Bryggjusunddan aşağı enəndə, onun xaricə getdiyindən orada yaşayan sakinlərin ən kişik bir şübhəsi qalmırdı.

      Bergstein yay tətilinə gəlmədiyi vaxtlarda tikiş fabrikində çalışır, yataq çantaları və gödəkçələr tikirdi.

      Bergstein oğlu Qulli kimi arıq və hündür idi, arvadı Gudbjorg isə vəfat etmişdi. Amma ata-oğul birlikdə küçədə gəzərkən bu kədərin ağırlığını duymamaq mümkün deyildi.

      Bergstein Qulli üçün üstü örtülü araba və qayıq düzəltmişdi. Əslində o, müxtəlif sahələrdə bacarığı olan biri idi. İşlədiyi fabrikdə gözəl, zövqlü paltarlar tikir, məişət avadanlıqlarını xüsusi məharətlə təmir edirdi.

      Bununla belə Bergstein bəzən işə gəlmirdi. Bu, dostları onu seminar çərçivəsində çağırarkən baş verirdi. Bu zaman Bergstein özünü saxlaya bilmir, ilham pərisi və rəssam fırçasına tabe olurdu.

      Bu, Bergsteinin böyük çağırışı idi. Və o, bədəni və ruhu ilə özünü ona həsr edirdi. Əgər kimsə Bergsteindən əsərlərini almaq istəsəydi, buna nail olmayacaqdı. O yalnız qonşuluqdakı uşaqların şəkillərini pulla çəkirdi.

      Qulli sıldırımlı dolanbac yollarla arabası ilə yola düşməzdən öncə məni dəniz sahilində xeyli gəzdirdi. Anqara gedən yolun yarısından geri döndük. Qulli əyləci basaraq arabanı dayandırdı. Sonra ayağa qalxmağıma kömək edərək Bergsteinin dayandığı təpəyə qaldırdı.

      Bergstein qarşısında açılan geniş mənzərənin şəklini çəkirdi. O mənə baxarkən psixiatriya xəstəxanasının damını qırmızı rəngə boyayırdı.

      – Qulaq as, Paul, – mən torpaq və dənizi, səma və quşları, bir də xəstəxananı bu kiçik tablonun içinə sığdırdım.

      Mən öncə mənzərəyə, daha sonra tabloya baxdım. Dəqiq təsvir idi. Kətan hər şeyi udmuşdu.

      – Hə, Paul, – Bergstein dedi, – səncə bu mənim tərəfimdən düzgün yanaşma deyil.

      – Hə, elədir, – ikili dünyaya – həyatdakı reallıqla tablodakı reallığa heyrətamiz bir şəkildə baxaraq dedim.

      Sonra mən, üst-başı rənglərə bulaşmış ağ xalatlı, başı beretli Bergsteinə bir günəşin işığı altında baxdım. Və bu anı uzun müddət valideynlərimin evinin zirzəmisində çınqıl döşəmənin üzərində dayanarkən xatırlayırdım.

      O zaman biz artıq çoxdan Bryggjusunddan köçmüşdük və mənim üzüm, əllərim sarı-yaşıl rənglərə bürünmüşdü. Özümü Van Qoqun reenkarnasiyası olduğuma inandırmışdım.

      Qulağım ağrıyır.

      5

      Kiçik yaşlarımda ikən elm mənim üçün sadəcə yerli intuisiya idi. Gecə dalğa torpağın üzərindən keçir, gündüz isə ağaclar köksüz üzür.

      Mələklər şüurdan keçərək bütün okeanların qaranlığına axıb gedirdi. Pəncərədən çölə baxarkən kainat mənimlə toqquşurdu. Və bütün bu şöhrət küçə lampasının işığında sadəcə kölgədə qalırdı.

      Mən ulduzdan ulduza tullanan qəribə kişilər görürəm. Kiçik oğlanlar isə kosmosda iplərin üzərində yellənir.

      Səma elə budur!

      O, zəngin mavi xalça kimi yellənir. Kimsə yaşıl tüstü buraxır. Əllərimi göyə uzadarkən ulduzlar yerə düşərək titrəyir.

* * *

      Bryggjusundakı zirzəmidə yerləşən mənzilin qarşısındakı bağçada çoxlu uşaq vardı və xatirələrimdə Edem kimi iz salıb. Baxmayaraq ki, nə ağacları, nə meyvələri vardı, qızların düşüncəsi isə uzatdığım barmağımı dişləməkdən uzağa getmirdi.

      Mənim bir çadırım və hindlilərə məxsus baş geyimim var idi. İkinci dostum Gunnar xaricdən alıb gətirmişdi. Təhsil üçün xaricə gedən dayılarım qayıdarkən bizi ziyarət etməsələr də, mənim üçün oyuncaqlar alırdılar.

      Mənim SAS loqosu olan bir təyyarəm, yarış treki və dəmir yolu modelim vardı. Mənim bağçam çox populyar idi. Atamım bağçanın ortasında quraşdırdığı çadır uşaqların diqqətini özünə çəkmişdi.

      Qulli yaşca hamıdan böyük olsa da, tez-tez arabası və qayığı ilə mənim bağçama gəlirdi. Otların arasında böyük bir donanma yaranırdı. Yağış yağanda qayıqlar gölməçələrdə üzür, ya da bütün ekipaj çadıra doluşurdu. SAS-da uçanlar da olurdu.

      Bağçama əsasən, qardaşlar – sarışın Daniel və Skuli, əsmər Co və Siqqi qardaşları gəlirdilər. Co, Skuli və mən eyni yaşda idik, Siqqi və Daniel bizdən iki yaş böyük idi. Anam bəzən mənimlə Co və Siqqinin yaşadığı zirzəmiyə gəlirdi. Bura bizim yaşadığımız zirzəmidən kiçik və qaranlıq idi. Zirzəminin qoxu və rütubətini çox zaman öz üzərimdə hiss edirdim.

      Co və Seqqinin ataları Benni kimi saçları qara, gözləri isə qəhvəyi rəngdə idi. Yaraşığı ilə diqqət çəkən Benni san-texnik işləyirdi.

      Bəzən içində alətləri olan çantası ilə evdən çıxdığını, Chevroletinə minib getdiyini görürdüm. Anaları Tori isə əksinə, parlaq dərili, uzun və mavigözlü qadın idi. Və onun özünün Trostur və Yona adlı iki kiçik uşağı vardı. O tez-tez yorğun və xəstə görünürdü. Solğun çöhrəsinə sanki havanın kifi hopmuşdu.

      Daniel və Siqqi isə həm cüssəli, həm də möhkəm idilər. Eynilə ataları Tor kimi sarı-parıltılı saçları vardı, burunlarının üzəri isə saysız-hesabsız çillərlə örtülmüşdü. Tor balıqçı idi. Trol gəmisində söz sahibi idi. Bryggjusundə yalnız gəmilər sahilə