Cins və xarakter. Отто Вейнингер. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Отто Вейнингер
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
onların bir-birini qarşılıqlı surətdə məhv etməsi və yaxud həmin varlıqda hər hansı cinsiyyət əlamətlərinin yoxa çıxması deməkdir. ”Əgər empirik fakt-ların mənasına uyğun hərəkət edərək K və Q arasında sonsuz sayda keçid pillələr olması prinsipini orqanizmin bütün hüceyrələrinə şamil etmək lazım olduğunu etiraf etsək, o zaman Stenstrupun rastlaşdığı çətinlik aradan qalxmış olar və hermafroditizm artıq eybəcərlik kimi gö-rünməz.

      Mütləq kişilikdən onun tam yoxluğuna, yəni onun mütləq qadınlıqla üst-üstə düşdüyü nöqtəyə qədər olan bütün orta pillələr ayrıca götürülmüş hər bir hüceyrənin sonsuz sayda müxtəlif cinsi xarakteristikaları kimi nəzərə çarpır. Bu fərqlilik şkalasını bir-birilə real şəkildə birləş-miş substansiyalar kimi təsəvvür etmək və yaxud böyük molekullardakı sonsuz sayda çox müxtəlif növ atomlar şəklində vahid protoplazmanı qəbul etmək – bu məsələ-nin həllində hər cür fərziyyələr irəli sürməkdən çəkinmək daha yaxşı olardı. Birinci fərziyyə fiziloji baxımdan tətbi-qə yararlı deyil – onda onun forması fizioloji cəhətdən ey-ni qalsa da, hər bir kişi və qadın bədən hərəkəti üçün onu müəyyən edən şəraitdə ikilik zəruri olardı. İkinci fərziyyə isə daha çox kifayət qədər uğur əldə etməmiş irsiyyət nə-zəriyyələrini xatırladır. Onların hər ikisi, bəlkə də, eyni də-rəcədə həqiqətdən uzaqdır.

      Bizim dövrdə hətta təxmini də olsa, təcrübə əsasında bunu sübut etmək imkansızdır ki, götürülmüş hüceyrənin kişiliyi və qadınlığı nədən ibarətdir, hər bir Q hüceyrəsi-nin K hüceyrəsindən histoloji, molekulyar-fiziki, yaxud kimyəvi fərqi nə qədərdir. Biz gələcək tədqiqatların nəti-cələri barədə öncədən qərar vermədən (onlar, yəqin ki, bioloji hadisələri fizika və kimyadan spesifik olaraq çıxar-mağın mümkünsüzlüyünü qəbul edəcəklər) nəinki hü-ceyrələrin məcmusu kimi götürülmüş bütün orqanizmdə, həm də hüceyrələrin özlərində cinsi çaların müxtəlif güc-də olması barədə fikrimizi müdafiə etmək haqqına sahi-bik. Qadınaoxşar kişilər daha çox qadın dərisinə sahib olurlar, onların kişilik orqanlarının hüceyrələri zəif bölün-mə qabiliyyəti ilə seçilirlər və bunun birbaşa nişanəsi də makroskopik cinsi əlamətlərin zəif inkişafıdır və sair və i.a.

      Cinsi əlamətlərin bölgüsünü də eynilə cinsi xarakte-ristikanın makroskopik ifadəsinin müxtəlif dərəcələri üz-rə aparmaq lazımdır. Onların təyinatı başlıca olaraq digər cinsə erotik təsirin qüvvəsi ilə əlaqəlidir (ən azından bu heyvanlar aləmində belədir). Con Qenterin hamılıqca qə-bul olunmuş nomenklaturasından kənara çıxmamaq üçün mən kişi və qadın rüşeym vəzini (testis, epididymis, ova-rium, epoophoron) ilk əsas cinsi əlamətlər adlandırıram. Rüşeym vəzilərinin daxili çıxışları (toxum kanatçıqları, to-xum qovuqcuqları, tubauterus, təcrübə göstərir ki, öz cin-si əlamətlərinə görə bəzən rüşeym vəzilərindən xeyli fərq-lənirlər) birinci dərəcəlidir. Nəhayət, “xarici cinsi əlamət-lər” gəlir ki, doğuş zamanı insanın cinsiyyəti onlara görə müəyyən olunur və hətta bəlli şəkildə onun taleyi həll olunur (görürük ki, çox vaxt da düzgün həll olunmur). Yerdə qalan digər cinsi əlamətləri birləşdirən ümumi cə-hət isə ondan ibarətdir ki, onlara cinsi əlaqə məqsədləri üçün bilavasitə gərək yoxdur. İkinci dərəcəli cinsi əlamət-lərə isə hər şeydən öncə onları aid edə bilərik ki, onlar za-hirən cinsi yetkinlik dövründə üzə çıxır və demək olar ki, etibarlı şəkildə müəyyən olunmuş fikir belədir ki, rüşeym vəzilərinin qana ifraz etdiyi müəyyən maddə olmadan in-kişaf edə bilmirlər (kişilərdə saqqal, qadınlarda saç, döşün inkişafı, səsin dəyişilməsi və s.)

      Nəzəri əsaslardan daha çox praktiki əsaslara istinad edərək xarici təzahürlərə və hərəkətlərə görə bilinən kişi-lərdə əzələ qüvvəsi və iradə möhkəmliyi kimi anadangəl-mə xüsusiyyətləri üçüncü dərəcəli əlamətlər adlandıraq. Nəhayət, elə buraya adət, vərdiş və ya məşğuliyyət sayə-sində təsadüfi qazanılmış – kişilərdə siqaret çəkmək, içki içmək, qadınlarda əl işləri kimi cinsi əlamətlər əlavə oluna bilər. Bu sonuncular həmçinin, bəzən digər cinsə özünün erotik təsirini göstərə bilir və elə bu da onu göstərir ki, on-lar düşünüldüyündən daha tez-tez asanlıqla üçüncü dərə-cəli əlamətlərə çevrilir, bəzən isə daha dərinə gedərək bi-rinci dərəcəli əsas cinsi əlamətlərlə əlaqəyə girirlər. Təsni-fatın özü cinsi əlamətlərin belə sahmanını öncədən qərar-laşdırmır, ruhi xüsusiyyətlərin cismani xüsusiyyətlərə nis-bətən ilkin olub-olmadığını, yaxud sonuncular tərəfindən şərtləndirildiyini və hadisələrin uzun səbəb zənciri yolu ilə onlardan alınıb-alınmadığını müəyyənləşdirmir. O əksər hallarda yalnız digər cinsə cəlbedici təsirin gücünü, cinsi əlamətlərin gözə çarpıldığı zamanı, digər cinsin gözləri önündə nümayiş etdirdiyi aydınlığı göstərir.

      “İkinci dərəcəli əlamətlər” barədə danışarkən biz ar-tıq rüşeym hüceyrələrinin orqanizmin ümumi dövranına daxil etdiyi ifrazata işarə etmişdik. Həm bu ifrazatın təsi-rini, həm də süni surətdə kastrasiya ilə yaradılmış yoxlu-ğunu hər şeydən öncə məhz ikinci dərəcəli cinsi əlamətlə-rin inkişafı ya da geriləməsi üzərində öyrənmişlər. Daxili ifrazat isə bədənin bütün hüceyrələrinə şəksiz təsir göstə-rir. Nəinki bədənin ikinci dərəcəli cinsi əlamətlərə malik hissələrində, həm də bütün bədəndə kişiləşmə dövrünə doğru baş verən dəyişikliklər bunu sübut edir. Eynilə bu-nun kimi hər hansı bir vəzinin ifrazatını da öncədən yal-nız orqanizmin bütün toxumalarına bərabər yayılmış ola-raq təsəvvür etmək lazımdır.

      Rüşeym vəzilərinin daxili ifrazatı fərdin cinsiyyətinin tamamlanması deməkdir. Buna görə də hər bir hüceyrə üçün ilkin cinsi xarakteristikanı qəbul etmək, sonra isə ona keyfiyyətcə təyin olunmuş tamamilə hazır masculinum yaxud femininum yaranması üçün tamamlayıcı əlavə şərt kimi bəlli ölçüdə rüşeym vəzilərinin ifrazatı əlavə olunma-lıdır.

      Rüşeym vəzisi yalnız elə bir orqandır ki, cinsi əlamət onda hər şeydən daha parlaq şəkildə özünü büruzə verir; bu əlaməti onun morfoloji birliyində daha asan görmək olur.

      Eynilə bunun kimi razılaşmaq lazımdır ki, orqaniz-min həm cins, növ, həm də ailə xüsusiyyətləri rüşeym və-zilərində hər şeydən daha yaxşı təmsil olunur. Digər tə-rəfdən, Stenstrup tamamilə haqlı olaraq təsdiq edə bilərdi ki, cinsiyyət orqanizmin spesifik “cinsi hissələrində” cəm-ləşməyib onun hər yerinə yayılmışdır. Eləcə də Neheli de Vris, Oskar Qertviq və digərləri bu məsələdə çox şeyə ay-dınlıq gətirən bir nəzəriyyəni inkişaf etdirmiş və vacib də-lillərlə əsaslandırmışlar. Bu nəzəriyyəyə görə çoxhücey-rəli orqanizmin hər bir hüceyrəsi növə aid bütün xüsusiy-yətlərin daşıyıcısıdır, bu sonuncular isə xüsusi qüvvə ilə rüşeym hüceyrələrində cəmləşmişdir. Vaxt gələcək bu nə-zəriyyə ehtimal ki, bütün tədqiqatçılar üçün öz-özlüyün-də anlaşılan olacaq. Xüsusilə bu faktı diqqətə alsaq ki, hər bir canlı varlıq onda şırımların yaranması və bölünmə sa-yəsində bir hüceyrədən yaranır.

      Adı çəkilmiş tədqiqatçılar topladıqları və sonradan is-tənilən bir hissədən orqanizmin bərpası sahəsində aparıl-mış saysız-hesabsız təcrübələrlə