Gen manipulyasiyası, növ fərdləri olaraq bizim özünüdərkimiz ilə modern hüquq və əxlaq anlayışlarına hücum etdiyi bir vaxtda, cəmiyyətin bütünləşməsinin imtinaedilməz normativ təməllərini dərindən zədələyəcək ölçüdə dəyişdirə bilər. Modernləşmə fazalarının qavrama formalarının bu qədər dəyişməsiylə, biotexnoloji irəliləyişləri yaşam dünyasının şəffaflaşaraq önə çıxan kommunikativ quruluşuna uyğunlaşdırmağa çalışan “əxlaqiləşdirmə” cəhdləri, artıq başqa bir spektrda görünməyə başlayır. Belə ki, bu niyyət, yeni bir müqəddəsləşdirmə meyli deyil, öz sərhədlərini bir daha özü üçün müəyyən edən modernizmin refleksiv olmağa başlamağı mənasını verir.
Beləliklə, mövzu, manipulasiya olunmamış genetik materialın bütünlüyünü qoruma istəyinin, şəxsi kimliyin bioloji əsasları üzərində qənaət edilməməsi ölçüsü üzərinə fokuslanaraq xırdalıqlara qədər gedə bilər. Bu məsələdə, saxlanacaq hüquqi bir qoruma “süni yollarla müdaxilə edilməmiş bir genetik materiala sahib olma haqqı” olaraq ifadə edilə bilər. Amma Avropa Şurası Parlament Assambleyasının bir vaxtlar tələb etdiyi belə bir haqqla, tutalım, tibbi səbəblərdən çıxış edən neqativ yevgenikanın uyğun olub-olmadığına dair hələlik bir razılıq əldə olunmamışdır. Çünki əxlaqi mülahizələr və demokratik iradə formalaşması mərhələsi bir gün belə bir nəticəni uyğun hesab edərsə, əsas azadlıqılardan olan manipulasiya edilməmiş genetik materiala sahib olma haqqı, məsələn, neqativ yevgenikaya izacə verəcək şəkildə məhdudlaşdırıla bilər.
Mövzunu sadəcə gen dəyişdirən müdaxilələrlə məhdudlaşdırdığımız halda, digər biosiyasi məsələləri görməzdən gələrik. Məsələn, liberal tərəfdən baxıldığında, həm yeni növ reproduksiya vasitələri, həm orqan yetişdirmə və tibbin dəstəklədiyi ölümlər, insanların fərdi azadlıqlarını artırma görüntüsünü yaradır. Halbuki, məsələyə tənqidi yanaşanların əksəriyyəti mövcud liberal hipotezlər üzərində deyil, həm qarşılıqlı razılığa dayanan törəmə, həm də ölüm anını müəyyən etmənin tətbiqi ilə bərabər orqanı meyiddən çıxarmaq məqsədiylə gerçəkləşdirilən mübahisəli hərəkətlərin və tibbin dəstəklədiyi ölümlərin hüquqi baxımdan nizamlanmasının yaradacağı ictimai fəsadlar üzərində durmaqdadırlar (əslində bu məsələləri, peşə etikası bucağından hərəkət edən mütəxəssislərin professional mühakimə və təqdiretmə səlahiyyətinə vermək daha doğru olardı). Bunlarla bir yerdə, gen testlərinin qanuni yollarla istifadəsi və gen diaqnozu vasitələrinin ehtiva etdiyi məlumatlardan kəsə yollarla şəxsi məqsədlərlə istifadə edilməsi, yenə də eyni haqqlı səbəblərə görə mübahisəlidir.
Əlbəttə, ən önəmli bioetik sual, insan təbiətinə diaqnoz məqsədiylə nüfuz edib, ona, hətta müalicə üçün belə olsa, hakim olmağa iddia etməklə bağlıdır. Əslində, seçmə və keyfiyyət dəyişdirmə məqsədli gen texnologiyası ilə yanaşı bunu etmək üçün təkmilləşdirilməyə çalışılan genetik müalicə metodlarına yönəlmiş tədqiqatlarla birlikdə (burda da əsaslı tədqiqatlarla tibbi təcrübələr arasındakı sərhəd az qala ortadan qalxmış kimidir31) yeni bir meydan oxuma səhnəsi ilə rastlaşırıq32. Bunlar “təbii olaraq olduğumuz” fiziki əsaslarımızı mübahisəli hala gətirməkdədir. Bir zamanlar Kantın “zəruriyyətlər aləmi”nə daxil etdiyi şeylər, təkamül nəzəriyyəsi baxımdan hər biri “təsadüflər aləminə” çevrilmişdir. Bu dəfə də gen texnologiyası, üzərində qənaət edilməyən “təbii əsaslar”la “azadlıqlar aləmi” arasındakı sərhədi dəyişdirir. “Daxili” təbiətimizlə bağlı olaraq bəhs etdiyimiz bu “şərtilik genişlənməsi”ni oxşar seçim artmalarından fərqli edən şey, əxlaqi düşüncəmizin bütün strukturunu dəyişdirməsidir.
Ronald Dvorkin əxlaqi mühakimə və hərəkətlərin sarsılmaz sayılan keçərli şərtlərinin gen texnologiyasının əli ilə bir növ istiqamət dəyişikliyinə məruz qalmasını dilə gətirir: “Təbiətin təkamüllə yaratdıqları (…) ilə bizim bu dünyada öz genlərimizlə nə etdiklərimiz arasında bölgü meydana çıxmışdır. İstənilən halda, bu bölgü nə olduğumuzla əlaqədar əlimizdəki öz mirasımız ilə, yenə öz cavabdehliyimiz altında nələr etdiyimiz arasına bir sərhəd qoyur. Təsadüf ilə, sərbəst qərarvermə arasındakı bu kritik xətt əxlaqımızın bel sütununu əmələ gətirir. (…) Təsadüf ilə qərarvermə arasında olan və dəyər kriteriyalarımızı formalaşdıran bu sərhədi pozduğu üçün bir insanın başqa bir insanı layihələndirib istehsal etməsindən qorxuruq.33
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.