“…Ancaq ağıl sahibləri ibrət alar!” (Zümər surəsi 9)
SAVADSIZ ANA
Toydan sonra Günel yavaş-yavaş Elmuradı sevməyə başlamışdı. Elmuradda olan insani keyfiyyətləri yeni-yeni kəşf edirdi. Onun danışığı, davranışı, baxışı, duruşu, çox vaxt da mənalı susqunluğu Günelin qəlbinə elə yol tapmışdı ki, evdən çıxan kimi onun üçün darıxmağa başlayırdı. Elmurad bir ay idi ki, atasının “Binə” bazırındakı mağazasını işlədirdi. Məişət və mətbəxə aid müasir texnikaların satışı, sifarişlə xarici ölkələrdən gətirilməsi ilə məşğul idilər. Dükanlarında bu texnikalardan yaxşı başı çıxan bir usta və bir də satıcı olsa da Elmurad əsasən sifarişlərin qeydə alınması, vaxtında ölkəyə gətizdirilməsi, müştərilərə çatdırılması və ümumiyyətlə dükanın işinə nəzarət edirdi. Onun fikrinə görə insan sərbəst olaraq öz işində işləməsi çox yaxşıdır, nəin ki başqasının əmrinin altında. Əslində atası onun dövlət işində işləməsini istəyirdi. Bunun üçün kifayət qədər pulu və tanışı da var idi. Ancaq Elmurad razı olmadı. Rüşvətin və “dayday”ın hesabına vəzifə alanların özlərinin də məcburi rüşvətə bulaşmalı olduğunu çox yaxşı bilirdi. Qohumlardan bəzisinin belə “zibil”ə düşdüyünü, işdən çıxmaq istəsə də bunun müəyyən “bədəl ödəmədən” mümkünsüz olduğunu görürdü.
Günel hər gün səhər onu işə yola salar, günortadan sonra yolunu gözləyərdi. Qəribə hislər, xoş duyğular həyatını rəngarəng etmişdi. Bircə ayın içində elə sevməyə başladı ki, elə bil Elmuradı illərdir sevirdi. Elmurad da öz növbəsində ona hədiyyələr alır, birgə gəzintilərə gedirdilər. Bir sözlə, Günelin əvvəlki həyatından əsər-əlamət qalmamışdı. Əksinə sevimli həyat yoldaşı ilə xoşbəxt, firavan günlər keçirirdilər. Elmuradın dilinin əzbəri olan bir cümlə var idi: “Ən gözəl günlər qabaqdadır”. Həmişə gülər üzlə, baxışlarında parlayan ümidlə bu cümləni deyərdi…
Günel ən çox onun mənalı söhbətlərini sevirdi. Hər dəfə Elmuradı dinləməkdən xüsusi zövq alırdı. Onun intellekti, dünyagörüşü, hadisələrə özünəməxsus baxışı heyranedici idi. Lakin Günel bu münasibətlərin qarşılığında özündə bir boşluq hiss edirdi – savadsızlıq boşluğu… Hansı ki, bu boşluq sonradan onun həyatını bərbad hala gətirəcəkdi. Özü də narahat idi.
Elmurad çox istəyirdi onu da oxutdursun, hətta universitetə ödənişli əsaslarla da olsa, oxumağına razı idi. Amma Günel 9-cu sinfi bitirdikdən sonra məktəbə getmədiyi üçün “Attestat” almamışdı. Universitetə girmək üçün mütləq onbirillik təhsili bitirmək, tam orta təhsil haqqında şəhadətnamə əldə etməl lazım idi. Bu yaşda yenidən orta məktəbə qayıtmaq da olmazdı. Həm də o artıq gəlin idi və bir neçə aydan sonra ana olacaqdı. Elmurad da çox heyfislənirdi onun təhsil məsələsini həll edə bilmədiyi üçün…
– Bu qədər həvəsin ola-ola axı niyə oxumadın orta məktəbi?
– Bizdə ailədə nifrət etdiyim bir söz var idi: “Qız hara, oxumaq hara?” Bacılarım da hamısı doqquzuncu sinfədək oxudular.
– Bu nə təfəkküdür axı, başım çıxmır… ?
–Guya qızlar universitetə girəndən sonra artıq ailənin nəzarətindən azad olmaq, özü hər şeyə qərar vermək, müstəqil addımlar atmaq istəyirlər. Valideynlərimin düşüncəsinə görə “hamısı pozğun olur, özbaşınalıq edirlər və. s”
– Valideyn univeristetə qədər elə tərbiyə etməlidir ki, artıq bəlli yaşa çatdıqda qızından və ona verdiyi ədəb-ərkandan, əxlaqdan arxayın olsun. Əks halda valideynin özündə tərbiyəvi boşluqlar var.
–Bunu kaş o vaxtı gəlib qaynanan və qaynatana başa salaydın.
–Nə isə, boşla getsin, o qədər istiqaməti və baxış tərzi kor-koranə olan valideynlərin ucbatından övladlarının həyatları məhv olub ki… Sə nin bu cür keçmişin üçün çox üzülürəm, amma oxumaq heç bir zaman gec deyil. Bu heç də universitet oxumaqla məhdudlaşmır. Oxumaq bütün həyat boyu davam edir. Elə deyərdim ki, həyat bizə daim oxumaq, öyrənmək, kəşf etmək üçün verilib. Amma, əzizim, əgər bizim qızımız olsa, nəinki təhsil almasına, hətta öz ayağı üstdə dura bilməsi üçün bütün bacarıqlara yiyələnməsinə var gücümlə çalışacağam. Karate, cüdo, boks kimi döyüş növlərindən hansını istəsə, məşğul olmasını təmin edəcəyəm. Çünki bir qız, bir qadın və gələcəyin anası təhsilli olması ilə yanaşı həm güclü iradə, həm də lazım olan situasiyalarda özünü müdafiə edəcək qədər fiziki hazırlıqlı olmalıdır. Kiməsə, yad kişilərə, yad adamlara möhtac olmamalı, kiminsə onun qadınlıq kimi zərif və incəlik cəhətlərindən istifadəsinə icazə verməməlidir. Yeri gəldiyi zaman sözünü deməli, haqqını tapdayanlara açıq şəkildə etirazını bildirəcək özgüvənə sahib olmalıdır. Xüsusilə, qızlarımız-qadınlarımız addımbaşı müxtəlif təcavüzlərə məruz qaldığı indiki zamanda mütləq bir qız uşağının incəliyini, zərifliyini, qadınlıq həyasını qorumaq şərti ilə hərtərəfli potensiala malik olması labüddür.
Ailə qurandan sonra onların belə dialoqları sıx-sıx olurdu. Elmurad bəzən qadınlar haqqında danışanda sanki Günelin illərlə ürəyində qalan tikanları çıxarırdı. Bir dəfə kəndə qohumlarıgilə bir həftəlik dincəlməyə gedib orda yer şumlayan, balta ilə odun doğrayan, un kisəsini başına qoyub aparan, arabaya kərpic yığıb daşıyan, tövlədə işləməkdən peyin qoxusu verən qadınları görüb əsəbindən qala bilməmiş, həftə tamam olmamış Bakıya dönmüşdü. Elmurad qayıtdıqdan sonra evdə çığıraraq hirsini dağıdırdı:
– Niyə bu qadınlar özlərinə dəyər vermirlər, niyə kişilərdən özlərini daimi alçaq tuturlar, niyə kölələr kimi yaşamaqdan zövq alırlar, niyə Allahın zərif-incə məxluq