Nağıllar Diyarına Səyahət. Кнут Гамсун. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Кнут Гамсун
Издательство: Alatoran yayınları / Алаторан
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9953-8069-9-1
Скачать книгу
izləyirəm. Yarıyacan ot basmış cığırla irəliləyən adam çiynində kisə daşıyır. “Səhər-səhər haraya gedir görəsən?” – deyə düşünürəm; ola bilsin, meşənin digər tərəfində işi var. Elə asta və düzgün addımlayır ki, bir müddət keçəndən sonra artıq onu görmürəm.

      Geniş düzənlik yenidən başlayır, burada qoyun sürüsü otlayır. Uzun çomağına söykənib çoban bizə baxır. O qocadır, mən düz üzünə baxaraq ona platformadan əl yelləsəm də, cavab vermir. Bəlkə də elə bizim qədər xoşbəxtdir, ona da yeməyə bir tikə çörək, əyninə geyinməyə paltar, bir də ikona lazımdır. Amma dünyada onun üçün ən qiymətli şey kənddə kiçik səsvermə hüququna malik olmaq olardı. Bilmək istəyərdim; görəsən, mənim burada oturub onu yada saldığım kimi, o da qatardan əl yelləyən yolçunu xatırlayırmı?

      Peterburqdan yola çıxandan 15 saat sonra nəhayət ki, yol yoldaşlarım ayağa dururlar. Artıq biz Moskvadayıq.

      II Bölüm

      Bu günə qədər dünyanın beşdə dördündə olmuşam. Hər yerdə olmamışam əlbəttə, Avstraliyada heç olmamışam, ancaq bu geniş dünyanı kifayət qədər gəzib çox şey görmüşəm. Buna baxmayaraq Moskva Kremlinə tay ola biləcək heç bir şey görməmişəm. Gözəl şəhərlər çox görmüşəm və hesab edirəm ki, Praqa və Budapeşt ən gözəllərdəndir; ancaq Moskva əfsanəvidir. Yeri gəlmişkən, rusların özlərinin də belə dediyini eşitmişəm: Maskva. Amma bunun doğru olub-olmadığını bilmirəm.

      Arabaçı Spassk darvazalarının qarşısında qozlada dönərək papağını çıxarır, bizə də həmin şeyi etməyi təklif edir. Bu qaydanı çar Aleksey qoyub. Papaqlarımızı çıxarırıq, digər piyadalar da qapıdan başıaçıq keçir, arabaçı irəli sürür. Biz Kremldəyik.

      Moskvada böyüklü-kiçikli 450 kilsə var, zəng qüllələrinin hər birində zənglər çalınanda milyonluq şəhərin üstündə hava titrəyir. Kremlin yüksək nöqtəsində bütün əzəməti ilə şəhəri görmək mümkündür. Yer üzərində belə bir şəhərin olduğunu təsəvvür etmirdim; hər yanda yaşıl, qırmızı, qızılı rəngdə qüllə və günbəzlər ucalır. Bu qızılı və göy rənglər xəyallarımı tünd rəngə bürüyür. Aleksandrın heykəlinin yanında dayanıb, sürahidən tutub uzaqlara baxırıq, bu anda nə desəm artıqdır, sadəcə gözlərimiz yaşarır.

      Sağ tərəfimizdə topxananın qabağında Çar Topu qoyulmuşdur. Onun nəhəngliyi lokomotiv korpusunu xatırladır. Ağzının diametri düz 1 metr, mərmisi isə 1 tondur. Oxumuşam ki, ondan istifadə olunub, ancaq dəqiq tarix deyə bilmərəm, üzərində tarix kimi 1586-cı il yazılıb. Moskvalılar çox döyüşüb müqəddəs şəhərlərini dəfələrlə müdafiə ediblər. Digər bir yerdə torpağın üzərindəki kilsə zənginin yanında qənimət kimi götürülən yüzlərlə top nəzərə çarpır. Hündürlüyü 8 metrə yaxın olan Çar Zənginin içinə 20 nəfər yerləşər. Uspenski kilsəsi Kremlin yüksək nöqtəsində yerləşir.

      Yer üzündə ən çox qiymətli daş-qaşa malik kilsə olsa da, bu kilsə elə də böyük deyil. Çarların tacqoyma mərasimi burada keçirilir. Qızıl, gümüş, hər tərəfdə qiymətli daş-qaş, ornamentlər, yerdən qübbəyə qədər mozaika, yüzlərlə ikonalara, patriarxların təsvirləri, İsanın surətləri, nəqqaşlıq. Kilsənin azca boş qalan bir güşəsi var ki, hər yeni çar kilsəyə hədiyyə etdiyi öz dəyərli daşını oraya bərkidir. Orada yeni çarların daşlarını gözləyən balaca bir boş hissə qalıb. Hal-hazırda divarlarda brilyantlar, zümrüdlər, sapfir və yaqutlar bərq vurur.

      Kilsə gözətçisinin göstərdiyi daha bir neçə xırda şey də oradadır. Mömin moskvalılar fərqli səcdəgahların qabağında dua edirlər, ruhani səslə bunun İsanın cübbəsinin bir parçası olduğunu, şüşənin altındakı mıxın İsanın çəkildiyi çarmıxdan əldə edildiyini, ağzı bağlı yeşikdə isə Müqəddəs Məryəmin paltarının bir hissəsinin qorunduğunu izah edirlər. Böyük məmnuniyyətlə ruhaniyə və qapının ağzında dayanan dilənçilərə pul verib, kilsəni bu hekayələrə valeh olaraq tərk edirik.

      Nəyisə şişirtdiyimi hiss etmirəm. Kilsə haqqındakı xartirələrimdə bir sıra yanlışlıqlar olması mümkündür, çünki orada olarkən heç bir zaman görmədiyim bu qeyri-adi sərvətə o qədər heyran olmuşdum ki, yerində qeydlər aparmaq yadıma düşməmişdi. Hər yan parlayırdı, bəzi yerlərdə zəif işıq müəyyən detalları görməyimə mane olurdu. Ancaq kilsə olduqca zəngin bir sərvət idi. Bahalı bəzək-düzəyin bolluğu həmişə xoş təsir bağışlamır, xüsusilə də divarlarda olan iri, ağır çar daş-qaşı mənasız və zövqsüz gəlirdi mənə. Sonralar papaqlarında bircə brilyant qaş olan farsları (yazıçı Bakıda yaşayan farsdilli xalqların nümayəndələrini nəzərdə tutur) görəndə isə mənə xoş təsir bağışladı.

      Puşkinin heykəlinə baxdıq, bir neçə kilsəni, bir-iki sarayı, Qranovit palatasını, Tretyakov qalereyasını və bəzi muzeyləri ziyarət etdik. Moskvanı 450 pilləli Böyük İvan zəng qülləsindən seyr etdik. Şəhərin böyüklüyünü və bənzərsizliyini məhz buradan görmək lazımdır.

      Dünya necə də kiçikdir. Bircə günün içində Rusiyanın mərkəzində ola-ola kapitan Tavasşternlə rastlaşıram.

      Yola çıxma zamanımız müəyyən olunub. Bir gün gec getmək üçün yalvarmaq mənasızdır, hələ burada görməli o qədər şey var ki. Moltken belə bu şəhərdə başını itirib, o yazır: Moskva elə şəhərdir ki, “onu təsəvvür etmək olsa da, həqiqətdə görmək heç vaxt mümkün deyil”. Amma o özü də Moskvanı Böyük İvan qülləsindən seyr edib.

      Mehmanxananın qapısı qarşısında dayandıqda qəfildən gödəkçəmin düyməsinin boşaldığını hiss edirəm. Onun ən vacib düymə olduğunu düşündüyümdən çəkib bağlamaq istəyirəm, amma lap pis olur. Əlbəttə, iynə-sap götürmüşəm, sadəcə hansı çamadanda olduğunu dəqiq bilmirəm. Məsələ də elə burasındadır. Qısacası, şəhərə dərzi tapmaq üçün yollanıram.

      Getdikcə gedirəm. Rusca dərziyə nə deyildiyini bilmirəm, ancaq fincə bilirdim, Finlandiyada bir ildə artıq sərbəst danışırdım, burada isə yox. Küçələri 15 dəqiqə fırlandıqdan sonra kimin oturub tikiş tikdiyini görmək ümidi ilə dükan pəncərələrindən içəri boylanıram, ancaq bəxtim gətirmir.

      Bir qapıda yaşlı bir qadın dayanıb. Bir söz demədən yanından ötüb keçmək istəyirəm, amma o, nə isə deyir, başı ilə salam verib tərpənən düyməmi göstərir. Mən başımla təsdiq edirəm: problem elə budur ki, düyməm boşalıb və dərzi axtarıram. Ona dərzi axtardığımı işarələrlə başa salıram. Başını tərpədən qadın qabağa düşüb göstərməyə başlayır. Bir neçə dəqiqə yol gedirik və qadın bir qapının qarşısında dayanır. Burada binanın yuxarısını göstərərək məni tək qoymaq istəyir və özündən razı şəkildə başını endirir. Cibimdən gümüş pul çıxarıb qadına göstərirəm və mənimlə birlikdə pilləkənləri qalxmasını istəyirəm. O ya bunu başa düşmür, ya da səhv başa düşür, ona görə də qalxmaq istəmir. Bu halda özüm birinci gedib arxamca onu da aparmaq istəyirəm. Düşünürəm ki, onun köməyi olmasa, dərzini bu böyük binada axtarıb tapmaq ağlasığmazdır. Gümüş pulu yenidən göstərib arxamca gəlməsi üçün işarə edərək özüm pilləkənləri qalxıram. Bu anda o qəribə şəkildə gülsə də, arxamca gəlir, ancaq gəlsə də başını