Frankenşteyn və ya müasir Promotey. Мэри Шелли. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Мэри Шелли
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
Жанр произведения:
Год издания: 0
isbn: 9789952242195 
Скачать книгу
dedi ki, gizlənqaç oynayırlarmış, Uilyam haradasa gizlənib, Ernest onu nə qədər axtarıbsa, tapa bilməyib, bir az da gözləyib, sonra bizim yanımıza qayıdıb.

      Uilyamı gecə düşənə qədər axtardıq. Fikirləşdik ki, yolu tanıyır, bəlkə, özü qayıdıb, amma o, evdə də yox idi. Məşəl götürüb təzədən onu itirdiyimiz yerə getdik. Səhər saat beşə yaxın mən balamı otluqda tapdım, nəfəsi gəlmirdi, boğazında qatilin barmaq izləri qalmışdı.

      Onu evə gətirdik. Elizabet uşağı görən kimi “İlahi, onu mən məhv etdim” deyib huşunu itirdi. Ayılanda dedi ki, dünən axşam Uilyam üstündə anasının şəkli olan bahalı medalyonu boynuna salmaq istədi, mən də verdim. Görünür, qatil bu medalyona tamah salıb.

      Tez gəl, Viktor. Elizabetə yalnız sən təsəlli verə bilərsən. Elə hey ağlayır, uşağın ölümündə özünü günahlandırır.

      Tez gəl və ürəyində qisas hissi yox, yaralarımızı sağaldacaq sevgi hissi gətir. Cenevrə, 12 may 17..

Dərddən beli bükülmüş atanAlfons Frankenşteyn”.

      Məktubu masanın üstünə atıb başımı tutdum.

      – Əziz Frankenşteyn! – göz yaşlarım Klervalı çaşdırdı. – Sənin bədbəxtliklərinin sonu olmayacaqmı? İndi nə baş verib?

      Məktubu ona göstərdim. Klervalın da gözləri yaşardı.

      – Gedək, – dedim, – at tapaq, mən gərək təcili Cenevrəyə çıxım.

      Bu, çox kədərli səfər idi. Əvvəl tələsirdim, atı qovurdum, amma doğma yerlərə yaxınlaşdıqca sürəti azaltdım.

      Altı il idi bu yerlərdə olmamışdım. Kortəbii olaraq hiss edirdim ki, qarşıda məni ağır günlər, dəhşətli faciələr gözləyir və irəli getməyə qorxurdum. Təəssüf ki, hissiyyatım məni aldatmadı. Bircə şeydə yanılmışdım: təsəvvürümə gətirdiklərim sonradan başıma gələnlərin heç yüzdə biri də deyildi.

      Mən Cenevrəyə çatanda qaranlıq düşmüşdü. Şəhərin darvazalarını artıq bağlamışdılar və mən Cenevrədən təxminən iki kilometr aralıda yerləşən kənddə gecələməli oldum. Yata bilmirdim, odur ki gedib Uilyamın öldürüldüyü yerə baxmaq qərarına gəldim. Mən qayıqla gölü keçib Plenpaleyə çatanda yağış başladı.

      Yağış güclənsə, ildırım çaxmağa başlasa da, geri qayıtmadım. Yumruqlarımı düyünləyib göyə qaldırdım: “Uilyam, mənim mələyim! Bu, göylərin sənə tutduğu yasdır, sənin üçün çalınan əcəl zəngidir”. Elə bu an ağacların dalından bir fiqur çıxdı. Səhv ola bilməzdi. İldırımın işığında onun nəhəng boyunu, eybəcər sifətini gördüm. Qarşımdakı mənim həyat verdiyim bədheybət idi! Bəs o, burada nə gəzir? Yoxsa qardaşımın qatili elə odur? Bu fikirdən dizlərim əsdi, kürəyimi ağaca söykədim. O, sürətlə yanımdan keçib qaranlıqda itdi. Yox, heç bir insan günahsız uşağın həyatına qəsd etməz. Qatil ancaq bu şeytan ola bilər!

      Bədheybətin arxasınca qaçmaq istədim. Ancaq əbəs yerə: növbəti ildırımın işığında onun sıldırım qayaya dırmaşdığını gördüm.

      Bir azdan göylər sakitləşdi, ətraf yenidən qaranlığa büründü, yağışsa yağmaqda davam edirdi. Kəşfimin mərhələləri – varlığa nəfəs verməyim, onun çarpayımın yanında dayanıb mənə baxmağı və sonra yoxa çıxmağı bir-bir yadıma düşdü. Həmin gecədən iki ilə yaxın vaxt keçirdi. Bəlkə də, bu onun törətdiyi birinci cinayət deyildi? Gör mən nə etmişəm? Dünyaya insan qanına susamış yeni yırtıcı gətirmişəm!

      O gecə mənim nələr çəkdiyimi heç kim başa düşə bilməz. Gecəni yağışlı havada açıq səma altında keçirsəm də, nə islanmağımı, nə də üşüdüyümü hiss etdim.

      Hava işıqlaşanda şəhərə girdim. Atamın yanına gedib hər şeyi ona danışmaq, bədheybəti tutmaq üçün dərhal hərəkətə keçməyi xahiş etmək istəyirdim. Amma sonra tərəddüd etməyə başladım. Mənim özümə belə bir əhvalat danışsaydılar, inanardımmı? Yox, elə bilərdim sicilləmədir. Bir də ki sıldırım qayaya dırmaşan canlını biz necə tuta bilərdik? Çox düşündükdən sonra hələlik susmaq qərarına gəldim.

      Ata yurduma çatanda artıq səhər açılmışdı. İllər yuxu kimi keçmişdi. Budur, mən indi atamla qucaqlaşıb ayrıldığım otaqda dayanmışam. Kaminin üstündə anamın portreti, yanında Uilyamın balaca şəkli var. Onları görəndə ağladım. Səsə birinci Ernest ayıldı, məni görən kimi:

      – Əziz qardaşım, – dedi. – Cəmi üç ay əvvəl sən gəlib burada dünyanın ən xoşbəxt insanlarını tapardın. İndisə bizimlə böyük dərdimizi bölüşməlisən. Amma yenə ümid edirəm ki, atam səni görsə, bir az toxtayar, kişi günü-gündən əriyir. Elizabeti də başa salarsan ki, özünü bu qədər üzməsin.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      1

      Teofrast Parasels (1493–1541) – tanınmış isveçrə həkimi, əlkimyaçı, okkultist

      2

      Böyük Albert (lat. Albertus Magnus) – alman filosofu, ilahiyyatçı alim, orta əsr sxolastikasının məşhur nümayəndəsi

/9j/4AAQSkZJRgABAQEAYABgAAD/2wBDAAUDBAQEAwUEBAQFBQUGBwwIBwcHBw8LCwkMEQ8SEhEPERETFhwXExQaFRERGCEYGh0dHx8fExciJCIeJBweHx7/2wBDAQUFBQcGBw4ICA4eFBEUHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh7/wAARCAdaBXgDASIAAhEBAxEB/8QAHwAAAQUBAQEBAQEAAAAAAAAAAAECAwQFBgcICQoL/8QAtRAAAgEDAwIEAwUFBAQAAAF9AQIDAAQRBRIhMUEGE1FhByJxFDKBkaEII0KxwRVS0fAkM2JyggkKFhcYGRolJicoKSo0NTY3ODk6Q0RFRkdISUpTVFVWV1hZWmNkZWZnaGlqc3R1dnd4eXqDhIWGh4iJipKTlJWWl5iZmqKjpKWmp6ipqrKztLW2t7i5usLDxMXGx8jJytLT1NXW19jZ2uHi4+Tl5ufo6erx8vP09fb3+Pn6/8QAHwEAAwEBAQEBAQEBAQAAAAAAAAECAwQFBgcICQoL/8QAtREAAgECBAQDBAcFBAQAAQJ3AAECAxEEBSExBhJBUQdhcRMiMoEIFEKRobHBCSMzUvAVYnLRChYkNOEl8RcYGRomJygpKjU2Nzg5OkNERUZHSElKU1RVVldYWVpjZGVmZ2hpanN0dXZ3eHl6goOEhYaHiImKkpOUlZaXmJmaoqOkpaanqKmqsrO0tba3uLm6wsPExcbHyMnK0tPU1dbX2Nna4uPk5ebn6Onq8vP09fb3+Pn6/9oADAMBAAIRAxEAPwD7KPWig9aKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooBoO7tigBGJUZ2k/ShTkZwR9aMbfmyfzpRzyOaAEB4paPwxRQAUUUUAFFFFABRRRQBzHxE8XW/g7Rhql1bzSw+dHEREATl2wDyRxWv4f1SLWdFtdTg/1dwgdRxnFcT+0VpsmqfDC7hhH7xZopBj/AGWzVj9n5LlfhJ4ekumZnezQ8k+9AHfUUUUAFFFFABRRRQAUjMFGWIH1paa4yvbjnkUAKG4JIxj1pN3