Məmə yeyəndən pəpə deyənə qədər hər kəsə birdəfəlik aydın olmalıdır ki, bütün sahələrdə – ticarətdə, kinoda, siyasətdə, ədəbiyyatda, müsabiqələrdə, festivallarda şəxsi münasibət, şəxsi tanışlıq vacib şərtdir. Hər bir sahədə şəxsi tanışlıq, şəxsi münasibət ciddi əhəmiyyət daşıyır. İşinizin, gücünüzün adı nədir? Niyə gedib siyasi partiyalara doluşmursunuz? Qarışqa şirəyə darışan kimi siyasi partiyalara daraşmaq lazımdı. Kim hansı ölkədə yaşayırsa elə günü sabah təbiətinə, baxışlarına uyğun siyasi partiya tapıb, ora üzv yazılmalıdır. Siyasiləşmək, siyasiləşmək, yenə də siyasiləşmək!
Polşada kitabım nəşr olundu. Polşada yüzlərlə azərbaycanlı yaşayır. Yorğanı öz üstümə çəkmək kimi görünməsini istəməzdim, məni doğrudan da bir sual maraqlandırır. Polşada yaşayan azərbaycanlılardan neçəsi gedib kitabımı aldı? Yəqin ki, lap uzağı beş nəfər.
Yaxınlarda bu mövzuda bir dostumla söhbət edərkən, o maraqlı bir söz dedi: Onlar səni ümümiyyətlə tanımırlar.
Niyə tanımırlar? Bəs kimi tanıyırlar? Müğənniləri, meyxanadeyənləri, yoxsa falçıları, avtoşları… Mənə nifrət etmək olar, söymək də olar. Hamının sevimlisinə çevrilmək kimi bir dərdim, missiyam, öhdəliyim yoxdur, amma gəlin açıq danışaq, məni tanımamaq o deməkdir ki, adam ölkəsinin ictimai-siyasi-mədəni həyatından tamam xəbərsizdir. Belə də ki, dərindən götürsək, məni tanımayan adam, özünü tanımır.
Strasburqda fəaliyyət göstərən “Kəpəz” nəşriyyatının kitabları Fransadan savayı İsveçrənin, Belçikanın və Lüksemburqun kitab mağazalarında da satılacaq. “Kəpəz” nəşriyyatının rəhbəri Nicat Kazımovla şəxsi tanışlığım yoxdu. Yaddaşım məni aldatmırsa, səhv etmirəmsə, heç vaxt qarşılaşmamışıq. Əmimoğlu deyil, dayımoğlu deyil, sadəcə bilirəm ki, faydalı işlə məşğuldur. Nələrsə etməyə çalışır. İnanıram ki, bu templə, bu həvəslə işinə, fəaliyyətinə davam etsə, mütləq nələrsə edəcək. İnadkarlıq, ardıcıllıq hər bir sahədə olduğu kimi nəşriyyat sahəsində də gec və ya tez, öz sözünü deyir.
Lüksemburqu çıxaq, Fransada, İsveçrədə, Belçikada N. qədər azərbayacanlı yaşayır. Görəsən onlardan neçə nəfəri gedib “Kəpəz” nəşriyyatının nəşr etdiyi kitablardan alacaqlar. Lap uzağı on nəfəri. Bax ona görə xiyar əyri bitir. Amma əslində almalıdırlar, oxumasalar da, evin bir küncünə atsalar da, almalıdırlar. Təbii, aldıqları kitabları oxusalar daha yaxşı olar. Belə danışmağa hamı danışır, konkret işə, fəaliyyətə gələndə qolunu çırmalamağa hazır iki-üç adamı güclə tapırsan. Hərə bir bahanə ilə aradan çıxır. Uzun sözün qısası, Nicat Kazımova hansı münasibət bəsləməklərindən aslı olmayaraq “Kəpəz”ə hamıdan əvvəl azərbaycanlılar dəstək verməlidir. Dəstək verməlidir ki, nəşriyyat daha da ayağa qalxsın, fəaliyyətini daha da genişləndirsin, hansısa bir uğura imza atsın.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.