Turan-Türk tarixində Əfrasiyab və Oğuz Xaqan. Ələsgər Siyablı. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Ələsgər Siyablı
Издательство: Köhlən Nəşriyyatı
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 9789952837131
Скачать книгу
insanlar hələ ibtidai ovçuluq və yığıcılığın hakim olduğu ibtidai icma qruluşu dövrünü yaşamaqda davam edirdilər. Turan ovalığında aşkar edilmiş qədim arxeoloji mədəniyyət təkcə Anau ilə məhdudlaşmır, 2000-ci ilin başlanğıcında Amerika arxeoloqları Pensilvaniyanın arxeologiya və antropologiya muzeyinin professoru Frederik Hibertin rəhbərliyi altında və Rus arxeoloqlarının birgə fəaliyyəti nəticəsində Anauda və Türkistanın çeşidli bölgələrində, o cümlədən Türkmənistanın və Özbəkistanın müxtəlif ərazilərində Anau mədəniyyətinin davamı olan və e.q. 6000-4000-cü minilliklərə aid bir çox qədim yaşayış məskənləri aşkar edilmişdir. Arxeoloqlar Anauda üzərində yazı işarələri olan və təxminən e.q. 2300-ci ilə aid olan olan çox dəyərli bir möhür aşkar etmişlər.

      Lakin həmin yazı nə Mesopotamiya, nə Misir və Çin yazılarına bənzəməməkdədir. Burdan belə bir nəticə hasil olur ki, Anauda yüksək inkişafa malik müstəqil bir uyqarlıq mövcud olmuşdur.

      Pumpelli Anauda aşkar edilən müxtəlif dövrlərə aid at qalıqlarına əsasən atın məhz Anauda və ya onun ətrafındakı ərazidə əhliləşdirildiyi fikrini irəli sürmüşdür. Anauda tapılan möhürün üzərində Sumer ərazisindəki kimi Öküz başını təsvir edən üçbucağın üzərində iki qısa xətli idioqram əks olunmuşdur. Anau əhalisinin istifadə etdikləri əkinçilik və heyvandarlıq forması Mesopotamiyada olanla eyniyyət təşkil edirdi. Saxsı qabların forması və üzərindəki naxışlar da Sumer mədəniyyətinə xas xüsusiyyətlərə malik idi. Bütün bunlar Anau şəhər dövləti ilə Sumer arasında sıx bağlılığın mövcudluğunu sübut edirdi. Anaunun sakinləri Sumerdə olduğu kimi çayların istiqamətini dəyişdirərək mürəkkəb suvarma kanalları şəbəkəsi yaratmaqla əkinçilik mədəniyyətinin yüksək inkişafına nail olmuşdular.

      Divarlarının uzunluğu 92 metrdən 152 metrə qədər olan bir-birindən yüz metr aralı çoxsaylı monumental binalarda yüzlərlə insanın yerləşə biləcəyi çoxsaylı otaqlar mövcud olmuşdur. Anau bütövlükdə böyük bir şəhər kompleksindən ibarət idi.

      Pumpellinin gəldiyi nəticəyə görə Anau tayfalarının bir qismi quraqlıq səbəbi ilə batıya doğru köçləri zamanı əkinçiliklə məşğul olanlarla birlikdə əhliləşdirdikləri heyvan növlərini, o cümlədən öküzü e.q. 6000 mininci ildə Ön Asiyaya ordan Misirə və Afrikaya, Qafqaz üzərindən isə Avropaya apararaq orda yayılmışdır. O Çin xronologiyasına əsaslanaraq Anauluların Hindistana və Doğu Asiyaya e.q 3468-ci ildə köçlərə məruz qaldıqlarını yazır. (Pumpelly, 1908, Səh. 440)

      Atın məhz Turandakı Anauda əhliləşdirilməsi və dünyanın digər bolgələrinə burdan yayılması Mesopotamiyadakı mixi yazı mətnlərində də işarələr var. Bu mətnlərdə at “şərqdən gələn heyvan” adlandırılır. Turanın bəşər uyqarlığının mərkəzi olduğu və bəşər tarixində oynadığı önəmli rol böyük bilim adamları tərəfindən elmi dəlillərlə sübut olunmuşdur.

      Əbülfəz Elçibəy də türklərin ana yurdu Turanın bəşər tarixində oynadığı möhtəşəm rolu dəyərləndirərək yazır: “Çağdaş tarixçilik hərtərəfli araşdırmalardan sonra belə bir sonuca gəlmişdir ki, ən qədim mədəni insan məskəni Ceyhun və Seyhun (Amudərya və Sırdərya çaylarının hövzəsi), Aral gölünün ətrafı və Turan ovalığı olmuşdur. Dünyada mədəniyyət ilk dəfə burada mərkəzləşmişdir. Buna görə də bir vaxtlar “Tarix Sumerdən başlayır” dediyimiz halda, indi “Tarix Turandan başlayır” deməyi tarix elmi bizdən tələb edir.”(Ebülfez Elçibey, 1998, Səh. 16)

      Görkəmli türk bilim adamı Yusif Ziya Özər dövrünün arxeoloji, linqvistik və etnoloji dəlillərinə əsaslanaraq Mərkəzi Asiyanın bəşər mədəniyyətinin ilk beşiyi olduğu haqqında tezis irəli sürmüşdür. Anauda, Honanda və Kansuda aşkar edilən arxeoloji abidələrin tədqiqi göstərir ki, neolit dövrünün daş mədəniyyəti Sibirdə və Orta Asiyada meydana çıxmış və inkişaf nəticəsində metal mədəniyyətinə çevrilərək bütün dünyaya yayılmışdır. (Yusif Ziya Özer, 1932, Səh. 6)

      V.Koppers də Anauda bol-bol aşkar olunan at qalıqlarına görə bu mədəniyyətin türklərə məxsus ola biləcəyi qənaətinə gəlmişdir. V.Koppers vətənləri Mərkəzi Asiyada olan öntürklərin atın ilk əhliləşdirilənlər və bununla əlaqədar olaraq atlı çoban mədəniyyətinin yaradılcıları olduqlarını yazır.

      O köçəri heyvan bəsləmə mədəniyyətinin əsasının İç Asiyada proto türklər tərəfindən qoyulduğunun gerçək fikrir kimi müdafiə edir. IV minilliyin sonlarına doğru İran yaylasında yaşayıb bilavasitə Elamla yaxın münasibətdə olan və atdan istifadə edən tayfaların türk olduqları yəqindir. Onun fikrinə görə Hind-Avropalılar iddia edildiyinin əksinə olaraq bu kültürün yaradıcıları deyil, ilk alıcılarıdırlar. Atın ilk əhliləşdirilməsi və bununla əlaqədar atlı çoban mədəniyyətinin yaradılması da Türklərə bağlanmaqdadır. Ata və ümumən çoban mədəniyyətinin əsas ünsürlərinə sahib olmağı Hind-Avropalılar qədim türklərə borcludurlar. (Koppers W., Türklər C. I, 2002, Səh. 468)

      Z.V.Toqan Anau mədəniyyəti haqqında yazır ki: “Bura o dövrdəki Ön Asiyanın Sumer və Sus, güney Asiyada Hindistanın Sind çayı hövzəsindəki Mahonco-Daro və Xarappa, Uzaq Şərqdə Çinin Yuanq-şao və Mancuriyada mövcud olmuş mədəniyyətlər üçün ilk başlanğıc, mərkəz və ocaq rolunu oynamışdır”. (Z.V.Togan, 1981, Səh. 7)

      Anaunun ətrafındakı ərazilərdə ən qədim zamanlardan etibarən əkinçiliklə məşğul olunmuşdur. Qazıntılar zamanı şəhərdəki mədəni təbəqələrdən müxtəlif əkinçilik məhsulları və alətləri aşkar edilmiçdir. Anauda aşkar edilmiş eradan qabaq 5000-ci ilə aid ən qədim buğda və digər taxıl məhsulları bu şəhərdəki “Ağ buğda” muzeyində saxlanmaqdadır. Bu tapıntılar Anau və ətraf ərazilərdə heyvandarlıq, əkinçilik və sənətkarlıqdan ibarət bir-birini tamamlayan vahid təsərrüfat sisteminin mövcudluğunu sübut edir.

      Türkistanın müxtəlif ərazilərində tarixi ardıcıllıq baxımdan bir-birini əvəz edən digər qədim arxeoloji mədəniyyətlər də aşkar edilmişdir. Anauda üzərində mixi yazını xatırladan işarələr olan möhür üzük və üzərində öküz, digər heyvanlar və tanrı təsvirləri olan üzüklər aşkar edilmişdir.

      Anau daxil omaqla qədim Turan ərazisində mövcud olan Kelteminar, Namazqa, Botay, Ceyhun və s. arxeoloji mədəniyyətlərini Avropa alimləri ümumi adla Okus uyqarlığı adlandırırlar.

      Pumpelli Turan dövlətinin paytaxtı hesab olunan Səmərqənd şəhəri yaxınlığındakı qədim Əfrasiyab şəhəri qalıqlarında da qazıntı işləri aparmışdır. O araşdırmalar nəticəsində belə nəticəyə gəlmişdir ki, çox qədim dövrə aid olan bu şəhərin əsası iddia edildiyi kimi Makedoniyalı İsgəndər tərəfindən deyil, tarixi ənənəyə uyğun olaraq məhz Əfrasiyabın özü tərəfindən qoyulmuşdur. (Pumpelly, Səh. 320)

      Anauda arxeoloji mədəniyyətinin türklərin tarixi üçün ən böyük əhəmiyyəti orda aşkar edilən qafa taslarının monqoloid irqə aid olmadığıdır. Bu kəllə sümükləri türklərin ən mühüm antropoloji özəlliklərini təşkil edən dolixokefal və Aralıq dənizi tipidir. Ön Asiyada aşkar edilən qədim insanlara məxsus qafa tasları da yumrubaş braxikefal samilərdən fərqli olaraq dolixokefaldırlar. (Pumpelly, Səh. 446)

      Anauda aşkar edilən 10000-9000 il öncəyə aid yüksək inkişafa malik şəhər və əkinçilik arxeoloji