Sinifdənxaric oxu. Народное творчество. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Народное творчество
Издательство: Hədəf nəşrləri
Серия: Uşaq ədəbiyyatı
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
bu oldu ki, indi gələn ka-zakların birinin əlində dörd dənə “fleyta”, yəni yan tütəyi vardı. Bunlar, daha çobanlar çaldığı sadə yan tütəyi deyil-dilər; çünki “fleyta” dedikdə düyməli, uzun və şəvə kimi qara tütəklərdi ki, əsgəri musiqi dəstəsində bunun öz yeri var.

      Çox qəribə! Kəndlilər bir yandan, bu kazaklar da bir yandan, bunlar hamısı bu gün bizə yan tütəyi daşıyırlar.

      Mən məəttəl qalmışdım və heç macal eləmədim ki, hu-şumu başıma yığam, burada naçalnikin çox uca və çox acıq-lı səsini eşitdim:

      – Mirzə Abbas! (Məni çağırırdı.)

      Cəld özümü yetirdim naçalnikin otağına və gördüm ki, kazak böyüyü əyləşib naçalnikin yanında, o qalan adamlar da kənarda səf çəkib durublar. Naçalnik elə bir halətdə mə-nim üzümə baxırdı ki, deyirdim bu saat durub məni yeyə-cək. Hirsindən kişinin gözləri qızarmışdı və mənə bir qədər dik-dik baxandan sonra əlini stolun üstə tərəf uzatdı və so-ruşdu:

      – Bu nədi?

      Mən kefli adam kimi, qabaqca stolun üstündə bir şey görmədim; amma stolun üstündəkilər haman dörd dənə fleyta idi (yəni yan tütəkləri idi) ki, bayaq kazakların əlində görmüşdüm.

      Naçalnik bir də dedi:

      – Bu nədi?

      Mən cavab verdim ki, bunlar fleytadır, yəni yan tütəyi-dir. Naçalnik belə giley-güzara başladı:

      – Bəs sən ki, keflənməyə adətkərdə imişsən, nə cürət eləyib mənim idarəmə qulluğa gəldin?

      Mən cavab verdim:

      – Cənab naçalnik, bizim şəriətimizdə keflənmək nədir və siz cənabın hüzurunda mən o qələti eləmərəm və eləyə də bilmərəm.

      Elə ki bu söz mənim ağzımdan çıxdı, naçalnik yerindən dik atıldı, stolun üstündən bir yazılmış kağız götürdü və mənə tərəf bir qədər əyilib az qaldı kağızı soxa mənim ağ-zıma və çığırdı:

      – Oxu!

      İndi mənim yadımda deyil ki, mən o kağızı necə oxu-dum; çünki gözlərimi tor bürümüşdü. Amma kağızın məz-munu belə idi:

      “Hökm. Gərməçataq yüzbaşısına, İrəvan qəza naçalniki tərəfindən. Hökm edirəm, əlbəttə və əlif əlbəttə iyun ayının ikisində İrəvan şəhərinə Cəfərabad məhəlləsində olan kazak qoşununun böyük əfsəri polkovnik Afanasyevin hüzuri-şə-riflərinə əlli dörd dənə yan tütəyi (fleyta) camaatdan yığıb göndərəsən; çünki haman qoşunlar haman tarixdə haman yan tütəklərinə minib Kənakir kəndinə yaylağa gedəcəklər və məbada-məbada bu işi, təxirə salasan ki, məsuliyyət altı-na düşəsən. Vəssalam.

      İrəvan naçalniki Petrov”.

      Demək, həmin hökm yazılıb bizim divanxanadan, hök-mə qol çəkib həmin bizim naçalnikimiz Petrov və hökmü də öz dəst-xətti ilə yazan kimdir? Mən bədbəxt, mən yazıq, mən başıbəlalı Mirzə Abbas Fərzəliyev, yəni İrəvan naçal-nikinin dilmancı.

      * * *

      Hə, yavaş-yavaş huşum başıma cəm olur və indi yuxu ilə həqiqəti seçirəm. İndi bilirəm ki, günah kimdədir, kimdə deyil. Və ancaq indi qanıram ki, mətləb nə üstədir və indi görürəm ki, bu fəsadı törədən kim imiş.

      Vallah-billah, əgər naçalnikin yerinə mən olsaydım, ya-pışardım bu lənətə gəlmiş dilmanc Mirzə Abbasın boğazın-dan (yəni özümü deyirəm ha) və o qədər sıxardım ki, boğu-lardı və boğulub öləndən sonra ağlı başına gələrdi.

      Əhvalat belə imiş: hər kəs istəyir həmin qilü-qalın əs-lindən xəbərdar olsun, aşağıda yazılan bir neçə sətri zəhmət çəkib oxusun.

      ***

      İki ay bundan qabaq naçalnikdən izn alıb getmişdim kəndimizə anamın ziyarətinə. Orada mən bir həftə qaldım, amma necə qaldım? Əmoğlum Pirverdinin bərəkətindən, elə yadıma gəlir ki, kəndimiz, behiştin bir guşəsi idi. Pir-verdi bir məharətlə yan tütəyi çalırdı ki, onun çalmağına qulaq asanda mənim yemək-içmək yadıma düşmürdü. Əmoğlumun peşəsi qoyun saxlamaq idi və qoyunları da kürd çobanlarına tapşırmışdı. Bununla belə, özü də həmişə qoyunlarının yanında olardı və qeyri çobanlar kimi bu da yan tütəyini çalmağı adət eləmişdi. Amma Pirverdinin çalmağı özgə bir çalmaq idi və çox ittifaq düşərdi ki, qonşu kəndlərdən bunun yan tütəyi çalmağına qulaq asmağa gələrdilər və mənim özümün bu çalğıya o qədər həvəsim vardı ki, daha doya bilmirdim. Axırda özüm də belə eşqə düşdüm ki, özümə bir yan tütəyi ələ gətirib başlayım yavaş-yavaş çalmağa ki, bəlkə, pənah Allaha; mənə də elə xoş-bəxtlik üz verdi ki, Pirverdi kimi çalan oldum. Əmoğlum bu xəyalımı bilən kimi öz yan tütəyini bağışladı mənə və mənim bir həftə məzuniyyətim qurtarandan sonra tütəyi səliqə ilə basdım pambığın arasına, qoydum bir balaca qu-tuya ki, yolda arabada sınmasın və gəldim İrəvana. Burada mənzilimdə qutudan tütəyi çıxartdım və üst-başımın tozu-nu silməmiş və yoldan rahat olmamış, başladım tütəyi çalmağa.

      Amma heyif, nə qədər püfləyirəm, tütək heç bir səs ver-mir. Dodağımı gah belə tuturam, gah elə tuturam, yavıqdan çalıram, gah bir az uzaqdan üfürürəm. Tütək körük kimi fı-sıldayır, ancaq bir səs çıxartmır.

      Daha yorulub bir qədər məyus oldum. Tütəyi qoydum stolun üstünə, çıxdım getdim divanxanaya. Qulluğumu qurtarıb gəldim evə və çörəkdən qabaq genə götürdüm tü-təyi və genə istədim çalam. Xeyr, çalınmır.

      Dedim bəlkə tütək yolda xarab olub. Diqqətlə o tərəf-bu tərəfə baxdım. Xeyr, salamatdır; amma çalınmır. “Allahü-əkbər”. Genə yoruldum və qoydum kənara. Çörək yedim və çıxdım getdim gəzməyə və qayıdıb gələndən sonra genə is-tədim imtahan eləyəm. Xeyr, çalınmır. Bari pərvərdigara, bu nə bədbəxtlik?! Niyə sən məni elə bir nemətdən məh-rum qılırsan ki, o neməti sən hər bir çobana kəramət eləmi-sən? Mən nə günahın sahibiyəm! Və belə-belə Allahı çağır-maq genə bir fayda bağışlamadı; çünki bu xeyir-duadan sonra nə qədər əlləşdim, tütəyim çalınmadı.

      Yada salıram Pirverdinin çalmağını: tütəyi belə tuturdu, sağ əlini belə qoyurdu, sol əlilə belə yapışırdı, barmaqları burada olurdu, dodaqlarını belə yumurdu. O ki bunları belə eləyirdi, mən də belə eləyirəm, bəs niyə bu şoğərib tütək onun əlində çalınsın, mənim əlimdə çalınmasın?..

      Bir gün səhər yerimdən durdum, geyindim, tez bir stə-kan çay içdim ki, gedim divanxanaya qulluğuma və ehtiyat üçün tütəyi götürdüm, dayadım dodağıma. Aha!.. Qurban olduğum tütək çalındı; yəni bundan bir səs çıxdı. Haman səs idi ki, Pirverdinin kəndimizdə çalmağını yada salırdı. Ax, haradasan əmoğlu, səni bir qucaqlaya idim və basa idim bağrıma, doyunca öpə idim!..

      Saata baxdım: qulluğumun vaxtından yarım saat keçir-di. Tütəyi bir neçə dəfə öpdüm, səliqə ilə qoydum qutuya və qaçdım küçəyə.

      Pəh-pəh, nə gözəl dünya! Günün istisi, küçənin tozu; adamların yaxşı, ya pis hərəkəti, dağ, daş; otlar və ağaclar, guya bunların hamısı bu gün dilbir olublar ki, mənə müba-rəkbadlıq versinlər ki, bu gün mənim