Sufi hekayətləri. Народное творчество. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Народное творчество
Издательство: Altun Kitab
Серия: Hikmət
Жанр произведения:
Год издания: 0
isbn: 9789952242805 
Скачать книгу
vuran hər kəsə qoz verəcəyəm”. Sonra məhkəmə binasının qarşısında gəziş ki, şəhər qazısı səni bu vəziyyətdə görsün.

      – Axı mən söylədiklərini etmək iqtidarında deyiləm. Yalvarıram, mənə başqa yol göstər.

      – Bu, məqsədə doğru ilk və yeganə mümkün olan addımdır, – Bəyazid söyləyir. – Amma xəbərdar etdim axı, söylədiyim çıxış yolu xoşuna gəlməyəcək. Buna görə də sənə çarə yoxdur.

      MİNNƏTDARLIQ MƏKTUBU

      Rum ölkəsinin baş nazirinin qəbulundan evə qayıdan Şərif Şah dərhal şəhərin ən yaxşı xəttatına şit tərif və bayağı ehtiram dolu məktub yazdırır. Bunun şahidi olan bir mütəfəkkir ona deyir:

      – Şərif Şah! Bu məktubu nazirə göndərsəniz, ya yaltaqlığınız onu özündən çıxaracaq və sizi bir daha evinə dəvət etməyəcək, ya da adamların guya səcdənizin ona təsir etdiyini düşünməsindən çəkinib sizə sarayda heç vaxt yüksək vəzifə tapşırmayacaq.

      Şərif Şah gülümsünüb deyir:

      – Tamamilə düzgün buyurursunuz. Nazirə qoyduğunuz diaqnoz əla filosof olmağınıza bariz sübutdur. Amma, deyəsən, barəmdə düşündükləriniz elə öz təkəbbürünüzü təhrif etdi. Məsələ burasındadır ki, indicə eşitdiyiniz sözləri məhz saraydakı qəbullardan uzaq durmaq üçün yazdırdım. Sarayda vəzifə almaq isə mənim üçün qəbula düşməkdən də arzuolunmazdır.

      ANA HÜNƏRİ

      Peyğəmbərin dövründə Umm Abdallah adında mömin bir qadının on səkkiz yaşlı oğlu xəstələnib ölür.

      Qadın ah-vay etmir və fikirləşir ki, tarladan yorğun-arğın qayıdacaq ərinə bu hüznlü xəbəri necə çatdırsın. Kişi işdən qayıdıb oğlunu soruşanda deyir:

      – Oğlumuz yatıb, onu oyatma.

      Sonra qadın ərinə şam yeməyi verir və müsibətdən bixəbər ər məscidə gedib-gəlir, gecəni arvadının qoynunda rahatca yatır. Səhər qadın ərinə deyir:

      – Dünən qəribə bir hadisənin şahidi oldum: qonşularımıza saxlamağa nəsə vermişdilər, sonra sahibi gəlib verdiyini geri istədi. Onda onlar nalə çəkib şikayətlənməyə başladılar.

      Kişi deyir ki, qonşuları səfehdir. Bu sarsaqlar axı onların üzərinə qoyulmuş öhdəlikdən azad olmuşdular. Onda qadın ovladlarının ölüm xəbərini ərinə açıb deyir. Qadının hünərinə heyran qalan ər ağır itkini mətanətlə qarşılayır.

      SUSQUN ŞEYX

      Məşhur sufi şeyxi İbrahim ibn Ədhəm yolda bir atlıyla rastlaşır. Atlı ondan yolu soruşur. İbrahim əlini göyə qaldırır.

      Atlı boş zarafat etməyi buraxıb ona şəhərin yolunu göstərməyi xahiş edir. Onda şeyx qəbiristanlığı göstərir.

      Özündən çıxan atlı şeyxin üzünü qamçılayır. Bir kəlmə belə söyləməyən İbrahim bulaq başına gedib üzünün qanını yuyur.

      Yoluna davam edən atlı az sonra bir dəstə adamla rastlaşır. Onlar kimisə axtarırdılar. Atlı onlardan kimi axtardıqlarını soruşanda bu cavabı alır:

      – Biz günahlarla dolu şəhərimizə ayaq basmaq istəməyən İbrahim ibn Ədhəmi axtarırıq, onun pişvazına çıxmışıq.

      Adamlar atlıya şeyxin yerini deyərsə, mükafatlandırılacağını söyləyirlər. Atlı onun zahiri əlamətlərinin necə olduğunu soruşur. Onlar İbrahimin geyimini təsvir edirlər: qolsuz, keçə əba. Az əvvəl şeyxlə rastlaşdığını anlayan atlı hönkür-hönkür ağlayır.

      Xeyli axtarandan sonra, nəhayət, İbrahimi çay kənarında möhkəm yuxuya getmiş halda tapırlar. Atlı ondan üzr istəyir və bundan belə bir daha heç kəsin xətrinə dəyməyəcəyini vəd edir.

      FƏZL-RƏBBİ KİMİ OL

      Kasıb bir qoca bəzi məsələləri müzakirə etmək üçün Fəzl-Rəbbini görməyə gedir. Əldən düşmüş əsəbi qoca bilmədən əsasının dəmir ucluğunu Fəzl-Rəbbinin ayağına sancır.

      Qocanı izzətlə dinləyən Fəzl-Rəbbi bir kəlmə belə söyləmir, hərçənd üzü ağrıdan gah kağıztək ağarır, gah da közərmiş dəmirtək qızarır. Qoca danışıb qurtarandan sonra Fəzl-Rəbbi ondan kağızı alıb imzasını atır.

      Xahişinin yerinə yetməsindən məmnun qalan qoca, nəhayət, çıxıb gedəndən sonra Fəzl-Rəbbi ağrıya təslim olub yerə sərilir. Bu hadisənin şahidi olan adlı-sanlı bir adam soruşur:

      – Ağa, qoca ağılsızlığının ucbatından əsasının dəmir ucluğunu ayağınıza batırdı. Ayağınızı qan götürüb getsə də, ağrıdan qovrulsanız da, bunu heç nə ilə büruzə vermədiniz.

      Fəzl-Rəbbi cavab verir:

      – Bəli, mən ağrımı gizlətdim, çünki qocanın pərt olacağından və utanaraq çıxıb gedəcəyindən, ona yardım edə bilməyəcəyimdən qorxdum. Axı onun mənə ehtiyacı vardı, qocanın qayğılarına mən də nəsə artıra bilməzdim.

      Həqiqi insan ol: Fəzl-Rəbbinin fədakarlığından ibrət götür.

      HƏQİQİ ARZULAR

      Vaxtaşırı moizə oxuyan Rəşid Sitarzadə dinləyicilərin çoxsaylı suallarını həvəslə cavablandırırdı. Onun məclisinə gələnlər arasında tez-tez üç gənc də görünməyə başlayır. Onlar mərifətsizlik edib ustadın sözünü kəsir, mübahisə edir və zəhlətökən suallar verirdilər. Rəşid onlardan yaxa qurtarmaq qərarına gəlir. Moizələrin birindən sonra onlardan qalmağı xahiş edir.

      – Siz mənim hər şeyi bilmək istəyən ən inadkar dinləyicilərimsiniz, – o deyir. – Mənə həmişə çoxlu maraqlı suallar verirsiniz. Buna görə hərənizin bir arzusunu yerinə yetirmək istəyirəm.

      – Mən yaman çox papiros çəkirəm, – onlardan biri dillənir, – və əlbəttə ki, bu ziyanlı vərdişdən yaxa qurtarmaq istəyirəm.

      – Əla, – Rəşid cavab verir. – Bəs siz?

      – Mənsə musiqini sevirəm, – digəri cavab verir.

      – Həmişə sirinqada çalmağı öyənmək istəmişəm!

      – Lap yaxşı. Bəs siz, cavan oğlan?

      – Mən işsizəm. İş tapmaq istəyirəm. Amma heç kəs məni işə götürmür, – deyə üçüncü cavab verir.

      – Çox pakizə, – Rəşid Sitarzadə deyir. – Arzularınız həyata keçə bilər. Sabah yanıma gəlin, sizə adamları siqaretdən çəkindirən loğmanın, sirinqada çalmağı öyrədən musiqi məktəbinin və mənim zəmanətimlə iş verəcək şəxsin ünvanını deyim.

      Rəşidin loğmanın harada yaşadığını, musiqi məktəbinin harada yerləşdiyini və kənddə kimin işçiyə ehtiyacı olduğunu öyrənmək fikri yox idi. Təxmin etdiyi kimi, bu gənclərdən heç biri bir daha onun yanına gəlmədi.

      RUMİNİN BƏSİRƏTİ

      İşləri düz gətirməyən təbrizli tacir Rumini görmək üçün Konyaya gəlir. Ustada təqdim etmək üçün özü ilə əlli qızıl sikkə də götürür. Otağa daxil olub Mövlananı görəndə həyəcandan özünü itirir.

      Cəlaləddin