On beş yaşlı kapitan. Жюль Верн. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Жюль Верн
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
Жанр произведения:
Год издания: 0
isbn: 9789952241839 
Скачать книгу
bağlanmışdı. Kapitan:

      – Hazır ol, – deyə pıçıldadı. – Yaxınlaş!

      Bosman əmri yerinə yetirdi. Artıq balina ilə qayıq arasında cəmi on fut1 məsafə vardı.

      Heyvan tərpənmirdi.

      – Tərpənmir! Qəribədir! – deyə kapitan Qul fikirləşdi. – Çətin ki yatmış olsun… Yox, burada nəsə var!

      Bosman da Qulla eyni fikirdə idi. Ancaq götür-qoy eləməyə vaxt yox idi – hərəkətə keçmək vaxtı çatmışdı.

      Kapitan Qul nizənin ortasından tutaraq var gücü ilə balinaya atdı və dərhal qışqırdı:

      – Geriyə! Geriyə!

      Matroslar qayığı yaralanmış balinadan qorumaq üçün geriyə doğru sürdülər.

      Elə bu vaxt Qovik:

      – Bala! – deyə qışqırdı.

      Yaralı balina çapalayıb yanı üstə çevriləndə qayıqdakı hər kəs onun balasını gördü.

      Kapitan Qul bilirdi ki, balinanın balası varsa, ov daha da təhlükəli keçəcək. Çünki dişi balina həm özünü, həm də balasını qorumaq üçün ikiqat qəzəblə müdafiə olunacaqdı.

      Ancaq balina gözlənilənin əksinə olaraq qayığa hücum etmədi. O, suya baş vuraraq sürətlə uzaqlaşmağa başladı. Balası da anasının hərəkətini təkrar etdi.

      Uğurlu başlanğıcdan sonra bu cür ovdan imtina etmək düzgün olmazdı. Odur ki matroslar heyvanı izləməyə başladılar. Kapitan Qul gözünü ovundan çəkmə- dən eyni sözləri təkrarlayırdı:

      – Diqqətli ol, Qovik! Diqqətli ol!

      Bosman onsuz da ehtiyatla hərəkət edirdi. Balina isə nə dayanır, nə də sürətini azaldırdı. Kapitan Qul ikinci və üçüncü ehtiyat kəndirləri də nizəyə bərkidilmiş kəndirə əlavə etməli oldu.

      Heyvan durmadan irəliləyirdi. Görünür, nizə onun həyati əhəmiyyətli orqanlarını zədələyə bilməmişdi. Kəndirin getdikcə aşağıya doğru əyilməsindən görünürdü ki, balina suyun dərinliklərinə doğru üzür.

      – Deyəsən, kəndirin hamısını işlətməli olacağıq! – deyə kapitan Qul qışqırdı.

      – Bizi “Səyyah”dan uzaqlaşdırır, – deyə bosman əlavə etdi.

      – Hər halda, nəfəs almaq üçün üzə çıxacaq. Axı balina balıq deyil. İnsan kimi ona da hava lazımdır.

      – Sürətlə üzmək üçün nəfəsini saxlayır, – deyə matroslardan biri gülə-gülə dilləndi.

      Kəndir əvvəlki sürətlə dartılmaqda davam edirdi. Bir azdan üçüncü kəndirə dördüncü, ona isə beşinci kəndir qoşuldu.

      Beşinci kəndirin yarısı suya girdikdən sonra dartılma yavaşıdı.

      – Ura! – deyə kapitan Qul qışqırdı. – Kəndir boşalır – deməli, balina yorulub!

      Bu vaxt qayıq “Səyyah”dan beş mil aralıda idi.

      Kapitan Qul bayrağı qaldırdı. Bununla o, yaxınlaşması üçün gəmiyə işarə edirdi. Bir dəqiqə sonra “Səyyah”ın yelkəni açıldı. Amma külək zəif əsirdi. Odur ki gəminin qayığa çatması asan olmayacaqdı.

      Kapitan Qulun gözlədiyi kimi, qəfildən balina nəfəs almaq üçün üzə çıxdı. Yaralı məməli bir müddət hərəkətsiz halda suyun üzündə dayandı. O özündən geri qalan balasını gözlədi.

      Kapitanın əmri ilə qayıq yenidən balinaya yaxınlaşdırıldı. Artıq matroslardan ikisi də mizraqlarla silahlanmışdı.

      – Diqqət! – deyə kapitan Qul qışqırdı. – Düz nişan alın, uşaqlar! Hazırsan, Qovik?

      – Hazıram, kapitan! Ancaq bu cür qaçışdan sonra balinanın birdən-birə sakitləşməsi məni narahat edir!

      – Bu mənə də şübhəli gəlir.

      – Ehtiyatlı olmaq lazımdır.

      – Bəli. Ancaq ovu da qoyub qaçmaq olmaz! İrəli!

      Qayıq yerində fırlanan balinaya yaxınlaşdı. Balası yanında deyildi və bəlkə də, heyvan onu axtarırdı.

      Qəfildən heyvan quyruq üzgəcini yelləyərək birdən-birə otuz fut irəli atıldı.

      – Ehtiyatlı olun! – deyə kapitan Qul qışqırdı. – O, sürət yığır, indi üzərimizə atılacaq. Döndər, Qovik! Döndər!

      Həqiqətən, balina qayığa tərəf dönərək üzgəclərini suya çırpıb qayığın üzərinə atıldı.

      Bosman qayığı kənara çəkib balinanın zərbəsindən yayındıra bildi. Kapitan Qul və əlində mizraq olan iki matros fürsətdən istifadə edərək silahlarını işə saldılar.

      Balina dayanıb havaya iki qanlı fontan püskürdükdən sonra yenidən qayığın üzərinə atıldı. Ancaq Qovik bu dəfə də zərbədən yayınmağa müvəffəq oldu.

      Balina qayığın yanında olanda ona üç dərin yara da vuruldu. Heyvanın quyruğu suya elə zərblə çırpıldı ki, nəhəng dalğa əmələ gəldi. Qayıq az qala batacaqdı. O, yarıya qədər su ilə doldu.

      – Vedrə! Vedrə! – deyə kapitan Qul qışqırmağa başladı.

      Matroslar sürətlə qayıqdakı suyu boşaltmağa başladılar. Kapitan Qul isə kəndiri kəsdi: ağrı çəkən heyvan artıq qaçmaq fikrində deyildi. O, üçüncü dəfə qayığa tərəf döndü. Bu dəfə qayıq suyun təsiri ilə ağırlaşdığından zərbədən qurtulmaq çətin olacaqdı.

      Artıq özünümüdafiə haqqında fikirləşmək lazım idi.

      Qovik üçüncü zərbənin qarşısını ala bilmədi, sadəcə, onu zəiflətməyə müvəffəq oldu. Balina bu dəfə qayığa nəhəng kürək üzgəci ilə zərbə endirmişdi. Bosman təkanın təsirindən kürəyi üstə yıxıldı. Ayaq üstə güclə dayanan kapitan:

      – Qovik! Qovik! – deyə qışqırdı.

      – Buradayam, kapitan, – deyə bosman ayağa qalxdı.

      O, birdən avarın ortadan bölündüyünü görüb başı ilə onu Qula göstərdi.

      – O birini götür.

      – Oldu.

      Elə bu vaxt su elə bil qaynamağa başladı. Balinanın balası yaxınlıqda idi. Onu görən dişi balina balasına tərəf üzməyə başladı.

      Kapitan Qul bayrağı ikinci dəfə yellədi.

      Ancaq Dik Send hələ birinci işarədən sonra əlindən gələni eləmişdi. Yelkən qaldırılsa da, “Səyyah”ın sürəti az idi. Dik, hər ehtimala qarşı, dənizə yedək ipi ilə gəmiyə bağlanmış bir qayıq da saldı.

      Elə bu vaxt balina yenidən hücuma keçdi. Bosman qayığı döndərmək istəsə də, bacarmadı.

      Öləcəklərini başa düşən matroslar ayağa qalxıb qışqırmağa başladılar. Balinanın güclü quyruq zərbəsi qayığı havaya qaldırdı. Qayıq üç yerə bölünərək balinanın yaratdığı burulğana düşdü.

      Zavallı matroslar ağır yaralansalar da, qayığın parçalarından


<p>1</p>

Fut – ingilis ölçü sistemində 30,48 sm-ə bərabər uzunluq vahidi