37
Həzz prinsipinin bərisində (1) – Freyddeki despotik meyillərin cinsəllik anlayışında bacarıqlı islahatçıların eyham vurduğu soyuqqanlılıq və səmimiyyət çatışmazlığı ilə heç bir əlaqəsi yoxdur. Professional səmimiyyət mənfəət məqsədi güddüyü üçün insanlar arasındakı uçurumlara qarşı yaxınlıq və birbaşalıq istehsal etməyə çalışır. Qurbanını aldadır, çünki onun acizliyini təsdiqləməklə, həm də onu o hala gətirən dünyanı təsdiqləmiş olur. Həqiqətdən uzaqlaşdığı dərəcədə ona haqsızlıq edir. Freyddə belə bir humanist səmimiyyətinə rast gəlmiriksə, bu o deməkdir ki, o, siyasi iqtisad tənqidçiləri ilə həmfikirdir və belə olmaq Taqor, yaxud Verfellə birgə xatırlanmaqdan daha yaxşıdır. Əsl bəxtsizliyi bu idi: Bir tərəfdən, burjua ideologiyasının təzyiqlərinə baxmayaraq şüurlu şeylərin altşüur instinktin təməlini materialist bir üslubda tədqiq edir, eyni zamanda instinktə münasibətdə burjua simpatiyasından uzaq qala bilmirdi. Halbuki, bu simpatiya bütünlüklə rasionallıqların törəməsidir və Freydin də yıxmağa çalışdığı rasionallar idi. Freyd “Giriş Mühazirələrində” aşkar dediyi kimi, “ictimai hədəfləri təməldə eqoist olan cinsi məqsədlərdən üstün görən… ümümi təsnifatla” bütünlüklə razılaşmaq-dadır. Psixologiya mütəxəssisi kimi ictimai olanla eqoist olan arasındakı ziddiyyəti şəlakət halıyla və heç sınamadan qəbul edirdi. Bu ziddiyyətin kökündə despotik cəmiyyətin rolunu görmədiyi kimi, özünün qeyd etdiyi dağıdıcı proseslərin izini də görmürdü. Nəzəriyyəsizliyi və önyarğıları arasında qalmışdı. İnstinktin inkarına həqiqətə zidd bir zorakılıq kimi əks getmək üzərə ikən, bir anda digər uca sovrularaq bu inkarı mədəniyyət üçün faydalı bir aliləşmə olaraq alqışlayırdı. Bu ziddiyyətdə mədəniyyətin Yanus təbiətinin payı var, əlbəttə və bu sağlam cinsəllik mədhləriylə tez-bazar üstündən keçilməyəcək bir ikilikdir. Ancaq bu, Freyddə analizin hədəfini müəyyənləşdirən tənqidi standartın təhrifinə səbəb olurdu. Freydin aydınlanmamış aydınlanması nəticədə burjua yuxuyozumunun mənfəətlərinə xidmət etməkdəydi. İkiüzlülüyün modern dövr müxaliflərindən biri olaraq bir tərəfdə dəf edilmiş olanın aşkar azadələşmə istəyi ilə, o biri isə dəf etməyə bəhanə axtaran tövr arasında ikili bir mövqedə idi Freyd. Onun üçün ağıl təkcə görüntü idi. Ancaq bunun səbəbi, rəsmi fəlsəfənin iddia etdiyi kimi, Freydin psixologizmi deyildi – bu psixologizm, öz növbəsində, tarixi həqiqət nöqtəsinə lazımınca təmas edə bilmişdi. Əsl səbəb Freydin ağıl deyilən vasitəyə məqbullaşma imkanını verəsi məqsədi inkar etməsi idi. Bu məqsəd həzz idi. Mənanın uzağında, ağlın nüfuz edə bilməyəcəyi bir yerdə dayanmışdı həzz. Ancaq həzzin təbiət köləliyini aşan cəhəti bircə dəfə unudulanda və beləcə, alçaldılaraq növün davamını təmin edən oyunlar repertuarına daxil edilib özü də ağlın bir hiyləsi olaraq tədqim edildikdə ratio (2) da bayağılaşaraq rasionallıq halına düşür. Həqiqət nisbiliyə, insanlar isə iqtidara tabe edilir. Ancaq Utopiyanı kor bədənsəl həzdə – əsas məqsədi qane etdiyi ölçüdə özü məqsədsiz olan bir həzdə – axtaran şəxsin həqiqət haqqında sağlam və kafi bir fikri ola bilər. Freydin işləri isə zehnə və həzzə qarşı bəslənilən ikili düşmənçiliklə çirklənmişdi. Freyd bunun o qədər də fərqində deyildi. Bundan əlavə bu ikili düşmənçiliyin ortaq köklərini anlamaq da psixoanalizlə mümkündür. “Bir İlluziyanın Gələcəyində” gəzgin tacirin səmavi dünyanı mələklər və sərçələrə buraxmaq lazım olduğu hökmünü ahıl və hiyləgər cənabın mənasız müdrikliyi ilə çatdırdığı bölüm “Mühazirələrdə” hedonist cəmiyyətin azğın təcrübələrini sofistik dəhşət içində lənətlədiyi bölümün yanına qoyulmalıdır. Həzz və cənnət qarşısında bərabər ölçüdə diksinənlər, əslində, nəsnə halına düşməyə ən yaxın olanlardır. Uğurlu bir analizdən keçmiş olanların