Qırmızı batıq. Йерун Брауверс. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Йерун Брауверс
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
gündüz olduğunu da düşünə bilərdin. İlin bu çağında dünyanın bu hissəsində gündüz də gecə kimi boz, görüntü isə eyni olur, həftələrlə səmadan yerə gecə olduğu kimi, gündüzlər də görünməyən və eşidilməyən nəmişlik ələnir – dərin bir səssizlik hökm sürür.

      Bağçamın ağacları, kolları və çəpərləri mənim dünyamla başqa dünyalar, mənimlə yüzlərlə başqa yazıçılar, mənimlə oxucularım arasında sərhəd formalaşdırır, hərəkətsiz vəziyyətdə öz yerlərində səhnə rekvizitləri kimi durur və dumana bürünməyə icazə verirlər. Maqbet kimi, mən də bu səhnənin nə zamansa gəzməyə başlayacağına inanmırdım.

      Bağçamda keçirdiyim həmin bir neçə saniyədə mən illər öncə əynində əjdaha mavisi şəffaf geyim olan Liza haqqında və cəmi bir ay öncə gördüyüm Liza haqqında düşündüm. Adınız uca olsun! Mübarək və bərəkətli olsun! Qadınlar arasında.

      Onu yaşadığı kiçik şəhərdə pəncərə kənarında dayandığı vəziyyətdə düşündüm. Şəhər duman qübbəsi altındadır, amma Liza onun konturlarını o qədər yaxşı bilir ki, qızılı rəngli gözləri ilə dar, balaca küçələrin xətlərini tutub sanki duman yoxmuş kimi gedə bilər. Hər ikimizin içkili, yaxud yarımiçkili olduğumuz, bir-birimiz qarşısında heç bir öhdəliyimizin olmadığı, amma eyni zamanda bir-birimiz üçün şəhvətlə yandığımız həmin yerlərə. Görün cingilti səsi kimdən gəlir? Biz orada, dar küçələrdə onun mənzilinə yetişməzdən öncə bir-birimizə sarıldıq, bir az öpüşdük, bir az bir-birimizi dişlədik, bir az sığalladıq, bir-birimizə əsrlərlə yaşı olans sözlər dedik. Şəhərin dekorasiya olunuşu. Güllər. Bayraqlar. Onun həmin şəhərdə bu kəlmələri dediyi yer: “Bu, Beytlehemdə tövlədir, bu, Nazaretdə evdir…” Bu sözlərə mən ürəkli qurbağanın qurultsundan ibarət istehzalı cavab verdim.

      (Mən “yaxşı” biri deyiləm. “Mən çox “kobud” və “acıdiləm”. Mən “hissiyyatsızam”. Həyatımdakı hər kəsin sonda etdiyi kimi, o da bu sözləri deyəcək, amma o zaman mən artıq getmiş olacam.

      Bu Liza mənimçün hansı məna daşıyırdı?).

      (Suzanbağı yarpağımın üzərində oturmuşam və o qədər hava yığmışam ki, boğazım, yanaqlarım şişib, başım qan rəngi alıb. Öp məni. Mən qurbağa kimi eybəcərləşdirilmiş bir qurbağayam. Bəzən dilimi harpun kimi uzadıram, cırcırama tuturam, sonra onu çeynəyib əzdikcə sellofan kimi çənəmdə xışıldayır və onu uduram).

      Xəyallarımda onu sanki televizor ekranındaymış kimi, saatsazın dükanının pəncərəsinin üstündəki lampanın işıqlandırdığı dördbucaq pəncərədə görürəm. Gecə xalatında idi, amma yata bilmirdi, narahat idi, necə ki mən onun haqqında düşünürdüm, o da mənim haqqımda düşünürdü, adımı pıçıldayırdı. Onun gecə xalatı zərif mavi və zərif bənövşəyi parçadan və şəffaf idi, amma çox heyif ki, pəncərə altlığı onu tamamilə görə bilməyim üçün bir qədər hündür idi, sanki qızılı rənglənmiş üçbucaq idi. Və incə geyimin üstündə qırçınları, büzmələri vardı, qızsayağı uzun saçı isə büzmənin üzərindən uzanır, onun döşlərini də görünməz edirdi. Amma bu xəyali Liza bir əli ilə tor pərdəni qaldırdığında mən onun qolunun altındakı qızılı gördüm.

      Bir anlıq Liza ilə onun yataq otağında olduğumu xəyal etdim. Onun şəffaf paltarını cırıram və illər öncə etdiyim kimi, bədəni ilə aşağı sürüşdürürəm. Hər iki dizini sevimli sifətinin iki tərəfi boyunca ehtiyatsızcasına yerə sıxıram. Burada önəmli olan “ehtiyatsızcasına”dır. Hər dəfə təkan verdiyimdə o da, mən də növbə ilə Müqəddəs Bakirəyə səslənirdik: Allahın, Mistik qızılgülün, David qülləsinin, Fil dişi qülləsinin, Qızıl Evin, Ruhsal gəmi, müqəddəs gəmisi, qiymətli gəmisi… Bizim üçün dua et. Bizim üçün dua et. Qurrr! Qurrr! Sonra mən gözqamaşdırıcı ağ işığın parlaqlığında partladım və yüzlərlə saatın tıqqıltısında və uğultusunda yox oldum.

      Sonradan fikirləşdim: yəqin, anam elə həmin saniyənin bir bölümündə ölmüşdür.

      Hərəkətsiz səhnəmin ortasında dayanıb ciyər dolusu dumanı içimə çəkdim. Qəzeti səkkiz dəfə bükdüm. Evə qayıtdım, orada arvadımın nəfəs alışını hiss etdim. Qızımın nəfəs alıb-verişini eşitdim.

      Hərəkətsizliyin başladığı yaşa yetişmişdim.

      Həyat, sevgi, ədəbiyyat və ölüm – bunlar artıq mənim vecimə deyildi. İndi artıq çox gec idi. Mən artıq təyinat nöqtəmə yetişmişdim, bu, demək olar ki, yekunlaşıb.

      Özümü vanna otağının güzgüsündə gördüm, keçəlləşən kəlləmi, qalan ağ saçlarımı gördüm. Qartmaqlı ayaqlarımın tozunu üzümdə gördüm.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      1

      “Denni gəzintiyə çıxır” – red.

      2

      “Batan”, yoxsa “Qürub” – red.

/9j/4AAQSkZJRgABAQEASABIAAD/2wBDAAEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQICAQECAQEBAgICAgICAgICAQICAgICAgICAgL/2wBDAQEBAQEBAQEBAQECAQEBAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgL/wgARCAlLBdsDAREAAhEBAxEB/8QAHgABAAICAgMBAAAAAAAAAAAAAAcJBggEBQECAwr/xAAcAQEAAgMBAQEAAAAAAAAAAAAABQYDBAcCAQj/2gAMAwEAAhADEAAAAYX53+tAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA