Mirzəli hakim heyrət içində səsləndi:
– Qurbanın olum, nə tez oyanmısan?
Oğlan körpə dodaqlarına yaraşmayan bir ciddiyyətlə acı-acı gülümsədi:
– Dedim, səfərə hazır olum.
– Hansı səfərə, qurbanın olum?
– Əgər səfər yoxsa, onda qapı belə erkəndən niyə döyülsün və sən niyə belə narahatsan?
Mirzəli hakim uşağın fərasətinə könlündə «afərin» dedi, onun kədərli taleyinə qəlbi parçalandı.
– Qurbanın olum, şeyxim, haqlısan! Gələn bəla sənin üçün gəlib. Xəbər gətiriblər ki, qasidlərə verdiyim cavablar padşahı qane etməyib. Üç yüz atlı Lahicanın bir ağaclığındadır. Buraya çatmaqlarına az qalıb.
İsmayıl yeddi yaşlı uşaqdan gözlənilməyən bir soyuqqanlıqla soruşdu:
– Məsləhətin nədir?
– Əgər razı olsan, izin versən, bir fikrim var. Onu edərik, bəla sovuşar.
– Sən nə məsləhət görsən, mən razıyam.
– Əhsən, mənim balam, – Mirzəli hakim özünü saxlaya bilməyib hisslərini büruzə verdi. Amma tez də özünü ələ aldı. – Əfv et, şeyxim, dilim dolaşdı.
İsmayıl ata məhəbbətinin nə olduğunu bilməmişdi. Doğrudur, anası da, həbsxanada olanda qardaşları da onu sevər, oxşardılar. Lələ Hüseyn bəy, Məhəmməd və Əhməd bəy, Türkmən qardaşları da onu canlarından əziz tutardılar. Qaçqınlıq zamanı bu adamlar canları bahasına onu qorumuşdular. Hər birisi həyatını təhlükə altında qoyaraq şeyxi öz evində gizlətmişdi. Mirzəli hakimin «Əhsən, mənim balam» sözləri İsmayılın qəlbinin dərinliklərinə işlədi, sevdiyi bu adamları yadına saldı. Bir anlıq mənsəbini, məqamını, daim müridlər tərəfindən ona təlqin olunan şeyxliyini, böyüklüyünü unudub Mirzəli hakimə yaxınlaşdı. Onu qucaqlamaq, bəlalı başını kişinin enli, qüvvətli sinəsinə sıxmaq istədi. Lakin Mirzəli hakimin «Əfv et, şeyxim, dilim dolaşdı» sözləri mövqeyini onun yadına saldı. Yarı yolda dayanıb:
– Məsləhətini söylə, – deyə əmr etdi.
– Şeyxim, evi axtarmasınlar deyə Qurana and içməliyəm. And içib sənin bu torpaqlarda olmadığını deməliyəm.
– Axı onlar gələnəcən sənin torpaqlarından uzaqlaşmağa macal tapmaram.
Kişi hər iki əlini göyə qaldırdı.
– Əstəğfürullah… Dilim kəlmeyi-şəhadətə gəlməsin, əgər sənin bu evdən çölə qədəm qoymağını düşünmüşəmsə. Sən burdan heç yana getməyəcəksən. Qoymaram da…
– Bəs onda…
Mirzəli hakim qapıya çönüb səsləndi:
– Qulam, o zənbili gətir…
Nökərlərdən biri otağa daxil oldu. Düyü küləşindən toxunmuş yumşaq və olduqca iri bir zənbil gətirdi, yerə qoyub çıxdı. İsmayıl heyrət içində zənbilə və Mirzəli hakimə baxırdı. Hakim izahat verməyə məcbur oldu:
– Qədəmlərinin qurbanı olum, – dedi, – sən bir neçə saatlıq, mən and içənəcən bu zənbilin içində rahatca özün üçün oturacaqsan. Zənbil ağacdan asılmış olacaq. Mən də and içəcəyəm ki, sən bu torpaqda deyilsən.
İsmayıl heyrət içində dayanmışdı. Çəkdiyi əziyyətləri xatırladı: gizli zirzəmilər, təndirlər, külbələr içində günlərlə saxlanmışdı. Birsaatlığa zənbil içində oturmaq nə olan şeydir ki!
İsmayıl:
– Razıyam, – dedikdə Mirzəli rahat nəfəs aldı. Cəld otaqdan çıxdı. Hər şeyi özü etməli idi ki, nökərlər bu sirrə vaqif olmasınlar.
Bibixanım Sultanım
Müəlliminin qırxı çıxsa da, şahzadə Qazi bəyin otaqlarından şənlik səsi gəlmirdi. O, vaxtının çoxunu nədim Salehlə gəzintilərdə keçirirdi. Bu müddət ərzində bir neçə dəfə Bibiheybətə getmiş, Şıx Kəbləliyə qonaq olmuşdular. Qocaya nəzir adı ilə xeyli pul və hədiyyə də aparmışdılar. Şıx Kəbləli cavanların kimliyini bilməsə də, varlı ailədən olduqlarını başa düşür, amma gümanı Bibixanıma getmir, gənclərin dindar zəvvar olmaqlarından fərəhlənirdi.
Şahzadə qəlbində Bibixanımı «Sultanım xanım» adlandırır, gələcək haqqında arzularını getdikcə daha da dostlaşdığı Salehdən gizləmir, ona danışırdı.
Saray bir-birinə dəymişdi. Şahzadədə gözü olan bütün əşrəf qızları onun sadə bir «kəndçi qızına, ac-yalavac şıx qızına vurulmasını» eşitmişdilər. Saleh uzun götür-qoydan və mələkənin təkidlərindən sonra məsələni ona açmağa məcbur olmuşdu. Oğlunun xəstə yatağına düşməkdə olduğunu, bu eşqin cavan şahzadəni dəli-divanə elədiyini görən mələkə məsələni ataya – Şirvanşah Fərrux Yasara bildirmişdi. Fərrux Yasar əvvəlcə hirslənmişdi, sonra da həkimlərin oğluna çarə edə bilmədiklərini, onun gündən-günə zəiflədiyini görüb razılaşmışdı. Saraya o qədər kəndçi-kündçü evindən kəniz, cariyə gətirilir ki! Bu da onlardan biri.
Beləliklə də, Bibixanım istəyib-istəmədiyindən asılı olmayaraq yurdundan ayrılıb saraya gətirildi. Yalnız bu zaman qoca baba Şıx Kəbləli dindar zəvvarların kimliyini bildi, cavanların onun qapısına gəldiyi günə lənətlər yağdırıb xəzana düşmüş, bülbülü uçmuş həyətində tək qaldı.
Gəlin gətirilən günü mələkə bircə şərt kəsdi. Təzə gəlin onun saray dairəsində görünməyəcək, şahzadə üçün ayrılmış hərəm otaqlarında qalacaq. Ona tək bircə qulluqçu, bir də cariyə veriləcək.
İlk günlər qəribə bir xumarlıq içində keçdi. Doğma yurdundan, dost və rəfiqələrindən məhrum edilmiş Bibixanım «Sultanım xanıma» çevriləndən sonra bütün varlığı ilə gənc və yaraşıqlı ərinə bağlandı. Qazi bəy əvvəlcə anasının qoyduğu şərtə əhəmiyyət verməsə də, günlər keçdikcə bunun ağırlığını dərk etməyə başladı. Bütün ünsiyyətlərdən məhrum edilmiş Sultanım xanım dörd divar arasında qapanıb qalmış, özünə heç bir iş tapa bilmir, darıxırdı. Sarayda tәk qaldığı günlərdә babasının әncir ağacları ilә әhatә olunmuş balaca hәyәtini xatırlayırdı. Ata-anasını çox erkәn itirmişdi. Heç birini xatirinә gәtirә bilmirdi. Gözünü açandan özünü babasının dizi üstündә görmüşdü. Bir azacıq böyüyәn kimi qonşuları Xeyransa xalanın kömәyi ilә evin evdarlığını әlinә almış, biş-düş elәmәyә başlamışdı. Bundan sonra daha babası ev işlәrinә qarışmırdı. Günlәri şıxlarla pirin yanında keçir, zәvvar qәbul elәyib yola salırdı. Qız isә Xeyransa arvaddan әncir qurutmaqla nüskәndә, qaynadıb qurutmaqla şirbәdüşәndә düzәltmәk öyrәnir, әncir