Gələcəkdə nəyin necə olacağı, sözsüz ki, əlahəzrət zamanın ixtiyarında olan bir məsələdi. Burda, yalnız onu demək mümkündü ki, Köhnə Ataq kəndindən kurs götürən maqomayevlərin həyat salnaməsi Qroznı şəhər məktəbinə, oradan Qori Müəllimlər Seminariyasına, daha sonra Lənkəran və Tiflis şəhərlərinə, ən axırda isə mavi Xəzərin sahilində yerləşən möhtəşəm və qədim Bakı şəhərinə qədər gəlib çıxır və burda lövbər salaraq, burda da birdəfəlik əbədiləşir. Bu, soyadın üç nümayəndəsi: baba Əbdül- Müslüm , onun böyük oğlu Cəmaləddin və nəvəsi Müslüm bu gün Bakıda, Fəxri Xiyabanda, soyadın digər nümayəndələri, Müslümün atası Məhəmməd Polşanın Ksivin-Qrifnski və ye odluğunun Hoyna qardaşlıq məzarlığında, müğənninin anası Ayşət xanım isə Rusiyanın Murmansk şəhər qəbiristanlığında dəfn olunublar.
Əbdül-Müslüm Məhəmməd oğlu Maqomayev (1885-1937)
(Muslum Maqomayevin babası)
Görkəmli Azərbaycan bəstəkarı, istedadlı pedaqoq, gözəl pianoçu, dirijor, ictimai xadim Əbdül- Müslüm Məhəmməd oğlu Maqomayev 18 sentyabr 1885-ci ildə Qroznı yaxınlığında yerləşən Köhnə Ataq kəndində, dəmirçi-silahqayıran ailəsində anadan ol muşdu. Deyilənlərə görə onun atası Məhəmməd Maqomayev teypa vaşendoroy türk qəbiləsinə məxsus olubdu. Maqomayevlər nəsili öz başlanığıcını qədim çeçen kəndi Köhnə Ataqdan götürsələr də, etnik mənsubiyyətinə görə çeçen deyillər. Çeçenlərin Müslüm Maqomayevi özlərinin ki, hesab etmələrinə baxmayaraq, müğənni dəfələrlə bu fikirə münasibət bildirərək qətiyyətlə etiraz etmiş, rədd cavabı vermişdi. Bu, məntiqlə heç vaxt razılaşmayan müğənni özünü həmişə əsl azərbaycanlı hesab etmiş, ömrünün sonuna qədər düşüncəsində israrlı olmuşdu. Bu, məntiqin doğruluğunu Heydər Əliyevin dəqiq və gözəl ifadə etdiyi bir kəlamda daha aydın görmək mümkündü. O, Muslum Maqomayevin həyat yoldaşı Tamara xanıma muraciət edərkən demişdi:
“Tamara, sən bütün Azərbaycanın gəlinisən! Ona görə ki, Müslüm Maqomayev bütün Azərbaycanın oğludu…”
Başqa bir tərəfdən, Müslümün ana babası, Ayşət xanımın atası Əhməd Gəncəlioğlu milliyyətçə Türkiyədən Rusiyaya işləməyə gələn azərbaycanlı idi.
Yuxarıda qeyd etdik ki, dəmirçi-silahqayıran Məhəmməd Maqomayevin ailəsində üç oğlan və üç qız uşağı dünyaya göz açmışdı. Əbdül- Müslümün musiqi ilə maraqlanması heç də sadə təsadüf nəticəsində baş verməmişdi. Onun böyük qardaşı Malik zamanında çox gozəl musiqiçi kimi yaşadığı ərazidə ad çıxara bilmişdi. O, həm fleyta, həm də qarmon alətlərində yaxşı ifa etdiyindən şənliklərdə iştirak edirdi. Qeyd etmək olar ki, Malik Maqomayevin vaxtilə yaratdığı “Şamilin ləzginkası” adlı rəqs havası bu gün də Çeçenistan Respublikasında çox dəbdədi və məşhurdu.
İlk təhsilini Qroznı şəhər məktəbində alan və orda musiqi aləti skripkanı ifa etməyi öyrənən gənc Əbdül- Müslüm 1899-cu ildə, on dörd yaşında Qori şəhərində yerləşən Qafqaz Müəllimlər Seminariyasına daxil olur. Seminariyada başqa fənlərlə bərabər musiqi və nəğmə dərslərinin keçirilməsi Əbdül- Müslümün ürəyinə əlavə rahatlıq gətirir. Qroznuda oxuyarkən skripka alətində daha yaxşı ifa etməyi öyrənən gənc, Qori Müəllimlər Seminaiyasında qarmon alətinə meyl gostərir və tezliklə onu da mənimsəyir. Bütün bunlar, onun musiqi dünyasına gəlməsində, bir musiqiçi kimi yetişməsində, o cümlədən gələcəyini müəyyən etməsində mühüm və müstəsna rol oynayır.
Qori Müəllimlər Seminariyasında təhsil alan Azərbaycanlı uşaqların çoxluq təşkil etməsi, həmçinin Firidun bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Səfərəli bəy Vəlibəyov kimi qayğıkeş pedaqoqların seminariyada dərs deməsi gənc Əbdül-Müslümdə Azərbaycan xalq mahnılarına olan həvəsi daha da artırır. Çox keçmir ki, o, bu mahnıları xüsusi bir zövqlə ifa etməyə başlayır.
Hələ Qroznı şəhər məktəbində oxuyarkən konsertlərdə iştirak etməsi, sanki onu püxtələşdirmişdi, normal bir musiqiçi səviyyəsinə qaldırmışdı. Bunun məntiqi nəticəsi olaraq o, Qori Müəllimlər Seminariyasında heç bir çətinlik çəkmədən tezliklə yeni kollektivə uyğunlaşır, hamının sevimlisinə çevrilir və diqqəti özünə çəkməyi bacarır.
Konsertlərə mütəmadi dəvət alan gənc oğlan skripka və qarmonla bərabər, həm də klarnet alətinidə də ifa etməyi öyrənir. Bütün maneələri rahatlıqla, çətinlik çəkmədən dəf edən istedadlı Əbdül- Müslüm Qori Müəllimlər Seminariyasında təhsil aldığı illərdə musiqiyə, həmçinin onun tarixinə, musiqi nəzəriyyəsinə, ifaçılıq peşəsinə, birsözlə, musiqinin bütün sirlərinə dərindən və mükəmməl yiyələnə bilir. Azərbaycan musiqisinin patriarxı hesab olunan Üzeyir Hacıbəyli ilə birlikdə təhsil alır. Gənclərin bir-biri ilə isti və xoş münasibətdə olması, sonralar onların arasında dostluğa, hətta, qohumluğa çevrilir.
Hər iki bəstəkar terequlova bacıları ilə ailə həyatı qururlar. Üzeyir Hacıbəyli Məleykə xanıma, Əbdül- Müslüm Maqomayev isə Baydagül xanıma evlənirlər. Maraqlı faktlardan biri də ondan ibarətdi ki, Əbdül-Müslüm və Üzeyir eyni gündə və eyni ildə anadan olmuşdular. Onlar Qori Müəllimlər Seminariyasında birgə təhsil almış və hər ikisi Azərbaycan musiqisinin təməlini qoyanlardan olmuşdular.
“Qori seminariyasında babam qaboyda ifa etməyi öyrənir. O, həm skripkaçı, həm də qaboyçu kimi seminariyanın tələbələrindən təşkil olunan orkestrdə çıxış edirdi. Əbdül-Müslüm on səkkiz yaşında orkestrin aparıcı musiqiçisi olmaqla bərabər, həm də lazım olanda orkestrdə dirijoru əvəz edirdi. O, həmçinin Qori Müəllimlər Seminariyasında musiqi nəzəriyyəsi elminə dərindən yiyələnə bilmişdi. Seminariyanı müvəffəqiyyətlə başa vuran babama skripka hədiyyə etmişdilər”. -deyən, – Müslüm babası ilə fəxr etməyi çox xoşlayırdı.
Seminariyanı əla qiymətlərlə bitirən Əbdül-Müslüm əvvəlcə Qafqazın bir neçə kəndində qısamüddətli pedaqoji fəaliyyət gostərir. Sonda ona Azərbaycanın Lənkəran şəhərinə göndəriş verirlər. O, ilk müstəqil musiqi peşəsinə, məhz Lənkaranda, musiqi gecələri və teatr təqdimatları hazırlamaqla başlayır. Maqomayev uzun müddət pedaqoq- musiqiçi kimi Lənkəranda işləyir. Onun bu şəhərdə həm musiqi, həm ictimai, həm mədəni-maarif məsələləri ilə olması yerli camaat tərəfindən rəğbətlə qarşılanır, ona olan hörmət günbə-gün artır.
Həyat elə gətirir ki, Əbdül – Müslüm 1911-ci ildə Tiflis Müəllimlər İnstitutunda təcili imtahan verir və ailəsi ilə birlikdə Bakıya gəlir. Əvvəlcə Azərbaycan Musiqi Teatrında orkestr