6
Məzdəkilik – erkən orta əsrlərdə İranda və bir sıra qonşu ölkələrdə, o cümlədən Azərbaycanda geniş yayılmış dini-fəlsəfi təlim. Bu təlim V əsrin sonu – VI əsrin əvvəlində İranda eyniadlı hərəkata rəhbərlik etmiş Məzdəkin adı ilə tanınıb. Lakin təlimin özü bundan xeyli əvvəl, hələ III əsrdə yaranıb. Məzdəkilik də zərdüştilik kimi dualizm – işıq və zülmətin mübarizəsi prinsipinə əsaslanıb. Bu təlim tərəfdarları ətraf aləmə şərin (zülmətin) deyil, xeyrin (işığın) təcəssümü kimi baxıb hesab ediblər ki, iki başlanğıc arasında mübarizə elə «bu dünyada» xeyirin şər üzərində qanunauyğun qələbəsi ilə bitəcək (red.).
7
Redinqot – uzunətəkli sürtük
8
«İttihad və Tərəqqi» partiyası – 1889-cu ildə Osmanlı dövlətində qurulmuş, 1908–1918-ci illərdə qısa fasilələrlə hakimiyyətdə olmuş siyasi təşkilat. Bu partiya monarxın hakimiyyətinin konstitusiya ilə məhdudlaşdırılmış hakimiyyət quruluşunu – konstitusiyalı monarxiyanı əsas ideya kimi qəbul etmişdi (red.).
9
«Gənc türklər» – XIX əsrin II yarısında Osmanlı dövlətində formalaşmış, ölkədə liberal islahatların həyata keçirilməsi və konstitusiyanın bərpası uğrunda mübarizə aparan siyasi hərəkat