Sinifdənxaric oxu. Народное творчество. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Народное творчество
Издательство: Hədəf nəşrləri
Серия: Uşaq ədəbiyyatı
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
bir qurtum su içər-içməz:

      – Bu nə cür sudur? – deyə ayağa qalxdı. Bu halda qoca gəlib ona çatdı və gülümsəyərək dedi:

      – Susuzluğunu rəf etdinmi, oğlum?

      – Xeyr, baba, bu bulağın suyu içməli deyil, zəfir dadı verir, rəngi də qana bənzəyir, – deyə cavab verdi.

      – Elədir, oğlum, bu “Qan bulağı”dır, bunun suyu dəmir ilə qarışmış, bu su qansızlara və bəzi naxoşlara dərmandır…

      Cavan sordu:

      – Bu “Qan bulağı” adını nədən almış, baba?

      – Bir az səbir et, oğlum, bulağın hekayəsini sənə söylə-rəm. İndi isə ardımca sür, bu yaxında içməli su var, – deyə qoca atını sürdü.

      Bir qədər getdikdən sonra gözəl bir bulağa rast gəldilər, atdan endilər. Cavan xurcunundan yemək çıxarıb, süfrə sal-mağa məşğul oldu. Nahardan sonra qoca yapıncısını yerə sərib üstünə uzandı. Cavan onun “Qan bulağı” barəsində verdiyi vədəyə müntəzir, qarşısında əyləşmişdi. Qoca göz-lərini yumub bir müddət sükuta getdi. Gənc elə fikir etdi ki, qoca vədəsini unudub yuxuya daldı. Lakin fikri yanlış idi. Bir azdan sonra qoca gözlərini açdı, başlığını büküb dirsə-yinin altına qoydu və dərindən bir ah çəkib dedi:

      – Ulu Qafqaz, ulu dağlar! Hər bir daşın bir tarixdir. Kimlər gəlib sinəndən keçmədi, çaylarını qızıl qana dön-dərmədi!.. Oğlum, bu dərə, bu torpağı iki yerə təqsim edir. Belə rəvayət edirlər ki, qədim zamanda bu dərənin o tərəfində böyük bir qəbilə, başında Misir xan adında bir rəis və bu tərəfində digər bir silsilə Surxay xanın rəisliyi ilə sa-kin olurmuşlar. İttifaqən bu iki xanın arasında qan davası düşür, bunlar bir-birlərini tələf etməyə başlayırlar. Bir müd-dət keçmiş, Misir xan və Surxay xan bir də baxıb görürlər ki, cəmi oğlanları və yaxın əqrəbaları bu qan davasında qırı-lıb tələf olmuşlar. Ədavət isə yenə yatmayıb baqi qalır. La-kin hər iki rəis yeni övladlarının dünyaya gəlməsinə müntə-zir olur ki, onların köməkliyi ilə düşməndən intiqamını al-sın. İttifaqən bunların bir gecədə iki övladı təvəllüd edir. Surxay xanın oğlu, Misir xanın qızı olur. Bu ittifaqdan nə qədər Surxay xan şad olursa, bir o qədər Misir xan qəmgin və məyus olur. Misir xanın anası, oğlunu belə məyus və qəmgin gördükdə deyir:

      – Oğlum, qəm etmə, bilirəm səni pərişan edən nədir. Məgər qız tayfası düşməndən intiqam ala bilməz? Onlara da oğlan kimi tərbiyə versən, igidlikdə heç kəsdən geri qal-mazlar.

      Bunu eşitcək Misir xan yerindən sıçrayıb qalxır və ana-sını qucaq layaraq deyir:

      – Ana, fikrin çox gözəldir, ancaq de görüm, qızım olma-ğını kim bilir?

      – Məndən və arvadından başqa kimsə bilməyir, – deyə anası cavab verir.

      – Çox gözəl, indi mənim qızım olmağını gərək bir adam bilməsin. Sabahdan oğlum olduğunu elan edəcəyəm, sən deyən tərbiyəni də qızıma özüm verəcəyəm, lakin bu sirrin gizli qalması səndən və anasından asılıdır.

      – Arxayın ol, oğlum, əmrin yerinə yetər, – deyə anası cavab verdi.

      On gündən sonra Misir xan qızına Teymur xan namını verir və bu sirr pünhan qalmaq üçün həmin bu müqabili-mizdəki qayanın döşündə bir köşk bina edib, orada sakin olur.

      Teymur xan atasının nəzarəti altında tərbiyə alaraq, na-ğıl olunan köşkdə böyüməyə başlayır. Onun oyun şeyləri: tüfəng, xəncər, qılınc və yoldaşları bu qayalar sakini laçın, qaraquş, tərlan kimi yırtıcı quşlar olur. Belə tərbiyə nəticəsi olaraq on yaşında Teymur xan at minmədə, tüfəng atmada, qılınc vurmada igid cavanlardan geri qalmayır. Bunlardan artıq, insanları heyrətə gətirən Teymur xanın vəsfə gəlmə-yən gözəlliyi olur.

      Bu tərəfdən Surxay xanın oğlu Paşa xan da Teymur xan kimi igidlikdə və gözəllikdə məşhur olur.

      Bu iki uşaq böyüyüb on səkkiz yaşına çatır, bunların igidliyi və gözəlliyi ətraf və əknafa yayılır. Bu vaxta qədər görüşmək bunlara mümkün olmamışdı. İttifaqən bu iki ca-van yek digərinə rast gələrsə, biri və bəlkə də ikisi də tələf olmaqlarını hiss edirmişlər. Bununla bərabər görüşmək ar-zusu hər ikisində gündən-günə qüvvətlənir. Oğlum! Əcda-dımızdan bizə irs qalmış qana-qan etmək adətinə qurban olan bu cavanlar axırda bir-birilərilə görüşürlər.

      Belə ki, baharın gözəl səhərlərinin birində Teymur xan, ov arxasınca, sərhədləri olan bu dərəni aşıb o tərəfə keçir. O zaman Paşa xan da ova çıxmış olur. Bu iki aslan, gördüyün “Qan bulağı”nın başında bir-birlərinə rast gəlir. Bir müddət bir-birilərinin gözəl camalına heyran olub qalırlar. Paşa xan Teymur xanın fovqəladə gözəlliyinə heyran olur. Teymur xan isə on səkkiz ilin ərzində qadınlığa müğayir yırtıcı, qan-içici quş kimi aldığı tərbiyənin onda qadınlıq hissini hələ puç etmədiyini indi anlayır, eşq odu onun ürəyini yaxıb yandırır, hər zaman igidləri xofa salan gözləri indi Paşa xa-na xumar-xumar baxıb ondan aman gözləyir. Paşa xan hey-rətdən ayılıb, Teymur xanın kim olduğunu duyursa da so-rur:

      – Sən kimsən?

      – Sən özün kimsən?

      – Mən bu torpağın sahibi Surxay xanın oğlu Paşa xa-nam.

      – Mən də bu torpağın sahibi Misir xanın övladı Teymur xanam.

      Bu sual-cavabdan sonra hər ikisi bir-birilərinə düşmən-çilik nəzərilə baxmağa başlayır. Axırda Paşa xan:

      – Camalın çox gözəldir, buna söz yox, görək qılınc vur-mağın necədir? – deyə qılıncını çıxarır.

      Onun cavabında:

      – İndi qılınc vurmağımı da görüb bəyənərsən, – deyə Teymur xan da qılıncını çıxarıb Paşa xanın üstünə hücum edir.

      Oğlum, necə ki, göy üzündə əvvəl şimşək parlayıb, son-ra gurultu sədası gələr, elədə bu iki cavanın qılıncı od par-ladıb bu qayalara səs salır. Bir müddət çarpışırlar, lakin bir-birilərinə zəfər yetirə bilməyirlər. Bu halda günəş dağın da-lında tülu edir. Onun zərrələri Teymur xanın gözlərinə ox kimi sancılıb qamaşdırır və bu anda Paşa xan fürsət tapıb qılıncı Teymur xanın sinəsindən vurur. Teymur xan yıxılır. Qan çeşmə kimi sinəsindən axıb baharın təzə və tər otlarını və çiçəklərini boyayır.

      Paşa qılıncını atıb Teymur xanın yarasını bağlamaq qəs-dilə sinəsini açır.

      – Aman, yarəb, sən qadın imişsən! – deyə qışqırır və Teymur xanın başını dizi üstə alıb: – Söylə, söylə, gözəlim! O soluq nəfəsinlə mənə lənətini, nifrətini izhar elə, – deyə fəryad edir.

      Teymur xan zəif səs ilə cavabında:

      – Paşa xan, sənə eşqimi izhar edirəm. Bu çirkin adətə lə-nət və nifrət! Ah, təbiət nə gözəldir. Paşa, mən gedirəm, əl-vida!

      – Toxta, bir az toxta, gözəlim, Paşa da səninlə gedir.

      Paşa xan xəncərini çıxarıb öz sinəsinə vurur və Teymur xanı ağuşuna alıb deyir:

      – İndi qoy mənim də qanım səninkinə