93-cü il. Виктор Мари Гюго. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Виктор Мари Гюго
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
Жанр произведения:
Год издания: 0
isbn: 9789952243918 
Скачать книгу
ki var, general. Onun üçün də fermanı yandırdıq.

      – Qəsəbəni də yandırdınız?

      – Yox, monsenyor.

      – Onu da yandırın.

      – Göylər özlərini müdafiə etmək istədilər, lakin onlar cəmisi yüz əlli nəfər idi, biz isə yeddi min. Bayraqlarının üstünə: «Qırmızıpapaq batalyonu» yazılmışdı.

      – Demək, yırtıcılardı.

      – Yaralılarla necə davranaq, general?

      – Yaralıları, əsirləri güllələyin.

      – Aralarında iki qadın var.

      – Qadınları da güllələyin.

      – Üç uşaq da var.

      – Uşaqları özünüzlə götürün. Sonra baxarıq.

      10

      Dilənçi Telmarş Krollona tərəf gedirdi. Meşənin yaxınlığında Erb-en-Peyl fermasının üstündən tüstü qalxdığını gördü. Telmarş yorulsa da, nə baş verdiyini bilmək istəyirdi. Yolunu dəyişib fermaya doğru getməyə başladı. Yaxınlaşanda gördüyü mənzərədən heyrətə düşdü, bir anlıq donub-qaldı. Erb-en-Peyl tamamilə yanıb xarabalığa dönmüşdü. Fermanın darvazasına yaxınlaşıb həyətə baxanda daha dəhşətli mənzərənin şahidi oldu. Burada insan adına kimsə qalmamışdı, hamını amansızlıqla öldürmüş, silahını, ayaqqabılarını çıxarıb aparmışdılar. Bu zaman qocanın gözü alçaq hasarın tinindən çıxan dörd ayağa sataşdı. Telmarş yaxına getdi. İki nəfər güllələnmiş qadın yanaşı uzadılmışdı. Telmarş onların üzərinə əyildi. Geyimindən birinin markitant olduğunu təxmin etmək olardı. Əynində kəndli paltarı olan digər qadının isə nəfəsi gedib-gəlirdi.

      Telmarş dikəlib qışqırmağa başladı:

      – Burada bir kimsə yoxdurmu?

      Kimsə zorla eşidilən səslə:

      – Sənsənmi, Qoca? – dedi.

      Xarabalığın içindən iki kəndli çıxdı. Onlar qırğından gizlənməyə macal tapa bilmişdilər. Hələ də titrəyə-titrəyə Telmarşa yaxınlaşdılar. Qoca yaralı qadını göstərdi.

      – Nədir, sağdır? – kəndlilərdən biri soruşdu.

      Telmarş başı ilə təsdiqlədi.

      – Bu qadının üç uşağı var idi, – kəndlilərdən biri dedi. – Analarını öldürdülər, uşaqları isə apardılar. Ancaq o ölməyib, eləmi? İstəsən, qazmana aparmaq üçün sənə kömək eləyə bilərik.

      Telmarş yenə başını tərpətdi. Kəndlilər budaqlardan tezcə xərək düzəltdilər. Qadını onun üstünə uzadıb Telmarşın meşədəki qazmasına aparmağa başladılar.

      Yolda kəndlilər vuruşmadan sonra ucaboy bir qocanın fermaya gələrək: «Öldürün! Yandırın! Aman verməyin!» – deyə əmr verdiyini söylədilər.

      – Onun markiz olduğunu deyirlər: cənab de Lantenak.

      Telmarş üzünü göyə tutub pıçıldadı:

      – Əgər mən bilsəydim!..

      11

      İnsanlar küçələrdə yaşayırdılar. Evlərin qapısı ağzında, səkilərdə masa qoyub yemək yeyirdilər. Amma hamı tez-tez təkrar edirdi: «Səbir etmək lazımdır, bizdə inqilabdır».

      Köhnə paltar satanların dükanları taclar, keşiş papaqları, qızıl suyuna salınmış taxta hökmdar əsaları, kral saraylarının əşyaları – bir sözlə, yıxılmış monarxiyanın tör-töküntüləri ilə dolu idi. Çörək, kömür, sabun qıtlığı yaranmışdı. Dükanların qapısı ağzında növbələr uzanırdı. İnsanların əksəriyyəti ehtiyac içində olsa da, xalqda ruh düşkünlüyü yox idi. İnsanlar bir səslə: «Yaşasın Respublika!» – deyə hayqırırdılar. Parisin küçələrindəki bu coşqun insan selinə namuslu, eyni zamanda amansız bir adam da qarışmışdı. Onun adı Simurden idi.

      Kənd keşişi olan Simurden yenilməz, iradəli, əxlaqlı, lakin tündxasiyyətli bir adam idi. Bir zaman zadəgan evində müəllim işləmişdi. Sonra ona kiçik bir miras qaldığından keşişliyi buraxmışdı. Avropa dillərinin, demək olar, hamısını bilsə də, yenə yorulmadan çalışır, öyrənirdi. Simurden keşiş olarkən bütün vədlərə əməl etsə də, etiqadını saxlaya bilmədi. Elm etiqadı üstələdi. Yalana, monarxiyaya nifrət bəsləyən keşiş filosof oldu. Sonra bu filosof döyüşçüyə çevrildi. XV Lüdovikin zamanında Simurden artıq özünü respublikaçı hiss edirdi.

      1789-cu ildə inqilab baş verdi. Bastiliya10 süquta uğradı, 90-cı ildə xalq feodalizm quruluşunun axırına çıxdı, 91-ci ildə monarxiya hökuməti yıxıldı, 92-ci ildə isə respublika elan edildi. Bu zaman Simurdenin 51 yaşı var idi.

      93-cü il Avropanın Fransa və Fransanın Paris ilə müharibəsi ili oldu. Bu illərdə Simurden xalqın yanında idi. Simurden Konventdən11 və kommunadan12 da irəli getdi. O, yepiskopluğun üzvü idi. Yepiskopluq siyasi partiya deyil, inqilabi cəmiyyət idi. Yepiskopluğun üzvlərinin çoxu yoxsullar idi və onlar Simurdenə inanır, həvəslə onun arxasınca gedirdilər. Bu zamanlar Simurden böyük hökmə, səlahiyyətlərə malik idi. Kommuna Konventə, yepiskopluq isə kommunaya nəzarət edirdi.

      Cavanlığında zadəgan evində müəllim kimi yaşamışdı. Bu ailənin varisi olan oğlan uşağı onun tələbəsi idi. Simurden öz tələbəsinə bağlanmışdı. Uşağın ata-anası ölmüşdü. O bu uşağı həm ata, həm qardaş, həm də dost kimi sevirdi. Ailəsinin xəbəri olmadan öz etiqadını, öz idealını ona aşılamışdı.

      Sonra həyat onları bir-birindən ayırdı. Simurden bu evdən getdi. Gənc zadəgan öz qarnizonuna, müəllim-keşiş isə kilsəyə döndü. Beləliklə, Simurden öz tələbəsini itirdi. Lakin onu heç vaxt unutmadı: hətta sonradan baş verən inqilab zamanı da!

      12

      Tovuz quşu küçəsində yerləşən qəhvəxananın arxasında bir otaq var idi. Orada camaat arasında söhbət etməkdən çəkinən adamlar yığışırdılar. 1793-cü il iyunun 28-də bu otaqda masa ətrafında üç adam oturmuşdu. Masanın dördüncü tərəfi isə boş idi. Axşam saat 8 olsa da, hava hələ tam qaralmamışdı. Amma otaq qaranlıq idi. Masaya işıq tavandan asılmış lampadan düşürdü.

      Söhbət edənlərdən biri soyuqqanlı, ciddi görkəmli cavan idi. O, səliqə və zövqlə geyinmişdi. İkinci adam iricüssəli idi. Əynindəki paltarları nimdaş və çirkli olan bu adamın saçına, deyərdin, heç vaxt daraq dəyməyib. Parıldayan gözlərindən qəzəb yağsa belə mərhəmətli olmağı da bacarırdı. Alçaqboy, sarıbəniz olan üçüncü adam oturduğu zaman qozbelə oxşayırdı. Əynində dar şalvar, yekə ayaqqabı var idi. Paltarının altından xəncər taxdığı hiss olunurdu.

      Birincinin adı Robespyer, ikincininki – Danton, üçüncününkü – Marat idi.

      Dantonun qabağında toz basmış stəkan və şərab şüşəsi, Maratın qarşısında bir fincan qəhvə, Robespyerin önündə isə bir neçə kağız vardı.

      Kağızların yanında Bastiliyanın


<p>10</p>

Bastiliya – monarxiya zamanı həbsxana olan qala

<p>11</p>

Konvent – I Fransa Respublikasında ali qanunverici və icraedici orqan

<p>12</p>

Kommuna – Böyük Fransa inqilabı dövründə bələdiyyə özünüidarəsi